1. Azərbacan Respublikası əhalisinin sağlamlığının və ziyyəti, yayılmış xəstəliklə-rinin epidemiologiyası, klinik xüsusiyyətləri, innovasion texnologiyalar əsasında diaqnostikasının və müalicə-profilaktika tədbirlərinin təkmilləşdirilməsi.
2. Ətraf mühitin və ekoloji amillərin əhalinin sağlamlığına təsirinin tədqiqi, re-gional təbii vasitələrdən istifadə etməklə yeni profilaktika və müalicə üsullarının işlənib hazırlanması.
3. Üzv və sistemlərin normada və müxtəlif patoloji vəziyyətlərdə morfoloji və funksional xüsusiyyətlərinin öyrənilməsi
Problem: Azərbaycanda bədxassəli şişlərin yayılması, diaqnostikası və müalicəsi
Mövzu: Bədxassəli şişlər zamanı angiogenezin immunohistokimyəvi və biokimyəvi meyarlarının təyini və optimallaşdırılması (Onkologiya kafedrası, elmi rəhbər – akad.Ə.T.Əmiraslanov). İcra müddəti – 2014-2018-ci illər.
Məqsəd: Müxtəlif lokalizasiyalı neoplazmalarda şişlərin statistik təhlilindən, toxuma və qan plazmasında immunhistokimyəvi tədqiqat aparmaqla müxtəlif histotip və histodiferensiasiya dərəcələrinə malik şişlərdə damar endotelial böyümə amilinin (DEBA) CD31 reseptorunun proqnostik əhəmiyyətinin müəyyənləşdirilməsi.
Tədqiqatın obyekti: Yumşaq toxuma şişi olan xəstələrin xəstəlik tarixləri və patohistoloji müayinələrin nəticələri.
Nəticə: Proqnostik əhəmiyyətli parametrlərdən biri olan histodiferensiasiya dərəcəsi ilə DEBA-nın CD31 reseptoru arasında tərs mütənasiblik aşkar edilmişdir: DEBA-nın CD31 reseptorunun immunhistokimyəvi səviyyəsi azaldıqca, yumşaq toxumaların bədxassəli fibroz histiositoması olan xəstələrin histodiferensiasiya dərəcəsi statistik dürüst şəkildə artır.
Müxtəlif lokalizasiyalı neoplazmalarda spontan nekrozlaşma və limfoid infiltrasiya ilə DEBA-nın CD31 reseptorunun immunhistokimyəvi səviyyəsi arasında tərs mütənasiblik müəyyən edilmişdir: şiş toxumasında spontan nekroz ocaqlarının ölçüsü və limfoid infiltrasiya səviyyəsi artıqca, DEBA-nın CD31 reseptorunun immunhistokimyəvi səviyyəsi aşağı düşür.
Müxtəlif lokalizasiyalı neoplazmalarda DEBA-nın CD31 ekspressiyası ilə şiş toxumasının invaziya dərinliyi arasında statistik dürüst birbaşa asılılıq mövcuddur.
Kontrol qrupla müqayisədə bədxassəli və metastatik sümük şişləri olan xəstələrin qan serumunda VEGF, ß-TBQ-nin konsentrasiyası və TF-nin aktivliyi arasında statistik etibarlı fərqlər var: bədxassəli sümük şişlərində VEGF-in konsentrasiyası kontrol qrupa nisbətən 3,3 dəfə, ß-TBQ-nin konsentrasiyası 17,5 dəfə, TF-nin aktivliyi 13,7 dəfə yüksəkdir. Metastatik sümük şişlərində bu fərq müvafiq olaraq 2,3; 22,7 və 17,5 dəfə təşkil etmişdir.
Bədxassəli sümük şişlərinin müalicəvi patomorfozunun dərəcələri ilə VEGF, ß-TBQ və TF-nin göstəriciləri arasında statistik etibarlı asılılıq müəyyən edilmişdir: bu göstəricilərin səviyyəsi I dərəcəli müalicəvi patomorfozda kontrol qrupdan müvafiq olaraq 3,7; 23,1 və 16,9 dəfə, IV dərəcəli müalicəvi patomorfozda 2,3; 14,2 və 7,4 dəfə yüksəkdir.
Mövzu üzrə 31 elmi iş çap edilmişdir (20 tezis, 10 məqalə və 1 monoqrafiya). 5 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir. Elmi-tədqiqat işi üzrə aşağıdakı EİF-KETPL-2015-1(25) layihəsi kompleks elmi-tədqiqat proqramları layihələri müsabiqəsinin qalibi olmuşdur. Həmçinin hazırkı mövzu üzrə 1 konfrans və 1 qurultayda məruzə olmuşdur.
Mövzu: Sidik-cinsiyyət sisitemi infeksiyalarının etiopatogenetik xüsusiyyətləri, diaqnostika və müalicə prinsiplərinin təkmilləşdirilməsi (Mikrobiologiya və immunologiya kafedrası, elmi rəhbər – AMEA-nın müxbir üzvü, prof. Z.Ö.Qarayev). İcra müddəti – 2014-2018-ci illər.
Məqsəd: Urogenital infeksiyaların (mono- və mikst) etioloji srukturunun öyrənilməsi, dominant törədicilərinin aşkar edilməsi, onların müasir antimikrob preparatlara həssaslığının araşdırılması, patoloji prosesin lokalizasiyasından, xəstələrin yaşından və cinsindən, eləcə də ağırlaşdırıcı amillərdən asılı olaraq bu xəstəliklərin patogenetik xüsusiyyətlərinin öyrənilməsi, ilkin diaqnostikası üçün adekvat olan daha həssas üsulların müəyyən edilməsi və törədicilərin morfo-bioloji xüsusiyyətlərindən asılı olaraq adekvat etiotrop müalicənin təkmilləşdirilməsi.
Tədqiqatın obyekti: Sidik yollarının infeksiyasının törədicisi olaraq Qram-müsbət kokklar və Qram-mənfi çöplər aşkar edilmişdir, bu da urologiya sahəsində nozokomial infeksiyaların üstünlük təşkil etdiyini göstərir.
Sidik yolları infeksiyalarına daha çox prostat əməliyyatlarından sonra rast gəlinir və törədisi Ps.aeruginosa hesab edilir. Qadınlarda isə sidik yolları infeksiyaları zamanı E.coli və Koaqulaza mənfi Stafilokokklar törədicisi kimi daha çox aşkar edilir.
Cərrahi əməliyyatlardan sonra yaranan nozokomial infeksiya zamanı Acinetobacter spp. törədici olaraq aşkar edilir.
Uroonkoloji xəstələrdə nozokomial infeksiyanın yaranması əməliyyatın növündən, kimyəvi terapiyanın və xəstəxanada qalma müddətindən asılı olaraq dəyişir.
Cinsi yolla yoluxan infeksiyalar zamanı kişilərdə Trichomonas vaginalis, Qonokokklar, Ureoplasma urealyticum dominant törədici olaraq aşkar edilir. Az hallarda Chlamydia trachomatis-ə, Mycoplasma hominis-ə rast gəlinir.
Cinsi yolla yoluxan infeksiyalar zamanı qadınlarda Gardnerella spp., Ureoplasma urealyticum, Trichomonas vaginalis, Qonokokklar dominant törədici olaraq aşkar edilir. Az hallarda isə Chlamydia trachomatis, Mycoplasma hominis rast gəlinir.
Bəzi hallarda cinsi yolla yayılan infeksiya törədicilərinin assosiasiyaları aşkar edilir ki, bu da müalicədə çətinliyə səbəb olur.
Hazırda Ureaplasma cinsli bakteriyalarda makrolid və flüorxinolon qrupu antibiotiklərə qarşı rezistenlik aşkar edilir. Buna görə də ilk seçim preparatı olaraq tetrasiklin qrupuna üstünlük verilməlidir.
Mövzu üzrə 3 dərslik və dərs vəsaiti, 13 tezis, 14 məqalə, 2 metodik tövsiyə nəşr etdirilmişdir. 2 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilmişdir.
Problem: Diş xəstəlikləri – kariyes və ağırlaşmaları. Parodont xəstəlikləri
Mövzu: Üz-çənə nahiyəsinin iltihabi proseslərində, travmatik zədələnmələrində, anadangəlmə və qazanılmış qüsur və deformasiyalarının müalicəsində səmərəli müalicə üsullarının işlənilməsi (Ağız və üz-çənə cərrahiyyəsi kafedrası, elmi rəhbər – prof.Ç.R.Rəhimov). İcra müddəti – 2014-2018-ci illər.
Məqsəd: Üz-çənə nahiyəsinin anadangəlmə və qazanılmış qüsur və deformasiyaları, infeksion-iltihabi prosesləri və travmatik zədələnmələri olan xəstələrin müalicəsinin və reabilitasiyasının nəticələrinin yaxşılaşdırılması.
Tədqiqatın obyekti: ATU-nun ağız və üz-cənə cərrahiyyəsi kafedrasının klinik bazası olan AR Səhiyyə Nazirliyinin Klinik Tibbi Mərkəzin “Üz-çənə cərrahiyyəsi şöbəsində” və ATU-nun Tədris Cərrahi klinikasının “Üz-çənə cərrahiyyəsi” şöbəsində müalicə almış xəstələr.
Nəticə: Müəyyən edilmişdir ki, eksperimentdə yaradılan biomodellər ağız boşluğunun selikli qişasında cərrahi yaraların sağalma prosesinin histomorfoloji və molekulyar mexanizmlərinin tədqiqi üçün yararlıdır.
Makroskopik olaraq donuzlarda ağız boşluğunun selikli qişasında yaradılan yaraların normotrofik sağalmaları (incə çapıq xəttinin selikli qişanın epitel qatı səviyyəsində yerləşməsi) 35-ci günündə aydın görünsə də, həmin müddət ərzində dərinin epidermis qatının tam bərpa olunmadığı aşkar edilir.
Cərrahi dəri yaralarında kəskin iltihabi prosesin sürətlə sönməsi zədələnmiş strukturların və fibrinoid kütləsinin yara səthindən təmizlənməsini ləngitdiyinə görə yetişmiş qranulyasion toxumanın formalaşması yanaq və sərt damaqda 3-cü gündə baş verdiyi halda, dəridə bu proses 7-ci günə təsadüf edir.
Cərrahi yaraların sağalması prosesinin mühüm hissəsi olan reepitelizasiya prosesi tək-tək hüceyrələrin miqrasiyası yox, yara kənarında bir-biriləri ilə müxtəlif formalı hüceyrəarası əlaqələr və sitoplazmatık körpülər vasitəsilə birləşən keratinositlərin birgə yerdəyişməsi nəticəsində baş verir.
Öyrənilmişdir ki, resveratrol ağız boşluğunda cərrahi yaraların sağalması prosesini yaxşılaşdırır. Yara sağalmasının təzahürü olan selikli qişanın rəngi sağalmanın 3-cü günündə, nəzarət qrup xəstələrinin 16,7%-də açıq-çəhrayı rəngdə olduğu halda, resveratrol qəbul edən xəstələrdə müvafiq olaraq 70%-də olur; orta ağrı göstəricisi nəzarət qrupunda 46,7%, əsas qrupda 60%; cərrahi yaraların sağalmasının 7-ci günündə zəif şişkinlik: nəzarət qrupunda 26,7%, resveratrol qəbul edən xəsətərdə isə 60% təşkil etmişdir.
Mövzu üzrə 128 məqalə və tezis çap olunub ki, bunların da 84-nü – məqalə, 44-nü isə tezislər təşkil etmişdir. Kafedra əməkdaşları hesabat dövründə 69 Beynəlxalq konfransda, kursda iştirak etmiş – elmi və praktik məruzələrlə çıxışlar olmuşdur.
Problem: Azərbaycanda bədxassəli şişlərin yayılması, diaqnostikası və müalicəsi
Mövzu:Mədə-bağırsaq şişləri zamanı angiogenezin immunohistokimyəvi və biokimyəvi meyarlarının təyini və optimallaşdırılması (Onkologiya kafedrası, elmi rəhbər – akad.Ə.T.Əmiraslanov).İcra müddəti – 2016-2019-cu illər.
Məqsəd:Diferensiasiya olunmayan mədə-bağırsaq şişləri zamanı angiogenezin immunohistokimyəvi və biokimyəvi meyarlarının təyini və optimallaşdırılması.
Tədqiqatın obyekti: Mədə-bağırsaq şiş diaqnozu olan 600-dən artıq xəstəlik tarixləri və ambulator vərəqələri.
Nəticə: Tədqiq edilən patologiyalar zamanı patoloji ocağın nekroz parametrlərinin təhlili göstərmişdir ki, nekroz sahələrinin ölçüləri patoloji ocağın 40-70%-ni təşkil etmişdir. Diferensiasiya olunmayan mədə-bağırsaq şişləri zamanı angiogenez markeri olan CD-31-in çox yüksək səviyyəsi aşkar edilmişdir. Prosesin yüksək damarlanma səviyyəsi ilə xəstəliyin proqnozu və residivləşməsi arasında korrelyasiya əlaqələrinin təhlili nəticəsində aşkar edilmişdir ki, angiogenez amillərinin yüksək səviyyəli ekspresiyasında şiş prosesinin çox erkən tərəqqisi, çoxsaylı residivləri baş verir, xəstələrin proqnozu isə qeyri-qənaətbəxş olur.
Problem: Qarın boşluğu üzvlərinin xəstəliklərinin patofizioloji mexanizmlərinin
öyrənilməsi və cərrahi müalicəsinin təkmilləşdirilməsi
Mövzu: Azinvaziv texnologiyalar tətbiq etməklə son mərhələ orqan xəstəliklərinin, orqan və kök hüceyrələri transplantasiyasının aktual məsələlərinin tədqiqi (I cərrahi xəstəliklər kafedrası, elmi rəhbər – AMEA-nın müxbir üzvü, prof.N.Y.Bayramov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Yeni diaqnostik və cərrahi texnologiyalardan istifadə etməklə qaraciyər, böyrək xəstəlikləri, kiçik çanaq orqanlarının düşməsi və sallanmaları, metabolik sindrom, piylənmə, qalxanabənzər vəzinin cərrahi xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsinin nəticələrinin yaxşılaşdırılması.
