Azərbaycan TibbUniversiteti «Təsdiqedirəm»
«Fitoterapiya» fənni üzrə «Farmakoqnoziya və botanika»
işçi-tədris proqramı (Sillabus) kafedrasının müdiri, professor
C.İ.İsayev
İmza ___________________
Tarix_14.09.2017________
Fənnin kodu:
Fənnin növü: Seçim
Fənnin tədris semestri: VII
Fənnin krediti: 2 kredit
Fənnin tədris forması: Əyani
Fənnin tədris dili: Azərbaycan
Fənni tədris edən müəllim: C.İ.İsayev
Kafedranın əlaqə nömrələri: (012) 597- 45- 40
E – mail: [email protected]
Prerekvizitlər:
Fənnin tədrisi üçün öncədən «Farmakoqnoziya-I » fənninin tədris olunması zəruridir.
Korekvizitlər:
Bu fənnin tədrisi ilə eyni vaxtda digər fənnin tədris olunması zəruri deyil.
Kursun təsviri:
Fitoterapiya seçim fənnlərindən biri olaraq ali təhsilli əczaçı-bakalavr mütəxəssisin hazırlanmasında mühüm yer tutur.
Kursun məqsədi:
Fitoterapiya fənninin məqsədi əczaçı-bakalavrlarda müxtəlif xəstəliklərin müalicəsində və profilaktikasında dərman bitkilərindən və onlardan alınan bioloji fəal maddələr əsasında hazırlanmış fitovasitələrdən istifadə etmək bacarığını aşılamaq; müxtəlif tərkibli bitki yığıntıları hazırlamağı öyrətmək; zəhərli bitkiləri digər bitkilərdən fərqləndirmək və onlarla zəhərlənmə hallarında ilk yardım tədbirlərini bacarmaq; müxtəlif dərman bitki xammalları əsasında dəmləmə, bişirmə, cövhər, ekstrakt və s. dərman formalarının hazırlanmasını mənimsəmək və s. kimi peşəkar vərdişləri formalaşdırmaqdır.
Praktiki vərdişlər:
Kurs müddətində tələbələr aşağıdakı vərdişlərə yiyələnməlidir:
Kursun nəticələri:
Bu fənn tədris olunarkən tələbələr xəstəliklərin müalicəsində və profilaktikasında dərman bitkilərindən və onlardan alınan bioloji fəal maddələr əsasında hazırlanmış fitovasitələrdən istifadə etmək bacarığını qazanır və bu da onların gələcəkdə bir mütəxəssis kimi praktiki fəaliyyətində zəruridir.
Fənnin mövzuları:
Qiymətləndirmə:
Fənn üzrə krediti toplamaq üçün lazımi 100 balın toplanması aşağıdakı kimi olacaq:
50 bal imtahana qədər
O cümlədən
10 bal – dərsə davamiyyət
10 bal – sərbəst iş
30 bal – seminar dərslərindən toplanacaq baldır semestr ərzində tələbə minimum 3 dəfə
cavab verməlidir. Cavab vermədikdə jurnalda 0 (sıfır) bal qeyd olunacaqdır.
50-bal imtahanda toplanılacaq.
İmtahan test üsulu ilə keçiriləcəkdir. Test 50 sualdan ibarət olacaqdır. Hər bir sual bir baldır. Səhv cavablanan suallar düzgün cavablanan sualların ballarını silir.
Qeyd:
İmtahanda minimum 17 bal toplanmasa, imtahana qədər yığılan ballar toplanmayacaq. İmtahanda və imtahana qədər toplanan ballar cəmlənir və yekun miqdarı aşağıdakı kimi qiymətləndirilir.
A - «Əla» – 91-100
B - «Cox yaxşı» – 81-90
C - «Yaxşı» – 71-80
D - «Kafi» – 61-70
E - «Qənaətbəxş» – 51-60
F - «Qeyri-kafi» – 51 baldan aşağı
Sərbəst iş:
Sərbəst işlər iki yolla qəbul olunur:
Semetr ərzində 10 sərbəst iş tapşırığı verilir. Hər tapşırığın yerinə yetirilməsi balla qiymətləndirilir. Sərbəst iş yazılı formada, word faylı formasında, həcmi 1-2 səhifə (şrift 12) olmalıdır. İşin sonunda ən azı 3 ədəbiyyat mənbəyi göstərilməlidir.
Həmçinin tələbələr sərbəst işi PPT formasında da təqdim edə bilərlər. Bir mövzu ətrafında 20 dəqiqəlik çıxış( minimal 20-25 slayd ). Tapşırığın yerinə yetirilməsi 10 bala qədər qiymətlə qiymətləndirilir.
Hər bir sərbəst iş tələbənin fərdi fikirlərinin məcmusu olduğuna görə plagiat yol verilməzdir. Sərbəst işlər, mövzudan asılı olaraq, məhz fənn üzrə təqvim mövzu planında həmin mövzunun tədris olunacaq tarixində təhvil verilməlidir, əks halda sərbəst işlər qəbul olunmayacaq.
Sərbəst işlərin nəticələri jurnala yazılır.
