Allerqologiya və immunologiya ixtisasından minimum imtahan proqramı

Allerqologiya üzrə xüsusi biliklər İmmunokimyəvi/seroloji. İmmunoqlobulinlər. İmmunoqlobulinlərin yarımsinifləri. Ümumi və spesifik İqE. Tosqun hüceyrələrin triptaza sınağı. Antinuklear sitoplazmatik antitellər. Komplement komponentləri.C1 esteraza inhibitorları. Spesifik İqG titrləri.

Hüceyrə tədqiqatları. Hüceyrə markerləri/subpopulyasiyalar (immunodefisit, reaktiv, qeyri plastik vəzlər). Limfositlərin funksiya/aktivasiyası. Neytrofillərin funksiyası. Stokinlərin in vivo/in vitro sintezi.

Molekulyar tədqiqatlar. Blottinq. PZR. İq/T hüceyrə reseptorları genlərinin yenidən qurulması. Laborator tədqiqatların aparılmasına olan göstərişlərin müzakirəsi. Tədqiqatların nəticələrini anamnez edə bilmək və onların klinik əhəmiyyətini qiymətləndirmək. Laborator tədqiqatların dəqiqliyi, həssaslığı və spesifikliyini qiymətləndirməyi bacarmaq. Laborator tədqiqatlara olan göstərişlər. Laborator tədqiqatların klinik əhəmiyyət baxımından məhdudiyyət, həssaslıq və spesifiklik dərəcəsi.

Atopik dermatit, patogenezi, diaqnostikası, differensial diaqnostikası, ağırlıq dərəcəsi, yerli müalicədə istifadə olunan vasitələr.

Təmas (kontakt) dermatiti.

Allergik rinit, sinusitlər. Pollinozlar ARİA proqramı

Bronxial astma. GİNA02017. Kəskin və xroniki öskürək. Astmanın differensial diaqnostikası. Bronxial obstruksiya sindromu. Allergik bronx-agciyər aspergillozu

Qida allergiyası və qida dözülməzliyinə dair beynəlxalq tövsiyyələr. Eozinofil ezofagit. Differensial diaqnozu.

Kəskin və xroniki övrə. Allergik və irsi Kvinke ödemi.
Dərman allergiyası. Anafilaksiya. Anafilaksiyada ekspert ışşi qrup tərəfindən 2006-cı ildə çap olunan diaqnosik kriteriyalar. Anafilaksiyada müxtəlif yaş qrupuna aid (1 aydan 1 yaşa qədər, 1 yaşdan 10 yaşa qədər, 11 yaşdan 17 yaşa qədər) aşağı sistolik AT –qin göstəriciləri
Həşərat sancmasına qarşı allergiya. İnsekt allergiyanın diaqnozunda dəri-prick testləri, in vitro testlər və onların çatışmayan cəhətləri. Həşəratlardan qorunma yolları. Allergik xəstələrdə həşərat sancması nəticəsində yaranan sistem reaksiyanın müalicəsi.
Lateksə qarşı allergiya. Lateksə qarşı allergiyalı xəstələrin klinik əlamətləri, müayinəsi və müalicəsi, eləcə də prosesin diaqnostikası, uyğun tədqiqatların aparılması, allergenlərdən qorunma yolları və sistem reaksiyaların uzun müddətli müalicəsi. Lateksə qarşı reaksiyanın gedişi, etiologia və klinik nəticələrin spektrini təsviri. “Risk qrupu”nun müəyyən edilməsi. Latekslə kontakta səbəb ola biləcək mənbələrin izah edilməsi.
Pediatrik allerqologiya. Uşaqlarda allergiyanın risk faktorlarını, “allergik marşın”
klassik əlamətləri və birincili profilaktikaya mümkün yanaşmalar. Yeni doğulmuşlar və böyük uşaqların qidalanmasına olan tələblər. Südə qarşı İqE asılı və İqE asılı olmayan allergik sınaqları izah etmək.
Bağırsağın iltihabi xəstəlikləri, laktozaya dözülməzlik və digər anadangəlmə və qazanılmış qida allergiyası/dözülməzlik sindromaları ilə diferensasiya. Ana südünün immunoloji xüsusiyyətləri Astma, rinitlər, anafilaksiya zamanı xüsusi pediakrik dozaların seçilməsi.
Allergen spesifik immunoterapiya. İmmun terapiya üçün nəzərdə tutulan müxtəlif peyvənd preparatlarını göstərməli, onların nisbi üstün və çatışmayan cəhətləri. Desensibilizasiyaedici inyektorlardan öncə, eyni zamanda və sonra uyğun monitorinqi izah etməli. İmmunoterapiyanın aparılma yollarını (peroral, sublinqval və s.). Allerqopeyvəndlərin hazırlanması və yeridilməsi. Adi və sistem reaksiyalar, eləcə də anafilaksiya zamanı müalicə taktikası. Gözlənilən reaksiyalar və ya müdaxilələr zamanı adekvat dozanın seçilməsi. Hər xəstə üçün fərdi rejimin seçilməsi. İmmunoterapiyanın təhlükəsiz aparılması üçün eyni zamanda adekvat klinik müalicənin təyin edilməsi.

