Farmakoqnoziya - təqvim mövzu planı

Bakı- 2016

Farmakoqnoziya üzrə tədris proqramı “əczaçı-bakalavr” ixtisası (birinci təhsil pilləsi) üzrə təhsil alan tələbələr  üçün nəzərdə tutulmuşdur. Proqramın tərtib olunmasında kafedranın çoxillik iş təcrübəsi, həmçinin digər ölkələrin (Rusiya Federasiyasının, Ukraynanın və digər MDB ölkələrinin) farmakoqnoziya kafedralarının təcrübələri nəzərə alınmışdır.

Tədris proqramı Azərbaycan Tibb Universitetinin farmakoqnoziya və botanika kafedranın əməkdaşları prof.Y.B.Kərimovun, prof.C.İ.İsayev, dos. N.H.Məmmədova, dos.S.Ş.Əliyeva və  baş müəllim S.E.Əliyeva tərəfindən hazırlanmışdır.

 

Rəy verənlər:       1. Prof. Süleymanov T.A., Əczaçılıq kimyası kafedrasının 

                               Müdiri;  

                             2. Ə.e.x., prof. Sərkərov S.V., AMEA-nın Botanika

                               İnstitutunun  “Bitki  ehtiyatları” şöbəsinin  baş elmi

                               Işçisi.

 

Giriş

Farmakoqnoziya üzrə proqram ümumi və xüsusi  hissələrdən, laboratoriya-mühazirə kursunun keçirilməsi prosesində tələbələrin  qazandıqları bilik, bacarıq və praktiki vərdişlərin siyahısından, mühazirələrin və  laboratoriya məşğələlərinin tematik planlarından,  ədəbiyyat siyahısından təşkil olunmuşdur.

Proqramın ümumi hissəsində aşağıdakı məsələlər nəzərdən keçirilir: fənnin  metodologiyası və  vəzifələri, tarixi aspektdə farmakoqnoziyanın inkişafı, dərman bitki xammalının səmərəli istifadəsi, tədarükünün təşkili, kimyəvi tərkibi, birincili və ikincili metabolitlər, bitki xammalının standartlaşdırılması, dərman bitkilərinin öyrənilməsi sahəsində aparılan elmi tədqiqatlar.

Dərman bitkilərinin  öyrənilməsi, onların introduksiyası, becərilməsi, becərilmənin üstünlüyü və növləri, farmakoqnostik analiz üsulları, xammalın  eyniliyinin təyini və s.

Proqramın xüsusi hissəsində ayrı-ayrı qrup   bitkiləri və  bitki orqanizmində ardıcıl gedən biokimyəvi proseslərə müvafiq olaraq tədarük edilən xammalların  öyrənilməsi əks etdirilmişdir.

Proqrama son illər praktikada tətbiqini tapan bəzi yeni dərman bitkiləri daxil edilmiş (fitoekdisteroidlər və fermentlər tərkibli dərman bitkiləri, qidaya bioloji fəal əlavələr kimi istifadə olunan dərman bitkiləri), nomenklaturaya daxil olmayan bitki və  xammalar isə çıxarılmışdır.

Bəzi bitkilər (tüksüz  biyan, uca andız, əncir, adi atşabalıdı və s.) xüsusi hissənin bir neçə bölməsində təkrarlanır ki, buna da  səbəb həmin bitkilərin bir sıra qrup bioloji fəal maddələrə malik olması və tibbin müxtəlif sahələrində tətbiq edilməsidir.

Ayrı-ayrı qrup bitkilər  üzrə laboratoriya məşğələlərinin keçirilməsi elə qurulmalıdır ki, bitkinin öyrənilməsi xammalın eyniliyi və keyfiyyətinin makroskopik və  mikroskopik üsullarla tədqiqi ilə  başlansın və bioloji fəal maddələrin  tərkibinin  tədqiqi üzrə  məsələlərin həlli ilə  (keyfiyyət və  miqdarının təyini) yekunlaşsın.  Laboratoriya  məşğələlərinin bu cür keçirilməsi materialın  səmərəli  mənimsənilməsini təmin edir və  tələbələrin farmakoqnostik  analizin bütün növləri ilə tanış olmasına imkan verir.

 

Proqramın məqsədi:

Dərman bitkilərinin öyrənilməsi: bioloji fəal maddələrin təsnifatı, fiziki-kimyəvi xassələri, alınma üsulları, bitki aləmində, o cümlədən Azərbaycanda yayılması. Gələcək əczaçılarda dərman bitkisinin xarici görünüşü, onun oxşar növlərdən və digər bitkilərdən morfoloji fərqləri, ekoloji xüsusiyyətləri, xammal bazası haqqında biliklərin formalaşdırılması .

 

Fənin öyrənilməsi nəticəsində tələbə aşağıdakıları bilməlidir:

 

- farmakoqnoziya haqqında ümumi anlayışları, farmakoqnostik analiz üsullarını,  fənnin provizorun praktik fəaliyyətində əhəmiyyətini.

- dərman bitkilərinin xammal bazasının xüsusiyyətlərini.

- dərman bitki xammalının tədarükünün planlaşdırılmasını, səmərəli istifadəsini və mühafizə tədbirlərini.

-  dərman bitki xammal ehtiyatının təyini üsullarını.

- dərman bitkilərinin tərkibində olan əsas qrup bioloji fəal maddələri və onların  fiziki-kimyəvi xassələrini, biosintez yollarını.

-bioloji fəal maddələrin əsas keyfiyyət və miqdari təyini üsullarını; dərman bitki xammalının standartlaşdırma qaydalarını.

- dərman bitki xammalının analizinin nəticələrinə aid tələbləri.

-dərman bitki xammallarının, mineral və heyvan mənşəli xammalların əczaçılıq praktikasında və digər sənaye sahələrində istifadə formalarını və yollarını.

-dərman bitki xammalının qablaşdırılması, markirovkası, daşınması və saxlanması zamanı müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu.

- dərman bitkiləri, dərman bitki xammalları, digər xammallarla və zəhərli bitkilərlə iş zamanı texniki təhlükəsizlik qaydalarını.

 Yiyələnməlidir:

-müstəqil şəkildə dərman bitkilərini morfoloji əlamətlərinə görə herbari materiallarında və ya təbiətdə təyin etmək bacarığına.

- müxtəlif morfoloji qrup dərman bitki xammallarına aid mikropreparatların hazırlanma texnikasına; müvafiq bitki xammalı üçün anatomik quruluşunda fərqli olan diaqnostik əlamətləri müəyyən etməyə.

- müvafiq təyinedicilərdən istifadə etməklə dərman bitki xammalını bütöv, xırdalanmış və toz şəklində, eləcə də müxtəlif saylı bitki yığıntılarının tərkibində təyin etməyə. 

