Bakı- 2016
Farmakoqnoziya üzrə tədris proqramı “əczaçı-bakalavr” ixtisası (birinci təhsil pilləsi) üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Proqramın tərtib olunmasında kafedranın çoxillik iş təcrübəsi, həmçinin digər ölkələrin (Rusiya Federasiyasının, Ukraynanın və digər MDB ölkələrinin) farmakoqnoziya kafedralarının təcrübələri nəzərə alınmışdır.
Tədris proqramı Azərbaycan Tibb Universitetinin farmakoqnoziya və botanika kafedranın əməkdaşları prof.Y.B.Kərimovun, prof.C.İ.İsayev, dos. N.H.Məmmədova, dos.S.Ş.Əliyeva və baş müəllim S.E.Əliyeva tərəfindən hazırlanmışdır.
Rəy verənlər: 1. Prof. Süleymanov T.A., Əczaçılıq kimyası kafedrasının
Müdiri;
2. Ə.e.x., prof. Sərkərov S.V., AMEA-nın Botanika
İnstitutunun “Bitki ehtiyatları” şöbəsinin baş elmi
Işçisi.
Giriş
Farmakoqnoziya üzrə proqram ümumi və xüsusi hissələrdən, laboratoriya-mühazirə kursunun keçirilməsi prosesində tələbələrin qazandıqları bilik, bacarıq və praktiki vərdişlərin siyahısından, mühazirələrin və laboratoriya məşğələlərinin tematik planlarından, ədəbiyyat siyahısından təşkil olunmuşdur.
Proqramın ümumi hissəsində aşağıdakı məsələlər nəzərdən keçirilir: fənnin metodologiyası və vəzifələri, tarixi aspektdə farmakoqnoziyanın inkişafı, dərman bitki xammalının səmərəli istifadəsi, tədarükünün təşkili, kimyəvi tərkibi, birincili və ikincili metabolitlər, bitki xammalının standartlaşdırılması, dərman bitkilərinin öyrənilməsi sahəsində aparılan elmi tədqiqatlar.
Dərman bitkilərinin öyrənilməsi, onların introduksiyası, becərilməsi, becərilmənin üstünlüyü və növləri, farmakoqnostik analiz üsulları, xammalın eyniliyinin təyini və s.
Proqramın xüsusi hissəsində ayrı-ayrı qrup bitkiləri və bitki orqanizmində ardıcıl gedən biokimyəvi proseslərə müvafiq olaraq tədarük edilən xammalların öyrənilməsi əks etdirilmişdir.
Proqrama son illər praktikada tətbiqini tapan bəzi yeni dərman bitkiləri daxil edilmiş (fitoekdisteroidlər və fermentlər tərkibli dərman bitkiləri, qidaya bioloji fəal əlavələr kimi istifadə olunan dərman bitkiləri), nomenklaturaya daxil olmayan bitki və xammalar isə çıxarılmışdır.
Bəzi bitkilər (tüksüz biyan, uca andız, əncir, adi atşabalıdı və s.) xüsusi hissənin bir neçə bölməsində təkrarlanır ki, buna da səbəb həmin bitkilərin bir sıra qrup bioloji fəal maddələrə malik olması və tibbin müxtəlif sahələrində tətbiq edilməsidir.
Ayrı-ayrı qrup bitkilər üzrə laboratoriya məşğələlərinin keçirilməsi elə qurulmalıdır ki, bitkinin öyrənilməsi xammalın eyniliyi və keyfiyyətinin makroskopik və mikroskopik üsullarla tədqiqi ilə başlansın və bioloji fəal maddələrin tərkibinin tədqiqi üzrə məsələlərin həlli ilə (keyfiyyət və miqdarının təyini) yekunlaşsın. Laboratoriya məşğələlərinin bu cür keçirilməsi materialın səmərəli mənimsənilməsini təmin edir və tələbələrin farmakoqnostik analizin bütün növləri ilə tanış olmasına imkan verir.
Proqramın məqsədi:
Dərman bitkilərinin öyrənilməsi: bioloji fəal maddələrin təsnifatı, fiziki-kimyəvi xassələri, alınma üsulları, bitki aləmində, o cümlədən Azərbaycanda yayılması. Gələcək əczaçılarda dərman bitkisinin xarici görünüşü, onun oxşar növlərdən və digər bitkilərdən morfoloji fərqləri, ekoloji xüsusiyyətləri, xammal bazası haqqında biliklərin formalaşdırılması .
Fənin öyrənilməsi nəticəsində tələbə aşağıdakıları bilməlidir:
- farmakoqnoziya haqqında ümumi anlayışları, farmakoqnostik analiz üsullarını, fənnin provizorun praktik fəaliyyətində əhəmiyyətini.
- dərman bitkilərinin xammal bazasının xüsusiyyətlərini.
- dərman bitki xammalının tədarükünün planlaşdırılmasını, səmərəli istifadəsini və mühafizə tədbirlərini.
- dərman bitki xammal ehtiyatının təyini üsullarını.
- dərman bitkilərinin tərkibində olan əsas qrup bioloji fəal maddələri və onların fiziki-kimyəvi xassələrini, biosintez yollarını.
-bioloji fəal maddələrin əsas keyfiyyət və miqdari təyini üsullarını; dərman bitki xammalının standartlaşdırma qaydalarını.
- dərman bitki xammalının analizinin nəticələrinə aid tələbləri.
-dərman bitki xammallarının, mineral və heyvan mənşəli xammalların əczaçılıq praktikasında və digər sənaye sahələrində istifadə formalarını və yollarını.
-dərman bitki xammalının qablaşdırılması, markirovkası, daşınması və saxlanması zamanı müvafiq normativ sənədlərin tələblərinə uyğunluğunu.
- dərman bitkiləri, dərman bitki xammalları, digər xammallarla və zəhərli bitkilərlə iş zamanı texniki təhlükəsizlik qaydalarını.