Tədqiqatın obyekti: Qaraciyər, böyrək xəstəlikləri, kiçik çanaq orqanlarının düşməsi və sallanmaları, metabolik sindrom, piylənmə və qalxanabənzər vəzinin cərrahi xəstəlikləri olan 300-dən artıq xəstə.
Nəticə: Qaraciyər transplantasiyasından sonra əmələ gələn biliar ağırlaşmalarının xarakteri və rastgəlmə tezliyi öyrənilmiş, onların etiostrukturunda biliar anastomoz texnikasının rolu araşdırılmış, bu zaman mikro-RNT-nin rolu öyrənilmiş və biliar sızma, anastomotik və qeyri-anastomotik darlıqlarda mikro-RNT profilinin spesifik dəyişiklikləri müəyyən edilmişdir. Aşkar edilmişdir ki, qaraciyər transplantasiyasından sonra dalağın elastoqrafiyası üzrə tədqiqatın ilkin nəticələrinə görə transplantasiyadan əvvəl əksər xəstələrdə dalağın sıxlığı yüksək olur və əməliyyatdan 3 ay sonra normal həddlərə yaxınlaşır. Düz bağırsağın və kiçik çanağın digər orqanlarının sallanmaları zamanı multidissiplinar yanaşma hesabına cərrahi müalicənin nəticələri daha əlverişli olmuşdur.
Həmçinin müəyyən olunmuşdur ki, aşırı piylənmə olan xəstələrdə standart sleeve qastrektomiya əməliyyatı ilə müqayisədə tərəfimizdən təklif edilmiş yan yol əməliyyatı modifikasiyasından sonra çəkitirmə (arıqlama), yanaşı xəstəliklərin korreksiyası daha sürətli və effektivdir. Eləcə də tireoid düyünlərinin göstəriş əsasında lazer ablasiyası invaziv əməliyyatların tezliyinin azalmasına səbəb olması müəyyən olunmuşdur.
Mövzu: Həzm traktının kəskin və xronik keçməzliklərin və qarın divarının yırtıqlarının diaqnostika və müalicəsi (Ümumi cərrahlıq kafedrası, elmi rəhbər – prof.E.K.Ağayev). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Yayılmış peritonitin dinamikasında orqanizmin maye sektorlarında və zülal balansında baş verən dəyişikliklərin öyrənilməsi və onlar arasındakı əlaqənin aşkarlanması.
Tədqiqatın obyekti: Yayılmış peritonitli 71 xəstə.
Nəticə: Alınmış nəticələrin təhlili zamanı müəyyən edilmişdir ki, yayılmış peritonitin dinamikasında orqanizmin hüceyrədənkənar maye sektorlarının həcmində, həmçinin qanın ümumi zülalının miqdarında baş verən dəyişikliklər eyni istiqamətli və eyni xarakterli olub, kəskin azalmağa doğru gedir. Ancaq hüceyrədənkənar maye sektorlarının bölmələrinin həcmlərində və ümumi zülalın fraksiyalarının miqdarında baş verən dəyişikliklər isə müxtəlif istiqamətli və müxtəlif xarakterlidir. Belə ki, yayılmış peritonitlər kəskin dehidratasiya, hipoproteinemiya ilə yanaşı, kəskin dishidriya və disproteinemiya ilə müşayiət olunaraq bir-biriləri ilə sıx korrelyativ əlaqədədir və bu qeyd edilən dəyişiklikləri kəmiyyət və keyfiyyət cəhətcə adekvat korreksiya etməklə yayılmış peritonitlərin müalicəsinin nəticələrini yaxşılaşdırmaq olar.
Mövzu: Həzm traktının cərrahi xəstəliklərinin ağırlaşmalarının proqnozlaşdırılması, müalicə və profilaktikası (III cərrahi xəstəliklər kafedrası, elmi rəhbər – prof.F.H.Camalov). İcra müddəti – 2016-2020-ci ilər.
Məqsəd: Həzm sistemi və qarın boşluğunun digər orqanlarının cərrahi xəstəliklərinin və qarın divarının yırtıqlarının cərrahi müalicəsi zamanı baş verən yerli və sistem dəyişikliklərinin aşkar olunması sayəsində ağırlaşmaların profilaktikası, yeni müalicə üsullarının işlənib hazırlanması və proqnozunun təkmilləşdirilməsi.
Tədqiqatın obyekti: Həzm sistemi və qarın boşluğunun digər orqanlarının kəskin cərrahi xəstəlikləri və qarın divarının yırtığı ilə olan xəstələr, eksperimental itlər, ağ siçovullar və dovşanlar.
Nəticə: Aşkar edilmişdir ki, həzm sistemi və qarın boşluğunun digər orqanlarının cərrahi xəstəliklərinin və qarın divarı yırtıqlarının cərrahi müalicəsi zamanı baş verən yerli və sistem dəyişikliklərinin öyrənilməsi ağırlaşmaların ağırlıq dərəcəsini və gedişini qiymətləndirməyə imkan verir, bu da ağırlaşmaların profilaktikası, adekvat müalicə üsullarının seçilməsi və proqnozun təkmilləşməsini təmin edir.
Mövzu: Uşaqlarda qarın boşluğu orqanları və qarnın ön-yan divarının anadangəlmə inkişaf qüsurlarının diaqnostika və müalicəsi (Uşaq cərrahiyyəsi kafedrası, elmi rəhbər – dos. R.Ş.Poluxov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Uşaqlarda qarın boşluğu orqanlarının və qarnın ön-yan divarının inkişaf qüsurlarının diaqnostika və müalicəsinin nəticələrinin öyrənilməsi, onun yaxşılaşdırma yollarının araşdırılması.
Tədqiqatın obyekti: Qarın boşluğu orqanlarının və qarnın ön-yan divarının inkişaf qüsurlarına görə müalicə olunan 628 uşaq.
Nəticə: Yoğun bağırsağın əməliyyatönü təmizlənməsi üsulu işlənib hazırlanaraq klinikada tətbiq edilmişdir. Hirşprunq xəstəliyi zamanı orqanizmin intoksikasiya dərəcəsi əməliyyatdan əvvəl müəyyənləşdirilərək korreksiyası aparılmışdır. Anorektal nahiyənin inkişaf qüsurlarının daha erkən dövrlərdə korreksiyası yerinə yetirilmişdir. Anorektal nahiyənin inkişaf qüsurlarında və anal sfinkter çatmazlıqlarında arxa anoplastika və sfinkteroplastika əməliyyatları tətbiq edilmişdir. Əməliyyatdan sonra yaranın ikincili sağalma ehtimalını azaltmaq üçün anorektal patologiyaların üçmərhələli cərrahi korreksiyasına göstərişlər işlənib hazırlanmışdır. Uşaqlarda xronik qəbizliklərin səbəbləri müəyyənləşdirilərək müvafiq müalicə taktikası işlənib hazırlanmışdır. Yoğun bağırsaqda baş verən degenerativ dəyişikliklərin səviyyəsindən və irriqoqrafik müayinə əsasında «Auto Cad» proqramı əsasında yoğun bağırsaq rentgenoplanimetrik təhlilinin nəticəsindən asılı olaraq kolorektal anastomozu formalaşdırmaq üçün yoğun bağırsağın soltərəfli, sağtərəfli və transmezenteral endirilmə variantları və köndələn çənbər bağırsağın rezeksiya üsulu işlənib hazırlanmış və müvəffəqiyyətlə tətbiq edilmişdir.
Problem: Azərbaycan Respublikası əhalisi arasında ürək-damar sisteminin əsas xəstəliklərinin yayılması, müalicəsi və reabilitasiyasının səmərəli üsul və vasitələrin hazırlanması
Mövzu: Ürəyin işemik xəstəliyinin kompleks müalicəsində invaziv əməliyyatlarının effektivliyinin qiymətləndirilməsi (Anesteziologiya və reanimatologiya kafedrası, elmi rəhbər – prof.İ.S.İsmayılov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Yanaşı patologiyası olan kəskin koronar sindromlu xəstələrdə invaziv əməliyyatdan sonrakı erkən dövrdə hemodinamikanın vəziyyətinin qiymətləndirilməsi.
Tədqiqatın obyekti: Yanaşı patologiyası olan kəskin koronar sindromlu xəstələr.
Nəticə: Yanaşı patologiyası olan kəskin koronar sindromlu xəstələrdə hemodinamik homeostaz daha ciddi pozulur. Buna qarşı olaraq bu xəstələrdə müalicə taktikasının seçilməsi başqa mütəxəssislərlə qarşılıqlı aparılmalıdır.
Mövzu: Endokrin xəstəliklərinin patogenez, klinika, fəsad, diaqnostikasında aktual məsələlərin öyrənilməsi (II daxili xəstəliklər kafedrası, elmi rəhbər – prof.R.M.Məmmədhəsənov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Əhalinin şəkərli diabetlə xəstələnmə səviyyəsinin və həkimlərlə təmin edilməsinin yaxşılaşması, əhali arasında metabolik sindromun erkən diaqnostik müayinə metodu, əlilliyə səbəb olan sümük markerlərinin aşkarlanması və sümüklərin remodelləşməsi.
Tədqiqatın obyekti: Şəkərli diabet tip I və II olan xəstələr.
Nəticə: Aparılan tədqiqatın nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanın rayon və şəhərlərində həkimlərlə təminatı 10 min nəfərə görə 10-dan aşağı, rayonlarda isə şəkərli diabetlə xəstələnmə səviyyəsi statistik dürüst deyil. Metabolik sindrom olan xəstələrdə proqnozun alınması “Çoxsaylı reqressiya analizi” elmi proqram vasitəsilə mümkün olmuşdur. Eyni zamanda şəkərli diabeti olan xəstələrin əksəriyyətində sümüyün bərpa prosesi zəifləyir və tip 2 tip 1-lə müqayisədə daha da aqressivdir. Leykemik profil, şəkərli diabetin davametmə müddəti, diabetik nefropatiya sümük metabolizminə təsir edən əhəmiyyətli amillərdir.
Mövzu: Ekoloji və iqlim şəraitindən asılı olaraq Azərbaycan populyasiyasında kardiovaskulyar xəstəliklərdən ölüm riskinin dinamikası və profilaktika imkanlarının öyrənilməsi (I daxili xəstəliklər kafedrası, elmi rəhbər – prof.V.Ə.Əzizov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Ekoloji və iqlim şəraiti fərqlənən regionlara malik Azərbaycan Respublikası nümunəsində kardiovaskulyar ölüm riskinin vəziyyətinin qiymətləndirilməsi və onun profilaktika yollarının əsaslandırılması.
Tədqiqatın obyekti: Azərbaycan Respublikasının bütün regionları üzrə ürək-damar xəstəlikləri və digər hallarda baş vermiş ağırlaşmalar və ölüm halları olan xəstələrin tibbi kartları və ölüm şəhadətnamələri.
Nəticə: Bakı və Sumqayıt şəhərlərində yaşa görə ölüm hallarının tədqiq edilməsi göstərmişdir ki, 70 yaşa qədər şəxslərdə eyni yaş qruplarında isti hava amilinin ölüm göstəricisinə təsiri bir-birindən çox da fərqlənmir. Bakı və Sumqayıtda 70 və yuxarı yaşlarda ürəyin işemik xəstəliyindən ölənlərin sayı da çox fərqli olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, Azərbaycanda 40 yaşdan yuxarı kişilər və qadınlar arasında hipertoniya xəstəliyinin müxtəlif dərəcələrindən ölüm halları bir-birindən o qədər də fərqlənmir. Hipertoniya xəstəliyi olan şəxslərdəki yaşdan asılı olmayaraq ölüm riskinə çox təsir etmir. Durğunluq ürək çatışmazlığında yaş amilinə görə meteoroloji hadisələrin ölümə təsiri bir qədər müxtəlifdir.
Mövzu: Metabolik sindrom, şəkərli diabet və ürək-damar xəstəliklərinin ağırlaşma riskinin aktual problemləri (Terapevtik və pediatrik propedevtika kafedrası, elmi rəhbər – prof.Y.Z.Qurbanov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Şəkərli diabet tip 2 xəstələrində lipid və homosistein mübadiləsinin pozulmalarının, ürək-damar ağırlaşmalarının arteriyaların morfoloji-struktur xüsusiyyətlərinin pozulması və endotel disfunksiyasının spesifikliyi ilə müqayisə edilərək kompleks şəkildə tədqiq edilməsi, aşkar olunmuş pozulmaların optimal farmakoloji korreksiya imkanlarının öyrənilməsi.
Tədqiqatın obyekti: Şəkərli diabeti olan və olmayan 159 xəstə.
Nəticə: İlk dəfə olaraq ŞD2 xəstələrində periferik damar yatağının vəziyyətindən, periferik qan cərəyanının xüsusiyyətlərindən, endotelin disfunksiya dərəcəsindən, lipid və homosistein mübadiləsinin pozulmalarından asılı olaraq müxtəlif damar hövzələrində aterosklerozun inkişafetmə tezliyi öyrənilmişdir. Aparılan tədqiqatların nəticələri göstərmişdir ki, ŞD 2 xəstələr qrupunda müqayisə qrupuna nisbətən aterosklerotik düyünlərin rastgəlmə tezliyi dürüst çox olmuşdur. ŞD tip 2 xəstələrində diabeti olmayan şəxslərlə müqayisədə həm intima-media kompleksinin qalınlaşmasına, həm də eyni vaxtda çox sayda müxtəlif magistral arteriyalarda aterosklerotik düyünlərə dürüst daha çox rast gəlinmişdir. ŞD2 xəstələrində endotel disfunksiyasının və digər damar dəyişikliklərinin optimal farmakoloji korreksiyası vasitəsilə endotelin-1-in funksional xassələrini normaya salmaq imkanı araşdırılmışdır. 1 aylıq kvinaprillə müalicədən sonra fenofibratla (traykor) müalicə bazu arteriyasında kompressiyaya cavab olaraq diametrin 10%-ə qədər artmasına, anginoz tutmaların və EKQ-də ST seqmentinin yerdəyişməsinin azalmasına, homosisteinin, endotelin-1 və aterogenlik əmsalının plazma göstəricilərinin normaya qayıtma meylliliyinə də müsbət təsir göstərmişdir.