- dərman bitkilərinin tərkibində olan əsas qrup bioloji fəal maddələrə aid keyfiyyət reaksiyalarının və miqdari təyinat üsullarının aparılma texnikasına; dərman bitki xammalının analizində müvafiq xromatoqrafiya üsulunu seçmək bacarığına.

- dərman bitki xammalından müxtəlif qrup bioloji fəal maddələri almaq və onları təmizləmək üsullarına.

- müvafiq dərman bitki xammallarına qarışa biləcək yad bitki qarışıqlarını fərqləndirməyə.

- ehtiyyatşünaslıq tədqiqatları aparmaq bacarığına.

- dərman bitki xammalının qəbulu, nümunənin götürülməsi, xammalda nəmliyin, külün, ekstraktiv maddələrin və digər əmtəəçilik analizlərinin yerinə yetirlmə qabiliyyətinə.

- qarşıya kiçik həcmli elmi tapşırıqların qoyulması və onların eksperimental yolla realizə edilmə bacarığına; farmakoqnostik analiz nəticəsində alınmış nəticələrin statistik işlənmə qaydalarına; elmi ədəbiyyat mənbələri ilə işləmək qabiliyyətinə.

- müstəqil şəkildə müxtəlif farmakoqnostik üsullardan istifadə etməklə təqdim olunan dərman bitki xammalının keyfiyyətini qiymətləndirmək bacarığına.

 

Tədris saatlarının ümumi bölgüsü

Semestrlər

Saatların cəmi(kreditlər)

O cümlədən

Kurs işi

Tədris təcrübəsi

Mühazirə-lər

Laboratoriya məşgələləri

V Farmakoqnoziya 1

60(4)

8

52

-

-

VI Farmakoqnoziya 2

60(4)

8

52

+

+

VII Farmakoqnoziya 3

45(3)

8

37

-

-

 

Proqram:

Kurs ərzində tələbə tərəfindən qazanılan bacarığların  siyahısı:

                              Farmakoqnoziya I (V semestr)

  1. Makroskopik üsulla dərman bitki xammalının eyniliyini təyin etmək.
  2. Mikroskopik üsulla dərman bitki xammalının eyniliyini təyin etmək.
  3. Dərman bitki xammalında polisaxaridləri təyin etmək.
  4. Dərman bitki xammalında vitaminləri, eləcə də C vitaminini təyin etmək üçün keyfiyyət reaksiyalarını aparmaq.
  5. Dərman bitki xammalında hidrodistillyasiya üsulu ilə efir yağlarının miqdarını təyin etmək.
  6. Tərkibində efir yağları olan dərman bitki xammalının anatomik quruluşundakı diaqnostik əlamətləri müəyyən etmək.
  7. Efir yağlarının sınma bucağını təyin etmək.
  8. Dərman bitki xammalında fenolqlikozidlərin təyininə aid keyfiyyət reaksiyalarını həyata keçirmək.
  9. Dərman bitki xammalında ürək qlikozidlərini təyin etmək üçün keyfiyyət reaksiyalarını həyata keçirmək.
  10.  Bitki xammalından ürək qlikozidləri məcmuyunu almaq.

 

Farmakoqnoziya II (VI semestr)

  1. Makroskopik üsulla dərman bitki xammalının eyniliyini təyin etmək.
  2. Mikroskopik üsulla dərman bitki xammalının eyniliyini təyin etmək.
  3. Dərman bitki xammalında triterpen saponinləri keyfiyyət reaksiyaları ilə təyin etmək.
  4. Dərman bitki xammalında steroid saponinləri keyfiyyət reaksiyaları ilə təyin etmək.
  5. Dərman bitki xammalında antrasen törəmələrini  təyin etmək üçün keyfiyyət reaksiyalarını aparmaq.
  6. Dərman bitki xammalında flavonoid lərə aid eynilik reaksiyaları və miqdari təyinat aparmaq.
  7. Flavonoid məcmuyunun xromatoqrafiyasını həyata keçirmək və onun tərkibində olan maddələrin sayını müəyyənləşdirmək.
  8. Nazik təbəqə üzərində xromatoqrafiya və sublimasiya üsulu ilə dərman bitki xammalının tərkibində kumarin birləşmələrini müəyyən etmək.
  9. Dərman bitki xammalında aşı maddələrini aşkar etmək və onların qrupunu (hidroliz olunan və kondensləşmiş) müəyyənləşdirmək.
  10.  Dərman bitki xammalından piyli yağları almaq.

 

Farmakoqnoziya III (VII semestr)

  1. Makroskopik üsulla dərman bitki xammalının eyniliyini təyin etmək.
  2. Mikroskopik üsulla dərman bitki xammalının eyniliyini təyin etmək.
  3. Dərman bitki xammalında alkaloidlərin olmasını çökdürücü və rəngli reaksiyalarla müəyyən etmək.
  4. Keyfiyyət reaksiyaları ilə bitki xammalında olan alkaloidlərin hansı qrupa aid olmasını müəyyənləşdirmək.
  5. Dəlibəng yarpaqlarından  alkaloid məcmuynu almaq.
  6. Alkaloidlərin nazik təbəqə üzərində xromatoqrafiyasını həyata keçirmək.
  7. Dərman bitki xammalının əmtəəçilik analizini həyata keçirmək.
  8. Dərman bitki xammalının qəbulunu həyata keçirmək və buna müvafiq  sertifakat tərtib etmək.
  9. Vərəmum və muma aid keyfiyyət reaksiyaları aparmaq.
  10.  Dərman bitki xammalına aid Müvəqqəti farmakopeya məqalələrinin layihəsini tərtib etmək.

 

 

Proqramı:

Ümumi  hissə 

1.Farmakoqnoziyanın vəzifələri və tədris metodologiyası

Farmakoqnoziyanın bir elm və tədris fənni kimi mahiyyəti. Fənnin əsas anlayışları: dərman bitkisi, dərman bitki xammalı, heyvan mənşəli xammal, bioloji fəal maddələr.Farmakoqnoziyanın  müasir inkişafı mərhələsində vəzifələri.  Farmakoqnoziyanın  bazis və ixtisas fənnləri  ilə  əlaqələri. Əczaçının praktiki fəaliyyətində farmakoqnoziyanın rolu və  əhəmiyyəti. Professional etika məsələləri.

 

                                      2. Farmakoqnoziyanın  qısa inkişaf tarixi

Dünya təbabətində dərman bitkilərinin istifadəsi və  öyənilməsinin əsas tarixi mərhələləri. Ərəb (Əbu-Əli İbn Sina və s.), Avropa (Qalen, Hippokrat, Dioskorid və s.) və digər tibb sistemlərinin farmakoqnoziyanın inkişafına təsiri.

Azərbaycan və xarici ölkələrin alimlərinin: A.F.Qammerman, D.A.Muravyova, R.L.Xazanoviç, X.X.Xalmatov, İ.A.Dəmirov, Y.B.Kərimov, N.A.İslamova, C.S Xəlilov, T.A.Süleymanov, C.İ.İsayev  və  digərlərinin fəaliyyəti.

