Tibbi profilaktika kafedrası 2000-ci ildən ATU-nun Hərbi Tibb Fakültəsinin tərkibində fəaliyyət göstərir. Kafedranın yaradıcısı və ilk rəisi tibb elmləri namizədi Ədib Həsən oğlu Həsənov olmuşdur. Onun dövründə kafedra formalaşmış, tədris və əyani vəsaitlərlə, avadanlıqlarla, o cümlədən xüsusi hərbi fərdi və tibbi mühafizə vasitaləri ilə təmin olunmuşdur. Ədib Həsən oğlu Həsənov yeni yaranan Azərbaycan Ordusunun tibbi təminatı sahəsində profilaktik təbabətə aid uzun illər əldə etdiyi nəzəri və təcrubi bilikləri kafedranın fəaliyyətindədə geniş tətbiq etdi. O, 2010-cü ildə vəfat etmişdir.
2010-cu ildən 2019-cu ilə kimi tibb üzrə fəlsəfə doktoru Fərhad Tələt oğlu Meybəliyev kafedraya rəhbərlik etmişdir. O, bu müddətdə kafedranın tədris, elmi və ictimai işlərini uğurla davam etmişdir.
2019-cu ildən kafedraya 44 günlük Vətən müharibəsinin iştirakçısı və veteranı Süleymanov Şahin Nəzər oğlu rəhbərlik edir.
Kafedrada kursantların diplomaqədərki dövrdə tibbi profilaktika üzrə həkim və feldşer hazırlığı, diplomdansonrakı dövrdə təkmilləşdirilməsi həyata keçirilir. Kafedrada tədris çoxistiqamətli olub, Hərbi Tibb fakültəsinin Hərbi Həkim İxtisası hazırlığı kurslarının kursantlarına hərbi gigiyena, hərbi epidemiologiya, tibbi parazitologiya, hərbi toksikologiya, radiologiya və tibbi mühafizə fənləri, Hərbi Feldşer hazırlığı kursunun kursantlarına hərbi gigiyena, hərbi epidemiologiya, tibbi parazitologiya fənnlərindən azərbaycan dilində nəzəri və təcrübi məşgələlər tədris olunur.
Azərbaycan Tibb Universitetinin I-II Müalicə profilaktika, İctimai Səhiyyə, Əczaçılıq, Stomatologiya fakültələrinin tələbələrinə Mülki Müdafiə fənni azərbaycan, rus və ingilis dillərinndə tədris edilir.
Kursant və tələbələrin istifadəsinə kafedrada tədris edilən bütün fənlər üzrə dərslik və dərs vəsaitləri hazırlanmış, onların müasir tələblərə uyğun dəyişdirilməsi və yeniləşdirilməsi diqqət mərkəzində saxlanılır.
Kafedranın tədris metodiki bazası müasir tələblərə cavab verən elektron avadanlıqlarla tam təchiz edilmişdir. Bütün tədris siniflərində, mühazirə zallarında kompyüter və barko cihazları quraşdırılmışdır. Tədris olunan fənnlər üzrə otaqlarda stendlər və tədris ləvazimatları ilə təmin olunmuşdur.
Hərbi Tibb fakültəsinin Hərbi Həkim İxtisası hazırlığı kurslarının kursantlarına hərbi gigiyena, hərbi epidemiologiya, tibbi parazitologiya, hərbi toksikologiya, radiologiya və tibbi mühafizə fənləri, Hərbi Feldşer hazırlığı kursunun kursantlarına hərbi gigiyena, hərbi epidemiologiya, tibbi parazitologiya və Mülki müdafiə fənnlərindən tədris proqramları, fənnin işçi tədris proqramları (sillabuslar) yenilənmişdir.
Elmi fəaliyyət kafedranın prioritet istiqamətlərindən olub, konfrans, seminarlarda çıxışlar, elmi məqalələrin və prezentasiyaların tərtibinə xüsusi yer ayrılır. Kafedranın müəllim heyəti tərəfindən yazılmış 150-dən çox elmi məqalə jurnal və toplularda dərc olunmuşdur.
Kafedrada müəllim heyəti Müdafiə Nazirliyinin qurumlarında xidmət etmiş zabitlər, o cümlədən 1-ci və 2 ci Qarabağ müharibəsində təcrübə keçmiş, səhra şəraitində tibbi təminatın xüsusiyyətlərini bilən təcrübəli heyət də fəaliyyət göstərir.
Tələbə və kursantlar arasında tərbiyəvi işlərin təşkilinə xüsusi diqqət yetirilir, onlara milli qürur, vətənpərvərlik ruhu, ekoloji mühitə qayğıkeş münasibət aşılandırılır. Kafedranın əməkdaşları güc strukturlarının tibbi profilaktik yönümlü qurumları ilə sıx əlaqələr saxlayır, onlarla metodik-təcrübi mübadilə aparırlar.
Kafedra rəisləri:
1. 2000-2010-cu illər Ədib Həsənov
2. 2010-2019-cu illər Fərhad Meybəliyev
3. 2019-cu ildən Şahin Süleymanov