Bizi izləyin:
Heydər Əliyev
Tibb xidmətinin təşkili və taktikası
Bölmələrimiz
Tibb xidmətinin təşkili və taktikası
Menular

1930-cu ildə tibb fakültəsi Bakı Dövlət Universitetindən ayrıldı.Tələbələrin hərbi hazırlığına ştatdankənar hərbi həkimlər cəlb olundular.1931-ci ildə Azərbaycanın ali təhsil ocaqlarında hərbi kabinetlər açıldı.Hərbi kabinetdə tələbələrə hərbi topoqrafiya və taktikadan başqa о dövr üçün yeni fənn olan hərbi-sanitar taktikası və hərbi gigiyena fənlərinin tədrisinə başlanılır. 1936-cı ildə Azərbaycan Dövlət Tibb Universitetində ehtiyat tibb xidməti zabitləri hazırlığı üçün Sanitar müdafiəsi kafedrası acılır. Kafedranın rəisi vəzifəsinə Universitetin hərbi sanitar rəhbəri, hərbi həkim K.Q.Quliyev təyin olunur.Kafedrada aşağıdakı fənlər tədris olunurdu:

    - Bütün fakültələrin I və II kurslarına  sıra və atəş hazırlığı, nizamnamələr ;

    - IV kurslara topoqrafiya, sanitar texnikası və hərbi hava müdafiəsi, tibb-sanitar  xidməti;

    - V kurslara sanitar–kimya mühafizəsi və hərbi səhra cərrahiyəsi.

1936-1942-ci illər K.Q.Quliyev,1942-1956-cı illər Rzayev Əli Əli oğlu, 1956-1971-ci illər  Sadıqov İbrahim Məmməd oğlu, 1971-1976-cı illər Sultanov Niyazi Baba oğlu,1977-1988-ci illər Məmmədov Şahvələd Ağarazi oğlu, 1989-1992-ci illər Qujvenko Anatoloiy Maksimoviç, 1992-1993-cü illər Xanlar Hacıyev, 1993-1998-ci illər Müzəffər Ələkbərov,

1998-2000-ci illər  Xanlar Hacıyev kafedra rəisləri olmuşdur.

2000-ci ilin may ayında Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sərəncamı ilə dövrün tələblərinə uyğun olaraq hərbi həkim kadrlarının hazırlanması üçün vacib addım atılır,Azərbaycan Tibb Universitetində yeni Hərbi Tibb Fakültəsi yaradılır. Hərbi Tibb Fakültəsində tibb xidmətinin təşkili və taktikası kafedrası fəaliyyət göstərir.

Tibb xidmətinin təşkili və taktikası–hərbi təbabətin təməl sahəsi və xüsusi hissəsidir, sülh və müharibə dövründə qoşunların tibbi təminatının təşkili nəzəriyyəsi və praktikasının işlənib hazırlanmasına,yaralı və xəstələrin çeşidlənməsinə, təxliyənin müxtəlif mərhələlərində müalicə prosesinin təşkilinə həsr olunur. Tibb xidmətinin taktikası müharibə dövründə yaralıların (xəstələrin) təxliyəsi və idarə olunması üsuludur.Tibb xidmətinin təşkili və taktikası sərbəst kafedra kimi 2000-ci ildə Hərbi Tibb Fakültəsinin yaranması ilə birgə yaradıldıqdan sonra kursantların diplomaqədərki dövrdə Tibb xidmətinin təşkili və taktikası üzrə həkim və Feldşerlərin hazırlığı,diplomdan sonrakı dövrdə ixtisaslaşlaşdırılması və təkmilləşdirilməsini həyata keçirir. Tibb xidmətinin təşkili və taktikası kafеdrasında tədris olunan fənlər:

    - Tibb xidmətinin təşkili və taktikası (sülh və müharibə dövrlərində).

    - Ümumi hərbi hazırlıq,ümumi taktika,ümumqoşun nizamnamələri

    - Hərbi pеdaqоgika və hərbi psixоlоgiya,Hərbi qanunvеriciliyin əsasları.

    - Hərbi tibbi statistika və biostatistika.

    - Mülki müdafiənin tibb xidmətinin təşkili.

Qeyd edilənlərlə yanaşı,kafedranın müəllimləri tərəfindən Milli Müdafiə Universitetinin planına uyğun olaraq sanitar təlimatcılar və tibb bacılarına,adyunklara, təkmilləşdirilmə kursunun dinləyicilərinə tibb xidmətinin təşkili və taktikası fənnindən məşğələlər keçirilir. Kafedranin müəllimləri Müdafiə Nazirliyinin planına uyğun olaraq kecirilən təlimlərdə iştirak edib təcrübə qazanırlar.

