Kafedranın əsası 1933-cu ildə Azərbaycan  Dövlət  Tibb İnstitutunun  «Umümi kimya» kafedrasından ayrılan üzvi kimya kafedrasının müstəqil fəaliyyətə kecməsi nəticəsində qoyulmuşdur. 1984-cü ildə üzvi kimya və bioloji kimya kafedraları birləşdirilərək «Bioüzvi və bioloji kimya»  kafedrası, 1987-ci ildən isə bioloji kimya kafedrasından ayrılaraq «Umümi və bioüzvi  kimya» kafedrası adı altında fəaliyyət göstərmişdir. Tədris sahəsində aparılan islahatlar, dərs proqramının daha da təkmilləşdirilməsi və kimya fənninin  tibbi yönümlülüyünün artırılması ilə əlaqədar olaraq kafedraya 1995-ci ildə «Biofiziki və bioüzvi kimya» kafedrası adı verilmişdir. Hazırda  bu kafedrada  ATU-nun müaliçə-profilaktika, hərbi-tibb, stomatologiya  və ictimai səhiyyə fakültələrının tələbələrinə biofiziki  kimya və  bioüzvi kimya fənnləri tədris olunur.

Kafedranın yarandığı ilk dövrdə ona dossent C.M.Əliyev, sonralar Azərbaycan EA-nın müxbir üzvü, professor M.M.Mövsümzadə (1959-cu ilə qədər), dossent Q.M.Əbilov (1959-1962), dossent S.M.Quluzadə (1962-1964), dossent C.X.Dzosoti (1965-1969), Azərbaycan EA-nın müxbir üzvü, professor R.Ə.Babaxanov (1969-1992), professor F.Ə.Quliyev (1992-1994), 1994-cü ildən isə Azərbaycan MEA-nın həqiqi üzvü, akademik Dilqəm Bəbir oqlu Tağıyev rəhbərlik edir.