Patoloji fiziologiya fənnindən minimum ixtisas imtahanının proqramı

Patoloji fiziologiya fundamental elm və tədris fənni kimi. Patoloji fiziologiyanın müasir tibb elmində yeri. Patoloji fiziologiya fənni, vəzifələri və metodları. Patoloji fiziologiyanın və klinik təbabətin inkişafında eksperimentin əhəmiyyəti. Tibbi-bioloji eksperimentlərin aparılmasının ümumi prinsipləri və onların nəticələrinin təhlili. Patofizioloji eksperimentlərdə istifadə olunan müasir metodlar. Modelləşmə, onun növləri, imkanları və məhdudiyyətləri. Patoloji proseslərin müxtəlif formalarının və mühafizə-uyğunlaşma reaksiyalarının heyvanlar üzərində modelləşdirilməsi; müqayisəli təkamül metodunun əhəmiyyəti. Heyvanlar üzərində eksperimentlərin aparılmasının mənəvi-etik aspektləri. Xəstəliyin öyrənilməsində və yeni müalicə üsullarının işlənib hazırlanmasında eksperimental terapiya əhə­miyyətli metod kimi.
Klinik patofiziologiya haqqında anlayış, onun vəzifələri və perspektivləri, deontoloji aspektləri. Patoloji fiziologiyanın əsas hissələri: ümumi patofiziologiya (ümumi nozologiya, tipik patoloji proseslər) və klinik patofiziologiya (orqanizmin ayrı-ayrı sistemlərinin patoloji fiziologiyası).

Ümumi nozologiya
Xəstəlik haqqındatəlim.Xəstəliyin mənşəyinin qnoseoloji (fəlsəfi) və tibbi aspektləri.Xəstəlik, zədələnmə və mühafizə-uyğunlaşma proseslərinin dialektik vəhdəti kimi. “Norma", “sağlamlıq” və “xəstəlik” haqqında anlayış. Xəstəliklərin təsnifatının prinsipləri. Xəstəliyin mərhələləri. Xəstəlikönü vəziyyət haqqında anlayış və xəstəliyin nəticələri. Sanogenez. Tam və natamam sağalma, xəstəliyin xronik hala keçməsi, residivləri və ağırlaşmaları. Terminal vəziyyət, onun mərhələləri. Ölüm. Reanimasiyanın patofizioloji əsasları və sosial-deontoloji aspektləri.
Ümumietiologiyavəümumipatogenez
Ümumi etiologiya. Patologiyada determinizm prinsipi. Səbəb və şərait amillərinin xəstəliyin inkişafında rolu, onların dialektik qarşılıqlı münasibətləri. Xəstəliyin yaranma səbəbləri (daxili və xaricisəbəblər). Ümumi etiologiyanın ekoloji aspektləri. Xəstəliyin müalicə və profilaktikasında etiotrop prinsip. Ümumi patogenez. Patoloji reaksiya, patoloji proses, patoloji vəziyyət, tipik patoloji proseslər. Zədələnmələr patogenezin başlanğıc mərhələsi kimi. Zədələnmənin səviyyələri: submolekulyar, molekulyar, hüceyrəaltı, hüceyrə, toxuma, orqan, bütün orqanizm səviyyəsində. Xəstəliyin patogenezində funksional və struktur dəyişikliklərin qarşılıqlı əlaqəsi və vəhdəti. Patogenezdə səbəb-nəticə əlaqələri, birincili və ikincili zədələnmələr. Zədələnmənin lokalizasiyası və yayılması. Zədələnmənin yerli və ümumi təzahürləri. Patogenezdə əsas mərhələ və qüsurlu dövran. Orqanizmin müdafiə və kompensator reaksiyaları. Uşaq orqanizmində kompensasiya prosesləri və funksiyaların bərpa edilməsi xüsusiyyətləri. Diş-çənə aparatı və ağız boşluğu selikli qişası xəstəliklərinin etiologiya və patogenezinin xüsusiyyətləri. Xəstəliyin müalicəsində patogenetik prinsiplər.
Xarici və daxili amillərin xəstəliklərin əmələ gəlməsində rolu
Fiziki, kimyəvi və bioloji xəstəliktörədən amillər. Uzunmüddətli sıxılma sindromu haqqında anlayış. Onun səbəbləri və inkişaf mexanizmi. Hiperbarik oksigenasiya və onun tibbdə tətbiqi. Uşaq patologiyasının ən mühüm etioloji amilləri (travma, soyuqdəymə, qidalanma rejiminin pozulması, uşaq infeksiyaları və s.). Uşaq ölümünün azalmasında sosial amillərin rolu. Müasir insan patologiyasında elmi-texniki tərəqqinin, urbanizasiyanın və sənayenin inkişafının əhəmiyyəti. Xəstəliyin yeni etioloji amilləri. Emosional gərginliyin əhəmiyyəti. Ətraf mühitin çirklənməsinin təsiri.
Orqanizminreaktivliyininpatologiyadarolu