Yiyələnməlidir:
-müstəqil şəkildə dərman bitkilərini morfoloji əlamətlərinə görə herbari materiallarında və ya təbiətdə təyin etmək bacarığına.
- müxtəlif morfoloji qrup dərman bitki xammallarına aid mikropreparatların hazırlanma texnikasına; müvafiq bitki xammalı üçün anatomik quruluşunda fərqli olan diaqnostik əlamətləri müəyyən etməyə.
- müvafiq təyinedicilərdən istifadə etməklə dərman bitki xammalını bütöv, xırdalanmış və toz şəklində, eləcə də müxtəlif saylı bitki yığıntılarının tərkibində təyin etməyə.
- dərman bitkilərinin tərkibində olan əsas qrup bioloji fəal maddələrə aid keyfiyyət reaksiyalarının və miqdari təyinat üsullarının aparılma texnikasına; dərman bitki xammalının analizində müvafiq xromatoqrafiya üsulunu seçmək bacarığına.
- dərman bitki xammalından müxtəlif qrup bioloji fəal maddələri almaq və onları təmizləmək üsullarına.
- müvafiq dərman bitki xammallarına qarışa biləcək yad bitki qarışıqlarını fərqləndirməyə.
- ehtiyyatşünaslıq tədqiqatları aparmaq bacarığına.
- dərman bitki xammalının qəbulu, nümunənin götürülməsi, xammalda nəmliyin, külün, ekstraktiv maddələrin və digər əmtəəçilik analizlərinin yerinə yetirlmə qabiliyyətinə.
- qarşıya kiçik həcmli elmi tapşırıqların qoyulması və onların eksperimental yolla realizə edilmə bacarığına; farmakoqnostik analiz nəticəsində alınmış nəticələrin statistik işlənmə qaydalarına; elmi ədəbiyyat mənbələri ilə işləmək qabiliyyətinə.
- müstəqil şəkildə müxtəlif farmakoqnostik üsullardan istifadə etməklə təqdim olunan dərman bitki xammalının keyfiyyətini qiymətləndirmək bacarığına.
Tədris saatlarının ümumi bölgüsü
Semestrlər |
Saatların cəmi(kreditlər) |
O cümlədən |
Kurs işi |
Tədris təcrübəsi |
|
Mühazirə-lər |
Laboratoriya məşgələləri |
||||
V Farmakoqnoziya 1 |
60(4) |
8 |
52 |
- |
- |
VI Farmakoqnoziya 2 |
60(4) |
8 |
52 |
+ |
+ |
VII Farmakoqnoziya 3 |
45(3) |
8 |
37 |
- |
- |
Proqram:
Kurs ərzində tələbə tərəfindən qazanılan bacarığların siyahısı:
Farmakoqnoziya I (V semestr)
Farmakoqnoziya II (VI semestr)
Farmakoqnoziya III (VII semestr)
Proqramı:
Ümumi hissə
1.Farmakoqnoziyanın vəzifələri və tədris metodologiyası
Farmakoqnoziyanın bir elm və tədris fənni kimi mahiyyəti. Fənnin əsas anlayışları: dərman bitkisi, dərman bitki xammalı, heyvan mənşəli xammal, bioloji fəal maddələr.Farmakoqnoziyanın müasir inkişafı mərhələsində vəzifələri. Farmakoqnoziyanın bazis və ixtisas fənnləri ilə əlaqələri. Əczaçının praktiki fəaliyyətində farmakoqnoziyanın rolu və əhəmiyyəti. Professional etika məsələləri.
2. Farmakoqnoziyanın qısa inkişaf tarixi
Dünya təbabətində dərman bitkilərinin istifadəsi və öyənilməsinin əsas tarixi mərhələləri. Ərəb (Əbu-Əli İbn Sina və s.), Avropa (Qalen, Hippokrat, Dioskorid və s.) və digər tibb sistemlərinin farmakoqnoziyanın inkişafına təsiri.
Azərbaycan və xarici ölkələrin alimlərinin: A.F.Qammerman, D.A.Muravyova, R.L.Xazanoviç, X.X.Xalmatov, İ.A.Dəmirov, Y.B.Kərimov, N.A.İslamova, C.S Xəlilov, T.A.Süleymanov, C.İ.İsayev və digərlərinin fəaliyyəti.
3.Dərman bitkilərinin kimyəvi tərkibi və təsnifatı
Dərman bitkilərinin kimyəvi tərkibi. Birincili və ikincili metabolitlər. Əsas təsiredici və müşaiyətedici maddələr, onların bitkilərdə biogenezi, ontogenezin və ətraf mühit amillərinin bitkilərin kimyəvi tərkibinə təsiri. Dərman bitkilərinin təsnifatı sistemləri: kimyəvi, morfoloji, botaniki və farmakoloji.
4. Dərman bitki xammalının farmakoqnostik tədqiqi üsulları
Farmakoqnostik üsullar: makroskopik, mikroskopik, mikrokimyəvi, fitokimyəvi, bioloji və əmtəəçilik analiz üsulları. Xammalın eyniliyinin, keyfiyyətinin, təmizliyinin oxşar bitkilərdən ayrılmasınını təyini.
Xırdalanmış dərman bitki xammallarının (doğranılmış, poroşokşəkilli, yığıntı, briket və s.) analizi.
5.Dərman bitki xammalının standartlaşdırılması
Standartlaşdırma sistemi. Dərman bitki xammalına aid analitik sənədlər: Rusiya Dövlət Farmakopeyası (X və XI), Avropa Farmakopeyası, Britaniya Farmakopeyası, farmakopeya məqalələri, monoqrafiyalar, spesifikasiyalar, sertifikatlar, Dövlət standartları və sahə standartları. Dərman bitki xammalına aid farmakopeya məqalələrinin tərtibi.
