Əczaçılıq toksikologiyası və kimya kafedrası 1989-cu ildə iki müstəqil kafedranın (Ümumi kimya kafedrası və Toksikoloji kimya kafedrası) birləşdirilməsi nəticəsində yaranmışdır. Bu günkü kafedranın əsasını təşkil etmiş birləşdirilən hər iki kafedra haqqında aşağıdakı məlumatı vermək lazım gəlir.
Kafedra 1987-ci ilə qədər sərbəst fəaliyyət göstərmiş, həmin ildə bioüzvi kimya kafedrası ilə birləşdirilmiş, bundan 2 il sonra, yəni 1989-cu ildə toksikoloji kimya fənni üzrə tədris saatları Bioüzvi kimya kafedrasından alınaraq, Ümumi kimya kafedrasına verilmiş və Ümumi və toksikoloji kimya adlı yeni kafedra yaradılmışdır. Beləliklə, bugünkü Əczaçılıq toksikologiyası və kimya (keçmiş adı–Ümumi və toksikoloji kimya) kafedrasının yaranma tarixini 1989-cu ildən hesablamaq olar.
Bakı Universitetinin Tibb fakültəsində ümumi kimya fənləri 1920-1923-cü illərdə prof. L.Q.Qurviçin rəhbərlik etdiyi kafedrada tədris edilirdi. 1923/24-cü tədris ilində kafedra iki hissəyə – qeyri-üzvi və üzvi kimya kafedralarına ayrılmışdır. Qeyri-üzvi kimya kafedrasına 1932-ci ilə qədər, o cümlədən Tibb İnstitutu yaradıldıqdan sonrakı 2 il ərzində prof. İ.İ.Kuznetsov rəhbərlik etmişdir. Bundan sonra kafedraya 1932–1940 və 1946–1952-ci illərdə görkəmli kimyaçı alim, əməkdar elm xadimi, professor Sadıq Cavad oğlu Hüseynov rəhbərlik etmişdir. Aradakı 6 il ərzində kafedra müdiri vəzifəsində dos. İ.M.Novruzlu (1940–1941), prof. H.B.Şahtaxtinski (1941–1942) və prof. F.M.Əfəndiyev (1942–1945) işləmişlər.
Prof. S.C.Hüseynovun vəfatından sonra bu kafedraya 2 il ərzində (1952–1954) dos. S.X.Dzotsoti rəhbərlik etmiş, 1954-cü ildə isə kafedra müdiri vəzifəsinə təkrarən prof. Faiq Əfəndiyev (1912–1965) seçilmişdir. Professor F.M.Əfəndiyev respublikanın görkəmli kimyaçı alimi kimi tanınaraq Mendeleyev cədvəlinə əlavələr etmiş, bu sahədə yeni nəzəriyyə irəli sürmüşdür. Onun vəfatından sonra 1965–1967-ci illərdə kafedraya prof. A.Z.Babayev, 1967–1968-ci illərdə dos. H.İ.Əlimərdanov rəhbərlik etmişdir. 1969-cu ildə kafedra müdiri vəzifəsinə prof. Z.Ş.Qarayev seçilmişdir. O, təqaüdə çıxana qədər (1995-ci il) kafedraya rəhbərlik etmiş, Tibb İnstitutunun tələbələri üçün “Qeyri-üzvi kimya” (1975, 1983) və “Bioqeyri-üzvi və bofiziki kimya” (1988) dərslikləri çap etdirmişdir.
Toksikoloji kimya kafedrası ilk dəfə 1940-cı ildə Azərbaycan Əczaçılıq İnstitutu nəzdində təşkil edilmiş və “məhkəmə kimyası” kafedrası adı altında fəaliyyətə başlamışdır. İlk gündən kafedraya rəhbərlik dos. Q.L.Avalianiyə həvalə edilmiş və o, bu vəzifəni 1940–1947-ci illərdə yerinə yetirmişdir. Əczaçılıq İnstitutunun bağlanması ilə əlaqədar olaraq həmin kafedra Azərbaycan Dövlət Tibb İnstitutu nəzdində müstəqil kafedra kimi fəaliyyət göstərmişdir.