Orqanizmin reaktivliyi, onun növləri. Reaktivlik və rezistentlik. Reaktivliyi müəyyən edən amillər. İmmunoloji reaktivlik və qeyri-spesifik rezistentlik. Xarici və daxili mühit amillərinin orqanizmin reaktivliyinə təsiri. Sosial amillərin orqanizmin reaktivliyinə təsiri. Patoloji reaktivlik. Fərdi və qrup reaktivliyinin məqsədyönlü dəyişdirilməsinin xəstəliklərin müalicə və profilaktikasında rolu.
İrsiyyətin, konstitusiyanın və yaşın patologiyada rolu
İrsi və anadangəlmə xəstəliklər. İrsi xəstəliklərin etiologiyası. Mutagen amillər. Mutagenez və mutasiyalar, onların növləri. İrsi patologiyanın mexanizmləri: normal irsi məlumatın patoloji ilə əvəz olunması, gen aparatının fəallığının tənzimlənməsinin pozulması. İrsi xəstəliklərin növləri və onların nəsildən-nəslə ötürülmə mexanizmləri. Xəstəliklərə irsi meyillilik. İrsi xəstəliklərin öyrənilməsi üsulları. İrsi xəstəliklərin müalicə və profilaktikasının əsas prinsipləri. İrsi xəstəliklərin profilaktikasının əsas amillərindən biri kimi ətraf mühitin mühafizəsinin əhəmiyyəti. Gen müalicəsi və gen mühəndisliyi haqqında anlayış. Konstitusiya haqqında ümumi anlayış. Konstitusional tiplərin təsnifatları. Konstitusiyanın patologiyada rolu. Diatezlər. Ontogenezin erkən mərhələsində patologiyanın xüsusiyyətini müəyyən edən əsas amillər. Bətndaxili inkişafın patologiyası. Orqanizmin qocalması. Qocalmanın bioloji, sosial və tibbi aspektləri.

Tipik patoloji proseslər
Hüceyrə zədələnməsi
Zədələnmə. Hüceyrə zədələnməsinin ekzogen və endogen səbəbləri. Hüceyrələrin öz-özünü zədələməsi haqqında anlayış: immun proseslər, hüceyrə qocalması, hüceyrələrin uzun müddət fəaliyyətsiz qalması, sinir sisteminin trofik funksiyasının pozulmasının rolu. Kəskin və xronik hüceyrə zədələnməsinin xüsusiyyətləri. Mitotik siklin fazalarının və amitotik bölünmə mərhələlərinin əhəmiyyəti. Hüceyrə zədələnməsinin ümumi mexanizmi. Hüceyrə zədələnməsinin spesifik və qeyri-spesifik əlamətləri. Zədələyici amilin hüceyrəyə birbaşa və dolayı təsiri. Ayrı-ayrı hüceyrə orqanoidlərinin quruluş və funksiyalarının pozulması. Hüceyrələrin reseptor xassələrinin dəyişilməsi. Geridönən və dönməyən hüceyrə zədələnmələri. Distrofiya, nekroz və apoptoz hüceyrə zədələnməsinin nəticəsi kimi. Hüceyrənin mühafizə və adaptasiya mexanizmləri. Hüceyrə və hüceyrəaltı səviyyədə gedən regenerasiya prosesləri.
Mikrosirkulyasiyanın və periferik qan dövranının pozulması
Mikrosirkulyasiyanın tipik pozulmaları: qan cərəyanının və qanın reoloji xassələrinin dəyişilməsi. Mikrosirkulyasiyanın pozulmasının səbəbləri və mexanizmi. Eritrositlərin aqreqasiyası, aqlütinasiyası və slac fenomeni. Trombositlərin aqreqasiyası, kapillyar (həqiqi) stazı. Limfa dövranının tipik pozulmaları - mexaniki, dinamik və funksional-rezorbsion çatışmazlıq. Pulpa, parodont, sümük toxuması və selikli qişada baş verən patoloji proseslərin inkişafında mikrosirkulyasiyanın pozulmasının əhəmiyyəti. Yerli qan dövranı pozulmasının əsas formaları: arterial və venoz hiperemiyalar, işemiya, staz. Onların növləri, səbəbləri, inkişaf mexanizmləri və əlamətləri. Reperfuziya sindromu, işemik toksikoz. Tromboz və emboliya yerli qan dövranı pozulmasının mümkün səbəbləri kimi, növləri və nəticələri. Trombozun və emboliyanın səbəbləri, inkişaf şəraiti, profilaktikası və müalicəsi.