6. Yabanı və becərilən dərman bitkiləri, xammalın tədarükü və səmərəli istifadəsi
Dərman bitkilərinin introduksiyası və becərilməsinin üstünlüyü. Xammalın səmərəli toplanmıası üsulları, onların ilkin emalı, qurudulması, keyfiyyətinin təyini və standartlaşdırılması, qablaşdırılması, etiketləşdirilməsi. Dərman bitki xammalının qəbul qaydaları. Analiz üçün nümunənin götürülməsi və müvafiq normativ-texniki sənədlərin tələbinə uyğunluğunun yoxlanması.
Təbii sərvətlərin mühafizəsi, qorunması və onların səmərəli istifadəsi üzrə həyata keçirilən tədbirlər.
7. Dərman bitki xammalının ehtiyyatşünaslıq tədqiqatları
Dərman bitki xammalının ehtiyatının təyini üsulları. Yerli dərman bitki xammal bazasının fitopreparatların istehsalında əhəmiyyəti.
8. Dərman bitkilərinin öyrənilməsi sahəsində elmi tədqiqatlarının əsas istiqamətləri
Yeni dərman bitkilərinin aşkar olunma üsulları. Xalq təbabətinin təcrübəsinin öyrənilməsi və istifadə olunması. Bitkilərin kimyəvi tədqiqi, kimyəvi skrininq, ələk üsulu və filogenetik prinsip.
XÜSUSİ HİSSƏ
Giriş
Xüsusi hissəyə dərman bitkilərinin öyrənilməsi daxildir. Hər bir dərman bitki qruplarının öyrənilməsinə aşağıdakı ümumi məsələlərlə başlamaq lazımdır:
Hər bir qrup bitkiyə aid ümumi məsələlərə baxdıqdan sonra, dərman bitki xammalları aşağıdakı plan əsasında öyrənilir:
I. Tərkibində polisaxaridlər olan dərman bitkiləri və xammalları
Nişastalı bitkilər: kartof, düyü, bugda, qargıdalı, maniok. Tərkibində inulin olan bitkilər: zəncirotu (acıqovuq) və andız. Tərkibində selik maddələri olan bitkilər: zəyərək, gülxətmi, dəvədabanı, iri bağayarpağı, lansetşəkilli bağayarpağı, birə bağayarpağı, cökə, heyva, sığırquyruğu və səhləb.
Kitrəli bitkilər: gəvənin müxtəlif növləri, ərik və s.
Pektin maddələrinin mənbələri olan bitkilər: yapon dəniz kələmi və şəkərli laminariya.
Tərkibində sellüloza olan bitkilər: tüklü pambıq.
II. Tərkibində vitaminlər olan dərman bitkiləri və xammalları
İtburnu (dərgil) və onun offisinal növləri (yüksək və az vitaminli), dərman gülümbaharı, ikievli gicitkən, adi qarğıdalı, adi quşarmudu, adi quşəppəyi, murdarçayabənzər çaytikanı, üçbölümlü üçbarmaq, bataqlıq qurucası, yunan qozu, kələm, yerkökü, adı başınacağı, qara qarağat.
III. Tərkibində piyli yağlar və piyəbənzər maddələr olan dərman bitkiləri, xammallar və məhsullar
Gənəgərçək, badam, şaftalı, ərik, zeytun, qarğıdalı, yerfındığı, günəbaxan, fıstıq, zəyərək və yunan qozunun yağları.
Heyvan mənşəli piylər: balıq yağı və onun analoqları.
Piyəbənzər maddələr: arı mumu, spermaset, lanolin.
IV. Tərkibində terpenoidlər olan dərman bitkiləri və xammalları
Efir yağlı dərman bitkiləri və xammalları: əkilən keşniş, istiot nanə, dərman adaçayı, evkaliptin növləri (külrəngli, çubuqvari, kürəşəkilli), adi zirə, adı ardıc, dərman pişikotu, adı şam, sibir ağ şamı və kamforanın digər mənbələri, çobanyastığı növləri, dağ öküzotu, ucaboy andiz, sitvar yovşanı, bataqlıq ladankolu, dərman bədrənci, tozağacı, adi cirə, razyana, adi kəklikotu, sürünən kəklikotu, adı qaraqınıq, bataqlıq gəcəvəri, adi boymadərən, acı yovşan, adi dağtərxunu, qara qovaq.
Tərkibində qətran olan dərman bitkiləri: adı şam, sibir ağ şamı.
V. Tərkibində iridoidlər (acı maddələr) olan dərman bitkiləri və xammalları
Üçyarpaq suyoncası, çətirli isitməotu, dərman acıqovuğu, maya sarmaşığı, aylant.
VI. Tərkibində qlikozidlər olan dərman bitkiləri və xammalları
VI.1. Tərkibində tioqlikozidlər olan dərman bitkiləri və xammalları
Sarept xardalı, kələm, baş soğan, əkilən sarımsaq.
VI. 2. Tərkibində sianogen qlikozidlər olan dərman bitkiləri və xammalları
Adi badam, qara gəndalaş.
VI. 3. Tərkibində ürək (kardiotonik) qlikozidləri olan dərman bitkiləri və xammalları
Qırmızı üskükotu, paslı üskükotu, iriçiçəkli üskükotu, tüklü üskükotu və kirpikli üskükotu, kombe strofantı, çətənə kəndiri, yaz xoruzgülü, may inciçiçəyi, boz sarılıqotu və Qafqaz şaxtagülü.
VI. 4. Tərkibində saponinlər olan dərman bitkiləri və xammalları
Qafqaz dioskoreyası, nippon dioskoreyası, gözəl yükka, sisal aqavası, tüksüz biyan və Ural biyanı, çiçəkləri tüklü gəvən, hündür exinopanaks, mancur araliyası, adi jenşen, çöl qaturquyruğu, böyrəkçayı, adi atşabalıdı.