İmmunologiya üzrə fundamental biliklər. Orqanizmin müdafiə prinsipləri.
Hüceyrələrin zədələnməsi/ölümü və iltihab. Qeyri spesifik müdafiə mexanizmləri (baryer, humoral, hüceyrə). Spesifik müdafiə mexanizmləri (humoral/hüceyrəvi)
Komplement. Genetika, struktur funksiyası, müdafiədə və xəstəliklər zamanı nəzarət. Defisitlər.
Kəskin faza cavabı və iltihab. Mielomonositar sıra hüceyrələr. Natural killerlər
(NK hüceyrələr) və qeyri spesifik müdafiə. Komplement və Fc reseptorlar, adgeziya molekulları. Faqositoz, intrasellülar/ekstrasellülar məhv.
T və B limfositlər. Ontogenez, fenotip, subpopulyasiya. Reseptor/liqandanın qarşılıqlı təsiri və hüceyrələrin aktivləşməsi. Effektor funksiyalar. TH1, TH2 və B hüceyrələrin funksiyaları. T hüceyrələr, B hüceyrələr və makrofaqlarla arasındakı qısa qarşılıqlı əlaqə. İmmunoqlobulin, onların sinif və yarımsiniflərini müəyyən etməyin zamanının dəqiqləşdirməsi.

Limfositlərin miqrasiyası. Limfoid sistemin müxtəlif hissələri.
Sitokinlər, xemokinlər və immunorequlyatorlar. Sitokinlər və xemokinlər: mənbəyi, quruluşu, effekti, təyinat nöqtələri, metabolizmin requlyasiyası və genlərin aktivləşməsi. İltihab mediatorları (leykotrienlər, prostaqlandinlər və trombosit-aktivləşdirən faktor): mənbəyi, strukturu, effekti, təyinat nöqtəsi (reseptor), metabolizm və requlyasiyası.
İmmunoterapiya. Dərman. Antitellər. Rekombinant molekullar. Allergen xüsusiyyətli peyvəndlər.
Hiperhəssaslıq mexanizmləri. İqE vasitəli: kəskin və gecikmiş faza reaksiyaları. İqE, İqA və İqM vasitəli: opsonlaşma, komplementin fiksasiyası, antitel asılı, hüceyrə asılı sitotoksiklik, stimulyasiya və blokada. İmmunokompleks vasitəli: fiziki kimyəvi xüsusiyyətlər və klirens. İqG yarımsiniflərinin funksiyası. Hüceyrə vasitəli: iştirak edən heceyrələr, effektor mexanizmlər və qranuloma formalaşması.

Autoimmun mexanizmlər.
Hüceyrə immuniteti. Rezus konflikti. Ana-döl qarsılıqlı təsirin immunopatologiyası. Döl və yenidoğulmuşlarda hemolitik anemiyaların immun mexanizmləri (rezus-münaqişə və s.), müalicə və profilaktika yolları.
Kliniki immunologiya. İmmunodefisit xəstəliklərinin təsnifi. İmmunodefisit xəstələrin infeksion prosesin inkişafına daha tez-tez səbəb olan mikroorqanizm tipləri, diferensial diaqnoz, respirator traktın təkrari infeksiyaları, mukovissidoz daxil olmaqla, İqE vasitəli proseslər.
Birincili immunodefisitlər. Selektiv İgA defisiti. Viskott-Oldric sindromu. Ümumi dəyişkin (variabel) immunodefisiti. Ataksiya-teleangiektaziya. Timoma. Selikli qişaların və dərinin xroniki kandidozu. E hiperimmunoqlobulinemiyası sindromu. Anticism və T-hüceyrə immunitetinin pozulmaları. Komplement defisiti, faqosit və neytrofil funksiyasında qüsurlar. Faqositar disfunksiya ilə əlaqəli xəstəliklər. Həm T, həm də B hüceyrələrin immunodefisiti ilə əlaqədar xəstəliklər.
İkincili immunodefisitlər. Hamilələrdə immunopatologiya (toksikozlar). Sonsuzluğun immun mexanizmləri (antispermal immunitet), immunodiaqnostika. İmmun kontrasepsiya.
Neonatal dövrdə və uşaqlarda immun sistemi fəəaliyyətinin yaş xüsusiyyətləri. Uşaqlarda immunopatolojı və allergik xəstəliklərin etiologiyası, patogenezi, klinik gedişatın xüsusiyyətləri. Neonatolojı və pediatrik təcrübədə immunokorreksiya və immunoprofilaktika. Spesifik immunoprofilaktika.
Qoca yaşda immun sistemi fəaliyyətinin yaş xüsusiyyətləri. Yaşlılarda immunopatolojı və allergik xəstəliklərin etiologiyası, immunopatogenezi, klinik gedişatın xüsusiyyətləri. Herontolojı praktikada immunokorreksiya və immunoprofilaktika.

Splenektomiyadan sonra yarannan immunodefisit.
Qlukokortikoidlərin və antibiotiklərin immunodepressiv təsiri. Reproduksiya və hamiləliyin immunologiyası.
Laborator immunodiaqnostika. 1-ci və 2-ci səviyyəli testlərlə immun sistemin qiymətləndirilməsi. Analitik testlərin aparılması. Seroloji üsullar. İmmun sistemi hüceyrələrin fenotipləndirilməsi. Limfositlərin yetişdirilməsi. İmmunositokinlərin təyin edilməsi. İmmunoferment və radioimmun diaqnostik üsullar. Polimeraz zəncirvari reaksiya. Ebşteyn-Barr virusu.