Mövzu: Miokard infarktından sonra stenokardiyası olan və stent qoyulmuş xəstələrdə restenozun inkişafında immun status və iltihabın rolu, hemoreologiyadakı dəyişikliyin əhəmiyyəti (Klinik farmakologiya kafedrası, elmi rəhbər – prof.A.B.Baxşəliyev). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Miokard infarktından sonrakı stenokardiyalarda və koronar damarlarında stentləşmə aparılan xəstələr arasında təkrar stenokardiyanın yaranmasında immun status, iltihabın rolunun və hemoreologiyadakı dəyişikliklərin əhəmiyyətinin müəyyənləşdirilməsi.
Tədqiqatın obyekti: Əvvəl koronar stent implantasiya olunmuş və hər hansı bir səbəblə təkrari koronar angioqrafiyası planda olan 36-74 yaşlı 94 xəstə.
Nəticə: Tədqiqat nəticəsində aşkar edilmişdir ki, koronar stentləşmədən sonra yenidən stenozun və bunun nəticəsində ürəyin işemik xəstəliyinin yaranması iltihab əleyhinə sitokinlərin boğulması fonunda inkişaf edən proiltihabi sitokinlərin, limfositlərin və eozinofillərin artması fonunda kəskin faza zülallarından CRP və fibrinogenin hipersekresiyası ilə xarakterizə olunur.
Problem: Respublikanın əmək qabiliyyətli əhalisində müxtəlif xəstəliklərin gedişinin xüsusiyyətləri və müalicə məsələləri
Mövzu: Politravmaya məruz qalmış xəstələrin dayaq-hərəkət sisteminin sınıqlarının müalicə taktikası (Travmatologiya və ortopediya kafedrası, elmi rəhbər – prof.Ə.Y.Əhmədzadə). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Politravmaya məruz qalmış xəstələrin yuxarı ətraf sınıqlarının müalicə taktikasının işlənib hazırlanması.
Tədqiqatın obyekti: 65 politravmalı xəstə.
Nəticə: Aparılmış müalicə nəticəsində xəstələrin sınıqları öz vaxtında regenerasiyaya məruz qalmışlar, yəni bazu sümüyünün və said sümüklərinin sınıqları qısa müddət ərzində (2-3 ay) tam birləşmişdir. Cərrahi əməliyyatlardan sonra əksər halda müsbət nəticə alınmışdır.
Mövzu: Qlaukomanın və keratokonusun etiopatogenez, diaqnostika və müalicəsinə müasir yanaşma (Oftalmologiya kafedrası, elmi rəhbər – prof. P.İ.Musayev). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Müasir müayinə üsullarından istifadə edərək qlaukomanın etiopatogenezinin aydınlaşdırılması, diaqnostikasının asanlaşdırılması, optimal müalicə üsulunun seçilməsi, keratokonus zamanı buynuz qişada baş verən dəyişikliklərin öyrənilməsi, onların aradan qaldırılması üçün keratokonusun eksperimental modelinin yaradılması.
Tədqiqatın obyekti: Laborator heyvanlar və qlaukoması olan xəstələr.
Nəticə: Müəyyən edilmişdir ki, qlaukoma və keratokonusun etiopatogenezi haqqında elmi təsəvvürlərin genişləndirilməsi, bu xəstəliklərin profilaktikası və ilkin mərhələlərdə aşkar edilməsi üçün əlverişli şərait yaradır. Bu baxımdan bu xəstəliklərin müalicəsinin optimallaşdırırlmasına daha yüksək səviyyədə imkanlar açılır.
Mövzu: Böyrək və sidik yolları daşlarının endoskopik müalicəsinin transuretral metodlarının nəticələri (Urologiya kafedrası, elmi rəhbər – AMEA-nın müxbir üzvü S.B.İmamverdiyev). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Böyrək və sidik yolları daşlarının transuretral endoskopik litolapaksiya müalicə metodlarının imkanlarının, təhlükəsinin, səhvlərinin öyrənilməsi və praktikaya tətbiq edilməsi.
Tədqiqatın obyekti: Böyrək daşı, sidik axarı daşı və sidik kisəsi daşı olan xəstələr.
Nəticə: Hesabat dövründə daşların sıxlığı, ölçüsü və sayından asılı olaraq sidik kisəsində daşların transuretral parçalanma mexanizmləri öyrənilmişdir. Litolapaksiya zamanı enerjinin hansı növünün (ultrasəs, lazer, ballistik) hər konkret halda tətbiq edilməsinin məqsədəuyğunluğu tədqiq edilmişdir.
Mövzu: Qulağın iltihabi və qeyri-iltihabi xəstəliklərinin insanların həyat keyfiyyətinə təsirinin öyrənilməsi (Otorinolarinqologiya kafedrası, elmi rəhbər – prof. V.M.Panahian). İcra müddəti 2018-2022-ci illər.
Məqsəd: Qulağın iltihabi və qeyri-iltihabi xəstəliklərinin müalicə-profilaktik tədbirlərinin təkmilləşdirilməsi.
Tədqiqatın obyekti: Xarici otit, kəskin və xronik orta otit, mastoidit, daxili qulağın xəstəlikləri, ağıreşitmə və karlıq, qulaq inkişafı anomaliyaları olan xəstələr.
Nəticə: Məlum olmuşdur ki, bu patologiyası olan xəstələrin arasında şəhər əhalisinin sayı kənd əhalisinə nisbət çoxluq təşkil edir. Xəstəliklərin etiopatogenetik amillərinin öyrənilməsi göstərmişdir ki, stafilakokk mənşəli bakterial flora üstünlük təşkil edir. Eşitmə patologiyası olan xəstəliklərin diferensial audioloji diaqnostika üsulları təkmilləşdirilmişdir. Kəskin orta otitlərin konservativ müalicəsinin təkmilləşdirilməsinin nəticələri göstərir ki, cərrahi əməliyyatların sayı azalmışdır. Xronik orta otitlərin cərrahi müalicəsində orta qulağın modifikasiya olunmuş müdaxilə üsulu sonralar eşitməbərpaedici əməliyyatların aparılmasına imkan yaradır.
Mövzu: Molekulyar allerqodiaqnostika əsasında allergenspesifik immunterapiyası üçün xəstələrin seçilməsi, müalicənin effektivliyinin proqnozlaşdırılması və qiymətləndirilməsi (Allerqologiya və immunologiya kafedrası, elmi rəhbər – prof. L.İ.Allahverdiyeva). İcra müddəti – 2018-2022-ci illər.
Məqsəd: Allergenspesifik immunterapiya (ASİT) müalicəsinə tələbatı olan respirator allerqozlarla olan xəstələrin seçilməsi və müxtəlif üsullarla tədqiqi.
Tədqiqatın obyekti: Respirator allerqozları olan xəstələr.
Nəticə: Respirator şikayətləri olan 120 xəstədə spirometriya, 86 xəstədə allergik dəri sınaqları qoyulmuşdur. 80 xəstədə allergik respirator xəstəliyin diaqnozu dəqiqləşdirilmiş və ASİT üçün əlavə tədqiqatlara yönəldilmişdir.
Mövzu: B və C virus hepatitinin Azərbaycan Respublikasında yayılması (klinik-epidemioloji xüsusiyyətləri və risk faktorları (III daxili xəstəliklər kafedrası, elmi rəhbər – prof.Ə.A.Hidayətov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Respublikada B və C virus hepatitlərinin yayılmasının öyrənilməsi, bu xəstəliklərin inkişafında rolu olan risk amillərinin dəqiqləşdirilməsi və müalicə-profilaktik tədbirlərin hazırlanması.
Tədqiqatın obyekti: B və C virus hepatiti olan 735 xəstə.
Nəticə: İlk dəfə olaraq Azərbaycanda B və C hepatitinin yayılması öyrənilmişdir. Aşkar olunmuşdur ki, xəstələrin ən çox sayı Şəki rayonunda, Gəncə şəhərində, Lənkaran, Səlyan, Şirvan, Biləsuvar və Balakən rayon mərkəzlərində qeyd olunmuşdur. İlk dəfə olaraq respublikada B və C virus hepatitlərinin virusoloji, klinik xüsusiyyətləri və təbii yoluxma yolları öyrənilmişdir.
Mövzu: Dermatomikozlar, autoimmun və somatik xəstəliklərlə assosiasiyada (klinik-laborator xarakteristika, terapiya, profilaktika) (Dermatovenerologiya kafedrası, elmi rəhbər – prof.F.R.Mahmudov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Dermatomikozların törədicisinin etioloji strukturunun öyrənilməsi.
Tədqiqatın obyekti: Dermatomikozlu xəstələr.
Nəticə: Klinik müayinə zamanı aşkar edilmişdir ki, rəngbərəng dəmrovlu əksər xəstədə proses boyun, çiyin, qoltuqaltı çökəklər və kürəyin yuxarı hissəsinin dərisində rozeolyoz, axromik, qəhvəyi rəngli ləkə şəklində lokalizasiya olunur. Büküşlərin kandidozu olan xəstələrin klinik müayinəsi zamanı xəstələrin əksəriyyətində proses süd vəzilərinin altında lokalizasiya olunmuş, digərlərində isə qasıq-bud büküşləri və süd vəziləri zədələnmişdir. Ayaqların mikozu olan xəstələrin klinik müayinəsi zamanı proses yalnız barmaqlararası nahiyədə eritema və maserasiya şəklində məhdudlaşmışdır. Kandida onixomikozunun xarakterik xüsusiyyəti prosesin flüktasiya, ağrılıq və dırnaq yastıqlarının altından irin ayrılması ilə müşayiət olunan kandida paronixiyası ilə yanaşı getməsidir. Hamar dərinin mikozu olan xəstələrin klinik müayinəsi zamanı bütün xəstələrdə periferik inkişaf nəticəsində papul-pustullardan ibarət aydın kənarlı halqa forması əmələ gətirən, tək-tək və ya çoxlu sayda eritematoz-skvamoz ocaqlarla gövdənin, yuxarı və aşağı ətrafların dərisində lokalizə edən hamar dərinin mikozunun səthi forması aşkar edilmişdir.
Mövzu: Ürəyin işemik xəstəlikləri olan bronxial astmalı xəstələrin patogenetik müalicə üsulları (Terapevtik və pediatrik propedevtika kafedrası, elmi rəhbər – prof. C.T.Məmmədov). İcra 2016-2020-ci illər.
Məqsəd: Xronik obstruktiv ağciyər xəstəliyi (AXOX) ilə assosiasiya olunmuş QSF-bronxoektaziyası və ya bronxial astması olan xəstələrdə klinik gedişatın xüsusiyyətinin araşdırılması və yeni müalicə prinsiplərin işlənməsi; ölüm riskinin azaldılmasına kömək edəcək yeni müalicə prinsiplərinin hazırlanması.
Tədqiqatın obyekti: Xronik obstruktiv ağciyər xəstəliyi ilə birgə QSF-bronxoektaziya və ya bronxial astması olan xəstələr.
Nəticə: Aşkar edilmişdir ki, AXOX-un ağır kəskinləşməsi zamanı sistem və pulmonar biomarkerlərin göstəriciləri xəstəliyin ağırlıq dərəcəsinin qiymətləndirilməsində vacib informativ vasitələrdir. Bu patologiyada həmin parametrlərin dəyişikliklərinin öyrənilməsi xəstələrdə optimal müalicənin seçilməsinə və ölüm faizinin aşağı düşməsinə gətirib çıxarır.
Mövzu: Ailə həkiminin iş təcrübəsində andropauza və menopauza (Ailə təbabəti kafedrası, elmi rəhbər – dos.M.S.Salihov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Kişi və qadın orqanizmində andropauza və menopauza ilə əlaqədar orqan və sistemlərdə baş verən metabolik dəyişikliklərin öyrənilməsi, onların korreksiyası və profilaktikasının optimal variantının ailə həkimlərinə və ixtisas həkimlərinə tövsiyə şəklində təqdim edilməsi.
Tədqiqat obyekti: 50-70 yaşlar arasında kişi və qadınlar.
Nəticə: İlk dəfə respublikada irimiqyaslı tədqiqat aparılaraq, andropauza və menopauza dövründə ürək-damar, endokrin və dayaq-hərəkət sistemində gedən dəyişikliklər öyrənilmiş və onların əvəzedici hormon müalicəsi ilə korreksiyası aparılmışdır. Məlum olmuşdur ki, andro- və menopauza dövründə şəkərli diabet xəstələrində standart müalicə ilə bərabər, onların hormonal statusunu yaxşılaşdıran preparatlar göstərişdir.
Mövzu: Vertebrogen nevroloji sindromların və oynaqların degenerativ-distrofik (poliosteoartritlər) xəstəliklərinin fizioterapevtik üsullarla kompleks müalicə və reabilitasiyası (Fizioterapiya və idman təbabəti kafedrası, elmi rəhbər – prof. Ə.V.Musayev). İcra müddəti – 2018-2020-ci illər.
Məqsəd: Vertebrogen nevroloji sindromların daha effektiv müalicə və reabilitasiyası üçün tətbiq olunmuş naftalan fonoforezin (naften karbohidrogenlərinin və naftalan balzamı ilə) masaj və kinezoterapiya ilə birgə tətbiqinin effektivliyinin qiymətləndirilməsi.
Tədqiqatın obyekti: Vertebrogen nevroloji sindromları olan 36 xəstə.