VII.Tərkibində fenol təbiətli birləşmələr olan dərman bitkiləri və xammalları
VII.1. Tərkibində fenolqlikozidlər və digər fenol birləşmələri olan dərman bitkiləri və xammalları: adi ayıqulağı, mərcangilə, çəhrayı rodiola, çöl bənövşəsi, alabəzək bənövşə, erkək ayıdöşəyi.
VII.2 Tərkibində antrasen törəmələri və onların qlikozidləri olan dərman bitkiləri və xammalları: itiyarpaq və kütyarpaq səna, kövrək murdarça, işlədici murdarça, ağacşəkilli əzvay, tanqut rəvəndi, adi atəvəliyi, adi boyaqotu, gürcü boyaqotu, adı dazıotu.
VII.3. Tərkibində flavonoidlər və onların qlikozidləri olan dərman bitkiləri və xammalları: tikanlı yemişan, qanqırmızı yemişan və yemişanın digər offisinal növləri, damotunun (şirquyruğunun) növləri, yapon soforası, çiçəkləri tüklü gəvən, sitrus meyvələrinin qabıqları, çin çayı, qumlu solmazçiçək, adı dağtərxunu, qarameyvəli quşarmudu, adi quşbuğdası, qırmızıbaş qırxbuğum, adi subibəri, əkin paxlakolu, çöl qatırquyruğu, baykal başlıqotu, mavi göyçiçək, üçbölümlü üçyarpaq, cökə, tüksüz biyan, gəvən, bataqlıq qurucası.
VII.4. Tərkibində liqnanlar olan dərman bitkiləri və xammalları: çin cır limonu, tikanlı eleuterokokk, qalxanvari podofil, levzeya.
VII.5. Tərkibində kumarinlər və xromonlar olan dərman bitkiləri və xammalları: tumlu psoraleya, yerköküyəbənzər dişqurtlayan, əkin cırhavucu, sibir şişmeyvəsi, əncir, adı atşabalıdı, dərman xəşəmbülü, bostan şüyüdü, iri dişqurtlayanı.
VII.6. Tərkibində aşı maddələri olan dərman bitkiləri və xammalları: taninin mənbələri, aşı sumaq, sarağan, fırlar, palıdın növləri, adi qaragilə, düzqalxan qaytarma, qurdpəncəsi, dərman sincanotu, yoğunyarpaq badan, meşəgilası, qızılağacın növləri, çin çayı, adi başınağacı, adi dazıotu.
VIII. Tərkibində alkaloidlər olan dərman bitkiləri və xammalları.
IX. Tərkibində müxtəlif qrup bioloji fəal maddələr olan dərman bitkiləri və xammalları
Çaqa, lələkvari kalanxoy, moruq, evkommiya, böyrək çayı, saflorayaoxşar rapontikum, əyilən pion (buynuzbaş), dəməşq çörəkotu, ağ bağambürc, sarıkök, darçın, zəncəfil.
X.Fitoekdisteroid tərkibli dərman bitkiləri və xammalları
Safloraoxşar levzeyanın kökümsovu ilə kökləri
XI. Qidaya bioloji fəal əlavələr kimi istifadə olunan dərman bitkiləri
Darçın, sarıkök, zəncəfil, zəfəran, mixək, hil.
XII. Heyvan mənşəli dərman xammalları
İlan zəhəri. Arı məhsulları (bal, mum və vərəmum, perqa, arı südü, arı zəhəri). Pantalar. Süngər. Zəli. Heyvan mənşəli yağlar.
XIII. Mineral mənşəli dərman xammalı
Naftalan. Müalicəvi palçıqlar. Mineral sular. Mumiya.
Farmakoqnoziyadan çöl- tədris təcrübəsi (dərman bitkilərinin
becərilməsi və tədarükü üzrə)
Farmakoqnoziyadan tədris təcrübəsini (dərman bitkilərinin becərilməsi və tədarükü üzrə) tələbələr VI semestrin sonunda 21 iş günü ərzində keçirlər. Tələbələrin iş günü 6 tədris saatına bərabərdir ki, onun da I günü gündəliyin tərtib edilməsinə sərf edilir. Təcrübənin sonunda tələbələr imtahan verirlər.
Tədris təcrübəsinin vaxtının bölünməsi üzrə cədvəl
Sıra |
İşin adı |
Təcrübə günlərinin bölgüsü |
1 |
Təcrübənin proqramı, təqvim plan, bazası və fərdi tapşırıqla tanışlıq |
1 |
2 |
Müxtəlif şəraitdə bitən yabanı və becərilən dərman bitkiləri ilə tanışlıq |
6 |
3 |
Dərman bitkilərinin təyini, morfoloji təsviri və herbariləşdirilməsi |
4 |
4 |
Dərman bitkilərinin xammallarının ehtiyatının təyini |
3 |
5 |
Dərman bitkilərinin becərilməsi üsulları ilə tanışlıq |
3 |
6 |
Dərman bitki xammallarının tədarükünün təşkili ilə tanışlıq |
3 |
7 |
İmtahanın verilməsi |
1 |
Dərman bitkilərinin ehtiyatının təyini üzrə aparılan iş.
Dərman ehtiyatşunaslığında aşağıdakı anlayışlar mövcuddur:
1) Bioloji ehtiyat- bitkinin yayıldığı ərazidə onun bütün nümunələrinin birlikdə xammalının fitokütləsinin miqdarıdır.
2) İstismar olunan ehtiyat – tədarük sahəsində tədarük üçün yararlı olan bitki nümunələrinin xammalının fitokütləsinin miqdarıdır.
3) İllik tədarük oluna biləcək miqdar – xammal bazasına heç bir ziyan vurmadan hər il konkret sahədə tədarük olunan bitki xammalının kütləsidir.
