Uşaq stomatologiyası kafedrası 1987-ci ildə yaradılmışdır. Kafedraya dosent R.Həşimov rəhbərlik etmişdir. 1998-ci ildən kafedraya ə.e.x., professor Rəna Əliyeva rəhbərlik edir. Bu illər ərzində kafedrada uşaq stomatologiyası fənninin bütün sahələrinə dair elmi tədqiqat işləri aparılmış və dissertasiyalar müdafiə edilmişdir. Kafedra əməkdaşlarının əldə etdikləri nailiyyətlər Azərbaycannın uşaq stomatologiyasının inkişafına xidmət etmişdir.  Professor R.Q.Əliyevanın 2009-cu ildə nəşr etdirdiyi «Stomatoloji xəstəliklərin profilaktikası», 2015-ci ildə  «Ortodontiya » (həmmüəlliflər Novruzov Z.H., Qarayev Z.İ.),  2017-ci ildə «Uşaq terapevtik stomatologiyası» (həmmüəlliflər G.K.Zeynalova, Z.İ.Qarayev) dərslikləri və 2016-ci ildə «Uşaqlarda diş xəstəlikləri» (həmmüəllif Abbasova R.A.)  və  «Uşaqlarda ağızın selikli qışa xəstəlikləri» ( həmmüəllif G.K.Zeynalova)   dərs vəsaitlərin tələbələrin bu fənni mənimsəməsindəki böyük rolu danılmazdır.