 

3.Dərman bitkilərinin kimyəvi tərkibi və  təsnifatı

Dərman bitkilərinin kimyəvi tərkibi. Birincili və ikincili metabolitlər. Əsas təsiredici və müşaiyətedici maddələr, onların bitkilərdə biogenezi, ontogenezin və ətraf mühit amillərinin bitkilərin kimyəvi tərkibinə təsiri.  Dərman bitkilərinin təsnifatı sistemləri: kimyəvi, morfoloji, botaniki və  farmakoloji.

 

          4. Dərman bitki xammalının farmakoqnostik  tədqiqi üsulları

Farmakoqnostik üsullar: makroskopik, mikroskopik, mikrokimyəvi, fitokimyəvi, bioloji və əmtəəçilik analiz üsulları. Xammalın  eyniliyinin, keyfiyyətinin, təmizliyinin oxşar bitkilərdən ayrılmasınını təyini.

Xırdalanmış dərman bitki xammallarının (doğranılmış, poroşokşəkilli, yığıntı, briket və s.) analizi.

 

               5.Dərman bitki xammalının standartlaşdırılması

Standartlaşdırma sistemi. Dərman bitki xammalına aid  analitik sənədlər: Rusiya Dövlət Farmakopeyası (X və  XI), Avropa Farmakopeyası, Britaniya Farmakopeyası, farmakopeya məqalələri, monoqrafiyalar, spesifikasiyalar, sertifikatlar, Dövlət  standartları və sahə standartları. Dərman bitki xammalına aid farmakopeya məqalələrinin tərtibi.

 

6. Yabanı və  becərilən dərman bitkiləri, xammalın tədarükü və  səmərəli istifadəsi

Dərman bitkilərinin introduksiyası və becərilməsinin üstünlüyü. Xammalın səmərəli toplanmıası üsulları, onların ilkin emalı, qurudulması, keyfiyyətinin təyini və  standartlaşdırılması, qablaşdırılması, etiketləşdirilməsi. Dərman bitki xammalının qəbul qaydaları. Analiz  üçün nümunənin götürülməsi və müvafiq normativ-texniki sənədlərin tələbinə uyğunluğunun yoxlanması.

Təbii sərvətlərin mühafizəsi, qorunması və  onların səmərəli istifadəsi üzrə həyata keçirilən tədbirlər.

 

                   7. Dərman bitki xammalının ehtiyyatşünaslıq tədqiqatları

Dərman bitki xammalının ehtiyatının təyini üsulları. Yerli dərman bitki xammal bazasının fitopreparatların istehsalında əhəmiyyəti.

 

8. Dərman bitkilərinin öyrənilməsi sahəsində elmi tədqiqatlarının əsas istiqamətləri 

          Yeni dərman bitkilərinin aşkar olunma üsulları. Xalq təbabətinin təcrübəsinin öyrənilməsi  və istifadə olunması. Bitkilərin kimyəvi tədqiqi, kimyəvi skrininq, ələk üsulu və  filogenetik prinsip.

 

                                          XÜSUSİ  HİSSƏ

                                                          Giriş

Xüsusi hissəyə dərman bitkilərinin öyrənilməsi daxildir.  Hər bir dərman bitki qruplarının öyrənilməsinə aşağıdakı ümumi məsələlərlə başlamaq lazımdır:

  1. Bioloji fəal maddə qrupu  haqqında anlayış.
  2. Bioloji fəal maddə qrupunun təsnifat.
  3. Bioloji fəal maddə qrupunun fiziki-kimyəvi xassələri.
  4. Bioloji fəal maddə qrupunun bitki xammalından alınma üsulları.
  5. Bioloji fəal maddə qrupunun bitki aləmində, o cümlədən Azərbaycanda yayılışı.
  6. Bioloji fəal maddə qrupunun biogenezi, bitkilərin orqanlarında toplanması və bitkinin həyat fəaliyyətində rolu.
  7. Bioloji fəal maddələrin bitkidə toplanmasına ontogenetik və mühit amillərinin təsiri.
  8. Dərman bitki xammalının toplanması, qurudulması, saxlanması və emalı.
  9. Dərman bitki xammalının analizi (makroskopik, mikroskopik analizi, eyniliyinin, keyfiyyətinin və yararlığının təyini).
  10. Dərman bitki xammalının istifadə yolları və tibbdə  tətbiqi.
  11.  Müvafiq bioloji fəal maddələr qrupunun öyrənilməsində alimlərin elmi  işlərinin əhəmiyyəti.

 

Hər bir qrup  bitkiyə aid ümumi məsələlərə baxdıqdan sonra,  dərman bitki   xammalları aşağıdakı plan əsasında öyrənilir:

  1. Bitki xammalın, müvafiq dərman bitkisinin və fəsiləsinin azərbaycan və latın dilində adi.
  2. Bitkinin  qısa botaniki təsviri, yayılışı və ekoloji xüsusiyyətləri.
  3. Dərman bitkisinin oxşar növlərdən və  digər bitkilərdən morfoloji fərqləri.
  4. Xammal bazası: yabanı bitkilərin xammal ehtiyatı və  tədarük həcmi, bitkilərin becərildiyi rayonlar.
  5. Yabanı bitkilərin səmərəli toplanma üsulları və təbii ehtiyatının bərpa edilməsi.
  6.  Dərman bitkisinin kimyəvi  tərkibi və onun müxtəlif amillərin təsirindən dəyişilməsi.
  7.  Dərman bitki xammalının toplanması, ilkin emalı və  saxlanılması qaydaları.
  8. Dərman bitki xammalının eyniliyi və keyfiyyətinin təyini (xarici əlamətləri, miroskopiyası, eynilik reaksiyaları, ədədi göstəriciləri, xammalda bioloji fəal maddənin miqdarının təyini).
  9. Dərman bitki xammalının emalı, istifadə yolları və tibbdə  tətbiqi.
  10. Müvafiq dərman bitkisinin tədqiqində alimlərin rolu.

 

I.  Tərkibində  polisaxaridlər olan dərman  bitkiləri və xammalları

Nişastalı bitkilər: kartof, düyü, bugda, qargıdalı, maniok. Tərkibində inulin olan bitkilər: zəncirotu (acıqovuq) və andız. Tərkibində selik maddələri olan bitkilər: zəyərək, gülxətmi, dəvədabanı, iri bağayarpağı, lansetşəkilli bağayarpağı,  birə bağayarpağı, cökə, heyva, sığırquyruğu və səhləb.

Kitrəli bitkilər: gəvənin müxtəlif növləri, ərik və s.

Pektin maddələrinin mənbələri olan bitkilər: yapon dəniz kələmi və şəkərli laminariya.

Tərkibində sellüloza olan bitkilər: tüklü pambıq.