Xammalın istismar oluna bilən ehtiyatı adətən bioloji ehtiyatından xeyli az olur (orta hesabla 20%-ə qədə)r, çünki bioloji ehtiyata bitkinin seyrək yayıldığı sahələrdəki xammal ehtiyatı da daxildir ki, belə sahələrdən xammalı toplamaq iqtisadi cəhətdən əlverişli deyildir. Zəif inkişaf etmiş bitki fərdlərinin də əmələ gətirdiyi ehtiyat bioloji ehtiyata aiddir ki, onların da tədarükü adətən aparılmır.
Xammalın tövsiyyə olunan tədarük həcmi, istismar oluna bilən ehtiyatdan az olur, çünki tədarükü elə aparmaq lazımdır ki, bitkinin təbii ehtiyatı tükənməsin.
Əgər xammal kimi bitkinin meyvələri toplanırsa, xammalın tövsiyə olunan illik tədarük həcmi, onun istismar oluna bilən ehtiyatına bərabərdir. Yerüstü orqanların və çiçək qruplarının tövsiyə olunan tədarük həcmi oluna bilən ehtiyatın 1/3 və ya ¼-nə bərabərdir. Yeraltı orqanların isə mümkün olan illik tədarük həcmi, istismar oluna bilən ehtiyatın 1/8 və 1/10 hissəsini təşkil edir.
Yabanı dərman bitki sərvətini planlı surətdə və səmərəli istifadə etmək üçün xammal ehtiyatının təyini aşağıdakı üsullarla keçirilə bilər:
1) Bitkinin yayıldığı konkret sahələrdə xammal ehtiyatının təyini;
2) Xammal ehtiyatını bəzi xarakterik sahələrdə təyin etmək və alınan nəticələr əsasında bütün rayonun və ya vilayətin ərazisində bitkinin xammal ehtiyatını müəyyənləşdirmək.
Tədris (mövzu) planı:
Farmakoqnoziya 1
Mühazirə
№ |
Mövzular |
Saat |
1 |
Farmakoqnoziya bir elm və tədris fənni kimi. Əsas anlayışlar;dərman bitkisi, dərman bitki xammalı, heyvan mənşəli xammal,bioloji fəal maddələr.Farmakoqnoziyanın ixtisas və digər yaxın fənnlərlə əlaqəsi.Provizorun praktik fəaliyyətində farmakoqnoziyanın mövqeyi.Dərman bitki xammalının farmakoqnostik tədqiqi üsulları. Dərman bitkilərinin kimyəvi tərkibi. Dərman bitkilərinin bioloji fəal və müşaiyətedici maddələri. Birincili və ikincili metabolitlərin biosintez yolları.Ontogenez prosesində ekoloji amillərin təsirilə dərman bitkilərinin kimyəvi tərkibinin dəyişməsi.Dərman bitkilərinin təsnifatının sistemləri:kimyəvi,morfoloji,botaniki və farmakoloji. |
2 |
2 |
Tərkibində polisaxaridlər olan dərman bitkiləri və xammalları, fotosintez prosesi və karbohidratların çevrilmə məhsulları bitkilərdə bioloji fəal maddələrin biogenezinin əsasıdır. Nişastanın, inulinin, selik maddələrinin, yapışqanların (kitrələrin), pektin maddələrinin və sellülozanın kimyəvi tərkibi, fiziki-kimyəvi xassələri və tibbdə istifadəsi. Vitaminlər. Bitki aləmində yayılması, bitkilərdə toplanma dinamikası, ətraf mühit amillərinin vitaminlərin toplanmasına təsiri, təsnifatı, tədarükü. |
|
3 |
Terpenoidlər haqqında anlayış. Efir yağları. Efir yağlarının ümumi xarakteristikası, təsnifatı, fiziki-kimyəvi xassələri, bitki aləmində yayılışı, lokalizasiyası və bitkilərin həyatında rolu. Bitkilərdə efir yağlarının toplanma dinamikası. Ətraf mühit amillərinin efir yağlarının toplanmasına təsiri.Efir yağlı xammalların tədarük olunma, qurudulma və saxlanma xüsusiyyətləri, efir yağlarının alınma və analiz üsulları, tibbdə istifadəsi.Efir yağlı dərman bitkilərinin öyrənilməsində Azərbaycan və xarici ölkə alimlərinin rolu. |
|
4 |
Qlikozidlərin ümumi xarakteristikistikası, quruluşlarının xüsusiyyətləri, təsnifatı.Tio və nitrilqlikozidləri, fenolqlikozidləri. Sadə fenol birləşmələri.Liqnanlar.İridoidlər. Ürək qlikozidləri. Kimyəvi quruluşunun xüsusiyyətləri,fiziki-kimyəvi xassələri, təsnifatı, bitki aləmində yayılışı, vegetasiya fazalarının və ətraf mühit amillərinin xammalın qlikozid tərkibinə təsiri. Ürək qlikozidli xammalların keyfiyyətinin yoxlanılması, tibbdə tətbiqi. |
|
Cəmi: 8 saat |
|
Təcrübə
№ |
Mövzular |
Saat |
1 |
Müxtəlif morfoloji qruplardan olan bitki xammalı nümunələrində makroskopik analiz üsulunun mənimsənilməsi. |
4 |
2 |
Müxtəlif morfoloji qruplardan olan dərman bitki xammalı nümunələrində mikroskopik analiz üsulunun mənimsənilməsi. Ayrı-ayrı təbii bioloji fəal maddə qruplarına aid histoloji və eynilik reaksiyalarının mənimsənilməsi. |
4 |
3 |
Tərkibində polisaxaridlər olan dərman bitkiləri və xammalları. Bağayarpağı növlərindən alınan xammal, gülxətminin kökü, ögeyananın (dəvədabanı) yarpağı, dəniz kələmi, andız. |
