STATIK BIOKIMYADAN PROQRAM
Sadə zülalların biokimyəvi xarakteristikası
Aminturşuların müxtəlif prinsiplərə əsaslanan təsnifatı (radikalın xarakterinə görə, yan zəncirində ion yükünə görə, amin- və karboksil qruplarının sayına görə, bioloji roluna görə, radikalın polyarlığına görə).
Proteinogen və qeyri-proteinogen aminturşuların quruluşu (misal göstərmək), onların ümumi xarakteristikası və metabolizmdə rolu.
Aminturşuların fiziki-kimyəvi xarakteristikası: stereoizomerliyi, optik fəallığı, həllolma və dissosiasiyaetmə qabiliyyəti, mühitin pH-dan asılı olaraq aminturşuların forması, aminturşuların titrləmə əyriləri və izoelektrik nöqtəsi, onların orqanizm üçün əhəmiyyəti.
Aminturşularda amin- və karboksil qruplarının iştirakı ilə gedən reaksiyalar (aminsizləşmə, Senger, Edman, ninhidrin reaksiyaları, amidləşmə və dekarboksilləşmə reaksiyaları). Tripeptidi yazmaq və adlandırmaq.
Zülalların kimyəvi tərkibi, orqanizmdə yayılması, funksiyalarına görə nümayəndələri. Bioloji materiallardan alınması (homogenizasiya, ekstraksiya, fraksiyalaşdırılma). Duzlaşdırma və bu prosesin məhlulun ion qüvvəsindən asılılığı. Xromatoqrafiya və elektroforez, növləri və prinsipi.
Zülalların fiziki-kimyəvi xassələri: formaları, molekul kütləsi və təyini üsulları, həllolma qabiliyyəti, Hofmeyster sırası, optik xassələri, amfoterliyi, izoelektrik nöqtəsi. Denaturasiya - denaturasiyaedici amillərin təsir xüsusiyyətləri. Renaturasiya.
Struktur əlamətlərinə əsaslanan zülalların təsnifatı - onların xassələri, bioloji funksiyaları. Fibrilyar zülalların strukturunun əsas xüsusiyyətləri: funksiyalarına görə qrupları. Kollagen – yayılması, aminturşu tərkibi, molekulunun möhkəmliyini təmin edən rabitələr, kollagenin protomeri – tropokollagen. Keratin – yayılması, a- və b-keratinlər, onların aminturşu tərkibi.
Zülal molekulunun struktur mütəşəkilliyinin səviyyələri, onların xüsusiyyətləri. Birincili quruluşu, rabitə növləri. Zülal molekulunda aminturşularının tərkibinin tətbiqi üçün istifadə edilən üsullar: hidroliz (növləri, qüsurları), zəncirdə N- və C-terminal aminturşuların və disulfid rabitələrinin təyini.
İkincili quruluşun tipləri, onların formalaşmasının xüsusiyyətləri, rabitə növləri. Üçüncülü quruluşun fəza konfiqurasiyasını əmələ gətirən rabitə növləri. Dördüncülü quruluş: oliqomerlərin əmələ gəlməsində iştirak edən rabitələr. Dördüncülü quruluşlu zülallar (misallar).
Təbii peptidlər – mənşəyinə və təsir spesifikliyinə görə növləri, nümayəndələri; angiotenzin və kininlərin mənbəyi, əmələ gəlməsinin sxemi və iştirak edən fermentlər, əhəmiyyəti; qlutation, karnozin, anserin – quruluşları, yayılması, əhəmiyyəti.
Sadə zülallar – təsnifatının prinsipi. Albuminlər və qlobulinlər, prolaminlər və qlütelinlər, protaminlər və histonlar. Skleroproteinlər,onların təbiətdə yayılması, aminturşu tərkibi, xassələri, əhəmiyyəti.
Mürəkkəb zülallar və nuklein turşularının biokimyəvi xarakteristikası
Metallı proteinlər, nümayəndələri, zülali hissə ilə metalın arasında rabitə növü, yayılması, əhəmiyyəti. Metalloidli proteinlər.
Fosfoproteinlər: nümayəndələri, yayılması, prostetik qrupun zülali hissə ilə rabitə növü. Fosforlaşma və defosforlaşma proseslərinin əhəmiyyəti.
Qlikoproteinlər və proteoqlikanlar: nümayəndələri, bioloji rolu, yayılması, karbohidrat komponentinin tərkibi və sayı (misallar), sial turşularının vacibliyi. Karbohidrat komponentini zülali hissə ilə birləşdirən rabitə növləri. Qan serumunda parçalanma məhsullarının - karbohidrat komponentlərinin təyininin prinsipi və diaqnostik əhəmiyyəti (Hess üsulu).