Tibb xidmətinin təşkili və taktikası müstəsna əhəmiyyətli hərbi-tibb elmi və tədris fənni kimi geniş elm sahəsini təmsil edir.

Kafedrada tədris Azərbaycan dilində aparılır.

Tədris mühazirə, seminar,praktik məşğələ şəklində kafedranın tədris siniflərində, simulyasiya kabinetlərində və həmçinin çol şəraitində, təlim poliqonlarında əyani vəsaitlərdən istifadə etməklə yerinə yetirilir.

Bundan əlavə olaraq adyunktura və rezidentura təhsili alanlara o cümlədən Azərbaycan ordusunun tələbatına uyğun olaraq hər il kiçik və orta tibb işçilərinin hazırlığı kurslarına cəlb edilmiş dinləyicilərə müvafiq proqramlar əsasında tədris aparılır.

Tibb xidmətinin təşkili və taktikası kafedrasında tədrisin məqsədi hər bir hərbi tibb işçisinin istər qoşunlarda, istərsədə hospitallarda yiyələndikləri bilik və bacarıqlarından məharətlə istifadə etməsindən ibarətdir.

Kursantların istifadəsi üçün kafedrada tədris edilən fənlər üzrə dərslik və dərs vasitələri hazırlanmış, onların günün tələblərinə uyğun dəyişdirilməsi və yeniləşdirilməsi diqqət mərkəzində saxlanılır. Kafedranın zabit-müəllim heyəti Azərbaycan Ordusunun hərbi tibbi müalicə müəssisələri ilə sıx əlaqələr saxlayır,onlara metodiki və əməli köməklik göstərir.Bundan başqa kafedranın əməkdaşları 44 günlük Vətən müharibəsində ön cəbhədə tibbi təxliyənin təşkili, hərbi hissələrin tibb təminatı məsələləri, digər əməkdaşlar isə müxtəlif hərbi hospitallarda yaralı və xəstələrin müayinə və müalicə olunaraq yenidən döyüş meydanına qaytarılmalarında yaxından iştirak etmişlər. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş komandan cənab İlham Əliyev tərəfindən müxtəlif medallarla təltif olunmuşlar.

Hal-hazırda tibb xidmətinin təşkili və taktikası kafedrası tərəfindən Azərbaycan ordusunun müasir dövrün tələblərinə uyğun olaraq modernləşməsini nəzərə alaraq tibb xidmətinin qarşısında duran məsələləri daim araşdırır və kursantlara dərs prosesində geniş formada məlumatlar  çatdırılır.Bu məqsədlə kafedranın zabit heyəti il ərzində Azərbaycan ordusunun Döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlimlərdə iştirak edir.Dərs prosesi zamanı professor-müəllim heyəti təhsil alanların vətənpərvərlik,milli dəyərlərə, vətən sevgisinin daim yüksək qalmasına xüsusi diqqət ayırır.

Tibb xidmətinin təşkili və taktikası kafеdrası HTF-nin tədris binasının I mərtəbəsində yеrləşir və 700 kv.m-dən çоx sahəni tutur.Kafеdranın 7 məşğələ оtağı, müəllim hеyəti üçün 2 оtaq və 2 (100 və 56 yerlik) mühazirə zalı vardır.Bundan əlavə kafеdrada kursantlara məşğələlərin əyaniliyini təmin еtmək üçün briqada tibb məntəqəsi (Br.TM)-nin və ƏTT-nin (ordu korpusu hospitalının) çöl şəraitində açılışını əks etdirən maketlər ayrıca sinifdə açılmışdır və təcrübi məşğələlərin aparılmasını təmin еdən labоratоriya və digər yardımçı оtaqlar da mövcuddur.

Kafedra rəisləri:

 2000-2002-ci illər  Xanlar Hacıyev

 2002-2006-cı illər  İsmayıl Əliyev

 2006-2008-ci illər  Beslan Hüseynov

 2009-2014-cü illər  Cümşüd Hüseynov

 2014-2015-ci illər  Dövran Məmmədov

 2016-cı ildə  Vüqar Mürsəlov

 2017-2024-cü illər  Akif Əhmədov

 2025-ci ildən hal-hazıradək Adil Hüseynov