4 |
4 |
Zəyərək toxumu, gəvən kitrəsi (traqakant), ərik kitrəsi, acıqovuq, heyva, pambıq. |
4 |
5 |
Tərkibində vitaminlər olan dərman bitkiləri və xammalları. İtburnu (dərgil) meyvəsi, gicitkən yarpağı, gülümbaharın çiçəyi,çaytikanı, adi quşarmudu, üçbölümlü, üçbarmaq, bataqlıq qurucası |
4 |
6 |
Qarğıdalı saçağı, quşəppəyinin otu, qara qarağat, başınağacı, qoz, kələm boranı, yerkökü. Dərgil meyvəsində askorbin turşusunun miqdarının təyini (X DF-a əsasən); dərgil meyvəsində və gülümbaharın çiçəklərind karotinoidlərin xromatoqrafik üsulla təyini. |
4 |
7 |
Tərkibində efir yağları olan dərman bitkiləri və xammalları Keşniş meyvəsi, nanə yarpağı, bədrənc otu, adaçayı yarpağı, zirə meyvəsi. |
4 |
8 |
Evkalipt yarpağı , pişikotunun kökümsovu ilə kökləri və onlarda təsadüf olunan qarışıqlar, çobanyastığının (mollabaşının) çiçəkləri və onda təsadüf olunan qarışıqlar, ardıcın meyvələri. |
4 |
9 |
Kamforanın alınma mənbələri, sitvar yovşanının çiçəyi, tozağacı tumurcuğu, acı yovşan otu, boymadərənin otu. |
4 |
11 |
Kəklikotunun otu, qaraqiniğin otu, razyana meyvəsi, cirə meyvəsi, gəcəvər, öküzotu, ladan kolu, efir yağlarının analizi. |
4 |
12 |
Tərkibində fenolqlikozidlər, liqnanlar və digər fenol birləşmələri olan dərman bitkiləri və xammalları. Ayıqulağı yarpağı və onda təsadüf olunan qarışıqlar, mərcangilənin yarpağı,bənövşə otu, çəhrayı rodiola, erkək ayıdöşəyinin kökümsovu və onda təsadüf olunan qarışıqlar, çin cır limonu, tikanlı eleuterokokk, qalxanvari podofil Fenoloqlikozidlərin analizi. |
4 |
13 |
Tərkibində ürək qlikozidləri olan dərman bitkiləri və xammalları. İnciçiçəyinin otu, çiçəkləri və yarpağı, onda təsadüf edilən qarışıqlar. Strofant toxumu, Xoruzgülünün otu və onda təsadüf edilən qarışıqlar. Üskükotu növləri. Ürək qlikozidli dərman bitki xammalının analizi. Yekun dərs |
4 |
Cəmi: 52 saat |
|
Farmakoqnoziya 2
Mühazirə
№ |
Mövzular |
Saat |
1 |
Saponinlər. Antrasen törəmələri. Ümumi xarakteristikası, aqlikon və şəkərli komponentlərin xüsusiyyətləri, təsnifatı, fiziki-kimyəvi və bioloji xassələri, bitki aləmində yayılması, lokalizasiyası, xammalın tədarük olunma xüsusiyyətləri, istifadə yolları,analiz üsulları. Azərbaycan və xarici ölkə alimlərinin tərkibində saponinlər və antrasen törəmələri olan dərman bitkilərinin öyrənilməsində rolu. |
2 |
2 |
Flavonoidlər, ümumi xarakteristikası, kimyəvi quruluşunun xüsusiyyətləri, fiziki-kimyəvi xüsusiyyətləri, təsnifatı və xammalın analizi, bitki aləmində yayılması, lokalizasiyası, bitkilərdə fizioloji rolu. Bitkinin vegetasiya dövrünün və ətraf mühit amillərinin bitkilərdə flavonoidlərin əmələ gəlməsinə və toplanmasına təsiri, tərkibində flavonoidlər olan xammalların qurudulması və saxlanması xüsusiyyətləri, tibbdə istifadəsi. Flavonoidli dərman bitkilərinin öyrənilməsində Azərbaycan və xarici ölkə alimlərinin rolu. |
2 |
3 |
Kumarinlər və xromonlar. Aşı maddələri. Kimyəvi quruluşunun xüsusiyyətləri, təsnifatı, fiziki-kimyəvi xassələri, bitki aləmində yayılması, lokalizasiyası, xammalının tədarükünün xüsusiyyətləri. İstifadə yolları, tərkibində kumarinlər və xromonlar olan bitkilərin öyrənilməsində Azərbaycan və xarici ölkə alimlərinin bu sahədə rolu. |
2 |
4 |
Piyli yağlar, quruluşunun xüsusiyyətləri, təsnifatı, fiziki-kimyəvi xassələri, alınma üsulları, saxlanma qaydası, tətbiqi. Tərkibində müxtəlif qrup bioloji fəal maddələr olan dərman bitkiləri. |
2 |
Cəmi: 8 saat |
|
Təcrübə
№ |
Mövzular |
Saat |
1 |
Tərkibində saponinlər olan dərman bitkiləri və xammalları. Biyan kökü,çöl qatırquyruğunun otu və onda təsadüf,olunan Qarışıqlar, dioskoreyanın kökümsovu ilə kökü , böyrəkçayı otu, Jenşen, araliya, exinopanaks, gözəl yukka. |
4 |
2 |
Saponinli dərman bitki xammalının analizi |
|
3 |
Tərkibində antrasen törəmələri və onların qlikozidləri olan dərman bitkiləri və xammalları. Səna yarpağı, kövrək murdarçanın qabığı və onda təsadüf olunan qarışıqlar, işlədici murdarçanın meyvəsi, ağacşəkilli əzvay. |
4 |
4 |
Rəvənd kökü, adi dazının otu, atəvəliyinin kökü , boyaqotunun kökümsovu ilə kökləri. Dərman bitki xammalında antrasen törəmələrinin analizi |