İltihab
İltihab anlayışı. İltihabın ümumi və yerli əlamətləri. İltihabın etiopatogenezi. İltihabın əsas komponentləri. Birincili və ikincili alterasiya. Bioloji fəal maddələrin – iltihab mediatorlarının azad olması. Mediatorların növləri və onların iltihabın inkişafında əhəmiyyəti. Mikrosirkulyasiya sistemində damar reaksiyaları. İltihab ocağında qanın reoloji xassələrinin, zülal tərkibinin və plazma zülallarının fiziki-kimyəvi xassələrinin dəyişməsi. Ekssudasiya. Ekssudasiya prosesinin inkişafında filtrasiyanın və diffuziyanın artmasının əhəmiyyəti. İltihab ocağında fiziki-kimyəvi dəyişikliklərin rolu. Leykositlərin yan duruşu (marginasiya) və emiqrasiyası, onların mexanizmi. Faqositoz, növləri, mərhələləri və mexanizmi. Faqositozu zəiflədən və stimullaşdıran amillər. Proliferasiya. İltihabın reparativ mərhələsi, proliferasiya prosesinin mexanizmi, onun inhibitorları və stimulyatorları. İltihabın nəticəsi. İltihab əleyhinə aparılan müalicənin əsas prinsipləri.
İltihabın inkişafında reaktivliyin rolu
İltihab zamanı yerli və ümumi əlamətlər arasında qarşılıqlı əlaqə. İltihab və allergiya. İltihabın növləri, onların nomenklaturası və təsnifatı. İltihabın bioloji əhəmiyyəti. İltihab prosesində zədələnmə ilə müdafiə-uyğunlaşma reaksiyaları arasında dialektik əlaqə. İltihabın ontogenezdə inkişafı. Yenidoğulmuşlarda iltihabın xüsusiyyətləri: damar reaksiyaları, leykositlərin emiqrasiyası və faqositoz. Pulpa, periodont və sümük toxumasında, ağız suyu vəziləri və üzün yumşaq toxumalarında inkişaf edən iltihab prosesinin xüsusiyyətləri. Üz-çənə nahiyəsində kəskin iltihabın gedişinin proqnozlaşdırılması prinsipləri. Üz-çənə nahiyəsində iltihabın proliferasiya mərhələsinin xüsusiyyətləri. Qranulematoz iltihab.

İnfeksion proses
İnfeksion prosesin ümumi xarakteristikası və səbəbləri; infeksion amillərin növləri, onların orqanizmə daxil olma və yayılma yolları. İnfeksion prosesin mərhələləri və əlamətləri. İnfeksion prosesin inkişafında orqanizmin reaktivliyinin rolu. Orqanizmin infeksiya əleyhinə müdafiə sistemi: spesifik və qeyri-spesifik müdafiə amilləri. İnfeksion proseslərin nəticələri. İnfeksion xəstəliklərin müalicə prinsipləri.

Qızdırma
Qızdırma haqqında ümumi anlayış və onun xüsusiyyətləri. Filogenez və ontogenezdə qızdırmanın inkişafı. Qızdırmanın etiologiyası. İnfeksion və qeyri-infeksion qızdırma. Pirogen maddələr, onların kimyəvi tərkibi və infeksion proseslər, toxumanın aseptik zədələnməsi və immun reaksiyalar zamanı mənbələri. Birincili və ikincili pirogenlər. Leykositar pirogenlər – interleykin-1 və s. Pirogen maddələrin təsir mexanizmi. Qızdırmanın patogenezi (qızdırmanın reflektor, hüceyrə-metabolik, mərkəzi və humoral inkişaf mexanizmləri). Qızdırmanın müxtəlif mərhələlərində termorequlyasiya. Orqanizmin istilik tənzimində mərkəzi və periferik termoreseptorların əhəmiyyəti. Qızdırma reaksiyasının növləri (mənşəyinə, hərarətin qalxma dərəcəsinə və hərarət əyrilərinə görə). Qızdırmanın pirogen amillərdən və orqanizmin reaktivliyindən asılılığı. Qızdırmanın inkişafında sinir, endokrin və immun sistemlərin rolu. Qızdırma zamanı maddələr mübadiləsinin və fizioloji funksiyaların dəyişilməsi. Qızdırmanın bioloji əhəmiyyəti. Piroterapiya haqqında anlayış. Qızdırmanın müxtəlif növlü hipertermiyalardan fərqi. Körpə uşaqlarda qızdırma reaksiyasının xüsusiyyətləri. Qızdırma zamanı ağız boşluğunun selikli qişasının vəziyyəti və ağız suyu vəziləri funksiyasının dəyişməsi.

İmmunpatoloji proseslər
Birincili (anadangəlmə) immunçatışmazlıq vəziyyətləri. İmmunitetin B-sisteminin zədələnməsinin üstünlüyü ilə gedən birincili immunçatışmazlıqlar. Birincili kombinəedilmiş immunçatışmazlıqlar. İmmunitetin T-sisteminin zədələnməsinin üstünlüyü ilə gedən birincili immunçatışmazlıqlar. İkincili (qazanılmış) immunçatışmazlıq. İkincili immunçatışmazlıqlar klinik-immunoloji sindrom kimi. Birincili immunçatışmazlıqlar zamanı ağız boşluğu toxumalarında dəyişikliklər. İkincili immunçatışmazlıqlar zamanı ağız boşluğunun toxumalarında xarakterik dəyişikliklər.