Lipoproteinlər və proteolipidlər: fiziki-kimyəvi xassələri, yayılması, orqanizmdə lokalizasiyası, zülal-lipid arasında rabitə növləri, apolipoproteinlərin növləri. Qan plazmasında lipoproteinlərin fraksiyaları, onların struktur xüsusiyyətləri, sintezi və funksiyaları.
Xromoproteinlər: təsnifatı, nümayəndələri. Flavoproteinlər, yayılması, mübadilədə rolu.
Hemproteinlər: nümayəndələri, bioloji rolu. Hemin quruluşu. Hemoqlobin: dördüncülü quruluşun əmələ gəlməsi, heterogenliyi, kimyəvi xassələri, kooperativlik effekti. Bor effekti, allosterik tənzimedicilər.
Hemoqlobinin formaları: oksihemoqlobin, karbhemoqlobin, methemoqlobin, karboksihemoqlobin – onların struktur və funksional xüsusiyyətləri.
Mioqlobin və hemproteinlərin digər nümayəndələri (katalaza, peroksidaza, sitoxromlar).
Nukleoproteinlər: onların növləri, zülali hissə ilə nuklein turşuları arasında rabitə növləri, hüceyrədə yayılması.
Purin və pirimidin əsasları: onların laktam və laktim formaları. Minor formaları (misal göstərmək). Nuklein turşularının tərkibinə daxil olmayan azot əsasları.
Nuklein turşularının ümumi xarakteristikası, nukleozid və nukleotidlər (misal göstərmək), sin- və antikonfiqurasiyası.
DNT-nin birincili quruluşunu əmələ gətirən rabitə növləri, birincili quruluşunun öyrənilməsində iştirak edən fermentlər. İkincili quruluşun formalaşmasında Çarqaff qaydalarının rolu.
DNT-nin üçüncülü quruluşu: nukleosomların əmələ gəlməsində iştirak edən zülallar. Xromatinin quruluşu.
RNT-nin strukturunun əsas xüsusiyyətləri. DNT-dən fərqləndirən əlamətləri. RNT-nin növləri. RNT-nin ikincili və üçüncülü quruluşlarının formalaşması. n-RNT-nin quruluşu: akseptor sahə, antikodon, "ilgəklər" anlayışı.
Fermentlər (enzimlər)
Fermentlərin qeyri-üzvi katalizatorlardan fərqləri. Fermentlərin kimyəvi təbiəti, aktiv və allosterik mərkəzləri. Sadə və mürəkkəb fermentlər.
Kofermentlər və prostetik qruplar. Vitamin kofermentləri: onların quruluşu və mübadilədə iştirakı.
Tərkibində vitamin olmayan kofermentlər: nukleotid kofermentləri, metallı porfirinlər, metallı fermentlərin qrupları, monosaxaridlərin fosforlu efirləri, qlutation, onların boloji rolu.
Profermentlər (zimogenlər), əmələ gəlməsi. Izofermentlər, onların kimyəvi təbiəti və tibbdə diaqnostik əhəmiyyəti (misal göstərmək).
Poliferment sistemləri: onların mütəşəkkilliyinin 3 tipi (misal göstərmək). Fermentlərin hüceyrə orqanoidləri, orqan və toxumalarda lokalizasiyası. Fermentlərin aktivlik vahidləri.
Fermentlərin nomenklaturası və təsnifatı. Fermentlərin əsas 6 sinifi, yarımsinifləri və şifri
Fermentlərin təsir mexanizmi: aktivləşmə enerjisi, Mixaelis-Menten nəzəriyyəsi, Koşlend nəzəriyyəsi - "induksiya edilən uyğunlaşma", oriyentasiya, deformasiya effektləri. Turşu-qələvi, elektrofil, nukleofil, kovalent kataliz.
Reaksiyanın sürətinin substratın və fermentin qatılığından asılılığı. Mixaelis əmsalının - fermentlə substratın bir-birinə uyğuluğunun izahatı.
Fermentlərin əsas xassələri: spesifikliyinin növləri, termolabilliyi, mühitin pH-nın fermentlərin aktivliyinə təsiri.
Fermentlərin aktivatorları. Aktiv mərkəzə təsir edən aktivatorlar - kofaktorlar, substratlar, metal ionları. Aktiv mərkəzdən kənar hissələrə təsir edən aktivatorlar. Qeyri-aktiv profermentlərin hissəvi proteoliz yolu ilə, sulfhidril qrupların mühafizə etmək yolu ilə, qeyri-aktiv ferment komplekslərinin dissosiasiya yolu ilə.
Fermentlərin inhibisiyasının əsas tipləri (dönər və dönməz). İnhibitorların növləri: rəqabət aparan, rəqabət aparmayan və rəqibsiz (misal göstərmək), orqanizmə təsiri. Reaktivatorlar (misal göstərmək).