4 |
5 |
Tərkibində flavonoidlər olan dərman bitkiləri və xammalları. Ödotunun çiçəyi, subibərinin otu, qırmızıbaş qırxbuğumun otu, quşbuğdasının otu, bataqlıq qurucası. |
4 |
6 |
Dağ tərxununun çiçəyi, yemişanın çiçəyi və meyvəsi, cökənin çiçəkləri, üçbarmaq otu, biyanın kökü. |
4 |
7. |
Çöl paxlakolunun kökü, çiçəkləri tüklü gəvənin otu, başlıqotunun kökü, mavi göyçiçəyin çiçəkləri, bənövşənin otu. |
4 |
8 |
Yapon soforasının çiçəyi və meyvəsi, şirquyruğunun otu, sitrus bitkilərinin (limon, narıngi, portağal və s.) meyvələrinin qabığı, qarameyvəli aroniyanın meyvələri, çin çayının yarpağı |
|
9 |
Dərman bitki xammalında flavonoidlərin analizi. |
4 |
10 |
Tərkibində kumarinlər və xromonlar olan dərman bitki xammalları. Bostan şüyüdünün meyvəsi , əncirin yarpağı , cırhavuc (xımı) meyvəsi Yerköküyəbənzər dişqurtlayanın meyvəsi, atşabalıdının toxumu, iri dişqurtlayan, şişmeyvə, psoraleya, xəşəmbül. Kumarinlərin analizi. |
4 |
11 |
Tərkibində aşı maddələri olan dərman bitkiləri və xammalları. Sumaq yarpağı, sarağan yarpağı, palıd qabığı, qızılağacın hamaşmeyvəsi, qaytarma, qurdpəncəsi, sincanotu, badan, qaragilə, meşəgilası və fırlar. Aşı maddələrinin analizi |
4 |
12 |
Tərkibində piyli yağlar olan dərman bitkiləri və xammallar Zeytun meyvəsi, gənəgərçək toxumu Yağlar: badam, ərik, şaftalı, yerfındığı, günəbaxan,qarğıdalı, pambıq, zəyərək.Piyli yağların analizi. |
|
13 |
Tərkibin də müxtəlif qrup bioloji fəal maddələr olan dərman bitki və xammalları: çaqa, lələkvari kalanxoy, evkommiya, əyilən buynuzbaş (pion), çörəkotu, bağambürc, sarıkök, darçın, zəncəfil. Yekün dərs. |
4 |
Cəmi: 52 saat |
|
Mühazirə
Farmakoqnoziya 3
№ |
Mövzular |
Saat |
1 |
Alkaloidlər. Kimyəvi quruluşunun özəllikləri, təsnifatı, fiziki-kimyəvi xüsusiyyətləri, bitkilərdə yayılması və toplanması, bitkilərin həyatında fizioloji rolu. Alkaloidli bitki xammallarının analizinin sxemi, tədarük olunma xüsusiyyətləri və tibb praktikasında istifadəsi. Azərbaycan və xarici ölkə alimlərinin alkaloidli bitkilərin öyrənilməsində rolu.Steroid alkaloidlərin quruluşunun xüsusiyyətləri və steroid preparatların sintezində onların istifadə olunma perspektivləri. |
|
2 |
Heyvan və mineral mənşəli dərman xammalları. İlan zəhəri, bal arısının məhsulları (bal, vərəmum, perqa, arı zəhəri). Heyvan və mineral mənşəli məhsullar. Zəli, Panta, Süngər. Hidrobiontlar. |
|
|
Fitoekdisteroid tərkibli dərman bitkiləri və xammalıları. Fermentlər. Qidaya bioloji fəal əlavələr kimi istifadə olunan dərman bitkiləri. Yeni dərman bitkilərinin axtarışı, öyrənilmə yolları və üsulları. Dərman bitki xammalına aid analitik-normativ sənədlər. |
2 |
3 |
Fitoekdisteroid tərkibli dərman bitkiləri və xammalıları. Fermentlər. Qidaya bioloji fəal əlavələr kimi istifadə olunan dərman bitkiləri. Yeni dərman bitkilərinin axtarışı, öyrənilmə yolları və üsulları. Dərman bitki xammalına aid analitik-normativ sənədlər. |
|
4 |
Dərman bitkilərinin introduksiyası. Təcrid olunmuş toxuma və hüceyrələrin kulturası. Dərman bitki xammalının ehtiyatının təyini. Dərman bitki xammalının tədarükü, saxlanması və səmərəli istifadəsi. Mühafizə tədbirləri. |
|
Cəmi: 8 saat |
Təcrübə
№ |
Mövzular |
Saat |
1 |
Tərkibində alkaloidlər olan dərman bitkiləri və xammalları. Xanımotu yarpağı, batbat yarpağı, dəlibəng yarpağı, skopoliya, sekurineqa, termopsis |
4 |
2 |
Hind qozu, çovdar mahmızı, passifloranın otu, rauvolfiya kökü, qıfotunun otu |
4 |
3 |
Dəmrovotunun otu, zirincin kökü və yarpağı, stefaniyanın kökyumruları, xaçgülünün otu və kökümsovu, vaxtsızçiçək, dolçavari quşüzümü. |
|
4 |
Çay yarpağı, acı istiotun meyvəsi, acılıqotu, adi üzərliyin otu, nilufər, buynuzlalə, quzu plaunu, sferofiza otu , öldürgən otu , kinə ağacının qabığı ,yoğunmeyvəli sofora otu, xaş-xaş meyvələri, koka yarpağı, parv çilinin otu. |
|
5 |
Qaraqaytaran otu, toppuztikan meyvəsi, qəhvə toxumu, kəpənəkçiçəyin kökyumrusu, asırqalın kökümsovu ilə kökləri. |
|
6 |
Alkaloidlərin analizi. Alkaloidlərə aid çökdürücü və rəngli reaksiyalar. |
|
7 |