 

II.  Tərkibində  vitaminlər olan  dərman  bitkiləri və xammalları

İtburnu (dərgil) və onun offisinal növləri (yüksək və az vitaminli), dərman gülümbaharı, ikievli gicitkən, adi qarğıdalı, adi quşarmudu, adi quşəppəyi, murdarçayabənzər çaytikanı, üçbölümlü üçbarmaq, bataqlıq qurucası, yunan qozu, kələm, yerkökü, adı başınacağı, qara qarağat.

 

III.  Tərkibində  piyli yağlar və  piyəbənzər maddələr olan dərman bitkiləri,  xammallar və məhsullar

Gənəgərçək, badam, şaftalı, ərik, zeytun, qarğıdalı, yerfındığı, günəbaxan, fıstıq, zəyərək və yunan qozunun yağları.

Heyvan mənşəli piylər: balıq yağı və onun analoqları.

Piyəbənzər maddələr: arı mumu, spermaset, lanolin.

           

IV.  Tərkibində  terpenoidlər olan dərman bitkiləri  və xammalları

Efir yağlı dərman bitkiləri və xammalları: əkilən keşniş, istiot nanə, dərman adaçayı, evkaliptin növləri (külrəngli, çubuqvari, kürəşəkilli), adi zirə, adı ardıc, dərman pişikotu, adı şam, sibir ağ şamı və kamforanın digər mənbələri, çobanyastığı növləri, dağ öküzotu, ucaboy andiz, sitvar  yovşanı, bataqlıq ladankolu, dərman bədrənci, tozağacı, adi cirə, razyana, adi kəklikotu, sürünən  kəklikotu, adı qaraqınıq, bataqlıq gəcəvəri, adi boymadərən, acı yovşan, adi dağtərxunu, qara qovaq.

Tərkibində qətran olan dərman bitkiləri: adı şam, sibir ağ şamı.

 

V.  Tərkibində  iridoidlər (acı maddələr) olan dərman bitkiləri  və xammalları

     Üçyarpaq suyoncası, çətirli isitməotu, dərman  acıqovuğu, maya sarmaşığı, aylant.

 

VI.  Tərkibində  qlikozidlər olan dərman  bitkiləri  və xammalları

 

VI.1.  Tərkibində  tioqlikozidlər olan dərman bitkiləri  və xammalları

Sarept xardalı, kələm, baş soğan, əkilən sarımsaq.

 

VI. 2.  Tərkibində sianogen qlikozidlər olan dərman bitkiləri  və xammalları

Adi badam, qara gəndalaş.

 

VI. 3.  Tərkibində  ürək (kardiotonik) qlikozidləri olan dərman bitkiləri  və xammalları

Qırmızı üskükotu, paslı üskükotu, iriçiçəkli üskükotu,  tüklü üskükotu və  kirpikli üskükotu, kombe strofantı, çətənə kəndiri, yaz xoruzgülü, may inciçiçəyi, boz sarılıqotu və Qafqaz şaxtagülü.

 

 VI. 4.    Tərkibində  saponinlər  olan dərman bitkiləri  və xammalları

 Qafqaz dioskoreyası, nippon dioskoreyası, gözəl yükka, sisal aqavası, tüksüz biyan və Ural biyanı, çiçəkləri tüklü gəvən, hündür exinopanaks, mancur araliyası, adi jenşen, çöl  qaturquyruğu, böyrəkçayı, adi atşabalıdı.

 

VII.Tərkibində  fenol təbiətli birləşmələr  olan dərman bitkiləri  və xammalları

VII.1. Tərkibində fenolqlikozidlər və digər fenol birləşmələri olan dərman bitkiləri və xammalları: adi ayıqulağı, mərcangilə, çəhrayı  rodiola, çöl bənövşəsi, alabəzək bənövşə, erkək ayıdöşəyi.

VII.2 Tərkibində antrasen törəmələri və  onların qlikozidləri olan dərman bitkiləri və xammalları: itiyarpaq və  kütyarpaq səna, kövrək murdarça, işlədici murdarça, ağacşəkilli əzvay, tanqut rəvəndi, adi atəvəliyi, adi boyaqotu, gürcü boyaqotu, adı dazıotu.

VII.3. Tərkibində flavonoidlər və onların  qlikozidləri olan dərman bitkiləri və xammalları: tikanlı yemişan, qanqırmızı yemişan  və yemişanın digər offisinal növləri, damotunun (şirquyruğunun) növləri, yapon soforası, çiçəkləri tüklü gəvən, sitrus meyvələrinin  qabıqları, çin çayı, qumlu  solmazçiçək, adı  dağtərxunu, qarameyvəli quşarmudu, adi quşbuğdası, qırmızıbaş qırxbuğum, adi subibəri, əkin paxlakolu, çöl qatırquyruğu, baykal başlıqotu, mavi göyçiçək, üçbölümlü üçyarpaq, cökə, tüksüz biyan, gəvən, bataqlıq qurucası.

VII.4. Tərkibində  liqnanlar olan dərman bitkiləri və xammalları: çin cır limonu, tikanlı eleuterokokk, qalxanvari podofil, levzeya.

VII.5. Tərkibində  kumarinlər və xromonlar olan dərman bitkiləri və  xammalları: tumlu psoraleya, yerköküyəbənzər dişqurtlayan, əkin cırhavucu, sibir şişmeyvəsi, əncir, adı atşabalıdı, dərman xəşəmbülü, bostan şüyüdü, iri dişqurtlayanı.

VII.6. Tərkibində aşı maddələri olan dərman bitkiləri və  xammalları: taninin mənbələri, aşı sumaq, sarağan, fırlar, palıdın növləri, adi qaragilə, düzqalxan qaytarma, qurdpəncəsi, dərman sincanotu, yoğunyarpaq badan, meşəgilası, qızılağacın növləri, çin çayı, adi başınağacı, adi dazıotu.

 