Allergiya
Allergiya haqqında anlayış. Allergenlər, onların təsnifatı. Allergik reaksiyaların təsnifatı. Həqiqi və yalançı allergik reaksiyalar. Atopiyalar. Təzahür formaları. Anafilaksiyadan fərqi. Atopik reaksiyaları törədən allergenlərin növləri. Atopiyaların müalicəsi zamanı qeyri-spesifik və spesifik desensibilizasiya. Blokadaedici anticisimlər. Sürətli gedişli allergik reaksiyaların inkişafında araxidon turşusunun metabolitlərinin rolu. Ləng gedişli allergik reaksiyalar. Əsas mərhələləri və inkişaf mexanizmləri. İmmunoloji tolerantlıq haqqında anlayış. Autoimmun reaksiyalar. Autoimmun xəstəliklərin inkişaf mexanizmləri. Ana ilə döl orqanizmi arasında olan immun konflikt, onun əsas formaları və nəticələri. Yenidoğulmuşların allergik xəstəlikləri. Uşaqların allergizasiya mənbəyi. Diatezlərin patogenezində allergiyanın əhəmiyyəti. Uşaqlarda immunpatoloji reaksiyaların patogenezi. Uşaqlarda immunçatışmazlıq vəziyyəti. Ağız boşluğu toxumalarının immun müdafiəsinin xüsusiyyətləri. Stomatologiyada allergik reaksiyalar. Məişət və sənaye allergenləri. Allergik dermatozların əmələ gəlməsində allergenlərin rolu.

Karbohidrat mübadiləsinin pozulmaları
Əsas və energetik mübadilənin pozulması. Karbohidrat mübadiləsinin pozulmasının səbəbləri. Karbohidrat mübadiləsini tənzimləyən mexanizmlərin pozulması. Şəkərli diabet və onun növləri. Şəkərli diabetin müxtəlif formalarının etiologiyası və patogenezi. Şəkərli diabet zamanı maddələr mübadiləsinin pozulması. Diabetik komanın inkişaf mexanizmi. İrsi fermentopatiyalar zamanı karbohidrat mübadiləsinin pozulması.

Zülal mübadiləsinin pozulması
Müsbət və mənfi azot balansı. Zülalların sorulmasının pozulması. Aminturşu mübadiləsinin pozulması. Zülal mübadiləsinin son mərhələsinin və sidik cövhəri sintezinin pozulması. Hiperazotemiya. Qan plazmasının zülal tərkibinin pozulması. Hiper-, hipo- və disproteinemiyalar, paraproteinemiyalar. Qan plazması zülallarının nəqliyyat funksiyasının pozulması. Nuklein turşularına qarşı olan anticisimlərin patologiyada rolu. Purin və pirimidin əsasları mübadiləsinin pozulması. Uşaqlarda purin əsasları mübadiləsinin pozulması xüsusiyyətləri. Podaqranın əmələ gəlmə mexanizmi, endo- və ekzogen amillərin rolu.

Lipid mübadiləsinin pozulması
Orqanizmə yağların az və ya həddən çox daxil olması. Alimentar, nəqledilmə və retension hiperlipemiyalar. Ümumi piylənmə, növləri və mexanizmləri. Xolesterin mübadiləsinin pozulması, hiperxolesterinemiya. Uşaqlarda lipid mübadiləsinin pozulmasının xüsusiyyətləri. Qlikosfinqolipidozların etiologiyası və patogenezi.
Su-elektrolit mübadiləsinin pozulması. Ödemlər
Hüceyrəxarici və hüceyrədaxili su balansı haqqında anlayış. Hüceyrədənxaric mayenin elektrolit tərkibi və osmotik təzyiqi. Natrium ionlarının rolu. Elektroneytrallıq və izoosmolyarlıq qanunları. Maye mühitləri arasında suyun yerdəyişmə mexanizmləri: damardaxili maye-interstisiya və interstisiya-hüceyrə. Bu proseslərin tənzimində simpatoadrenal sistemin, böyrəklərin adrenergik tənziminin, natrium-uretik amilin, renin-angiotenzin-aldosteron sisteminin və hormonların (insulin, parathormon) rolu. Hiper- və hipohidratasiya haqqında anlayış. Hiper- və hipohidratasiyanın izo-, hipo- və hiperosmolyar tipləri. Ödemlər, onlar haqqında anlayış. Ödemlərin növləri, etiologiyası, patogenezi. Ödemlərin nəticəsi.

Turşu-qələvi müvazinətinin pozulması
Orqanizmdə turşu-qələvi müvazinətinin pozulması, təsnifatı. Orqanizmin pH-nın sabit saxlanmasında iştirak edən fizioloji sistemlər – ağciyərlər və böyrəklərin rolu. Turşu-qələvi müvazinətinin pozulmasının növləri, səbəbləri, inkişaf mexanizmləri, laborator diaqnostikasının göstəriciləri. Turşu-qələvi tarazlığının pozulmaları zamanı qanın elektrolit tərkibinin xüsusiyyətləri. Turşu-qələvi müvazinətinin pozulmalarının kompensasiya mexanizmləri (təcili və uzun-müddətli). Dişlərin kariyesə uğramasında və parodontun iltihabi xəstəliklərinin inkişafında turşu-qələvi müvazinətinin pozulmasının rolu. Ağız boşluğunda turşu-qələvi müvazinətinin tənzimlənməsi prinsipləri.

