Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasınm tarixi (əvvəllər cərrahi stomatologiya kafedrası adlandırılırdı) 1956-cı ildən başlayır. Məhz 1956-cı ildən vahid stomatologiya kafedrası müxtəlif profilli üç sərbəst kafedraya (terapevtik, ortopedik və cərrahi stomatologiya kafedraları) ayrıldı.
Kafedranm ilk müdiri əməkdar elm xadimi, professor Gülbala Rəhman oğlu Qurbanov (1896-1976) olmuşdur. O vaxtlar operativ cərrahlıq və topoqrafik anotomiya kafedrasmm müdiri vəzifəsində çalışan G.Qurbanova 1956-cı ildən əvəzçilik üzrə cərrahi stomatologiya kafedrasma başçılıq etmək tapşırılmışdır. Demək olar ki, Azərbayjan stomatologiyasında cərrahi istiqamətin formalaşması hələ 1936-cı ildə G.Qurbanovun «Eksperimental şəraitdə konservativ stomatologiya» mövzusunda, yazdığı elmi işi ilə bağlıdır.
Kafedra fəaliyyətə başladığı dövrdən Stomatologiya fakültəsinin tələbələri ilə birlikdə Müalicə-profılaktika, Pediatriya və Sanitariya-gigiyena Fakultələrinin tələbələrinə də cərrahi stomatologiya fənni tədris edilirdi. O vaxtlar kafedranm pedaqoji kollektivinə professor G.Qurbanov, dosent C.Məmmədov və assistent M.Quliyeva-Ələkbərova daxil idi. Kafedranın ilk klinik bazası Bakı Travmatologiya və Ortopediya Elmi-Tədqiqat İnstitutunda yerləşirdi. 1961-ci ildə kafedraya Semaşko adına 1 saylı Bakı şəhər Kliniki Xəstəxanasmm bazasında 60 çarpayılıq yeri olan şöbə verildi. Burada əhaliyə planlı və təxirəsalmmaz cərrahi stomatoloji yardım göstərilirdi. O vaxtlar kafedrada elmi tədqiqat işləri də aparılırdı. Müxtəlif problemlər üzrə G.Qurbanovun rəhbərliyi altmda elmi-tədqiqatlar aparan bir qrup gənc mütəxəssis (E.Qurbanov, T.Babayev, M.Quliyeva-Ələkbərova, Ə.Hüseynov, M.Əliyev) namizədlik dissertasiya işlərini müdafıə etdilər. G.Qurbanov 1964-cü ildə isə öz təşəbbüsü ilə Universitetin Operativ cərrahlıq və Topoqrafik anotomiya kafedrasının müdiri vəzifəsindən çıxaraq, ömrünün qalan hissəsini stomatologiya elminin inkişafma həsr etmişdir.
1973-cü ildə professor G.Qurbanovun vəfatı ilə əlaqədar, kafedra müdiri vəzifəsi müvəqqəti olaraq dosent Məhbübə xanım Quliyeva-Ələkbərovaya həvalə edilmişdir. 1974-cü ildə isə kafedranm müdiri vəzifəsinə dosent Baxış Hüseyn oğlu Hüseynov seçilmişdir. Bu dövrdə kafedranm elmi-tədqiqat işlərinin əsas istiqamətləri «Üz-çənə və boyun nahiyəsinin iltihabı xəstəlikləri», «Üçlü sinirin nevralgiyası», «Üz-çənə nahiyəsinin mürəkkəb protezləşdirilməsi» problemlərini əhatə etmişdir. Sonuncu mövzu ilə əlaqədar kafedrada ortopedik fəaliyyətə stomatologiya sahəsində çalışan R.Həşimov və Y.Adıgözəlov cəlb edildilər.
1977-ci ildə Cərrahi stomatologiya kafedrasmm nəzdində Uşaq stomatologiyası kursu təşkil edildi və sonradan bu kursun əsasmda Uşaq stomatologiyası kafedrası yaradıldı.