SƏRBƏST İŞLƏRİN MÖVZULARI:
1. Fitoterapiya bir elm sahəsi kimi
2. Fitoterapiyanın məlumat bazası
3. Fitoterapiyanın qayda və prinsipləri
4. Fitoterapiyanın tarixi
5. Fitofarmakologiyanın mahiyyəti
6. Fitoterapiyada toksikoloji amillər
7. Dərman bitkilərinin kimyəvi tərkibi (strukturu) və farmakoloji aktivliyi
8. Fitovasitələrin istifadə qaydaları
9. Qida əhəmiyyətli bitkilərin tibbdə istifadəsi
10. Sinir sistemi xəstəliklərinin fitoterapiyası
11. Nevrozların fiototerapiyası
12. Yuxu pozğunluğu və oyanıqlıq hallarının fitoterapiyası
13. Mədə-bağırsaq sistemi xəstəliklərinin fitoterapiyası
14. Kəskin və xronki qastritin fitoterapiyası
15. Mədə və onikibarmaq bağırsaq xorasının fitoterapiyası
16. Qəbizliyin fitoterapiyası
17. Helmintozların (qurd invaziyası) fitoterapiyası
18. Ürək-damar sistemi xəstəlikləri fitoterapiyası
19. Ürək-damar nevrozlarının (kardionevroz) fitoterapiyası
20. Aterosklerozun fitoterapiyası
21. Hipertoniya xəstəliyinin fitoterapiyası
22. Hipotonik xəstəliin (arterial hipotoniya) fitoterapiyası
23. Aritmiyanın fitoterapiyası
24. Venoz sistemi xəstəliklərinin fitoterapiyası
25. Tənəffüs orqanları xəstəliklərinin fitoterapiyası
26. Kəskin respirator-virus infeksiyalarının fitoterapiyası
27.Bronx və ağciyər xəstəliklərinin fitoterapiyası
28. Kəskin bronxitin fitoterapiyası
29. Xroniki bronxitin fitoterapiyası
30. Bronxial astmanın fitoterapiyası
31. Qulaq-boğaz-burun xəstəliklərinin fitoterapiyası
32. Laringitin fitoterapiyası
33. Faringitin fitoterapiyası
34. Tonzillitin fitoterapiyası
35. Ağız boşluğu və əsnək xəstəliklərinin fitoterapiyası
36. Stomatoloji xəstəliklərin fitoterapiyası
37. Periodontitin fitoterapiyası
38. Stomatitin fitoterapiyası
39. Gingivitin fitoterapiyası
40. Parodontitin (Parodontozun) fitoterapiyası
41. Pankreatitin fitoterapiyası
42. Öddaşı xəstəliyinin fitoterapiyası
43. Xolesistitlərin fitoterapiyası
44. Ödçıxarıcı yolların xəstəliklərinin fitoterapiyası
45. Hepatit, sirroz və piyli hepatozun fitoterapiyası
46. Endokrin sistemin xəstəliklərinin fitoterapiyası
47. Maddələr mübadiləsi xəstəliklərinin fitoterapiyası
48. Şəkərli diabetin fitoterapiyası
49. Piylənmənin fitoterapiyası
50. Sistitdə istifadə edilən fitovasitələr
51. Uretritin fitoterapiyası
52. Pielonefritin fitoterapiyası
53. Qlomerulonefritin fitoterapiyası
54. Sidikdaşı xəstəliyində istifadə edilən fitovasitələr
55. Prostat vəzinin adenomasının fitoterapiyası
56. Ginekoloji xəstəliklərin fitoterapiyası
57. Mastopatiyanın fitoterapiyası
58. Endometriozun fitoterapiyası
59. Menstrual tsiklin pozğunluqlarında istifadə olunan fitovasitələr
60. Revmatik xəstəliklərin fitoterapiyası
61. Revmatoid artritin fitoterapiyası
62. Metabolik artritin fitoterapiyası
63. Dəri xəstəliklərinin fitoterapiyasına göstərişlər
64. Ekzemanın fitoterapiyası
65. Dermatitlərin fitoterapiyası
66. Neyrodermitin fitoterapiyası
67. Piodermiyanın fitoterapiyası
68. Trofiki yaraların fitoterapiyası
69. Mikozlarda istifadə edilən fitovasitələr
70 Kandidozlarda istifadə edilən fitovasitələr
71. Leykodermiyanın (vitiliqonun) müalicəsində fitoterapiya
72. Ziyillər, döyənək, qabar və mahmızın müalicəsində fitoterapiya
73. Psoriazda istifadə edilən fitovasitələr
74. Anemiyanın fitoterapiyası
75. Aromaterapiya müalicə üsulu kimi
76. Aromaterapiya üçün efir yağları
77. Aromaterapiyanın növləri
79. İmmunodefisit vəziyyətlərin fitoterapiyası
80. İmmonotrop dərman vasitələrinin xüsusiyyətləri
81. Detoksikasiya (orqanizmin toksiki metabolitlərdən təmizlənməsi) zamanı fitoterapiya
82. Nikotindən asılılıqda istifadə edilən fitovasitələr
83. Alkoqolizmdən müalicə (spirtli içkilərə aludəçiliyin müalicəsi) zamanı fitoterapiya
84. Bədxassəli şiş (xərçəng) xəstəliklərinin fitoterapiyası
85. Dərman bitkiləri kosmetikada
86. Kosmetikada və saçın tökülməsinə qarşı istifadə edilən fitovasitələr
87. Adi civzə və çillərin fitoterapiyası
88. Quru və yağlı saçlara qulluq zamanı istifadə edilən fitovasitələr
89. Kəpəyə qarşı istifadə olunan fitovasitələr
90. Göz xəstəliklərinin fitoterapiyası
Kurs işi:
Bu fənn üzrə kurs işi nəzərdə tutulmur.
Təcrübə:
Bu fənn üzrə istehsalat və ya tədris təcrübəsi nəzərdə tutulmayıb.
Ədəbiyyat :