VIII. Tərkibində  alkaloidlər olan dərman  bitkiləri və xammalları.

  1. Tərkibində  pirrolizidin törəməli alkaloidlər olan dərman bitkiləri və xammalları : yastıyarpaq xaçgülü və başqa  növləri.
  2. Tərkibində piridin, piperidin və xinolizidinin törəməli alkaloidlər olan dərman bitkiləri və  xammalları: adı xanımotu, qafqaz xanımotu, qara batbat, adı dəlibəng, hündur dəlibəng, karnioliya skopoliyası, sekurineqa, termopsisin növləri, yoğunmeyvəli sofora, sarı nelufər, kinə ağacı, quzu plaunu.
  3. Tərkibində izoxinolin törəməli alkaloidlər olan dərman bitkiləri və  xammalları  : yuxu xaşxaşı, dəmirovotu, sarı buynuzlalə, adı zirinc, hamar stefaniya,Viktor və  Severtsor ungerniyası, makleya.
  4. Tərkibində  indol törəməli alkaloidlər olan dərman bitkiləri  və  xammalları : çovdar mahmızı, qarğabükən, ilan rauvolfiyası, kiçik qıfotu, inkarnat passiflorası, çəhrayı qıfotu (katarantus).
  5. Tərkibində purin törəməli alkaloidlər olan dərman bitkiləri və xammalları: çin çayı, şokolad ağacı, qəhvə ağacı.
  6. Tərkibində steroid alkaloidlər olan dərman bitkiləri və xammalları: Lobel asıryalı, dolçavari quşüzümü.
  7. Tərkibində diterpen alkaloidlər olan dərman bitkiləri və  xammalları: kəpənəkçiçəyin növləri, mahmızçiçək. Tərkibində asiklik alkaloidlər (protoalkaloidlər) olan dərman bitkiləri və  xammalları: qırmızı istiot, şoran sferofizası, yarpaqsız öldürgən, orta və qatırquyruqlu acılıq, gözəl vaxtsızçiçək (itboğan).
  8. Tərkibində müxtəlif qrup alkaloidlər olan dərman bitkiləri: Hind qozu, yoğunmeyvəli sofora, qaraqaytaran, toppuztikan.

 

IX. Tərkibində müxtəlif qrup bioloji fəal maddələr olan dərman bitkiləri və xammalları

Çaqa, lələkvari kalanxoy, moruq, evkommiya, böyrək çayı, saflorayaoxşar rapontikum, əyilən pion (buynuzbaş), dəməşq çörəkotu, ağ bağambürc, sarıkök, darçın, zəncəfil.

 

X.Fitoekdisteroid  tərkibli dərman bitkiləri və xammalları

Safloraoxşar levzeyanın kökümsovu ilə kökləri

 

XI. Qidaya bioloji fəal əlavələr kimi istifadə olunan dərman bitkiləri

Darçın, sarıkök, zəncəfil, zəfəran, mixək, hil.

 

XII.  Heyvan mənşəli  dərman xammalları

İlan zəhəri. Arı məhsulları (bal, mum və vərəmum, perqa, arı südü, arı zəhəri). Pantalar. Süngər. Zəli. Heyvan mənşəli yağlar.

 

XIII. Mineral mənşəli dərman xammalı

Naftalan. Müalicəvi palçıqlar. Mineral sular. Mumiya.

 

Farmakoqnoziyadan çöl- tədris təcrübəsi (dərman bitkilərinin

becərilməsi və tədarükü üzrə)

  Farmakoqnoziyadan tədris təcrübəsini (dərman bitkilərinin becərilməsi və  tədarükü üzrə) tələbələr VI semestrin sonunda 21 iş günü ərzində keçirlər. Tələbələrin iş günü 6 tədris saatına bərabərdir ki, onun da I günü gündəliyin tərtib edilməsinə sərf edilir. Təcrübənin sonunda tələbələr imtahan verirlər.

 

Tədris təcrübəsinin vaxtının bölünməsi üzrə cədvəl 

Sıra

İşin adı

Təcrübə günlərinin bölgüsü

1

Təcrübənin proqramı, təqvim plan, bazası və fərdi tapşırıqla tanışlıq

1

2

Müxtəlif şəraitdə bitən yabanı və becərilən dərman bitkiləri ilə tanışlıq

6

3

Dərman bitkilərinin təyini, morfoloji təsviri və  herbariləşdirilməsi

4

4

Dərman bitkilərinin xammallarının ehtiyatının təyini

3

5

Dərman bitkilərinin becərilməsi üsulları ilə tanışlıq

3

6

Dərman bitki xammallarının tədarükünün təşkili ilə tanışlıq

3

7

İmtahanın verilməsi

1 


 

Dərman bitkilərinin ehtiyatının təyini üzrə aparılan iş. 

Dərman ehtiyatşunaslığında  aşağıdakı anlayışlar mövcuddur:

1)    Bioloji ehtiyat- bitkinin yayıldığı ərazidə onun bütün nümunələrinin birlikdə xammalının fitokütləsinin miqdarıdır.

2)    İstismar olunan ehtiyat – tədarük sahəsində tədarük üçün yararlı olan bitki nümunələrinin xammalının fitokütləsinin miqdarıdır.

3)    İllik tədarük oluna biləcək miqdar – xammal bazasına heç bir ziyan vurmadan hər il konkret sahədə tədarük olunan bitki xammalının kütləsidir.

Xammalın istismar oluna bilən ehtiyatı adətən bioloji ehtiyatından xeyli az olur (orta hesabla 20%-ə qədə)r, çünki bioloji ehtiyata bitkinin seyrək  yayıldığı sahələrdəki  xammal ehtiyatı da daxildir ki, belə sahələrdən xammalı  toplamaq iqtisadi cəhətdən əlverişli deyildir. Zəif inkişaf etmiş bitki fərdlərinin də əmələ gətirdiyi ehtiyat bioloji ehtiyata aiddir ki, onların da tədarükü adətən aparılmır.

Xammalın tövsiyyə olunan tədarük həcmi, istismar oluna bilən ehtiyatdan az olur, çünki tədarükü elə aparmaq lazımdır ki, bitkinin təbii ehtiyatı tükənməsin.

Əgər xammal kimi bitkinin meyvələri  toplanırsa, xammalın tövsiyə olunan illik tədarük həcmi, onun istismar oluna bilən ehtiyatına bərabərdir. Yerüstü orqanların və  çiçək qruplarının tövsiyə olunan tədarük həcmi oluna bilən ehtiyatın 1/3 və ya ¼-nə bərabərdir. Yeraltı orqanların isə  mümkün olan illik tədarük həcmi, istismar oluna bilən ehtiyatın 1/8 və 1/10 hissəsini təşkil edir.

Yabanı dərman bitki sərvətini planlı surətdə və səmərəli istifadə etmək üçün xammal ehtiyatının təyini aşağıdakı üsullarla keçirilə bilər:

1)    Bitkinin yayıldığı konkret sahələrdə xammal ehtiyatının təyini;

2)    Xammal ehtiyatını bəzi xarakterik sahələrdə təyin etmək və alınan nəticələr əsasında bütün rayonun və ya vilayətin ərazisində bitkinin xammal ehtiyatını müəyyənləşdirmək.

 

Tədris  (mövzu) planı:

                                                                Farmakoqnoziya 1 

Mühazirə    

Mövzular

Saat

1

Farmakoqnoziya bir elm və   tədris  fənni kimi. Əsas anlayışlar;dərman bitkisi, dərman bitki xammalı, heyvan mənşəli xammal,bioloji fəal maddələr.Farmakoqnoziyanın ixtisas və digər yaxın fənnlərlə əlaqəsi.Provizorun praktik fəaliyyətində farmakoqnoziyanın mövqeyi.Dərman bitki xammalının farmakoqnostik tədqiqi üsulları.