1978-ci ildə kafedranın nəzdində ilk dəfə olaraq cərrahi stomatologiya üzrə internatura təşkil edildi. İlk həkim interna hal-hazırda kafedranm müdiri Çingiz Rəhimov oldu. Sonralar bu ixtisas üzrə internaturanı bitirən həkimlər (S.Quliyev, A.Hüseynov, S.Bilalov, M. Davudov, İ.M. Fərzəliyev) öz əmək fəaliyyətini cərrahi stomatologiya kafedrası ilə bağladı.
1979-cu ildə kafedra Bakı şəhəri 1 saylı xəstəxanada aparılan yenidənqurma işlərlə əlaqədar təzə tikilən 4 mərtəbəli korpusun 2-ci mərtəbəsinə köçürüldü və burada baza genişlənərək artıq 85 çarpayıya çatdırıldı. Onlardan 60-i böyük 25-i uşaqlar üçün nəzərdə tutulurdu.
1980-cı ildə professor Tamara Hacıbala qızı Hüseynova kafedra müdiri vəzifəsinə seçildi. T. Hüseynova kafedraya rəhbərlik etdiyi 6 il ərzində burada “Çənənin sümük plastikası”, “Çənə kistaların sümük əvəzedicilərlə müalicəsi” istiqamətləri üzrə elmi tədqiqat işləri aparılırdı.
1986-cı ildə kafedranm bazasmda Müalicə-profılaktika, Pediatriya və Sanitariya-gigiyena Fakultələrinin tələbələri üçün ayrıca Stomatologiya kursu təşkil edildi və 1988-ci ildə bu kursun əsasmda Stomatologiya kafedrası təşkil edildi.
1986-1987-ci illərdə cərrahi stomatologiya kafedrasmm müdiri vəzifəsini müvəqqəti olaraq dosent Murad Həbib oğlu Əliyev icra etmişdir.
1987-ci ildə bu vəzifəyə Moskva şəhərində doktoranturanı bitirmiş Teymur Əsəd oğlu Babayev seçilmişdir. Professor T.Babayevin rəhbərlik etdiyi 20 il ərzində kafedrada tədrisə aid yeni dərs vəsaitləri hazırlanaraq çap olunmuşdur. Kafedranın professoru Y.Yusubov Tədris Proqramım əhatə edən azərbaycan dilində ilk «Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya» adlı kitab buraxmışdır. Elm sahəsində kafedranm əsas mövzusu «Üz-çənə nahiyəsinin anadangəlmə və qazanılmış defekt və deformasiyalarmm diaqnostikası və müalicəsi» müəyyənləşdirilmişdi. Bu dövrdə kafedrada Ə.Əliyev tərəfindən tibb elmləri doktorluq işi yerinə yetirilmiş, 8 nəfər (E.Əhmədov, N.Sultanova, F.Həsənov, E.Fərəcov, A.Hüseynov və b.) tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya işlərini müdafıyə etmişdilər.
Kafedranm işciləri müxtəlif beynəlxalq tədbirlərdə öz elmi işləri ilə çıxış edərək Azərbaycan elmini təbliq edib, bu sahədə ən müasir nəaliyyətlərə yiyələnmişdirlər.
Müalicə işində kafedranm həkimləri respublika əhalisinə üz-çənə nahiyyəsinin cərrahi xəstəlikləri üzrə yüksək səviyyədə ixtisaslaşdırılmış tibbi yardım göstərib, sanitar aviasiya xətti ilə ölkəni ucqar bölgələrində ağır xəstələrə ixtisaslaşdırılmış tibbi yardımm çatdırılması üçün ezam olunurdular. Həmçinin 1992-1994-cü illərdə Qarabağ müharibəsində səngərdən birbaşa xəstəxanaya gətirilən 200-dən çox yaralanmış əsgərə yardım göstərilmiş və sonradan onlar üzərində bərpaedici rekonstruktiv əməliyyatlar aparıılıb və əksəriyyətini cəbhəyə qaytarmağa müvəffəq olmuşlar.