Nəticə: Vertebrogen nevroloji sindromlarla müalicənin effektivliyi 84,6% təşkil etmişdir. Poliosteoartritlər olan xəstələrin müalicəsinin effektivliyi isə 90,9% olmuşdur.
Mövzu: Ağciyər vərəmi olan xəstələr arasında dərmanlara rezistentliyin rastgəlmə tezliyi və vərəmin yanaşı xəstəliklərlə gedişinin xüsisiyyətləri, bu xəstələrin müalicəsinin optimallaşdırılması (Ağciyər xəstəlikləri kafedrası, elmi rəhbər – dos.R.İ.Bayramov). İcra müddəti – 2016-2020-cu illər.
Məqsəd: Ağciyər vərəmi olan xəstələrdə dərmanlara rezistentliyin rastgəlmə tezliyi və vərəmin yanaşı xəstəliklərlə gedişinin xüsusiyyətlərinin öyrənilməsi, bu xəstələrin müalicəsinin optimallaşdırılması.
Tədqiqatın obyekti: Vərəm əleyhinə dərmanlara qarşı rezistentliyi olan ağciyər vərəmli xəstələr, yanaşı xəstəliklərlə müşayiət olunan vərəmli xəstələr.
Nəticə: Azərbaycanda müxtəlif qrup ağciyər vərəmi olan xəstələrdə vərəm əleyhinə dərmanlara qarşı birincili və ikincili davamlılığın spektri və rastgəlmə tezliyinin öyrənilməsi aparılmışdır. Dərmanlara rezistentliyi olan ağciyər vərəmi və yanaşı xəstəliklərlə müşayiət olunan vərəmli xəstələrin müalicəsinin optimallaşdırılma üsulları tədqiq edilmişdir.
Mövzu: İnsan orqanizmində mövcud olan müxtəlif patoloji proseslərin aşkar edilməsində və erkən diaqnostikasında müasir şüa-diaqnostik müayinələrin nəticələrinin təhlili (Şüa diaqnostikası və şüa terapiyası kafedrası, elmi rəhbər – dos.M.C.Sultanova). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Diabetik hepatopatiyaların, diabetik osteoartropatiyaların, onkoloji və koronar arteriyaların xəstəliklərinin aşkar edilməsində diaqnostik metodların birgə tətbiqi və bu müayinələrin nəticələrinin müqayisəli təhlili.
Tədqiqatın obyekti: Anamnezində şəkərli diabet, onkoloji, qalxanabənzər vəzi və və ürəyin işemik xəstəlikləri olan 170 xəstə.
Nəticə: Respublikamızda ilk dəfə kompleks şüa diaqnostik metodların köməyilə şəkərli diabetli xəstələrində diabetik hepatopatiyaların, osteoartropatiyaların, qalxanabənzər vəzi, onkoloji, koronar arteriyaların xəstəliklərinin erkən diaqnostikası və bu müayinələrin müqayisəli təhlilinin aparılması həyata keçirilmişdir.
Mövzu: Psixi və fiziki sağlamlığın qarşılıqlı əlaqələrinin öyrənilməsi (Psixiatriya kafedrası, elmi rəhbər – prof.G.Ç.Gəraybəyli). İcra müddəti – 2015-2019-cu illər.
Məqsəd: Fiziki və psixi sağlamlığın qarşılıqlı əlaqəsinin və xüsusilə, uşaqlarda və qadınlarda rast gəlinən psixi və somatik pozuntuların komorbidliyinin və müalicəsinin aspektlərinin işlənib hazırlanması.
Tədqiqatın obyekti: Depressiyadan əziyyət çəkən somatik xəstələr, şəkərli diabeti olan xəstələr, uşaqlar, intihar cəhdi olan qadınlar, psixotrop dərman qəbul edən xəstələr.
Nəticə: Sosial adaptasiya və həyat keyfiyyəti haqqında yeni məlumatlar əldə edilmişdir. Somatik xəstələrdə olan depressiya nəzərdən keçirilmişdir. Autizm olan uşaqların mövcüd təlabatları, bundan əlavə qadınlarda intihar cəhdləri öyrənilmişdir. Psixotrop maddələrin stasionar və ambulator şəraitdə rasional istifadəsi araşdırılmışdır.
Mövzu: Epilepsiyanın (katamenial və hamiləlikdə) klinikası, hormonal dəyişiklikləri və müalicəsi (Nevrologiya kafedrası, elmi rəhbər – prof.Ş.İ.Mahalov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Mərkəzi sinir sisteminin insultları, travma, infeksiya, həcmli proseslər nəticəsində və həmçinin yenidoğulmuşlarda zədələnmələr zamanı epileptik qıcolmaların və epilepsiyanın rastgəlmə tezliyinin xəstəxana materialı əsasında öyrənilməsi və müalicəsi, Bakı şəhərinin Maştağa qəsəbəsində epilepsiyadan əziyyət çəkən xəstələrin epidemioloji, klinik və sosial xarakteristikasının tədqiq olunması.
Tədqiqatın obyekti: Epilepsiyalı xəstələr.
Nəticə: Xəstələrin müayinəsi üçün diaqnostik kartlar hazırlanmış, klinik və epidemioloji metodlar mənimsənilmişdir (tam statistik müşahidə metodu, “qapı-qapı” metodu, reprezentativ seçmə metodu və xəstələnmə hallarında müraciətetmənin qeydiyyatı metodu). Tədqiqatlar müxtəlif etnik qruplardan olan 860.032 nəfəri əhatə etmişdir. Aparılan tədqiqatlar nəticəsində Azərbaycanda epilepsiyanın yayılması və xəstələnmə göstəriciləri təyin edilmişdir: yayılma 3,67-8,04/1000; xəstələnmə 24,47-83/100000 təşkil edir.
Mövzu: Hipofiz şişlərinin klinika, diaqnostika və cərrahi müalicəsinin aspektləri (Neyrocərrahlıq kafedrası, elmi rəhbər – tibb ü.e.d., dos. S.A.Etibarlı). İcra müddəti – 2017-2020-ci illər.
Məqsəd: Xiazma-sellar nahiyəsinin şişlərinin (xüsusən hipofiz adenoması) düzgün diaqnostikası zamanı istifadə olunan müxtəlif qrup müayinə metodlarının (neyrooftalmoloji, neyroendokrin və müasir neyrovizualizasiya – KT və MRT) rolunu öyrənərək düzgün cərrahi taktikanın imkanlarının araşdırılması.
Tədqiqatın obyekti: Azərbaycan Tibb Universitetinin Tədris Cərrahi Klinikası, “Medistile” və “Avrasiya” klinikalarında müayinə və müalicə olunan 78 xəstə və xəstəlik tarixləri.
Nəticə: İlk dəfə olaraq təqdim olunan material və retrospektiv analiz əsasında hipofiz vəzinin müxtəlif paylarında əmələ gələn həcmli adenomaların yerləşməsi və inkişafına görə təyin olunan hormonal analizlərin xüsusiyyətləri təyin edilmişdir. Supraselyar inkişaf zamanı görmə çarpazının kompressiyası nəticəsində əmələ gələn neyrooftalmoloji dəyişikliklər (görmə sahəsinin daralması – bitemporal hemianopsiya, göz dibində durğunluq və atrofiya, görmə itiliyinin azalması və ya görmənin tam itməsi) aşkar edilmişdir. Bundan başqa əməliyyatdan əvvəl icra olunan kontrastlı KT və MRT müayinələrdə qeyd olunan törəmənin lokalizasiyası və ölçüləri dəqiq təyin edilmişdir.
Mövzu: Azərbaycanda parazitar xəstəliklərin epidemiologiyası və monitorinqi (Epidemiologiya kafedrası, elmi rəhbər – prof. İ.Ə.Ağayev). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Lənkəran və Masallı şəhərlərində əhali arasında təsadüf edilən qurd invaziyaları, protozoozlar üzərində invazion və epidemioloji monitorinqin təkmilləşdirilməsi.
Tədqiqatın obyekti: Kənd əhalisi, məktəblilər.
Nəticə: Aparılmış tədqiqatlar nəticəsində Lənkəran şəhərinin kənd əhalisi arasında geohelmintozların yayılma səviyyəsi öyrənilmiş, geohelmintozların qarışıq ocaqları müəyyən edilmişdir. Eyni zamanda Masallı rayonunun kənd əhalisi arasında protozoozların başvermə halları aşkarlanmış və bu xəstəliklərin epidemik ocaqları müəyyən edilmişdir.
Problem: Diş xəstəlikləri – kariyes və ağırlaşmaları. Parodont xəstəlikləri
Mövzu: Əhalinin müxtəlif qrupları arasında stomatoloji patologiyaların yayılma xüsusiyyətlərinin öyrənilməsi və müalicə-profilaktika vasitə və metodlarının təkmilləşdirilməsi (Terapevtik stomatologiya kafedrası, elmi rəhbər – tibb ü.e.d., dos. A.Ç.Paşayev). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Siqaret çəkən tələbələrin, öd kisəsi xəstəliklərindən əziyyət çəkən, ruhi xəstələrin, dişlərin sərt və periodont toxumalarının vəziyyəti stomatoloji indeks göstəricilərinə görə, müalicə tədbirlərindən əvvəl və sonra müxtəlif parametrlərin öyrənilməsi.
Tədqiqat obyekti: Dişin sərt toxumasında və periodontda patologiyaları olan xəstələr.
Nəticə: Ruhi xəstələrin, öd kisəsinin xəstəlikləri olan, dişin sərt toxumalarının hiperhəssaslığının ağırlıq dərəcəsi və siqaretçəkmənin diş və periodont toxumalara təsirinin klinik əlamətləri öyrənilmişdir. Müxtəlif vasitə və metodlarla keçirilən müalicə-profilaktik tədbirlər özünü müsbət tərəfindən göstərmişdir.
Mövzu: Diş və diş-çənə defektlərinin etiologiyası, patogenezi, diaqnostikası, klinikası və ortopedik stomatoloji müalicəsi (Ortopedik stomatologiya kafedrası, elmi rəhbər – prof.N.A.Pənahov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd Tam dişsiz xəstələrin kompleks ortopedik müayinə və müalicəsinin səmərəliliyinin artırılması, onun xəstələrin həyat keyfiyyəti meyarlarına təsirinin qiymətləndirilməsi; ağız tənəffüsü fonunda üz-çənə sistemində baş verən skletal, dental, estetik dəyişikliklərin qiymətləndirilməsi, onların müvafiq korreksiya yollarının hazırlanması.
Tədqiqatın obyekti: ikincili tam adentiyalı şəxslər; diş və diş sırası qüsurları olan xəstələr; üz-çənə sisteminin anomaliyaları və deformasiyaları olan xəstələr.
Nəticə: Müxtəlif qrup peşəkar idmançıların stomatoloji reabilitasiyası proqramı hazırlanmışdır. Dental implantasiyada tətbiq edilən cərrahi şablonlar təkmilləşdirilmişdir. Paradontun iltihabi xəstəliklərinin inkişafının risk amillərinin erkən aşkarlanmasına dair işləmələr aparılmışdır. Dental implantasiya effektivliyinin diaqnostik meyarı kimi, sitokin profilin lokal göstəricilərinin müəyyənləşdirilməsinin vacibliyi elmi əsaslandırılmışdır. Osteogenezin reparativ proseslərinin pozulması və onların profilaktikasını həyata keçirməyə imkan verən diaqnostik meyarlar müəyyənləşdirilmişdir. Ağız tənəffüsünə səbəb olan etioloji amillər sistemləşdirilmişdir. Xəstələrin yaşına, yaranmış anomaliyanın növünə, ağırlıq dərəcəsinə uyğun olaraq müvafiq korreksiya yolları hazırlanmışdır.
Mövzu: Uşaq yaşlarında əsas stomatoloji xəstəliklərin epidemiologiyası, profilaktikası və müalicəsi (Uşaq stomatologiyası kafedrası, elmi rəhbər – prof.R.Q.Əliyeva). İcra müddəti – 2016-2020-ci illər.
Tədqiqat obyekti: Müxtəlif yaş qruplarında 284 diş-çənə anomaliyası olan uşaq, şəkərli diabet tip 1 və paradont xəstəliyi olan 65 nəfər, tətbiqi, β-talassemiyalı 350 xəstə.
Nəticə: Tədqiqat nəticəsində şəkərli diabet tip 1 olan uşaqlarda paradont xəstəliklərinin bir sıra xarakterik immunoloji göstəriciləri öyrənilmiş, paradont xəstəliklərinin kompleks müalicəsində ozonoterapiya tətbiq edilmişdir.
Distal və sagittal dişləm anomaliyasının müxtəlif növlərinin diferensial diaqnostika üsullarının sistemləşdirilməsi və anomaliyalarının üz profilində yaratdığı dəyişikliklərin modelləşdirilməsi və proqnozlaşdırılması aparılmışdır.
Klinik-rentgenoloji müayinələr, anomaliya və dəyişikliklərin qiymətləndirilməsi, ümumi və fərqlənən əlamətlərin araşdırılması, diaqnostikası və profilaktik üsulların müəyyənləşdirilməsi, praktik tövsiyələrin hazırlanması həyata keçirilmişdir.
ß-talassemiyalı xəstələrdə sərbəst diş ətindən götürülmüş bioptatlardan hazırlanan Araldit-Epon bloklarından ultratomda kəsilmiş yarım- və ultranazik kəsiklər rəngləndikdən sonra müvafiq olaraq işıq və elektron miroskoplarında tədqiq olumuşdur. β-talassemiyalı xəstələrin ağız boşluğu xəstəliklərinin korreksiyası zamanı kombinə olunmuş bitki tərkibli bioloji preparatlar tətbiq edilmışdir.