Dərman bitkilərinin kimyəvi tərkibi. Dərman bitkilərinin bioloji fəal və  müşaiyətedici maddələri. Birincili və ikincili   metabolitlərin   biosintez   yolları.Ontogenez prosesində ekoloji amillərin təsirilə dərman bitkilərinin kimyəvi tərkibinin dəyişməsi.Dərman bitkilərinin təsnifatının sistemləri:kimyəvi,morfoloji,botaniki və farmakoloji.

 

 

2

2

Tərkibində polisaxaridlər olan dərman bitkiləri və xammalları, fotosintez  prosesi və karbohidratların çevrilmə məhsulları bitkilərdə bioloji  fəal maddələrin  biogenezinin əsasıdır. Nişastanın, inulinin, selik maddələrinin, yapışqanların (kitrələrin), pektin maddələrinin və sellülozanın kimyəvi tərkibi, fiziki-kimyəvi xassələri və tibbdə istifadəsi. Vitaminlər. Bitki aləmində yayılması, bitkilərdə  toplanma dinamikası, ətraf mühit amillərinin vitaminlərin toplanmasına təsiri, təsnifatı, tədarükü.

 

 

3

Terpenoidlər haqqında anlayış. Efir yağları. Efir yağlarının ümumi xarakteristikası, təsnifatı, fiziki-kimyəvi xassələri, bitki aləmində  yayılışı, lokalizasiyası və bitkilərin həyatında rolu. Bitkilərdə efir yağlarının toplanma dinamikası. Ətraf mühit amillərinin efir yağlarının toplanmasına təsiri.Efir yağlı xammalların tədarük olunma, qurudulma və saxlanma xüsusiyyətləri,  efir yağlarının alınma və analiz üsulları, tibbdə istifadəsi.Efir yağlı dərman bitkilərinin öyrənilməsində Azərbaycan və xarici ölkə alimlərinin rolu.

 

 

4

Qlikozidlərin ümumi xarakteristikistikası, quruluşlarının  xüsusiyyətləri,                 

təsnifatı.Tio və nitrilqlikozidləri, fenolqlikozidləri. Sadə fenol birləşmələri.Liqnanlar.İridoidlər. Ürək qlikozidləri. Kimyəvi quruluşunun xüsusiyyətləri,fiziki-kimyəvi xassələri, təsnifatı, bitki aləmində yayılışı, vegetasiya fazalarının və ətraf mühit amillərinin xammalın qlikozid tərkibinə təsiri. Ürək qlikozidli xammalların keyfiyyətinin yoxlanılması, tibbdə tətbiqi.

 

Cəmi: 8 saat

 

 

Təcrübə                               

Mövzular

Saat

1

Müxtəlif morfoloji qruplardan olan bitki xammalı nümunələrində makroskopik analiz üsulunun mənimsənilməsi.

4

2

Müxtəlif morfoloji qruplardan olan dərman bitki xammalı nümunələrində mikroskopik analiz üsulunun mənimsənilməsi. Ayrı-ayrı təbii   bioloji fəal maddə   qruplarına aid histoloji və eynilik reaksiyalarının   mənimsənilməsi.

4

3

Tərkibində polisaxaridlər olan dərman bitkiləri və xammalları.               

Bağayarpağı növlərindən alınan xammal, gülxətminin kökü, ögeyananın (dəvədabanı) yarpağı, dəniz kələmi, andız.         

4

4

Zəyərək toxumu, gəvən kitrəsi (traqakant), ərik kitrəsi, acıqovuq, heyva, pambıq.

4

5

Tərkibində vitaminlər olan dərman bitkiləri və xammalları. İtburnu (dərgil) meyvəsi, gicitkən yarpağı, gülümbaharın çiçəyi,çaytikanı, adi quşarmudu, üçbölümlü, üçbarmaq, bataqlıq qurucası

4

6

Qarğıdalı saçağı, quşəppəyinin otu, qara qarağat, başınağacı, qoz, kələm boranı, yerkökü. Dərgil meyvəsində askorbin turşusunun miqdarının təyini (X DF-a əsasən); dərgil meyvəsində və gülümbaharın çiçəklərind karotinoidlərin  xromatoqrafik  üsulla təyini.

4

7

Tərkibində efir yağları olan dərman bitkiləri və xammalları Keşniş meyvəsi, nanə yarpağı, bədrənc otu, adaçayı yarpağı, zirə meyvəsi. 

4

8

Evkalipt yarpağı , pişikotunun kökümsovu ilə  kökləri və  onlarda təsadüf olunan qarışıqlar, çobanyastığının (mollabaşının) çiçəkləri və onda təsadüf olunan qarışıqlar, ardıcın meyvələri.

4

9

Kamforanın alınma mənbələri, sitvar yovşanının çiçəyi, tozağacı tumurcuğu, acı yovşan otu, boymadərənin otu.

4

11

Kəklikotunun otu, qaraqiniğin otu, razyana meyvəsi, cirə meyvəsi, gəcəvər, öküzotu, ladan kolu, efir yağlarının analizi.       

4

12

Tərkibində fenolqlikozidlər, liqnanlar və digər fenol birləşmələri olan dərman bitkiləri və xammalları.  Ayıqulağı yarpağı və onda təsadüf olunan qarışıqlar, mərcangilənin yarpağı,bənövşə otu, çəhrayı rodiola, erkək ayıdöşəyinin kökümsovu və onda təsadüf  olunan qarışıqlar, çin cır limonu, tikanlı eleuterokokk, qalxanvari podofil Fenoloqlikozidlərin analizi.

4

13

Tərkibində ürək qlikozidləri olan dərman bitkiləri və xammalları. İnciçiçəyinin otu, çiçəkləri və yarpağı, onda təsadüf edilən qarışıqlar. Strofant toxumu, Xoruzgülünün otu və onda təsadüf edilən qarışıqlar. Üskükotu növləri. Ürək qlikozidli dərman bitki xammalının analizi.

Yekun dərs

4

Cəmi: 52 saat

 

                

                                                Farmakoqnoziya 2 

Mühazirə    

Mövzular

Saat

1

Saponinlər. Antrasen törəmələri. Ümumi xarakteristikası, aqlikon və şəkərli komponentlərin xüsusiyyətləri, təsnifatı, fiziki-kimyəvi  və bioloji xassələri, bitki aləmində yayılması, lokalizasiyası, xammalın tədarük olunma xüsusiyyətləri, istifadə yolları,analiz üsulları. Azərbaycan və xarici ölkə alimlərinin tərkibində saponinlər və antrasen törəmələri olan dərman bitkilərinin  öyrənilməsində rolu.