2006-cı ildə kafedranm adı dünyada qəbul olunmuş anlayışa uyğun olaraq dəyişdirilərək Ağız və üz-çənə cərrahiyyyəsi kafedrası adlandırıldı.
2007-ci ildə növbəti kafedra müdiri seçkillərində bu vəzifəyə kafedranm professoru Çingiz Rəhim oğlu Rəhimov seçildi. Kafedra öz işini dünyada qabaqcıl Universitetlərə müvafıq tədris, elm və müalicə işində əsas prinsipləri tətbiq etməklə davam edildi. Belə ki, tədrisdə - Universitetdə Boloniya sisteminin tətbiqi ilə əlaqədar Tədris Proqramının beynəlxalq tələblərə uyğunlaşdırılması məruzələrin və seminarlarm elektron versiyalarla təqdim edilməsi; elmdə - kafedra işçilərinin elmi fəaliyyətinin nüfuzlu elmi nəşrlərə istinad indeksinə uyğun qiymətləndirilməsi; müalicə işində ortoqnatik cərrahiyyənin, mikrocərrahiyyənin, endoskopik cərrahiyyənin, distraksion osteogenezin, kəllə və üz-çənə sümüklərində rekonstruktiv və plastik cərrahiyyənin tətbiq olunması üçün işçilərin elmi və praktiki cəhətdən dünya səviyyəsinə uyğun şəkildə hazırlanması, ən müasir müalicə üsullarmdan istifadə etməklə Respublika əhalisinə yadrım göstərilməsi istiqaməti götürülmüşdür. Kafedranm əsas elm mövzusu: «Üz-çənə nahiyyəsində bərpaedici, korreksiyaedici və septik cərrahiyyənin effektiv müalicə metodlarının işlənilməsi» təsdiq edilmişdir. Kafedrada E.Əhmədov tərəfindən tibb elmləri doktorluq işi yerinə yetirilmiş və daha 10 nəfər (S.Bilalzadə, M.Davudov, M.Əliyeva, A.Yusubov, R.İbrahimov, E.Əliyev, İ. Fərzəliyev, T.Quliyev və b.) tibb elmləri namizədlik dissertasiya işlərini müdafiə etmişdilər.
Beynəlxalq əlaqələrdən istifadə edərək Respublikaya ABŞ-nın, Almanyanın, İsrailin, Türkiyənin, Rusiyanın tanınmış mütəxəssisləri dəvət edilir, onların məruzələri təşkil edilir və peşə təcrübəsi Universitet klinikasında tətbiq edilir. Kafedranın artan nüfuzunu təsdiqləyən bir amil kimi xarici ölkələrdən ixtisasartırma kursları keçmək arzusunda olan xarici vətəndaşların sayının artmasının qeyd etmək olar.
2014-ci ildə Ağız və üz-çənə cərrahiyyyəsi kafedrası, Azərbaycan Tibb Universitetinin cərrahi profilli kafedraları üçün yeni tikilən və ən müasir avadanlıqla təchiz olunan, Tədris-Cərrahi Klinikasının 8-ci mərtəbəsinə köçdü. Burada stasionar xəstələrə xidmət göstərən 24 çarpayılıq şöbə, eləcədə tədris üçün 90 nəfərlik mühazirə zalı, dərs, professor-müəllim, baş laborant, rezident, doktorant üçün ayrılan otağlar və ayrıca yerləşən şöbəyə təhkim edilmiş əməliyyat otağları fəaliyyət göstərir. Bunula belə tələbələr ambulator şəraitdə xəstələrə göstərilən xidmətlə Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ağız cərrahiyyəsi şöbəsində tanış ola bilər.
Hal-hazırda kafedrada 2 professor, 5 dosent, 14 assistent, 14 baş laborant tədris işinin təşkilində iştirak edir.