Heyvan mənşəli dərman xammalları: İlan zəhəri. Arı məhsulları (bal, mum və vərəmum, perqa, arı südü, arı zəhəri). Pantalar. Süngər. Zəli. Heyvan mənşəli yağlar. Mineral mənşəli dərman xammalları: mumiya . |
|
8 |
Tərkibində fitoekdisteroidlər olan dərman bitki və xammalı. Levzeyanın kökümsovu ilə kökləri. Fermentlər. Papaya, ananas, kivi Qidaya bioloji fəal əlavələr kimi istifadə olunan dərman bitkiləri: darçın, sarıkök, zəncəfil, zəfəran, mixək, hil. |
|
9 |
Dərman bitki xammalının standartlaşdırılması; dərman bitki xammallarına aid analitik sənədlər. Dərman bitki xammalının qəbulu. Əmtəəşunaslıq analizi. |
|
10 |
Yekun dərs |
|
Cəmi: 37 saat |
№ |
Metodiki təminatı: Əsas ədəbiyyat |
1 |
Kərimov Y.B, Süleymanov T.A, İsayev C.İ, Xəlilov C.S. Farmakoqnoziya, Bakı, 2010, 741 s. |
2 |
Dəmirov İ.A, Manafov Ə.B, İslamova N.A. Farmakoqnoziya, Bakı, 1984. Государственная Фармакопея СССР, Х изд |
3 |
Государственная фармакопея СССР XI издание, выпуск 2, Общие методы анализа. Лекарственное растительное сырье. Москва, 1990, 400 с. |
4 |
Долгова А.А.Ладыгина Е.Я-Руководство к практическим занятиям по фармакогнозии – М.,1977. |
5 |
Машковский М.Д. Лекарственные средства, М., ООО «Новая волна», изд. 14, 2002, I и II тома. |
6 |
Муравъева Д.А.Фармакогнозия. М., 1991. |
7 |
Правила сбора и сушки лекарственных растений (сборник инструкций), М.,1985. |
8 |
Соколов С.Я., Замотаев И.П. Справочник по лекарственным растениям, М.,1984. |
9 |
Турова А.Д., Сапожникова Э.Н. Лекарственные растения СССР и их применение, М., 1982. |
10 |
Фармакогнозия (атлас), под редакцией Гринкевич Н.И. и Ладыгигой Е.Я., М., 1989. |
11 |
Химический анализ лекарственных растений (под редацией Н.И. Гринкевич, Л.Н.Сафронич), М., 1983 |
12 |
Энциклопедический словаръ лекарственных растений и продуктов животного происхождения (под. Ред.Яковлева Г.П. и блиновой К.Ф.), Санкт-Петербург, изд.СПХФА, 2002. |
13 |
Куркин В.А. Фармакогнозия: учебник для студентов фармацевтических вузов. Издание 2-е. Самара, 2007, 1239 с. |
14 |
Муравьева Д.А., Самылина И.А., Яковлев Г.П. Фармакогнозия. 5-е издание. Москва, «Медицина», 2007, 656 с. |
15 |
Фармакогнозия. Лекарственное сырье растительного и животного происхождения. Под редакции Г.П. Яковлева. Санкт-Петербург, «СпецЛит», 2010, 863 с. |
16 |
Bruneten I. Pharmacognosie (Phytochemie Plant medicinalis). Paris: Technique and documentation,1999, 1120 p. |
17 |
Encyclopedie des Plantes Medicinales. Laronse, Milan, 1997, 798 p. |
18 |
European Pharmacopoeia. 4th ed., Strasbourg: Council of Europe, 2002, 2416 p. |
№ |
Əlavə ədəbiyyat |
1 |
Dəmirov İ.A., İslamova N.A., Kərimov Y.B.,Mahmudov R.B. Azərbaycanın müalicə əhəmiyyətli bitkiləri, Bakı, 1988. |
2 |
İsmayılova T.N., Xəlilov C.S.- Tərkibində vitaminlər olan dərman bitkiləri və xammallar (metodiki işləmə)- Bakı, 2001. |
3 |
Xəlilov C.S.,Kərimov Y.B., İsmayılova V.A.- Farmakoqnoziyadan tədris təcrübəsi üzrə metodiki vəsait. Bakı, 1990. |
4 |
İsayev C.İ., qocayeva F.Ə. Dərman bitkillərinin ehtiyatşünasliğı. Bakı, 2011, 91 səh. |
5 |
İsayev C.İ Tərkibində antrasen törəmələri olan dərman bitkiləri və xammalları. Bakı 2009, 70 səh. |
6 |
Məmmədova N.H. Tərkibində efir yağlari olan dərman bitkiləri və Xammalari. Baki, 2010, 99 səh. |
7 |
Süleymanov T.A. Tərkibində piyli yağlar olan dərman bitkiləri və xammalları.Piyli yağların analizi, Bakı, 2002, 63 səh. |
8 |
Süleymanov T.A. Tərkibində flavonoidlər olan dərman bitkiləri və Xammalları. Bakı, 2007, 84 səh. |
9 |
Süleymanov T.A., Aliyeva S.Sh. Medıcinal Plants and the raw materıals, contaınıng polysaccharıdes. Baku , 2012, 75 p. |
Texniki təchizatı:
Kafedrada tədris prosesinin təminatı üçün laborator mebeli ilə təciz olunmuş auditoriyalar, kompyuterlər, noutbuk, proyektorlar, mikroskoplar, destillə aparatı, binokulyarlar, elektrik su hamamları, inkubator, fotoelektrokolorimetr, refraktometr, sentrifuqa, vakuum nasos, müxtəlif kimyəvi reaktivlər, tərəzilər, ştativlər, üzvi həlledicilər, sorbentlər, şüşə qablar, herbari materialları, dərman bitkilərinin rəngli şəkilləri, dərman bitki xammal nümunələri, hazır mikropreparatlar, multimedia proqramında tərtib olunmuş materiallar və s. vardır.