Kalsium-fosfor və mikroelement mübadiləsinin pozulması
Kalsium-fosfor mübadiləsi tənziminin pozulması. Hipokalsiemiya. Hiperkalsiemiya. Hipofosfatemiya.  Hiperfos­fatemiya. Sümük toxuması və onun mineral mübadiləsində iştirakı. Mikroelement mübadiləsi pozulmasının müxtəlif xəstəliklərin inkişafında rolu.

Vitamin mübadiləsinin pozulması
Hiper-, hipo- və avitaminozlar, ekzogen (birincili) və endogen (ikincili) hipovitaminozlar (qidada çatışmazlıq, qidanın sorulması, daşınması və depolarda toplanmasının pozulması). Antivitaminlər haqqında anlayış. Hipo-, hiper- və avitaminozlar zamanı fizioloji funksiyaların və maddələr mübadiləsinin pozulması. Uşaqlarda D hipervitaminozunun və raxit xəstəliyinin etiologiyası və patogenezi. Raxitin D-rezistent forması. Raxitin müalicə və profilaktikasının əsas prinsipləri.

Aclıq
Ekzogen və endogen səbəbləri. Mütləq, tam, natamam və hissəvi aclıq. Zülal aclığı. Aclığın mərhələləri. Aclığın müxtəlif dövrlərində fizioloji funksiyaların və maddələr mübadiləsinin dəyişilməsi. Aclıq zamanı orqanizmin rezistentliyinə təsir edən amillər. Uşaqlarda aclığın xüsusiyyətləri. Müalicəvi aclıq haqqında anlayış.
Ekstremal vəziyyətlər haqqında anlayış (şok, kollaps, koma)
Stress haqqında Selyenin təlimi ümumi adaptasiya sindromu kimi. Stress reaksiyalarının səbəbləri (stressorlar) və inkişaf mexanizmi haqqında müasir baxışlar, stressorların növləri. Təcili və uzunmüddətli adaptasiyanın inkişafında stressin rolu. Distress və adaptasiya xəstəlikləri haqqında anlayış. Stress əleyhinə sistemlər haqqında anlayış, növləri. Stressin mərhələləri və inkişaf mexanizmi. Neyrohumoral amillərin rolu.

Şok
Şok anlayışı, şok mərhələlərlə inkişaf edən tipik patoloji proses kimi. Şokun etiologiyası və patogenezi. Şokun müxtəlif növlərinin (hemorragik, kardiogen, anafilaktik) patogenezinin əsas zənciri. Travmatik şokun torpid mərhələsində “qüsurlu dövran”ın formalaşması haqqında təsəvvürlər. Şok zamanı geridönməyən dəyişikliklər. Şokun müalicə və profilaktikasının patofizioloji əsasları.
Koma və kollaps
Növləri, etiologiyası və patogenezi. Komanın mərhələləri. Orqanizmin funksiyalarının pozulması. Müalicənin əsas prinsipləri.

Hipoksiya
Hipoksiya haqqında anlayış. Müxtəlif patoloji proseslərin patogenezində hipoksiyanın rolu. Oksigen aclığına qarşı ayrı-ayrı orqan və toxumaların dözümlülüyü. Hipoksiyanın təsnifatı. Hipoksiyanın etiologiyası və patogenezi. Hipoksiyanın müxtəlif növlərində arterial və venoz qanın qaz tərkibinin dəyişiklikləri. Hipoksiya zamanı əmələ gələn təcili və uzunmüddətli adaptasiya reaksiyaları və onların mexanizmi. Hipoksiyalar zamanı maddələr mübadiləsinin və orqanizmin fizioloji funksiyalarının pozulması. Hipoksiyanın profilaktikasının və müalicəsinin patofizioloji əsasları. Dölün və yenidoğulmuşun kəskin və xronik hipoksiyası. Hipoksiya və hiperoksiya zamanı yaş amilinin rolu. Ağız boşluğu selikli qişasının iltihabi xəstəliklərinin patogenezində yerli hipoksiyanın əhəmiyyəti.

Toxuma inkişafının patofiziologiyası
Hipo- və hiperbiotik proseslər. Hipotrofiya, atrofiya, kaxeksiya, distrofiya, hipertrofiya, regenerasiya və hiperplaziya. Şişlər. Ümumi anlayış. Xoş və bədxassəli şişlərin xarakterik cəhətləri. Şişlərin etiologiyası. “Kanserogenez” anlayışı. Şişlərin inkişafının risk amilləri və onların kanserogenezə gücləndirici təsirinin mümkün mexanizmləri. Fiziki, kimyəvi və bioloji kanserogen amillər. Növləri, təsir xüsusiyyətləri. Kanserogenezin mərhələləri: inisiasiya, promosiya, proqressiya. İnvaziya və metastaz vermə şişlərin proqressiyasının əsas əlamətləri kimi. Şişin orqanizmə sistem təsiri: paraneoplastik sindromlar. Şiş bioloji aktiv maddələrin mənbəyi kimi. Orqanizmin şişin inkişafına təsir göstərən amilləri (yaş, irsiyyət, şişəleyhinə müdafiənin hüceyrə və immun mexanizmlərinin rolu), antiblastom rezistentlik. Şiş hüceyrələrinin inkişafına şərait yaradan amil kimi apoptoza qarşı həssaslığın dəyişməsi. Mexanizmləri. Uşaqlarda şişin inkişaf xüsusiyyətləri. Onkoloji xəstəliklərin müalicəsinin əsas prinsipləri.
Orqan və sistemlərin patofiziologiyası