Problem: Ana və uşaqların sağlamlığının mühafizəsi
Mövzu: Reproduktiv sağlamlığa təsir edən mamalıq, ekstragenital və ginekoloji xəstəlikləri, müasir diaqnostikası və korreksiya üsullarının tətbiqinin əhəmiyyəti (I mamalıq və ginekologiya kafedrası, elmi rəhbər – E.M.Əliyeva). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Qadının reproduktiv sağlamlığına və həyat keyfiyyətinə təsir göstərən müxtəlif mamalıq, ginekoloji və ekstragenital patologiyaların erkən diaqnostikası, müasir korreksiya və profilaktika üsullarının öyrənilməsi və tətbiqi.
Tədqiqat obyekti: Reproduktiv dövrdə rast gəlinən müxtəlif mamalıq, ginekoloji və ekstragenital patologiyası olan 330 qadın.
Nəticə: İlk dəfə olaraq qadın həyatının müxtəlif yaş dövrlərində hiperandrogeniya sindromunun tezliyi, səbəbləri öyrənilmişdir. Cinsi yetişkənlik, reproduktiv, peri- və postmenopauzal dövrlərdə hiperandrogeniya sindromunun patogenetik mexanizmləri təyin edilmişdir. Həmçinin hamilə qadınlarda azsululuğu yaradan səbəblər, onların rastgəlmə tezliyi, hamiləliyin gedişatına, doğuşun nəticələrinə, perinatal ölüm göstəricilərinə təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, yüngül preeklampsiyası olan qadınlarda doğuş prosesinin latent fazasının koordinasiya edilməsi, sancıların intensivliyinə və aktivliyinə nəzarət bu fazada yaranan ağırlaşmaların qarşısını alır.
Mövzu: Qadınların reproduktiv sağlamlığının mühafizəsi və perinatal nəticələrin yaxşılaşdırılması işində müasir yanaşmanın tətbiqi (II mamalıq və ginekologiya kafedrası, elmi rəhbər – prof.H.F.Bağırova). İcra müddəti – 2015-2019-cu illər.
Məqsəd: Azərbaycan Respublikasında ana ölümünün səbəblərinin araşdırılması; B, C virus hepatitli anaların yenidoğulmuşlarının vəziyyətinin öyrənilməsi; piylənməsi olan hamilə qadınlarda hestasion və perinatal ağırlaşmaların xüsusiyyətlərinin öyrənilməsi; uşaqlıq mioması olan qadınlarda klinik-laborator müayinələrinin nəticələrinin təhlili; uşaqlıq və yumurtalıqların xoşxassəli böyükhəcmli törəmələri zamanı aparılan cərrahi müdaxilələrin nəticələrinin öyrənilməsi; preeklampsiyanın erkən diaqnostikasında angiogen və antiangiogen amillərinin təyin edilməsi; çoxdoğan dəmirdefisitli anemiyalı qadınlarda sitokinlərin rolunun öyrənilməsi; hiperprolaktinemiya zamanı qadının reproduktiv sisteminin vəziyyətinin və hormonal balansının öyrənilməsi; sistem qırmızı qurdeşənəyi olan qadınlarda menstrual və reproduktiv funksiyanın öyrənilməsi; ekstrakorporal mayalanması (EKM) olan qadınların klinik müayinəsinin aparılması; perimenopauzal dövrdə endometriumun hiperplastik proseslərinin diaqnostik meyarlarının təyini; lyambliyalarla invaziyalanmış hamilələrdə laborator müayinələrin aparılması.
Tədqiqatın obyekti: Hamilə qadınlar və ginekoloji xəstələr.
Nəticə: Aşkar edilmişdirki, hamiləliyin patologiyası olan qadınların vaxtında aşkarlanması perinatal ağırlaşmaların azaldılmasına gətirib çıxarır. Hazırkı tədqiqatın yerinə yetirilməsi kompleks diaqnostikasının alqoritminin hazırlanmasına, autoimmun və hormonal patologiyası olan qadınlarda ağırlaşmalarının qarşısını almağa yardım edir. Preeklampsiyanın erkən proqnozlaşdırılması, autoimmun patologiyası olan cütlüklərinin müayinəsi və müalicəsinin vaxtında aparılmasına imkan verir.
Mövzu: Yenidoğulmuşların inkişaf xüsusiyyətləri və xəstəliklərin diaqnostika, müalicə və profilaktikası (I uşaq xəstəlikləri kafedrası, elmi rəhbər – prof.S.Ş.Həsənov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Məqsədyönlü profilaktika və müalicə tədbirləri işləyib hazırlamaq üçün bətndaxili inkişaf ləngiməsi və nekrotik enterokolitli yenidoğulanlarda prosesin mexanizminin və təzahürlərinin müəyyən edilməsi; süni mayalanma ilə doğulan uşaqlarda tənəffüs sisteminin adaptasiyasının xüsusiyyətlərinin, bu sistemdə patoloji proseslərin rastgəlmə tezliyinin və uşaqların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi; nekrotik enterokolit (NEK) keçirmiş körpələrin katamnezinin öyrənilməsi, əldə edilən məlumatların əsasında müvafiq reabilitasiya üsullarının hazırlanması.
Tədqiqatın obyekti: Bətndaxili inkişaf ləngiməsi və nekrotik enterokolitli yenidoğulan və erkən yaşlı uşaqlar.
Nəticə: Müəyyən edilmişdir ki, vaxtından əvvəl doğulan, xronik hipoksiya, doğularkən asfiksiya keçirən, intranatal və bətndaxili infeksiyanın inkişafına görə təhlükə törədən uşaqlar nekrotik enterokolitin inkişafı üzrə risk qrupuna aid edilir.
Risk qrupuna daxil olan yenidoğulanlar nekrotik enterokolitin əlamətləri aşkar olunan kimi cərrah tərəfindən konsultasiya olunmalıdır. Əməliyyata göstəriş olduqda əməliyyatönü hazırlıq üsulları həyata keçirilməlidir.
Nekrotik enterokolitin inkişafına səbəb olan ümumi qəbul olunmuş amillər qiymətləndirilmişdir. Əsasən aşağıdakı risk amilləri aşkar edilmişdir: analarda hamiləliyin gedişi, doğuşun gedişi, vaxtından əvvəl doğulma, hestasiya yaşı, yanaşı gedən xəstəliklər və s. Bu zaman yenidoğulanların anaları da müayinələrə cəlb olunmuşdur.
Mövzu: Uşaqlarda kardiorevmatoloji xəstəliklərin müasir epidemioloji, patogenetik, klinik-paraklinik aspektləri, erkən diaqnostikası və müalicə prinsiplərinin təkmilləşdirilməsi (II uşaq xəstəlikləri kafedrası, elmi rəhbər – akad. A.Ə.Namazova). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Uşaqlarda ürək-damar xəstəliklərin müasir epidemioloji, patogenetik, klinik-paraklinik aspektləri, erkən diaqnostika və müalicə prinsiplərinin təkmilləşdirilməsi.
Tədqiqatın obyekti: Müxtəlif kardiorevmatoloji xəstəlikləri olan 154 uşaq; timomeqaliyalı 24 xəstə, brusellyozu olan 12 xəstə.
Nəticə: Yuvenil revmatoid artritli uşaqlarda anemiya sindromu klinik olaraq epitelial, kardiovaskulyar əlamətlərlə, laborator olaraq mikrositoz, hipoxromiya ilə xarakterizə olunmaqla, xəstəliyin sistem formalarında dalağın kəskin böyüməsi ilə səciyyələnir.
Azərbaycan Respublikasında anadangəlmə ürək qüsurları epidemioloji cəhətdən daha çox ekoloji qeyri-qənaətbəxş sayılan Kür-Araz zonasında qeyd edilmişdir, onların erkən diaqnostikasında exokardioqrafiya, dopplerexokardioqrafiya kimi instrumental üsulların yüksək informativliyə malik olması aşkarlanmışdır. Bu patologiya zamanı fatal aritmiyaların elektrofizioloji xüsusiyyətləri həmin xəstələrdə yüksək tezliklə rast gəlinən mədəciklərin erkən oyanması sindromu sayıla bilər.
Müxtəlif fon vəziyyətlər (timomeqaliya) və ekstrakardial xəstəliklər (brusellyoz) zamanı ürəyin funksional dəyişiklikləri (ürək ritminin pozulmaları, exokardioqrafik göstəricilərin dəyişiklikləri) baş verir ki, həmin əlamətlər əsas patologiyanın gedişinin və ağırlaşmaların erkən inkişafının prediktoru hesab oluna bilər.
Mövzu: Uşaqlarda allergik xəstəliklərin spesifik diaqnostikası və immunoterapiyası. Endokrin patologiyası olan uşaqlarda immunodiaqnostika (II uşaq xəstəlikləri kafedrası, elmi rəhbər – prof. A.A.Əyyubova). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Uşaqlar arasında şəkərli diabetin genetik, immunoloji və klinik aspektlərinin öyrənilməsi və terapevtik yanaşmanın xüsusiyyətlərinin müəyyən edilməsi.
Tədqiqat obyekti. Şəkərli diabeti olan uşaqlar.
Nəticə: Məlum olmuşdur ki,Azərbaycan Respublikasında 15 yaşa kimi uşaqlar arasında insulindənasılı şəkərli diabetin rastgəlmə tezliyi hər 100 000 nəfərə 7,05 nəfər təşkil edir. Bir il ərzində 18 yaşa kimi olan uşaqların 96,8%-də insulindənasılı şəkərli diabet aşkar olunmuşdur. Aparılan müayinələrin nəticələrindən belə bəlli olmuşdur ki, Azərbaycan populyasiyasında insulidənasılı şəkərli diabetə risk yaradan genlər və viruslar arasında əlaqə aşkar edilməmişdir. Həmçinin Azərbaycan populyasiyasında şəkərli diabetin ağırlaşmaları ilə İLA genləri, CTLA+49A/G, insulin geni, DQ2, DQ8 haplotipləri arasında korrelyasiya əlaqəsi qeyd olunmadığı halda, şəkərli diabetin aşkarlanma yaşı ilə ailədə insulindənasılı şəkərli diabetin olması arasında müsbət korrelyasiya əlaqəsi aşkar edilmişdir.
Mövzu: Ürəyin birləşdirici toxumasının displaziya sindromu olan uşaqlarda sol mədəciyin funksional-quruluş və bioelektrik sabitliyinin vəziyyətinin öyrənilməsi (Terapevtik və pediatrik propedevtika kafedrası, elmi rəhbər – prof. İ.İ.İsayev). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Müxtəlif variant ürəyin birləşdirici toxuması olan uşaqlarda yaşdan asılı olaraq mədəciklərin miokardının repolyarizasiya proseslərinin xüsusiyyətlərinin öyrənilməsi.
Tədqiqat obyekti: 6-17 yaşlı 378 məktəbli.
Nəticə: 6-17 yaşlıazərbaycan populyasiyalı müxtəlif variant ürəyin kiçik inkişaf anomaliyaları (ÜKİA) olan uşaqlarda ilk dəfə olaraq yaşdan asılı olaraq EKQ-də QT intervalında repolyarizasiya prosesinin xüsusiyyətləri öyrənilmişdir. Belə ki, EKQ-də mədəciklərin erkən repolyarizasiyası elementlərinin xarakter dəyişiklikləri, əsasən mitral qapağın qapaqaltı strukturunda kiçik inkişaf anomaliyaları (MQKİA) və sol mədəciyin kiçik inkişaf anomaliyası (SMKİA) qruplarda rast gəlinir; ST seqmentinin birləşmə nöqtəsi daha çox SMKİA və MQKİA olan uşaqlarda; V2-V4 aparmalarında R/S dişciklərinin “keçid” zonasının sağa yerdəyişməsi və R dişciyinin amplitudunun kəskin artması isə SMKİA zamanı daha cox qeyd olunmuşdur. PQ intervalının 0,12 san az olması, əsasən MQKİA uşaqlarda rast gəlinir. ÜKİA-lı uşaqlar klinik variantından asılı olmayaraq, EKQ-də sabit qeyd olunan mülayim və maksimal dərəcədə mədəciklərin erkən repolyarizasiyası elementləri qeyd olunduqda kardiovaskulyar ağırlaşmalara görə risk qrupuna aid edilməlidir.
II İSTİQAMƏT: ƏTRAF MÜHİTİN VƏ MÖVCUD EKOLOJİ AMİLLƏRİN ƏHALİNİN SAĞLAMLIĞINA TƏSİRİNİN ÖYRƏNİLMƏSİ, REGİONAL TƏBİİ VASİTƏLƏRDƏN VƏ XAMMALDAN İSTİFADƏ ETMƏKLƏ YENİ MÜALİCƏ
VƏ PROFİLAKTİKA ÜSULLARININ İŞLƏNİB HAZIRLANMASI
Problem: Əhalinin sağlamlığının formalaşmasının sosial,
gigiyenik və ekoloji əsasları
Mövzu: Müxtəlif təlim-tərbiyə şəraitində təhsil alan uşaq və yeniyetmələrin somatik, fiziki və psixi sağlamlığının tibbi-gigiyenik aspektləri (Uşaq və yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrası, elmi rəhbər – dos.Ş.M.Balayeva). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Təhsil Nazirliyinin «Sağlam Təhsil – sağlam millət» layihəsi çərçivəsində tam orta təhsil müəssisələrində yaradılmış «Sağlam Təhsil» siniflərində və ənənəvi siniflərdə müqayisəli fiziki və psixi inkişaf səviyyəsinin qiymətləndirilməsi, risk amillərinin tibbi-sosial xüsusiyyətlərinin öyrənilməsi və profilaktik tədbirlərin işlənib hazırlanması.
Tədqiqatın obyekti: Bakı şəhəri tam orta məktəblərində təhsil alan 650 şagird.
Nəticə: Müxtəlif amillərin tədqiqatları və həmçinin yerli araşdırmalar göstərmişdir ki, erqonomik, gigiyenik tələblərə cavab verən, uşaqların yaş-boy xüsusiyyətlərinə uyğun mebellərin istifadəsi, uşaqların tədris psixi-emosional vəziyyətini yaxşılaşdırmaqla, şagirdlərin iş qabillyyətinin uzun zaman yüksək səviyyədə saxlanılmasına kömək edir, hipodinamiyanın profilaktikasında mühüm rol oynayır.