Dos. Q.L.Avaliani vəfat etdikdən sonra kafedraya 2 il ərzində (1947–1949-cu illər) professor İ.K.Qolberq, sonrakı bir il ərzində (1949–1950-ci illər) isə biologiya elmləri namizədi, dosent V.V.Malenyuk rəhbərlik etmişdir. 1950-ci ildən başlayaraq kafedraya rəhbərlik milli mütəxəssislərə tapşırılmışdır. Belə ki, 1950–1967-ci illər ərzində kafedraya həmin kafedrada doktorluq dissertasiyası müdafiə etmiş biologiya elmləri doktoru, professor A.Z.Babayev, 1968–1982-ci illərdə isə prof. D.Y.Hüseynov rəhbərlik etmişdir. 1982–1986-cı illərdə kafedra müdiri vəzifəsi yenidən prof. A.Z.Babayevə tapşırılmışdır. Professor A.Z.Babayev vəfat etdikdən sonra bir il ərzində həmin kafedraya rəhbərlik müvəqqəti olaraq əczaçılıq elmləri namizədi, dosent Q.B.İskəndərova həvalə edilmişdir. Sonrakı iki il ərzində (1987–1989-cu illər) Toksikoloji kimya kafedrası Azərbaycan SSR EA-nın müxbir üzvi, professor R.A.Babaxanovun rəhbərlik etdiyi Bioüzvi kimya kafedrası ilə, 1989–1995-ci illər ərzində isə prof. Z.Ş.Qarayevin rəhbərlik etdiyi Ümumi kimya kafedrası ilə birləşdirilərək Ümumi və toksikoloji kimya kafedrası adlandırılmışdır.
1995-2017-ci illərdə Ümumi və toksikoloji kimya kafedrasının müdiri vəzifəsini professor Qayıbverdi Bəşir oğlu İskəndərov icra etmişdir. 20.09.2017-ci il tarıxındən kafedra müdiri vəzifəsinə bu kafedranın yetirməsi, professor Eldar Abdulla oğlu Qarayev seçilmiş və hazırda uğurla fəaliyyət göstərir.
2020-ci ilin sentyabr ayında ATU-nun Bioüzvi və biofiziki kimya kafedrası ləğv edildikdən sonra professor-müəllim heyətindən 5, tədrisə köməkçi heyətdən isə 3 nəfər fəaliyyətlərini Əczaçılıq toksikologiyası və kimya kafedrasında davam
etdirirlər. Hazırda kafedrada 3 professor, 7 dosent, 2 baş müəllim, 8 assistent, 6 baş laborant, 3 laborant və 4 baş preparator olmaqla 33 əməkdaş işləyir.
Azərbaycan Tibb Universitetinin Elmi Şurasının 28.06.2022-ci il tarixli iclasının qərarına və 417/K №-li əmrinə əsasən 2022/2023 – cü tədris ilinin 07.09.2022-ci il tarixindən etibarən, “Ümumi və toksikoloji kimya” kafedrasının adı dəyişdirilərək “Əczaçılıq toksikologiyası və kimya” kafedrası adıandırılmışdır.
Əczaçılıq toksikologiyası və kimya kafedrasında Əczaçılıq, Stomatologiya, İctimai Səhiyyə, Hərbi Tibb fakültələrinin bakalavr pilləsində təhsil alan tələbələr üçün müxtəlif kimya fənləri, həmçinin, Əczaçılıq fakültəsinin magistr pilləsində təhsil alan tələbələr üçün isə müxtəlif ixtisas fənləri tədris olunur.
Professor-müəllim və laborant heyəti :
Qarayev Еldar Аbdulla oğlu Professor,kafedra müdiri.
İskəndərov Qayıbverdi Bəşir oğlu. Məsləhətçi professor
Quliyev Fikrət Əli oğlu Professor
Rəsulov Namiq Şahid oğlu Dosent
Acalova Gültəkin İlyas qızı Tədris işləri üzrə müavin, dosent
İsmayılova Şahnaz Yusif qızı Dosent
Hüseynova Nazilə Sadıx qızı Dosent
Əhmədov Eldar Lətif oğlu qızı Dosent
Bağırzadə Qulu Əhməd oğlu Dosent
İsmayılova Çimnaz Hökməli Dosent
Paşayeva Sara Aşakişi qızı Baş müəllim
Hüseynquliyeva Könül Fəda qızı Baş müəllim
Bədəlova Kəmalə Kamal qızı Assistent
Sadıqova Alvina İskryabin qızı Assistent
Quliyeva Ofelya Müslət qızı Assistent
Əkbərova Səidə Şamil qızı Assistent
Quliyeva Şəhanə İsrayil qızı Assistent
Mansurova Günay Əhliman qızı Assistent
Musabəyova Nəzrin Natiq qızı Assistent
Nəsirli İlkin Üzeyir oğlu Assistent
Kərimova Nailə Qulamhüseyn B/laborant
Teyyubova Arzu Yusif qızı B/laborant
Məmmədova Püsən Bilman qızı B/laborant
Mirzəyeva Cəmilə Nadir qızı B/laborant
Behbudova Fatma Ağa qızı B/laborant
Nəsibova Töhfə Aslan qızı B/laborant
Çəltikova Hüsnüyar Hacı qızı Laborant
Qəmbərova Maya Cəfər qızı Laborant
Tağızadə Günay Aydın qızı Laborant
Məmmədova Leyla Qara q. B/preparator
Novruzova Nuridə Hacı qızı B/preparator
Qasımov Əli Dilavər oğlu B/preparator
Məmmədova Nazilə Aslan qızı B/preparator