Qan sisteminin patofiziologiyası. Qanın formalı elementlərinin patologiyası
Dövr edən qanın həcminin dəyişilməsi. Hipo- və hipervolemiyalar, onların növləri, səbəbləri, inkişaf mexanizmləri və orqanizm üçün əhəmiyyəti. Qanitirmə zamanı orqanizmin müdafiə-kompensator reaksiyaları. Posthemorragik vəziyyətlər zamanı inkişaf edən dönən və dönməyən dəyişikliklər. Anemiya haqqında anlayış, etiologiya və patogenezinə, qanyaranmanın tipinə, rəng göstəricisinə, regenerasiyanın səviyyəsinə görə anemiyaların təsnifatı. Vaxtından əvvəl doğulmuş uşaqların anemiyası. Müxtəlif növ anemiyalar zamanı ağız boşluğu toxumalarında inkişaf edən pozulmaların mexanizmləri.
Leykositlərin kəmiyyət və keyfiyyət pozulmaları.Leykositozlar haqqında anlayış, növləri, inkişaf mexanizmləri. Leykoformulada nüvə təmayülü haqqında anlayış. Leykopeniyalar, növləri, inkişaf mexanizmləri. Leykositar sistemdə yaranan pozulmalar zamanı ağız boşluğunda baş verən dəyişikliklər. Leykozlar və leykemoid reaksiyalar. Leykozların etiologiyası və patogenezi. Müxtəlif növ leykozlar zamanı qanın mənzərəsi. Leykozların inkişafında istehsalat zərərlərinin rolu. Uşaqlarda leykozun gedişinin xüsusiyyətləri. Leykozlar zamanı ağız boşluğunda inkişaf edən dəyişikliklər.

Qanın fiziki-kimyəvi xassələrinin pozulması
Qanın maye halında qalmasını təmin edən sistemlər. Qan laxtalanmasının pozulma səbəbləri. Qanın disseminasiyalı damardaxili laxtalanması sindromu. Hemorragik diatezlər, növləri. Trombositopeniyalar və trombositopatiyalar zamanı ağız boşluğu orqanlarında inkişaf edən dəyişikliklərin patogenezi. Qanın fiziki-kimyəvi xassələrinin dəyişməsi. Qanın osmos və onkotik təzyiqi, özlülüyü, zülal tərkibi, eritrositlərin çökmə sürəti.
Ümumi qan dövranı sisteminin patofiziologiyası
Qan dövranının pozulmasının səbəbləri. Kəskin və xroniki ürək çatışmazlığı. Qan dövranının kompensasiya mexanizmləri (kardial, ekstrakardial, requlyator). Miokardın kompensator hiperfunksiyası, səbəbləri, inkişaf mərhələləri. Miokardın hipertrofiyası uzunmüddətli adaptasiyanın təzahürü kimi. Kompensator hiperfunksiyanın müxtəlif mərhələlərində miokardın funksional, metabolik, elektrolit xüsusiyyətlərinin müqayisəli xarakteristikası. Hipertrofiyalaşmış miokardın dekompensasiya mərhələsinin inkişaf mexanizmi, səbəbləri. Ürəyin işinin dekompensasiya əlamətləri, inkişaf mexanizmi. Miokardın işemiyası, mərhələləri. Miokardın işemiyası zamanı müdafiə mexanizmləri. Miokardın işemik zədələnməsinin məhdudlaşdırılmasında qlikolizin, adenil nukleotidlərinin, antioksidant müdafiənin aktivləşməsinin rolu. Kardiogen şok. Aritmiyalar, növləri. Damarların funksiyalarının pozulması. Ateroskleroz, mexanizmi və nəticəsi. Arterial hipertenziya: birincili, ikincili. Səbəbləri, inkişaf mexanizmləri, hemodinamik dəyişikliklər, ağırlaşmaları və nəticələri. Müalicə və profilaktikasının patogenetik prinsipləri. Arterial hipertenziya və ateroskleroz arasında qarşılıqlı əlaqə. Arterial hipotenziya: növləri, səbəbləri. Hipotenziyanın nəticələri. Uşaqlarda qan dövranı çatışmazlığının xüsusiyyətləri. Uşaqlarda funksional aritmiyalar, onların etiologiyası, patogenezi və əhəmiyyəti. Xroniki ürək-damar çatışmazlığı zamanı ağız boşluğu toxumalarında yaranan dəyişikliklər.
Tənəffüs sisteminin patofiziologiyası