Mövzu: Respublikanın müxtəlif ərazilərində yaşayan yeniyetmə yaşlı məktəblilərin mikroelement statusu ilə əlaqədar sağlamlıq vəziyyətinin gigiyenik qiymətləndirilməsi (Ümumi gigiyena və ekologiya kafedrası, elmi rəhbər – prof.M.A.Kazımov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Respublikanın şəhər və kənd rayonlarında yaşayan məktəbli yeniyetmələrin mikroelement statusu ilə əlaqədar fiziki inkişaf xüsusiyyətlərinin tədqiqi və gigiyenik qiymətləndirilməsi.
Tədqiqatın obyekti: Respublikanın Bakı şəhərində və Quba rayonunda yaşayan yeniyetmə yaşlı məktəblilərin fiziki inkikaf göstəriciləri, qidalanma xüsusiyyətləri, gündəlik qida rasionunun ərzaq və kimyəvi tərkibi, kəmiyyət və keyfiyyət göstəriciləri, əvvələki mərhələlərdə toplanmış məlumatların təhlili və qiymətləndirilməsi.
Nəticə: Tədqiqatınnəticələri göstərmişdir ki, yeniyetmə yaşlı məktəblilərin fiziki infişafinı formalaşdıran çoxsaylı amillər sırasında (ailə, məişət, ətraf mühit və s.) yaş amili üstünlük təşkil edir. Belə ki, hər iki cinsdən olan yeniyetmələrin yaşları artdıqca, onların fiziki inkişafını səciyyələndirən göstəricilərin orta qiymətləri də yüksəlir.
Toplnamış məlumatların təhlili ilk növbədə kənd yerlərində yaşayan məktəbli yeniyetmələrin fiziki inkişafında müəyyən dismorfizm əlamətlərini müşahidə etməyə imkan vermişdir. Müəyyən edilmişdir ki, boy ölçüsü və bədən kütləsinin intensiv artım dövrü sonradan bu proseslərin ləngimə dövrü ilə əvəz olunur. Müayinələrin nəticələrinə əsasən boy ölçüsünün ən aşağı artım tempi kənd məktəbliləri arasında 11-12, bədən kütləsinin ən zəif artımı isə 12-13 yaş dövrünə təsadüf edir. Belə vəziyyət həmin yaş dövrlərində orqanizmdə intensiv diferensiasiya prosseslərinin nəticəsi kimi qiymətləndirə bilər.
Mövzu: Bəzi əhali qruplarının (zehni əmək işçiləri və idmançılar) enerji sərfi və qıdalanmalarının öyrənilməsi. Milli qidalanma normalarının işlənməsi (Qidalanma və kommunal gigiyena kafedrası, elmi rəhbər – dos.İ.R.Əhmədov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Yüksək psixi-emosional stress təsirinə məruz qalan, I və II fiziki fəallıq (yüngül fiziki əmək) qruplarına mənsub olan əhalinin, həmçinin yüksək enerji itkisinə və stress təsirinə məruz qalan əhali qrupundan olan bir qisim idmançıların orqnizminin enerji itkisinin müəyyən edilməsi, onların faktiki qidalanma göstəriciləri, qidalanma vərdişləri, qidalanma və mikronutrient statuslarını, qidalanma ilə əlaqədar sağlamlıq vəziyyətini əks etdirən bəzi göstəricilərinin öyrənilməsi, rasionlarının məhsul toplusunun orta göstəricilərini hesablamaqla təhlili, rasionun kimyəvi tərkibinin aydınlaşdırılması, qidalanmaları ilə enerji sərfinin adekvatlıq səviyyəsinin müqayisəli qiymətləndirməklə ölkəmizin əhalisinin bəzi qrupları üçün fizioloji tələbat normalarının işlənməsi üçün bazanın hazırlanması.
Tədqiqatın obyekti: Zehni əmək işçiləri – tələbələr və idmançılar.
Nəticə: Tədqiqat nəticəsində 68 tələbənin fiziki inkişaf göstəriciləri, enerji sərfi, faktiki qidalanmaları, mikronutrient çatışmazlığı əlamətləri və sağlamlıqla əlaqədar şikayətləri 3 anket forması üzrə toplanmışdır. Kurasiya tsiklinə müvafiq materialların toplanması ilin sonunadək davam edilmiş və göstərilən məlumatlarının toplanması, hesablamaların aparılması, təhlili və qiymətləndirilməsi həyata keçirilmişdir.
Mövzu: Ağac emalı kombinatında(mebel istehsalında) işçilərin iş şəraitinin sağlamlıq vəziyyətinin gigiyenik və klinik cəhətdən qiymətləndirilməsi (Uşaq və yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrası,elmi rəhbər – prof. R.H.Əliyeva). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Fəhlələrin və digər peşə sahiblərinin anket sorğusu üsulu ilə həyat keyfiyyətinin və sağlamlığının qiymətləndirilməsi.
Tədqiqatın obyekti: Sumqayıt şəhəri mebel istehsalında iş şəraiti, anket sorğusu, 100 nəfər peşə sahibləri və 50 nəfər nəzarət qrupu.
Nəticə: Sosioloji tədqiqatların nəticələri göstərmişdir ki, mebel istehsalında işçilər işi yerinə yetirərkən, əmək fəaliyyəti əlverişsiz istehsalat amillərinin kompleks təsirinə məruz qalırlar, o cümlədən işçilər uzun müddət məcburi vəziyyətdə ayaqüstə, sinir emosional gərginlik, fiziki əməklə bərabər olması işçilərin sağlamlığına böyük təsir edir.
Mövzu: Əhali arasında emosional-stress, depressivlik və həyacan təzahürlərinin yayılmasının sosial-gigiyenik aspektləri və onların qeyri-yoluxucu xronik xəstəliklərin formalaşmasında rolu (İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrası, elmi rəhbər – prof.R.Ə.Çobanov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Şəhər əhalisi arasında emosional-stress, depressivlik və həyacanlılıq, təzahürlərinin sosial-gigiyenik aspektdə öyrənilməsi, onların tibbi-sosial əhəmiyyətinin qiymətləndirilməsi, risk amilləri kimi qeyri-yoluxucu xronik xəstəliklər (QYXX) formalaşmasında rolu və bu təzahürlərin birincili tibb şəbəkəsində diaqnostikası və profilaktikası üçün təşkilatı tədbirlərin işlənib hazırlanması.
Tədqiqatın obyekti: Yaşlı şəhər əhalisi, şəhər poliklinikaları.
Nəticə: Tədqiqatdan alınan materialların təhlili emosional-stress (ES), depressiya və həyacan təzahürlərinin müxtəlif xəstəliklərin formalaşmasına təsiri müəyyən edilmişdir. Təsdiq olunmuşdur ki, bu təzahürlərin təsiri zəif olduğu halda, əhali çox vaxt belə hallara biganə qalır və tibb müəssələrinə müraciət etmir.
Bununla yanaşı, respondentlərdən alınan cavabların təhlili onların öz sağlamlıq vəziyyətini, əsas etibarilə, qeyri-qənaətbəxş hesab etməsi təsdiq olunmuşdur. Tədqiqat zamanı müəyyən olunmuşdur ki, ES, depressiya və həyacan təzahürləri ürək-damar xəstəlikləri, arterial hipertoniya, şəkərli diabet və digər qeyri-yoluxucu xəstəliklərin aparıcı risk amilidir. İlkin nəticələr bu amillərin təsir gücünü aşağı salmaq məqsədilə kopinq üsulların işlənib hazırlanmasını aktual edir.
Problem: Təbii, sintetik, bioloji fəal maddələr və metalkompleks birləşmələrinin tədqiqi, dərmanların marketinqi, alınma və standartlaşma üsullarının təkmilləşdirilməsi
Mövzu: Azərbaycan florasına məxsus olan bəzi dərman bitkilərindən alınmış bioloji fəal maddələrin farmako-toksikoloji cəhətdən tədqiqi. Farmakoloji preparatlarının ozonlaşdırılmasının səmərəliliyinin öyrənilməsi (Elmi-Tədqiqat Mərkəzi, elmi rəhbər – prof.R.A.Axundov). İcra müddəti – 2016-2020-ci illər).
Məqsəd: Azərdaycan florası əsasında qaraciyərpatologiyası fonunda yeni fitokomlekslərın tədqiqi, ozonlasdırılmaqla heyvanların dözümlülüyünün təyini.
Tədqiqatın obyekti: Yeni orijinal fitokomplekslər, qaraciyər patologiyası modelləri, eksperimental heyvanlar (ağ siçan, siçovul).
Nəticə: Yeni fitokompleksin tərkib hissələri toplanılıb, onların əsasında qalen preparatları hazırlanmış və qaraciyər patologiyası fonunda öyrənilmişdir. Məlum olmuşdur ki, qaraciyər zədələnmələrinin etiologiyasından asılı olmayaraq patogenezdə 2 mexanizm əsas yer tutur: hepatositlərin birbaşa və autoimmun zədələnməsi. Nəticədə terminal mərhələdə hepatositlərin məhvinə gətirib çıxaran iltihabi, nekrotik və apoptik reaksiyalar inkişaf edir. Tetraxlormetan modelinin əsasında yaradılmış qaraciyərin patologiyasının Azhepaflor vasitəsilə müalicəsi göstərir ki, bu preparat qana tez sorulur, tərkibində yüksək miqdarda flavonoid olduğuna görə antioksidant təsirinə malikdir, qlutation ehtiyatının azalmasına imkan vermir və qaraciyərin toksinlər tərəfindən zədələnməsinin qarşısını alır. Yeni maddə fibrozun inkişafını dayandırır, Kupferov hüceyrələrinin proliferasiyasının qarşısını alaraq iltihab əleyhinə təsir göstərir.
Mövzu: Neyro- və psixoaktiv fəallığa malik təbii və sintetik mənşəli dərman preparatlarının və analoji aktivliyi ehtimal olunan müxtəlif dərman bitkilərindən alınmış çıxarışların əhatəli eksperimental farmakoloji tədqiqi və neyroleptoterapiya zamanı törənən mərkəzi mənşəli pozğunluqların eksperimental terapiya metodlarının işlənib hazırlanması (Farmakologiya kafedrası, elmi rəhbər – prof.M.M.Qəniyev). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Respublika ərazisində bitən adi göyrüş, tikanlıodotu, quşqonmaz və qantəpər bitkilərindən, eləcə də müxtəlif dərman otlarından alınmış və şərti olaraq fitokompozisiya №1; №2; №3; №4 adlandırılan bioloji aktiv qarışıqların ilkin farmakoloji təsir xüsusiyyətlərinin öyrənilməsi, eləcə də elektron mikroskopiya metodu ilə uzunmüddətli neyroleptoterapiya zamanı qabıqaltı strukturlarda törənən dəyişikliklərin müəyyənləşdirilməsi və neyro- və psixoaktiv fəallığı olan birləşmələrin nəslin pre-, postnatal inkişaf dövrlərinə təsirinin müqayisəli tədqiqi.
Tədqiqatın obyekti: Cinsi yetişkənliyə çatmış hər iki cinsdən olan ağ siçovullar.
Nəticə: Alınan nəticələr, summar ekstraktın (FH3+Phyto F) qaraciyər sitolitik fermentlərinin aktivliyinə süstləşdirici təsir göstərməsi tibbi praktikada daha təhlükəsiz hepatoprotektor maddələr kimi istifadəsi barədə söyləməyə əsas verir. Bu hal müvafiq qarışıqların dərman maddəsi statusu alması istiqamətində elmi-tədqiqatların aparılmasına perspektiv imkanlar açır. Uzunmüddətli neyroleptoterapiya zamanı eksperimental heyvanların nəslinə psixotrop maddələrin mənfi təsirləri həm pre-, həm də postnatal dövrlərində qeyd olunmuşdur.
Mövzu: Dərman vasitələrinin sintezi, keyfiyyətinin yoxlanılması və standartlaşdırılması məqsədilə yeni səciyyəvi üsulların tədqiqi və validasiyası (Əczaçılıq kimya kafedrası, elmi rəhbər – prof.T.A.Süleymanov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: “Bebimiks” preparatının qaz xromatoqrafiyası – mass spektrometriya üsulu ilə analizi, “Fagolin” preparatının yüksək emission mass xromotoqrafiya ilə miqdari təyini üsulunun validasiya protokolunun hazırlanması, piperidin-anilin ditiokarbomat törəmələrinin sintezi və bioloji fəallığının öyrənilməsi, Stachys annual, Visia faba və Veronica crystagallii növlərinin fitokimyəvi tədqiqi. Metadoksin preparatının spektrofotometriya ilə analizi.
Tədqiqatın obyekti: «Bebimiks» şərbəti, “Fagolin” məlhəmi, morfolin-anilin və piperazin-1-ditiokarbamat törəmələri, Abşeron, Quba, Xızı, Naxçıvan, İsmayıllı rayonundan yığılmış Stachys annual, Visia faba və Veronica petrea bitkisinin xammalı (yerüstü hissəsi), «Metadoksin» preparatı.
Nəticə: Tədqiqatın nəticəsi kimi, “Fagolin” preparatının yüksək emission mass xromotoqrafiya ilə miqdari təyini üsulunun validasiya protokolunun hazırlanmışdır. “Bebimiks” preparatının qaz xromatoqrafiyası – mass spektrometriya ilə analiz üsulu işlənib hazırlanmışdır. “Fagolin” məlhəmində dexpantenolun miqdari təyini üsulunun əvvəlindən müəyyən olunmuş texniki tələblər nəinki normal iş rejimi, hətta ehtiyac olduqda eksperimental hallar üçün də uyğundur.
Həmçinin piperidin-anilin ditiokarbomat törəmələri olan 5 maddə sintez edilmiş və antifunqal və antimikrob fəallıqları müəyyən edilmişdir.
