Ünvan: AZ1022, Bakı, Bakıxanov küçəsi, 23, tel: 495-49-16.
Əczaçılıq elmləri doktoru, prof. Süleymanov Tahir Abbasəli oğlu (2013-cü ildən kafedraya rəhbərlik edir).
Kafedranın yaranması 1938-ci ildə sonu Azərbaycan Dövlət Əczaçılıq İnstitutunun təşkili ilə əlaqədardır və bu institutun ilk kafedralarından biri olmuşdur. 1941-ci il sentyabr ayının 1-dən Əczaçılıq İnstitutu Azərbaycan Dövlət Tibb İnstitutunun tərkibinə fakültə kimi daxil edilmişdir və əczaçılıq kimyası kafedrası da müstəqil kafedra kimi Tibb İnstitutunun tərkibində fəaliyyət göstərmişdir. Kafedranın təşkilatçısı və müdiri əczaçılıq magistri, professor İsaak Konstantinoviç Qolberq olmuşdur. O, ömrünün sonuna kimi (30 noyabr 1957-ci il) kafedraya rəhbərlik etmişdir.
Kafedraya 1938-ci ildən 1957-ci ilə qədər prof. Qolberq İ.K., 1959-1965-ci illlərdə Dzotsoti S.X., 1965-ci ildən 2013-cü ilə qədər prof. H.M. Əliyev , 2013-cü ildən hal-hazıra qədər prof. T.A. Süleymanov rəhbərlik edir.
SSRİ Səhiyyə Nazirliyinin göstərişinə əsasən (1971-ci il aprel ayı) prof.H.M.Əliyev Tomsk Tibb İnstitutunun əczaçılıq fakültəsinin, Qazaxıstan əczaçılarınının elmi cəmiyyətinin (1971-ci il oktyabr) fəaliyyətlərini yoxlayan komissiyaların üzvü və sədri olmuş, Nazirliyin 25 dekabr 1974-cü il 1150 saylı əmrinə əsasən isə o, 1974-75-ci dərs ilində Lvov Tibb İnstitutunun əczaçılıq fakültəsində buraxılış Dövlət imtahan komissiyasının sədri təyin olunmuşdur.
20 ilə yaxın bir müddətdə (1967-1988-ci illər) kafedra «15.00.02-Əczaçılıq kimyası və Farmakoqnoziya» ixtisası üzrə SSRİ Ali Attestasiya Komissiyasının bu sahədə ölkə üzrə 4 aparıcı müəssisələrindən biri olmuş və 30-a yaxın dissertasiya (doktorluq və namizədlik) işlərinə rəy vermişdir, məsələn, əczaçılıq elmləri doktoru elmi dərəcəsi almaq üçün Q.A.Melentyeva (Moskva), V.A.Devyatnin (Moskva), M.Y.Ladnaya (Lvov) tərəfindən müdafiəyə təqdim olunmuş dissertasiya işlərini (həmçinin dərslik, monoqrafiya) göstərmək olar.
Keçmiş SSRİ-də əczaçılıq sahəsində tanınmış bir çox alimlər 1966-1989-cu illərdə kafedraya gəlmiş və onun fəaliyyəti ilə tanış olmuşlar: prof. P.L. Senov (Moskva), prof. A.E. Mşvidobadze (Tbilisi), prof. A.N. Kudrin (Moskva), prof. F.M. Şemyakin (Moskva), prof. A.P. Arzamassev (Moskva), prof. R.M. Pinyajko (Lvov). prof. V.Q. Belikov, prof. İ.A. Muravyov və prof. D.A. Muravyova (Pyatiqorsk), dos. S.D. İvanova (Moskva), prof. A.İ. Jebentyayev (Vitebsk) və b.
1995-ci ilin dekabırında Ankara Qazi Universiteti əczaçılıq fakültəsinin dekanı prof. Bilgə xanım Şənər kafedrada olmuş, fakültələri və elmi araşdırmaları haqqında geniş məruzə etmişdir.
