Bizi izləyin:
Heydər Əliyev
Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası
Bölmələrimiz
Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrası
Menular

İlk dəfə olaraq 1938-ci ildə Dərman formalarının texnologiyası kafedrası Azərbaycan Əczaçılıq İnsitutunun nəzdində yaranmışdır. Kafedranın ilk rəhbəri provizor İsmayıl Rzabəy oğlu Sultanov olmuşdur. 1941-ci ildən Azərbaycan Əczaçılıq İnstitutu Azərbaycan Tibb İnstitutunun əczaçılıq fakültəsinə çevrilmiş və Dərman formalarının texnologiyası kafedrasına professor İsak Konstantinoviç Qolberq rəhbərlik etmişdir.

1943-1966-cı illərdə Dərman formalarının texnologiyası kafedrasının rəhbəri professor Rüstəm Qambay oğlu Əliyev olmuşdur. Rüstəm Əliyev əczaçılıq elminin inkişafı, əczaçı kadrların hazırlanması üçün böyük əmək və enerji sərf etmişdir. O, ilk dəfə olaraq Milli dildə dərman formalarına dair dərslik və dərs vəsaitləri yazmışdır.

Professor Rüstəm Əliyevin rəhbərliyi altında aparılan elmi axtarışlar nəticəsində XX əsrin 60-cı illərində əczaçılıq üzrə 20 elmlər namizədi yetişmişdir ki, bunların da 6 nəfəri kafedranın əməkdaşları idi.

1967-1990-cı illərdə professor Əhməd İsmayıl oğlu İsmayılov kafedranın müdiri işləmişdir.

1990-2000-ci illər ərzində Əczaçılıq texnologiyası kafedrasına dosent Fərman Əlibala oğlu Təhmazov rəhbərlik etmişdir.

1969-cu ildən Əczaçılıq texnologiyası kafedrasının nəzdində dosent Ağasəf İskəndər oğlu Rüstəmov tərəfindən Əczaçılığın təşkili və iqtisadiyyatı kursu təşkil edilmişdir.

1980-ci ildə Əczaçılığın təşkili və iqtisadiyyatı kafedrası Bakı şəhərinin 27N-li aptek bazasında yaranmışdır. 1970-1992-ci illərdə kafedraya dosent A.İ.Rüstəmov başçılıq etmişdir.

Dosent A.İ.Rüstəmovun əczaçılığın elmi və təcrübi inkişafında əvəzsiz rolu olmuşdur. O, uzun müddət Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Baş Apteklər İdarəsinin rəisi vəzifəsinə çalışmışdır və praktiki əczaçılara yaxından köməklik gəstərmişdir.

Bununla yanaşı, daim əczaçılığın tədrisinin təşkilinə ciddi fikir vermişdir. İlk dəfə azərbaycan dilində “Əczaçılıq İşinin təşkili” və “Əczaçılıq deontologiyası” adlı dərs vəsaitləri nəşr edilmişdir

1992-1997-ci illər ərzində kafedranın rəhbəri əczaçılıq elmləri namizədi R.M.Mahmudov olmuşdur.

1997-ci ildə Əczaçılığın təşkili və iqtisadiyyatı kafedrasına müdür M.N.Vəliyeva təyin olunmuşdur və 2000-ci ilə qədər həmin kafedraya rəhbərlik etmişdir. 23 iyun 2000-ci ildə Əczaçılıq texnologiyası və Əczaçılığın təşkili və iqtisadiyyatı kafedrası birləşdirilmişdir və 27 aprel 1997-ci ildən hal-hazıra qədər yeni yaranmış Əczaçılıq texnologiyası və idarəşiliyi kafedrasına ölkəmizin ilk qadın  əczaçılıq elmləri doktoru, professor  Məhbubə Nəbi qızı Vəliyeva rəhbərlik edir.

Kafedranın fəaliyyəti bu günə qədər üç istiqamətdə innovativ inkişaf edir:

1. Tədris-metodiki, 2. Elmi-tədqiqat, 3. Tədris təcrübi.

Hədəfimiz müasir tələblərə cavab verən, yüksəkixtisaslı əczaçıların hazırlanmasıdır.

1998-ci ildən kafedramızda iki pilləli tədris sistemi: əczaçı-bakalavr və əczaçı-magistr hazırlanir.

Əczaçı-bakalavr mütəxəssislərinə I,II,III,IV kurslarda 13 fəndən tədris aparılır.Əczaçı-magistrlar: iki ixtisas üzrə “Əczaçılıq texnologiyası”, “Əczaçılıq menecmenti” tədris aparılır. 31 yeni fəndən mariflənir və təcrübələnirlər. 43 fəndən dərs proqramları və dərsliklər hazırlanıb.