Visia faba xammalının 80%-li spirtli ekstraktının fraksiyalara bölünməsindən sonra etil-asetat fraksiyasında flavonoid təbiətli 3 maddə alınmışdır. Tədqiq olunan xammalların flavanoidlərlə zəngin olması bu xammalların fitokimyəvi cəhətdən öyrənilməsinin perspektivli olduğunu göstərir. «Vominor» preparatının diferensial spektrofotometriya üsulu ilə eynilik və miqdarı təyini üsulları işlənilib hazırlanmışdır.
Mövzu: Ölkəmizin təbii mənşəli xammalı əsasında müasir əczaçılıq məhsullarının yaradılması. Əczaçılıq xidmətinin idarə edilməsinin öyrənilməsi (Əczaçılığın texnologiyası və idarəciliyi, elmi rəhbər – prof. M.N.Vəliyeva). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Təbii mənşəli xammallar əsasında əczaçılıq, yarıməczaçılıq məhsullarının optimal alınma texnologiyasının işlənib hazırlanması və milli əczaçılıq sənayesinə tətbiqi; əczaçılıq sektorunun strateji inkişafında innovasion islahatların aparılmasının öyrənilməsi və respublikanın aparıcı əczaçılıq şirkətlərinə tətbiqi; Azərbaycanın əczaçılıq sektorunun strateji inkişafında innovativ siyasətin təhlili, əczaçılıq personalın idarə edilməsi modelinin hazırlanması, elmi cəhətdən əsaslandırılmış kompleks metodik yanaşmaların formalaşdırılması; əczaçılıq xidmətinin ümumi səhiyyə sistemində rolunun müəyyənləşdirilməsi, müasir dərman vasitələrinin bazarının təhlili və resursların daha da səmərəli istifadəsinin öyrənilməsi.
Tədqiqatın obyekti: Təbii mənşəli xammalı müxtəlif dərman bitkiləri, mineralları, naftalan nefti, xitozan, heyvan mənşəli maddələr (arı məhsulları).
Nəticə: Tədqiqat ərzində respublikada aparılan innovativ islahatların inkişafı öyrənilmiş və bu sahədə elmi tədqiqatların istiqamətləri müəyyənləşdirilmişdir. Təhsil müddətindən asılı olaraq əczaçılıq sahəsində tələbələrin peşə-şəxsiyyət inkişafının məzmun fərqləri aşkar edilmişdir; əczaçılıq bazarının dəyişikliklər dinamikası ilə əczaçı işçilərinin yüklənmə dərəcəsi arasında müəyyən asılılıq təyin edilmişdir.
Azərbaycanın əczaçılıq bazarında pərakəndə satış müəssisələrinin rəqabət qabiliyyəti qiymətləndirilmiş və rəqabət strategiyası işlənilmişdir; qastroenteroloji dərman vasitələrinin çeşidinin marketinq təhlili aparılmış və bu sahədə əmtəə siyasətinin prioritet istiqamətləri müəyyənləşdirilmiş, formulyar hazırlanmışdır; psixotrop dərman vasitələrinin ekspert qiymətləndirilməsinin nəticəsində 13 ən yüksək bal yığan preparatların formulyar siyahısı tərtib edilmiş və iqtisadi baxımından təhlil edilmişdir.
Mövzu: Tərkibində bioloji fəal maddələr olan bəzi bitkilərin farmakoqnostik tədqiqi və yeni fitopreparatların hazırlanmasında istifadəsi (Farmakoqnoziya kafedrası, elmi rəhbər – prof.C.İ.İsayev). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: İrıs carthalinae və İris medwedewii; Phlomis pungens, Hedysarum atropatanum və H. formosum, Lathyrus, Mentha longifolia, M. aquatica, M.pulegium, Satureja hortensis,Thymus sp, Ziziphora sp., Salvia modesta, Teucrium polium bitkilərinin fitokimyəvi tədqiqinin aparılması, bioloji fəal maddələr məcmusunun alınması, tərkib hissələrinə ayrılması və alınmış maddələrin kimyəvi tərkibinin öyrənilməsi.
Tədqiqatın obyekti: Azərbaycan florasından olan Iris cinsinə aid bitki növləri: İrıs carthalinae və İris medwedewii; Phlomis pungens, Hedysarum atropatanum və H. formosum, Lathyrus, Mentha longifolia, M. aquatica, M.pulegium, Satureja hortensis,Thymus sp, Ziziphora sp., Salvia modesta, Teucrium polium bitkiləri.
Nəticə: Tədqiqat nəticəsində öyrənilən bitki xammal nümunələrindən flavanoidlər, ksantonlar, efir yağları və aminturşular alınmış, bəzi tədqiq olunan bitkilərin morfoloji-anatomik quruluşundakı fərqli diaqnostik əlamətlər müəyyən edilmişdir.
Mövzu: Təbii və sintetik üzvi maddələrin və bəzi metal birləşmələrin kimyəvi-toksikoloji analiz üsullarının hazırlanması (Ümumi və toksikoloji kimya kafedrası, elmi rəhbər – prof.E.A.Qarayev). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Müxtəlif kimyəvi-toksikoloji amillərin steroid və triterpen saponinlərin müxtəlif bioloji materialdan təcrid edilməsinə göstərdikləri təsirin araşdırılması nəticəsində əlverişli üsulun işlənib hazırlanması; bitkilərdən alkaloidlərin fərdi şəkildə alınması və müasir analitik üsulların köməyilə identifikasiyası, qaraciyər toxumasından fərdi alkaloidlərin əlverişli təcrid olunma üsulunun təklif edilməsi və ilkin sınağı; tədqiq olunan metal zəhərlərinin müxtəlif bioloji materialdan təcrid olunması üçün daha səmərəli üsulun işlənib hazırlanması, bitki xammallarından alkaloidlərin fərdi şəkildə alınması və identifikasiyası.
Tədqiqat obyekti: Sürünən dəmirtikan, hamar güyənə, adi daşsarmaşığı, adi dəlibəng, qara bat-bat və xanımotu bitkilərinin xammalları, steroid və triterpen təbiətli fərdi qlikozidlər, alkaloidlər və sintetik törəmələri. Сu, Al metal birləşmələri
Nəticə: Respublika florasında geniş xammal ehtiyatına malik hamar güyənə və sürünən dəmirtikan bitki xammalından alınmış fərdi steroid saponinləri və adi daşsarmaşığı bitki xammalından əldə olunmuş fərdi triterpen saponinlərinin tədqiqat obyekti kimi istifadə edilmiş müxtəlif bioloji materialdan təcrid edilməsinə müxtəlif kimyəvi-toksikoloji amillərin – həlledicinin təbiəti, obyekt ilə həlledicinin miqdari nisbəti, təmas müddəti, ekstraksiyanın sayı, temperatur rejimi, pH və s. təsiri araşdırılmış, alınan nəticələr əsasında həmin maddələrin təcrid olunma üsulu işlənib hazırlanmışdır. Üzərlik və qara batbat bitki xammalından əldə olunmuş fərdi alkaloid nümunələrinin qaraciyər toxumasından təcrid olunması üçün səmərəli üsul təklif edilmiş və sınaqdan keçirilmişdir. Zəhərli metallardan Cu və Al birləşmələrinin müxtəlif bioloji materiallar timsalında əlverişli təcrid olunma üsulu təklif olunmuş və müxtəlif obyektlərdə sınaqdan keçirilmişdir.
Mövzu: Alkil-, aril- və alkilhalogenarenlərin dinitril və imid törəmələrinin heterogen katalitik sintezi və tədqiqi. Aromatik kükürdlü və azotlu birləşmələrin (sulfidlərin, disulfidlərin, tioamidlərin və aminofenolların) antioksidant təsirinin tədqiqi (Biofiziki və bioüzvü kimya kafedrası, elmi rəhbər – akad. D.B.Tağıyev). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Əvəzləyicili və funksional qruplu arenlərin dinitril və imid törəmələrinin birmərhələli daha perspektiv üsulla – buxar fazalı oksidləşdirici ammonolizlə sintezi; bəzi ditiokarbon turşularının törəmələrinin inhibitor xassələrinin öyrənilməsi.
Tədqiqat obyekti: Əvəzləyicili və funksional qruplu arenlərin dinitril və imid törəmələri.
Nəticə: Hazırlanmış katalizatorların buxar fazalı oksidləşdirici ammonoliz reaksiyası ilə o-ksiloldan ftalimidin, 4-brom- və 4-fenil-o-ksilollardan isə uyğun dinitrillərin alınmasında effektivliyinin yoxlanılması nəticəsində məlum olmuşdur ki, V-Si-Bi/γ-Al2O3 oksid baza katalizatorunun Cr2O3 ilə modifikasiyası imidin alınmasını, ZO2 ilə modifikasiyası isə ftalonitrillərindaha çox əmələ gəlmələrini şərtləndirmişdir. Bu substratların oksidləşdirici ammonoliz məhsullarının həll olması üçün yoxlanılan həlledicilərdən ən əlverişlisi 1,4-dioksan olmuşdur. İlkin maddələr və reaksiya məhsulları bizim hazırladığımız metodika ilə xromatoqrafik, həm də kimyəvi analiz olunmuşdur. Bu birləşmələrin tətbiq sahələri onların yüksək təmizliyini tələb etdiyindən, bu törəmələr adətən bir-birilə qarışıq şəklində əmələ gəldiklərindən, xüsusi şaflaşdırma üsuluna ehtiyac qalmadan onların hər birinin çətin ayrılan kristal qatışıqsız alınmasının həllidir.
III İSTİQAMƏT: ÜZV VƏ SİSTEMLƏRİN NORMADA VƏ MÜXTƏLİF PATOLOJİ VƏZİYYƏTLƏRDƏ MORFOLOJİ VƏ FUNKSİONAL XÜSUSİYYƏTLƏRİNİN ÖYRƏNİLMƏSİ
Problem: Müxtəlif üzv və sistemlərdə norma və patologiyada baş verən morfoloji və funksional dəyişikliklərin xüsusiyyətləri
Mövzu: İnsanlarda bir sıra vəzilərin normada və bəzi patoloji proseslərdə morfoloji səciyyələrinin, kəllənin bəzi boşluqlarının, kanal, dəlik və yarıqlarının morfometriyasının topoqrafik-anatomik xüsusiyyətlərinin, onlardan keçən sinir elementlərinin və damarların topoqrafik yerləşmə səciyyələrinin tədqiqi, səhiyyə praktikasında tətbiqi (İnsan anatomiyası və tibbi terminologiya kafedrası, elmi rəhbər – prof. V.B.Şadlinski). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Postnatal ontogenezin müxtəlif mərhələlərində insan kəlləsinin kraniotiplərindən asılı olaraq gözyuvasının, qanadabənzər-əng yarığının fərdi, tipoloji və yaş xüsusiyyətlərini, eləcə də həmin törəmənin onu əhatə edən anatomik strukturlarla qarşılıqlı münasibətini, müxtəlif kəllə formalarına malik insanlarda gözyuvasıaltı yarığın forma, ölçü göstəricilərinin yaş və cinsi xüsusiyyətlərini, üz kəlləsinin quruluşunda asimmetriyanın təzahür dərəcəsini, 16-20 yaş dövrünə aid qızların bədən quruluşlarının hansı tipə mənsubluğunu müəyyənləşdirməkdən və borulu orqanlardan olan uşaqlıq yolu selikli qişa vəziləri və limfoid törəmərinin xüsusiyyətlərinin araşdırılması.
Tədqiqatın obyekti: ATU-nun İnsan anatomiyası və tibbi terminologiya kafedrasının fundamental muzeyində saxlanılan, müxtəlif yaş qruplarını əhatə edən pasportlaşdırılmış, müxtəlif cinsli 150 insan kəlləsi, 75 insan çanağı və 50 canlı insan; 20 siçovul və 100 dovşan.
Nəticə: Postnatal ontogenezin müxtəlif mərhələlərində qanadabənzər-əng yarığının, gözyuvasının morfo-topometrik ölçülərinin yaş, tipoloji və fərdi dəyişkənliklərinin xüsusiyyətləri ilk dəfə kompleks şəkildə öyrənilmişdir. İlk dəfə olaraq üz kəlləsinin asimmetriyası insanın bətnxarici inkişafının müxtəlif yaş dövrlərində (erkən, I və II uşaqlıq, yeniyetmə, gənclik, I və II yetkinlik, ahıl yaş dövrlərində) ardıcıl olaraq və həmin nahiyənin yumşaq toxumalarının asimmetriyası ilə müqayisəli şəkildə araşdırılmışdır. Həmçinin ilk dəfə Azərbaycan Respublikasında gənclik yaşında olan praktik sağlam qadınların kompleks anatomo-antropometrik və bioelektrik tədqiqi əsasında bədən quruluşunun, eləcə də bədənin komponent tərkibinin qiymətləndirilməsi aparılmışdır. Eksperimentdə limfa və mikrosirkulyator dövran arasında qarşılıqlı əlaqənin müəyyənləşdirilməsilə qaraciyər patologiyaları zamanı durğunluğun patogenezi araşdırılmışdır.
Mövzu: İnsanın müasir dövrdə geniş yayılmış bəzi əsas xəstəliklərinin klinik-morfoloji xüsusiyyətləri (Patoloji anatomiya kafedrası, elmi rəhbər – prof. Ə.B.Həsənov). İcra müddəti – 2016-2020-ci illər
Məqsəd: Müxtəlif patologiyalar, müxtəlif mənşəli ekzogen intoksikasiyalar, ginekoloji patologiyalar, orqan transplantasiyasının təzahürü olaraq reperfuziya sindromu zamanı orqanizmdə baş verən klinik-morfoloji dəyişikliklərin aşkar edilməsi və bunların diaqnostikasında müasir təbabətdə istifadə edilən biopsiya metodlarının dəyərliliyinin müəyyən edilməsi, onlar arasında korrelyativ əlaqələrin aşkar edilməsi.