Xarici tənəffüs çatışmazlığı. Tənəffüs çatışmazlığı haqqında anlayış. Əsas səbəbləri və patogenezi. Xarici tənəffüsün pozulması zamanı kompensasiya mexanizmləri: ağciyərdaxili və ağciyərdənxaric. Alveolyar ventilyasiyanın pozulması ilə əlaqədar yaranan tənəffüs çatışmazlığı, səbəbləri, inkişaf mexanizmləri. Tənəffüs çatışmazlığının obstruktiv və restriktiv növü. Ağciyərlərdə qazların diffuziyasının pozulması ilə əlaqədar yaranan tənəffüs çatışmazlığı, səbəbləri, inkişaf mexanizmləri. Ağciyərlərdə qan dövranının pozulması ilə əlaqədar baş verən tənəffüs çatışmazlığı, səbəbləri, inkişaf mexanizmləri. Ventilyasiya-perfuziya göstəricisinin dəyişilməsi. Hiperkapnik (ventilyasion) və hipoksemik (parenximatoz) tip tənəffüs çatışmazlıqları. Təngnəfəslik. Növləri, inkişaf mexanizmi. Tənəffüs çatışmazlığının dərəcələri və onların qiymətləndirilmə meyarları. Patoloji tənəffüs, tipləri, inkişaf səbəbləri. Ağciyərlərin metabolik funksiyalarının dəyişilməsi, surfaktant sisteminin pozulması.
Həzm sisteminin patofiziologiyası
Həzm sistemi xəstəliklərinin əsas səbəbləri. İştahanın, ağız suyu ifrazının, çeynəmənin, udma aktının pozulması. Mədə funksiyalarının pozulması. Funksional və üzvi axlorhidriya və axiliya. Xronik qastrit. Növləri, etiologiya və patogenezi. Xora xəstəliyi haqqında anlayış, etiologiya və patogenezi. Helicobacter pylori. Xora xəstəliyinin patogenezində turşu-peptik amillərin nisbətinin və mədənin selikli qişasının müdafiə xassələrinin pozulmasının əhəmiyyəti. Onun qastroduodenal sistem pozulmalarının inkişafında rolu. Mədəaltı vəzinin sekretor funksiyasının pozulması. Pankreatik şok. Malabsorbsiya sindromu haqqında anlayış, növləri, səbəbləri və əlamətləri. Bağırsaq keçməzliyi haqqında anlayış. Bağırsaq keçməzliyinin növləri. Etiopatogenezi. Elektrolit mübadiləsinin və turşu-qələvi müvazinətinin pozulması. Uşaqlarda iştaha pozulmasının xüsusiyyətləri. Körpə uşaqlarda qidanın tərkibində zülal çatışmazlığı və ya artıqlığı. Mədə-bağırsaq traktının patologiyaları ilə diş-çənə sisteminin xəstəlikləri arasında əlaqə. Sialozlar və sialoadenitlər, formaları, patogenezin əsas zənciri. Ağız suyu vəzilərinin xəstəliklərinin modelləşdirilməsi və diaqnostikasının prinsipləri.

Qaraciyərin patofiziologiyası
Qaraciyərin funksiyalarının eksperimentdə öyrənilmə metodları. Qaraciyər xəstəliklərinin ümumi etiologiyası və patogenezi. Qaraciyər çatışmazlığı haqqında anlayış, əlamətləri. Qaraciyər ensefalopatiyası, səbəbləri, əlamətləri, inkişaf mexanizmi. Portal hipertenziya, inkişaf mexanizmi, əlamətləri. Sarılıqlar, səbəbləri, növləri, inkişaf mexanizmləri. Xolemiya, səbəbləri, xolemiya zamanı orqanizmdə baş verən dəyişikliklər. Uşaqlarda sarılığın xüsusiyyətləri. Diş-çənə sistemi xəstəliklərinin inkişafında qaraciyərin rolu. Xronik qaraciyər çatışmazlığı zamanı ağız boşluğunda baş verən dəyişikliklər. Qaraciyər komaları. Qaraciyərin şiş və distrofik dəyişikliklərin inkişafında hepatotrop zəhərlərin rolu.

Böyrəklərin patofiziologiyası
Böyrək funksiyalarının pozulmasının ümumi etiologiyası və patogenezi. Diurezin böyrəkdaxili və böyrəkdənxaric səbəblərdən dəyişilməsi. “Oliquriya”, “anuriya” anlayışı. Böyrək patologiyaları üçün xarakterik olan əsas sindromlar. Kəskin və xronik böyrək çatışmazlığı haqqında anlayış. Səbəbləri, inkişaf mərhələləri. Əsas pozulmalarının patogenezi. Uremik sindrom haqqında anlayış. Patogenezinin əsas mexanizmləri. Kəskin və xronik diffuz qlomerulonefrit. Qlomerulonefrit zamanı yumaqcıqların zədələnməsinin immun mexanizmləri. Uşaqlarda sidiyin əmələgəlmə və xaricedilmə xüsusiyyətləri, böyrək çatışmazlığının inkişafında onun əhəmiyyəti. Diş-çənə sistemi xəstəliklərinin inkişafında böyrək patologiyalarının rolu.