2

2

Flavonoidlər, ümumi xarakteristikası, kimyəvi quruluşunun xüsusiyyətləri, fiziki-kimyəvi xüsusiyyətləri, təsnifatı və xammalın analizi, bitki aləmində yayılması, lokalizasiyası, bitkilərdə fizioloji rolu. Bitkinin vegetasiya dövrünün və ətraf mühit amillərinin bitkilərdə flavonoidlərin əmələ gəlməsinə və toplanmasına təsiri, tərkibində flavonoidlər olan xammalların qurudulması və saxlanması xüsusiyyətləri, tibbdə istifadəsi. Flavonoidli dərman bitkilərinin öyrənilməsində Azərbaycan və xarici ölkə alimlərinin rolu.

2

3

Kumarinlər və xromonlar. Aşı maddələri. Kimyəvi quruluşunun xüsusiyyətləri, təsnifatı, fiziki-kimyəvi xassələri, bitki aləmində yayılması, lokalizasiyası, xammalının tədarükünün xüsusiyyətləri.

İstifadə yolları, tərkibində kumarinlər və xromonlar olan bitkilərin öyrənilməsində Azərbaycan və xarici ölkə alimlərinin bu sahədə rolu.

2

4

Piyli yağlar, quruluşunun xüsusiyyətləri, təsnifatı, fiziki-kimyəvi xassələri, alınma üsulları, saxlanma qaydası, tətbiqi.

Tərkibində müxtəlif qrup bioloji fəal maddələr olan dərman bitkiləri.

2

  Cəmi: 8 saat

 


 

Təcrübə

Mövzular

Saat

1

Tərkibində saponinlər olan dərman bitkiləri və xammalları. Biyan kökü,çöl qatırquyruğunun otu və onda təsadüf,olunan Qarışıqlar, dioskoreyanın kökümsovu ilə kökü , böyrəkçayı otu, Jenşen,  araliya, exinopanaks, gözəl yukka.                     

4

2

Saponinli dərman bitki xammalının analizi

 

3

Tərkibində antrasen törəmələri və onların qlikozidləri olan dərman bitkiləri və xammalları. Səna yarpağı, kövrək murdarçanın qabığı və onda  təsadüf olunan qarışıqlar, işlədici murdarçanın meyvəsi, ağacşəkilli  əzvay.

4

4

 Rəvənd kökü, adi dazının otu, atəvəliyinin kökü , boyaqotunun kökümsovu ilə kökləri. Dərman bitki xammalında antrasen törəmələrinin analizi

4

5

Tərkibində flavonoidlər olan dərman bitkiləri və xammalları. Ödotunun çiçəyi, subibərinin otu, qırmızıbaş qırxbuğumun otu, quşbuğdasının otu, bataqlıq qurucası.                                                                                                                         

4

6

Dağ tərxununun çiçəyi, yemişanın çiçəyi və meyvəsi, cökənin çiçəkləri, üçbarmaq otu, biyanın kökü.                                    

4

7

Çöl paxlakolunun kökü, çiçəkləri tüklü gəvənin otu, başlıqotunun kökü, mavi göyçiçəyin çiçəkləri, bənövşənin otu.                                                   

4

8

Yapon soforasının çiçəyi və meyvəsi, şirquyruğunun otu, sitrus bitkilərinin (limon, narıngi, portağal və s.) meyvələrinin qabığı, qarameyvəli aroniyanın meyvələri, çin  çayının yarpağı

 

9

Dərman bitki xammalında flavonoidlərin analizi.                            

4

10

Tərkibində kumarinlər və xromonlar olan dərman bitki xammalları. Bostan şüyüdünün meyvəsi , əncirin yarpağı , cırhavuc (xımı) meyvəsi Yerköküyəbənzər dişqurtlayanın meyvəsi, atşabalıdının toxumu, iri dişqurtlayan, şişmeyvə, psoraleya, xəşəmbül.  Kumarinlərin analizi.       

4

11

Tərkibində  aşı maddələri olan dərman bitkiləri və  xammalları. Sumaq yarpağı, sarağan yarpağı, palıd qabığı, qızılağacın hamaşmeyvəsi, qaytarma, qurdpəncəsi, sincanotu, badan, qaragilə, meşəgilası və fırlar. Aşı maddələrinin analizi

4

12

Tərkibində piyli yağlar olan dərman  bitkiləri və xammallar Zeytun meyvəsi, gənəgərçək toxumu Yağlar: badam, ərik, şaftalı, yerfındığı, günəbaxan,qarğıdalı, pambıq, zəyərək.Piyli yağların analizi.

 

13

Tərkibin  də müxtəlif qrup bioloji fəal maddələr olan dərman bitki və xammalları: çaqa, lələkvari kalanxoy, evkommiya, əyilən  buynuzbaş  (pion), çörəkotu, bağambürc, sarıkök, darçın, zəncəfil.

Yekün dərs.

4

Cəmi:     52 saat

                


Mühazirə    

                                                         Farmakoqnoziya 3 

Mövzular

Saat

1

Alkaloidlər. Kimyəvi quruluşunun özəllikləri, təsnifatı, fiziki-kimyəvi xüsusiyyətləri, bitkilərdə yayılması və toplanması, bitkilərin həyatında fizioloji rolu. Alkaloidli bitki xammallarının analizinin sxemi, tədarük olunma xüsusiyyətləri və tibb praktikasında istifadəsi.

Azərbaycan və xarici ölkə alimlərinin alkaloidli bitkilərin öyrənilməsində rolu.Steroid alkaloidlərin quruluşunun xüsusiyyətləri və steroid preparatların sintezində onların istifadə olunma perspektivləri.           

 

2

Heyvan və mineral mənşəli dərman xammalları. İlan zəhəri, bal arısının məhsulları (bal, vərəmum, perqa, arı zəhəri). Heyvan və mineral mənşəli məhsullar. Zəli, Panta, Süngər. Hidrobiontlar.

 

 

Fitoekdisteroid tərkibli dərman bitkiləri və xammalıları.                                      

Fermentlər. Qidaya bioloji fəal əlavələr kimi istifadə olunan dərman bitkiləri. Yeni dərman bitkilərinin axtarışı, öyrənilmə yolları və üsulları.

Dərman bitki xammalına aid analitik-normativ sənədlər.

2

3

Fitoekdisteroid tərkibli dərman bitkiləri və xammalıları. Fermentlər. Qidaya bioloji fəal əlavələr kimi istifadə olunan dərman bitkiləri. Yeni dərman bitkilərinin axtarışı, öyrənilmə yolları və üsulları.

Dərman bitki xammalına aid analitik-normativ sənədlər.

 

4

Dərman bitkilərinin introduksiyası. Təcrid olunmuş toxuma və hüceyrələrin kulturası. Dərman bitki xammalının ehtiyatının təyini.

Dərman bitki xammalının tədarükü, saxlanması və səmərəli istifadəsi. Mühafizə tədbirləri.