Tədqiqat obyekti: Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” ETT Birliyinin şəhər və rayon şöbələrinin meyitxanalarına daxil olmuş meyitlər, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbələrində və Bakı şəhərində yerləşən doğum evlərində, Baki Şəhər Xəstəxanalarının doğuş şöbələrində ölmüş yenidoğulmuşların meyitləri.
Nəticə. Mama-ginekoloji patologiyaları, xüsusilə də və mama-ginekoloji manipulyasiyalardan sonra inkişaf etmiş ağırlaşmaların, müxtəlif mənşəli intoksikasiyalar zamanı və reperfuziya sindromu fonunda baş verə biləcək patomorfoloji dəyişikliklərin ayrılıqda müasir patomorfoloji texnikanın tətbiq edilməsilə öyrənilməsi və daha effektiv diaqnostik tədbirləri obyektiv nəticələrlə göstərilməsidir. Bu xəstəliklərin gedişində müasir dövrdə təsadüf olunan patomorfoz, patogenetik və patohistoloji xüsusiyyətlər aydınlaşdırılmaqdadır.
Mövzu: Emosional gərgin şəraitdə yeniyetmələrin, tələbələrin, müəllim heyətinin və ekstremal peşə sahiblərinin yaş-cins xüsusiyyətlərindən asılı olaraq EEQ-krosskorrelyasiya və EKQ-dispersiya dəyişikliklərinin qarşılıqlı əlaqələri (Normal fiziologiya kafedrası və PETL, elmi rəhbər – AMEA-nın müxbir üzvü A.M.Məmmədov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Emosional gərginliyin sistem mexanizmlərində ilkin psixofizioloji dəyşikliklərin qiymətləndirilməsi və korreksiyası, yaddaş asimmetriyası mexanizmilərinin emosional stress vəziyyətlərində sistem tədqiqi.
Tədqiqatın obyekti: Aviadispetçerlər.
Nəticə: Aşkar edilmişdir ki, ənsə nahiyəsində alfa ritimlərin üstünlük təşkil etməsi qeyd edlir. «İnsan faktorunun» araşdırılan göstəricilərinin dəyişməsi aviadispetçerlərin sağlamlığının qorunması ilə onların mütəxəssis kimi yararlığını artırmaqla yanaşı uçuşun təhlükəsizliyinə zəmin yaradır.
Mövzu: Şəkərli diabetin ağırlaşmalarının patogenezində limfa sisteminin rolu, limfadrenajın pozulma mexanizmləri, adekvat korreksiya üsullarının işlənib hazırlanması (Patoloji fiziologiya kafedrası, elmi rəhbər – prof. S.C.Əliyev, AMEA-nın müxbir üzvü, prof.Y.C.Məmmədov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Şəkərli diabet (ŞD) xəstəliyi zamanı mikro- və makroangiopatiyaların patogenezində qan və limfanın damardaxili laxtalanmasının, lipidlərin peroksidləşməsinin fəallaşmasının və lipid mübadiləsinin pozulmasının rolunun öyrənilməsi, adekvat korreksiya üsullarının işlənib hazırlanması.
Tədqiqatın obyekti: Dovşanlar.
Nəticə: Təcrübə heyvanlarının müalicə kompleksinə əvvəllər klinik praktikada istifadə edilən tanakan, sulodeksid, hemaza, emoksipin, atorvastatin kimi prepartlarla yanaşı Azərbaycan florasından alınmış bir sıra limfotrop xassəli immunmodulyasiyaedici maddələr də daxil edilmişdir. Bu cür müalicə tədbirlərinin görülməsi, nəinki sərbəst radikallaşma prosesinin fəallaşmasının, həm də qan və limfanın damardaxili laxtalanmasının qarşısını alır, immun göstəricilərin normallaşmasına səbəb olur və toxumaların limfadrenajını stimulyasiya etməklə ŞD-nin müalicəsinə əlverişli təsir göstərir.
Mövzu: Müxtəlif patoloji vəziyyətlərdə bəzi antimikrob peptidlərin və sitokinlərin tədqiqi (Biokimya kafedrası, elmi rəhbər – prof.A.M.Əfəndiyev). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Süd vəzisi хərçəngi (SVX) və sümük şişləri olan xəstələrin qan serumunda onkomarkerlərin, interleykinlərin, antimikrob peptidlərin və sümük metabolizminin biokimyəvi markerlərinin tədqiq edilməsi, əldə olunan göstəricilərin şişlərin erkən və diferensial diaqnostikasında rolunun aydınlaşdırılması.
Tədqiqatın obyekti: Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasında süd vəzisi хərçənginə görə müayinə olunmuş 76 хəstə, həmçinin xoşxassəli, bədxassəli və metastatik sümük şişləri diaqnozu qoyulmuş 80 xəstə.
Nəticə: Məlum olmuşdur ki, süd vəzisinin xoşxassəli və bədxassəli törəmələri izlənilən xəstələrdə laktoferrinin səviyyəsində əhəmiyyətli yüksəlmə müşahidə olunur. Bu bədxassəli törəmələri olan xəstələrdə özünü daha aşkar büruzə vermişdir. Tədqiq olunan sitokinlərin də səviyyəsində əhəmiyyətli yüksəlmə nəzərə çarpmışdır. Həm xoşxassəli, həm də bədxassəli törəmələr zamanı ən çox artım İL-8-də müşahidə olunmuşdur.
Həmçinin məlum olmuşdur ki, xoşxassəli sümük şişlərində TNF-α-nın səviyyəsində əsaslı dəyişikliklər müşahidə edilməsə də, bədxassəli və metastatik sümük şişlərində bu göstərici statistik etibarlı yüksəlmişdir. İL-6 hər üç qrup xəstədə yüksəlsə də, bədxassəli sümük şişlərində daha çox artmışdır. Antimikrob peptidlərin əsas nümayəndələrindən biri hesab olunan FABP-ın səviyyəsində xoşxassəli şişlərdə artım müşahidə olunsa da, bədxassəli və metastatik sümük şişlərində nəzarət qrupu ilə müqayisədə azalma müşahidə olunmuşdur. Endotelinin səviyyəsi isə nəzarət qrupuna nisbətən bütün xəstələrdə artmışdır.
Mövzu: β-talassemiyalar, fermentopatiyalar və struktur-anomal hemoqlobinlər zamanı dəmir mübadiləsinin pozulmalarının biokimyəvi xüsusiyyətləri (Biokimya kafedrası üzrə elmi-tədqiqat laboratoriyası, elmi rəhbər – prof.A.M.Əfəndiyev). İcra müddəti – 2016-2020-ci illər
Məqsəd: b-talassemiyalı homoziqot xəstələrdə dəmir mübadiləsinin pozulmalarının biokimyəvi xüsusiyyətlərinin öyrənilməsi.
Tədqiqatın obyekti: Respublika Talassemiya Mərkəzinə müraciət edən homoziqot b-talassemiyalı 11 xəstə.
Nəticə: Struktur-anomal hemoqlobin daşıyıcısı olan hallarla onun b-talassemiya ilə birgə növlərində dəmir mübadiləsi göstəricilərini müqayisə etdikdə, müəyyən hallarda onların qiymətlərində nəzərəçarpacaq dəyişikliklərin olması, digər hallarda, xüsusilə HbS+ b-talassemiyalı xəstələrdə həm ehtiyat, həm də humoral tənzimləyicinin qiymətlərində nəzərəçarpacaq artımın olması müəyyən edilmişdir. Bu xəstəlik zamanı orqanizmin antioksadant sisteminin çox zəif olması təsdiqlənmişdir.
Mövzu: Ağır metal və mikroelementlərin hormonal sistemlə qarşılıqlı əlaqəsi və onların tənzimlənməsinin patoloji prosesin inkişafına təsiri (Elmi-Tədqiqat Mərkəzi, elmi rəhbər – prof.Q.Ş.Qarayev). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Qalxanvari vəzinin hipo- və hiperfunksiyalarında qan plazmasında ağır metalların və mikroelementlərin miqdarını təyin etməklə onların hormonal sistemə, immun sistemə qalxanvari vəzi və yumurtalıqların strukturuna təsirinin araşdırılması.
Tədqiqat obyekti: Ağ siçovul və dovşanların qan plazması, qalxanabənzər vəzinin və yumurtalıqların toxuması.
Nəticə: Aparılmış biokimyəvi və histoloji müayinələrin nəticəsində müəyyən edilmişdir ki, ağır metal ionlarının (Ph, Cd) intakt, hipoterioz və hiperterioz modelləri yaradılmış təcrübə heyvanlarının daxili orqanlarında toplanması ağır metal ionlarının qatılığından, intoksikasiyanın davam müddətindən və orqanizmin funksional vəziyyətindən asılıdır. Hipotireoz və hiperterioz modelləri yaradılmış ağ siçovullarda ağır metal ionlarının toksik təsiri daha güclü olmuşdur. Məlum olmuşdur ki, kadmium xlorid duzunun uzunmüddətli qəbulu qeyri-spesifik immun göstəricilərin, o cümlədən komplementin, lizosimin və dövr edən immunokompleksin fəallığını aşağı salır.
Mövzu: Sinir sistemində sədd rolunu oynayan qişaların, eksperimental ödem zamanı ağciyər və böyrəklərin struktur elementlərinin qarşılıqlı histotopoqrafiyası və elektron mikroskopik quruluş xüsusiyyətləri (Histologiya, embriologiya və sitologiya kafedrası, elmi rəhbər – prof.E.K.Qasımov). İcra müddəti – 2018-2022-ci illər.
Məqsəd: Kontrol qrupundan olan heyvanlarda mərkəzi sinir sistemi və görmə sinirinin qişalarının, auro-hematik baryerin və böyrək xarici damarların endotel qatının histotopoqrafiyasının və ultrastruktur parametrlərinin öyrənilməsi
Tədqiqatın obyekti: 10 baş ağ siçovulun baş və onurğa beyni qişalarından, ağciyər və böyrəklərindən götürülmüş parçalar.
Nəticə: Aparılan tədqiqat işinin nəticələri göstərir ki, istər işıq, istərsə də elektron mikroskopik səviyyələrdə ağ siçovulların beyin qişalarınının təşkilində iştirak edən hüceyrəvi və fibrilyar strukturların histotopoqrafiyasında və quruluş xüsusiyyətlərində mövcud ədəbiyyat materialları ilə müqayisədə nəzərə çarpacaq fərqlər aşkar edilməmişdir. Böyrək qapısında yerləşən böyrək arteriyalarının özü və onun birinci, ikinci dərəcəli şaxələri əzələ tipli arteriyalar olub diametrlərinə və orta qatlarında yerləşən saya əzələ hüceyrələrinin sayına görə bir-birlərindən fərqlənirlər. Digər ümumi xüsusiyyət saya əzələ hüceyrələri ilə endotel hüceyrələri arasında inkişaf etmiş daxili elastik zarın olmasıdır.
Əldə olunmuş nəticələr birmənalı göstərir ki, kontrol qrupu heyvanlarında alveolarası arakəsmələrdə yerləşən qan kapillyarlarının mənfəzlərində qanın formalı elementləri ilə birlikdə plazmasının hərəkət etmələri üçün sərbəst sahələrin mövcüdluğu böyümə dərəcəsindən asılı olmayaraq nümayiş etdirilən elektronoqramların hamısında aşkar edilir.
Beləliklə, təcrübə qrupu heyvanlarında alveolarası arakəsmələrin təşkilində iştirak edən hüceyrəvi elementlərin tam əksəriyyəti aurohematik baryerin təşkilində iştirak edən strukturlara aiddir.
Mövzu: Kəllə-beyin travmalarının məhkəmə-tibbi aspektləri (Məhkəmə təbabəti kafedrası, elmi rəhbər – prof.M.O.Bünyatov). İcra müddəti – 2016-2020-ci illər.
Məqsəd: Bakı şəhəri üzrə hündürlükdən yıxılma zamanı ölümlə nəticələnən və nəticələnməyən kəllə-beyin travmalarının analizi.
Tədqiqatın obyekti: Kəllə-beyin travmaları nəticəsində ölmüş insanların meyitləri, həmçinin arxiv materialları.
Nəticə: Alınan nəticələr göstərmişlər ki, hündürlükdən yıxılma zamanı yaranan kəllə-beyin travmalarını aşağıdakı sxem üzrə sistemləşdirmək olar: epidural qansızma, sərt beyin qişasının cırılması, subdural qansızma, subarxnoidal qansızma, kontuzion ocaq, beyindaxili qansızma, ventrikulyar qansızma.
Mövzu: Abşeron yarımadasında Aralıq dənizi tısbağasının (Testudo graeca Linne, 1758) morfoekoloji xüsusiyyətləri (Tibbi biologiya və genetika diaqnostikası kafedrası, elmi rəhbər – dos.V.M.Kərimov). İcra müddəti – 2016-2019-cu illər.
Məqsəd: Azərbaycanda yayılmış quru onurğalıların növ tərkibinin dəqiqləşdirilməsi, onlara təsir göstərən əsas ekoloji amillərin araşdırılması, insan fəaliyyəti ilə bağlı olan ekoloji dəyişikliklərin quru onurğalılara təsirinin öyrənilməsi, növlərin say dinamikasının arışdırılması, növlərin müxtəlif populyasiyalarında yaşayan fərdlərin morfoloji xüsusiyyətlərinin müqayisəli şəkildə öyrənilməsi.
Tədqiqatın obyekti: Bəzi şəhər və kənd onurğalı heyvanları.
Nəticə: Məlum olmuşdur ki, Abşeron yarımadasında sürünənlər faunasından nisbətən tez-tez rast gəlinən və o qədər də aktiv olmayan aralıqdənizi tısbağaları və yaxud quru tısbağası xarakter növlərdən biridir. Passiv olmaları, yəni təbii düşmənlərindən yaxşı qorunmaması, onların asan tutulması və yeyilməsinə, məhv olmasına səbəb olan amillərdəndir.