Endokrin sistemin patofiziologiyası
Endokrinopatiyaların ümumi etiologiyası və patogenezi. Daxili sekresiya vəzilərinin qabıq-hipotalamo-hipofizar tənziminin pozulması. Endokrin vəzilərin funksiyasına liberin və statin balansının pozulmasının təsiri. Hipotalamo-hipofizar pozulmaların patogenezi. Yatrogen endokrinopatiyalar. Dölün endokrinopatiyalarının inkişafında ana orqanizminin hormonal pozulmalarının əhəmiyyəti. Uşaqlarda endokrin pozulmaların xüsusiyyətləri. Timus vəzinin patologiyası zamanı uşaqlarda immunoloji reaktivliyin, inkişafın və boyatmanın pozulması. Limfatikohipoplastik diatez. Ağız boşluğu toxumalarının patologiyasında hormonal pozulmaların rolu.
Sinir sisteminin patofiziologiyası. Sinir sistemi funksiyalarının pozulmasının ümumi etiopatogenezi
Sosial amillərin rolu. Patogen amillərin sinir sisteminə daxil olma yolları, birincili və ikincili pozulmalar. Sinir sisteminin müdafiə-kompensator mexanizmləri. Membranın funksional xüsusiyyətlərinin pozulması. Hüceyrə daxilinə impulsların ötürülməsinin pozulması. Sinaptik proseslərin pozulması: pre- və postsinaptik mexanizmlər. Sinir strukturlarının deafferentasiyası. Mərkəzi sinir sistemi (MSS) funksiyalarının pozulmasının universal mexanizmləri. Neyronun patoloji hiperaktivliyi, patoloji determinant və patoloji sistem. Patoloji dominantlıq. Hissiyyatın pozulması. Ağrı – orqanizmin zədələyici amilə qarşı inteqrativ reaksiyası kimi. Nosiseptiv qıcıqlandırıcılar və onların təsir mexanizmi. Ağrının humoral amilləri: kininlər və neyropeptidlər. Ağrı reaksiyalarının vegetativ komponentləri. Ağrı zamanı intensivliyi müəyyən edən amillər. Zədələnmə siqnalı kimi ağrının bioloji əhəmiyyəti. “Fizioloji” və “patoloji” ağrı haqqında anlayış. Mərkəzi və periferik mənşəli ağrının inkişaf mexanizmi. Ağrının azaldılmasının endogen mexanizmləri. Ağrı – antinosiseptiv sistemin zədələnməsinin nəticəsi kimi. Ağrısızlaşdırmanın patofizioloji əsasları: refleksoterapiya. Hərəkətin neyrogen pozulması, hiper- və hipokinetik vəziyyətlər, parezlər və ifliclər. Miasteniya. Qıcolmalar, onların növləri və mexanizmi.

Vegetativvəalisinirsistemininpatofiziologiyası
Növləri, mexanizmi, vegetativ distoniyalar haqqında anlayış. Sinir trofikasının pozulması. Neyrodistrofik proseslər. Denervasion trofik pozulmalar. Neyrodistrofiyanın metabolik, funksional və struktur təzahürləri. Ali sinir fəaliyyətinin pozulması. Nevrozlar. Onların xarakteristikası. Nevrozların bioloji və sosial aspektləri. Eksperimental nevrozlar. Nevrozların neyrofizioloji mexanizmləri. Psixoemosional stresslərin ali sinir fəaliyyətinin konstitusional tipindən asılı olaraq nevrozların inkişafında rolu. Endokrin pozulmaların, infeksion və digər sosial amillərin rolu. Nevrozların əsas əlamətləri. İnsanda nevroz, nevrasteniya, isteriya və fobiya. Nevrozlar xəstəlikönü vəziyyət kimi.

ƏDƏBİYYAT
1.  Əliyev S.C., Əliyev M.X. Patoloji fiziologiya. 2 cilddə. Bakı: Təbib, 2015, 2016
Məmmədov Y.C., Təqdisi C.H., İslamzadə F.İ. Patoloji fiziologiya: II nəşr, Bakı: Müəllim, 2004, 667 s.
Əliyev S.C., Əliyev M.X. Patoloji fiziologiyadan atlas (Azərbaycan, rus və ingilis dillərində). Bakı: Azərbaycan, 2008, 468 s.
Адо А.Д., Адо М.А и др. Патологическая физиология. М.: Триада-Х, 2000, 574 с.
5.  Зайко Н.Н., Быця О.В. Патологическая физиология: М.: МЕДпресс-информ, 2002, 2008
6.  Литвицкий П.Ф. Патофизиология. В 2-х т. M.: ГЭОТАР-Медиа, 2006
7.  Новицкий В.В., Гольдберг Е.Д., Уразова О.И. Патофизиология. В 2-х т. M.: ГЭОТАР-Медиа, 2010
8.  Robbins, Kumar V., Abdul K.Abbas, N.Fausto, Ricard N.Mitchell. Basic Pathology. 8-th edition. 2007,
902p.