 

Cəmi: 8 saat


 

Təcrübə

Mövzular

Saat

1

Tərkibində alkaloidlər olan dərman bitkiləri və xammalları. Xanımotu yarpağı, batbat yarpağı, dəlibəng yarpağı, skopoliya, sekurineqa, termopsis

4

2

Hind qozu, çovdar  mahmızı, passifloranın otu, rauvolfiya kökü, qıfotunun otu

4

3

 Dəmrovotunun otu, zirincin kökü və yarpağı, stefaniyanın  kökyumruları, xaçgülünün otu və kökümsovu, vaxtsızçiçək, dolçavari quşüzümü.

 

4

Çay yarpağı, acı  istiotun meyvəsi, acılıqotu, adi üzərliyin otu, nilufər, buynuzlalə, quzu plaunu, sferofiza otu , öldürgən otu , kinə  ağacının qabığı ,yoğunmeyvəli sofora otu, xaş-xaş meyvələri, koka yarpağı, parv çilinin otu.                                                          

 

5

Qaraqaytaran otu, toppuztikan meyvəsi, qəhvə toxumu, kəpənəkçiçəyin kökyumrusu, asırqalın kökümsovu ilə kökləri.

 

6

Alkaloidlərin analizi. Alkaloidlərə aid çökdürücü və rəngli reaksiyalar.                                                                

 

7

Heyvan mənşəli dərman xammalları: İlan zəhəri. Arı məhsulları (bal, mum və  vərəmum, perqa, arı südü, arı zəhəri).  Pantalar. Süngər. Zəli. Heyvan mənşəli yağlar. Mineral mənşəli dərman xammalları: mumiya .

 

8

Tərkibində fitoekdisteroidlər olan dərman bitki və xammalı.                               

Levzeyanın kökümsovu ilə kökləri. Fermentlər. Papaya, ananas, kivi

Qidaya bioloji fəal əlavələr kimi istifadə olunan dərman bitkiləri:  darçın, sarıkök, zəncəfil, zəfəran, mixək, hil.

 

9

Dərman bitki xammalının standartlaşdırılması; dərman bitki xammallarına aid analitik sənədlər. Dərman bitki xammalının qəbulu.

Əmtəəşunaslıq analizi.

 

10

Yekun dərs                                                                                                 

 

Cəmi:   37  saat

       

Metodiki təminatı:

Əsas  ədəbiyyat

1

Kərimov Y.B,   Süleymanov T.A, İsayev C.İ, Xəlilov C.S. Farmakoqnoziya,  Bakı, 2010, 741 s.

2

Dəmirov İ.A, Manafov Ə.B, İslamova N.A. Farmakoqnoziya, Bakı, 1984.

Государственная Фармакопея СССР, Х изд

3

Государственная фармакопея СССР XI издание, выпуск 2, Общие методы анализа. Лекарственное растительное сырье. Москва, 1990, 400 с.

4

Долгова А.А.Ладыгина Е.Я-Руководство к практическим занятиям по фармакогнозии – М.,1977.

5

Машковский М.Д. Лекарственные средства, М., ООО «Новая волна», изд. 14, 2002, I   и  II тома.

6

Муравъева Д.А.Фармакогнозия. М., 1991.

7

Правила сбора и сушки лекарственных растений  (сборник инструкций), М.,1985.

8

Соколов С.Я., Замотаев И.П. Справочник по лекарственным растениям, М.,1984.

9

Турова А.Д., Сапожникова Э.Н. Лекарственные растения СССР и их применение, М., 1982.

10

Фармакогнозия (атлас), под редакцией Гринкевич Н.И. и Ладыгигой Е.Я., М., 1989.

11

Химический анализ лекарственных растений (под редацией Н.И. Гринкевич, Л.Н.Сафронич), М., 1983

12

Энциклопедический словаръ лекарственных растений и продуктов животного происхождения (под. Ред.Яковлева Г.П. и блиновой К.Ф.), Санкт-Петербург, изд.СПХФА, 2002.

13

Куркин В.А. Фармакогнозия: учебник для студентов фармацевтических вузов. Издание 2-е. Самара, 2007, 1239 с.

14

Муравьева Д.А., Самылина И.А., Яковлев Г.П. Фармакогнозия. 5-е издание. Москва, «Медицина», 2007, 656 с.

15

Фармакогнозия. Лекарственное сырье растительного и животного происхождения. Под редакции Г.П. Яковлева. Санкт-Петербург, «СпецЛит», 2010, 863 с.

16

Bruneten I. Pharmacognosie (Phytochemie Plant medicinalis). Paris: Technique  and documentation,1999, 1120 p.     

17

Encyclopedie des  Plantes Medicinales. Laronse, Milan, 1997, 798 p.

18

European Pharmacopoeia. 4th ed., Strasbourg: Council of Europe, 2002, 2416 p.

 

Əlavə   ədəbiyyat

1

Dəmirov İ.A., İslamova N.A., Kərimov Y.B.,Mahmudov R.B. Azərbaycanın müalicə əhəmiyyətli bitkiləri, Bakı, 1988.

2

İsmayılova T.N., Xəlilov  C.S.- Tərkibində vitaminlər olan dərman bitkiləri və xammallar (metodiki işləmə)- Bakı, 2001.

3

Xəlilov C.S.,Kərimov Y.B., İsmayılova  V.A.- Farmakoqnoziyadan tədris təcrübəsi üzrə metodiki vəsait. Bakı, 1990. 

4

İsayev C.İ., qocayeva F.Ə.  Dərman  bitkillərinin ehtiyatşünasliğı. Bakı, 2011, 91 səh.

5

İsayev C.İ Tərkibində antrasen törəmələri olan dərman  bitkiləri və xammalları. Bakı 2009, 70 səh.

6

Məmmədova N.H.  Tərkibində efir yağlari olan dərman bitkiləri və  Xammalari. Baki,  2010, 99 səh.

7

Süleymanov T.A. Tərkibində piyli yağlar olan dərman bitkiləri və xammalları.Piyli yağların   analizi, Bakı, 2002, 63 səh.

8

Süleymanov T.A. Tərkibində flavonoidlər olan dərman bitkiləri və Xammalları. Bakı, 2007, 84 səh.

9

Süleymanov T.A., Aliyeva S.Sh.  Medıcinal Plants and the raw materıals, contaınıng  polysaccharıdes. Baku ,  2012,  75 p.

 

Texniki  təchizatı:

         Kafedrada tədris prosesinin təminatı üçün laborator mebeli ilə təciz olunmuş   auditoriyalar,  kompyuterlər, noutbuk,  proyektorlar, mikroskoplar, destillə aparatı, binokulyarlar, elektrik su hamamları, inkubator,  fotoelektrokolorimetr, refraktometr, sentrifuqa, vakuum nasos, müxtəlif kimyəvi reaktivlər, tərəzilər,  ştativlər, üzvi həlledicilər, sorbentlər,  şüşə  qablar, herbari materialları, dərman bitkilərinin rəngli şəkilləri, dərman bitki xammal nümunələri, hazır mikropreparatlar, multimedia proqramında tərtib olunmuş materiallar   və s. vardır.