1970-1990-cı illərdə prof. H.M. Əliyev SSRİ Tibb Elmləri Akademiyasının «Əczaçılıq kimyası» bölməsində üzv kimi fəaliyyət göstərmiş «1990-2010-cu illərdə dərman preparatlarının analiz üsullarının inkişaf perspektivləri»nə ekspert kimi rəy vermiş, həmçinin İttifaqın müxtəlif şəhərlərində (Moskva, Lvov, Tbilisi, Stavropol) rəsmi opponent kimi çıxış etmişdir. SSRİ Səhiyyə Nazirliyinin «Əczaçılıq» üzrə Mərkəzi tədris-metodik komissiyasının da üzvü, kafedra isə bu komissiyanın dayaq bazası olmuşdur (ölkə üzrə 3 belə kafedra var idi). Nazirliyin əmrinə əsasən 1987-ci il aprelin 21-23-də bu komissiyanın «Əczaçılıq kimyası və toksikoloji kimya» bölməsinin iclası Bakıda N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq kimy-ası kafedrası bazasında keçirilmişdir. İclasda ölkənin müxtəlif şəhərlərindən (Moskva, Pyatiqorsk, Lvov, Kazan, Daşkənd, Perm, Ryazan, Kaunas, Kursk, Vitebsk, Tbilisi, Yaroslavl) gəlmiş, əczaçılıq institutları (fakültələri) nümayəndələri, əczaçılıq kimyası və toksikoloji ki-mya sahəsində tanınmış alimlər (A.P. Arzamassev, V.Q. Belikov, B.İ. Çumburidze, V.İ. Lobanov, B.N. İzotov, L.T. İkramov, A.A. Surkan, E.L. Tarasyaviçus, A.X. Laypanov, S.A. Listov və b.) iştirak etmişlər.
Azərbaycan SSR Ali Soveti Səhiyyə və Sosial Təminat üzrə Daimi Komissiyasının tapşırığı ilə respublikada dərman bitkilərinin becərilməsi, tədarükü və tədqiqinə aid arayış hazırlanmış (H.M.Əliyev, İ.A.Dəmirov) və 1982-ci il mart ayının 23-də bu Komissiyanın təşkil etdiyi xüsusi müşavirədə müzakirə olunub bəyənilmiş, müvafiq təşkilatlara (Elmlər Akademiyası, Səhiyyə Nazirliyi, Baş Apteklər İdarəsi) tövsiyələr vermişdir.
Kafedra 1970-90-cı illərdə Respublika Elmlər Akademiyasının «Dərman bitkiləri» problemi üzrə Elmi Şuranın, respublika əczaçıları Elmi Cəmiyyətinin fəaliyyətində, əczaçı mütəxəssislərin attestasiyasında, Azərbaycan əczaçılarının I və II qurultaylarının təşkili, keçirilməsi və materiallarının nəşr olunmasında, Azərbaycan Respublikası Milli Məclisi «Əczaçılıq fəaliyyəti haqqında» (1996-cı il) və “Dərman vasitələri haqqında” (2006-cı il) Qanunlarının işçi qrup tərəfindən hazırlanması və müzakirəsində fəal iştirak etmişdir.
Dövlət Elm və Texnika Komitəsinin keçirdiyi müsabiqə əsasında 26 noyabr 1996-cı il 30 saylı əmrə müvafiq olaraq «Azərbaycan Respublikasında əczaçılıq sənayesinin inkişafı konsepsiyası» hazırlayan müvəqqəti işçi kollektiv (sədr prof.H.M.Əliyev) yaradılmışdı. Konsepsiya hazırlanıb Komitəyə təqdim olunmuş (iyun 1997-ci il) və bəyənilmişdir. Konsepsiyada Azərbaycan Respublikası əczaçılıq sənayesinin və əlaqədar sahələrin mövcud vəziyyəti təhlil olunmuş, böhran vəziyyətindən çıxış yolları və inkişafı üçün elmi cəhətdən əsaslandırılmış «Əczaçılıq fəaliyyəti haqqında» Qanunun müddəalarına müvafiq təkliflər işlənib hazırlanmışdır.
Ali əjzaçılıq təhsili təşkil olunan dövrdən tədris planları və fənlər, onların proqramı bir neçə dəfə dəyişmiş, tədris müddəti müxtəlif dövrlərdə 4 il, 4,5 il, 5 il olmuşdur. Hazırda əjzaçılıq fakültəsinin tələbələri sonuncu kursda Bakalavr pilləsində Dövlət Attestasiyası haqqında Əsasnaməyə uyğun olaraq buraxılış (diplom) işləri müdafiə edirlər. 1998-ji ildə əczaçılıq fakültəsi çoxpilləli təhsil sisteminə keçmişdir. Əvvəl bakalavr pilləsində təhsil 4,5 il sonradan isə 4 il müəyyən eilmişdir. Magistratura pilləsində təhsil müddəti 2 ildir. 17 yanvar 2000-ci ildə fakültədə ilk tələbə-magistrantların disser-tasiyalarının müdafiəsi keçirilmişdir. 2000-2015-ci illərdə əczaçılıq kimyası kafedrasında 38 magistr-əczaçı hazırlanmışdır. Hazırda magistraturaya qəbul Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Hər il kafedraya 3 tələbə-magistrant qəbul edilir.
Əjzaçılıq fakültəsində müxtəlif dövlətlərdən olan (Türkiyə, İran, İraq, Sudan və s.) tələbələri təhsil alır, onların bəziləri üçün yeni qruplar yaradılmış və dərslər ingilis dilində aparılır.
Son illər kafedrada müasir informasiya texnologiyalarına uyğun kompüterləşdirilmiş sinif və şəbəkə yaradılmışdır.