Maddələr mübadiləsinin tənzimində fermentlərin sintezinin və fəallığının əhəmiyyəti. Fermentlərin miqdarının dəyişməsi: induksiya və repressiya. Bioloji membranlar vasitəsilə idarə edilməsi: kompartmentasiya, "məkik mexanizmlər".
Fermentlərin fəallığının tənzimi: kütlələr təsiri qanunu, əks-əlaqə prinsipi (retro-inhibisiya), profermentlərin fəal fermentlərə çevrilməsi, fermentlərin kimyəvi modifikasiyası, allosterik tənzim.
Fermentlərin tətbiqi: “Immobilizasiya edilmiş fermentlər”, enzimopatologiya. enzimoterapiya və enzimdiaqnostika
Vitaminlər
Vitaminlərin biokimyəvi xarakteristikası: nomenklaturası (fizioloji təsirinə görə adı, latın qrafikası ilə işarələnməsi, kimyəvi adı), təsnifatı (fiziki-kimyəvi xassələrinə, bioloji təsirinə görə), vitamerlər, rovitaminlər, vitamin balansının dəyişiklikləri.
A vitamini: adları, quruluş xüsusiyyətləri, vitamerləri, provitaminləri, biokimyəvi funksiyaları, hipo- və hipervitaminozu, təbii mənbələri.
D vitamini: adları, quruluş xüsusiyyətləri, metabolizmi, hidroksilləşmiş aktiv formaların əmələ gəlməsi və biokimyəvi funksiyaları, avitaminozu, hipervitaminozu, təbii mənbələri.
E vitamini: adları, quruluş xüsusiyyətləti, vitamerləri, metabolizmi, antioksidant təsiri, avitaminozu, təbii mənbələri.
K vitamini: adları, quruluş xüsusiyyətləri, vitamerləri, metabolizmi, biokimyəvi funksiyaları, balansının pozulması, təbii mənbələri.
B1 vitamini: adları, quruluş xüsusiyyətləri, metabolizm; kofermentləri- quruluş xüsusiyyətləri (kokarboksilaza), maddələr mübadiləsində rolu, avitaminozu, təbii mənbələri.
B2 vitamini: adları, quruluş xüsusiyyətləri, metabolizmi, koferment formaları – FMN və FAD, onların sintezi, strukturu, biokimyəvi funksiyaları, avitaminozu, təbii mənbələri.
B3 vitamini (pantoten turşusu): adları, quruluş xüsusiyyətləri, metabolizmi, kofermentləri, biokimyəvi funksiyaları, çatışmazlığı, təbii mənbələri.
PP vitamini (nikotin turşusu): adları, quruluşu, metabolizmi, kofermentləri – NAD+ və NADF+, onların biosintezi, strukturu, biokimyəvi funksiyaları,çatışmazlığı, təbii mənbələri.
B6 vitamini: adları, vitamerləri, quruluşu, metabolizmi, kofermentləri – PALF və PAMF, onların strukturu, biokimyəvi funksiyaları, avitaminozu, təbii mənbələri.
Fol turşusu: adları, quruluş xüsusiyyətləri, metabolizmi, kofermentləri, biokimyəvi funksiyaları, çatışmazlığı, təbii mənbələri.
B12 vitamini: adları, kimyəvi təbiəti, metabolizmi, kofermentləri, biokimyəvi funksiyaları, çatışmazlığı, səbəbləri və əlamətləri, təbii mənbələri.
H vitamini (biotin): adları, quruluşu, metabolizmi, biokimyəvi funksiyaları, çatışmazlığı, avidin, təbii mənbələri.
C vitamini (askorbin turşusu): adları, quruluşu, metabolizmi, biokimyəvi funksiyaları, avitaminozu, təbii mənbələri.
P vitamini: adları, kimyəvi təbiəti, metabolizmi, biokimyəvi funksiyaları, avitaminozu, təbii mənbələri.
Inozit, lipoy və orot turşuları: adları, quruluşları, metabolizmi, biokimyəvi funksiyaları, təbiətdə yayılması.
B15 vitamini, karnitin, paraaminbenzoy turşusu- adları, quruluşu, mübadilədə rolu, çatışmazlığı, təbii mənbələri.
U və F vitaminləri, xolin, ubixinon: adları, quruluşu, biokimyəvi funksiyaları, təbii mənbələri.
Vitaminoterapiyanın növləri və onların müxtəlif xəstəliklərdə müalicəvi əhəmiyyəti. Vitaminlərin, kofermentlərin və antivitaminlərin tibbdə dərman maddələri kimi istifadəsi.
Bioloji oksidləşmə
Oksigenin istifadə yolları. Bioloji oksidləşmə və toxuma tənəffüsü. Bax və Palladin nəzəriyyələri, müasir nəzəriyyə.
Tənəffüs zəncirinin funksiyası, strukturu, komponentlərinin redoks-potensialına görə ardıcıl lokalizasiyası. Elektron və protonların oksigenə ötürülməsi (sxem).
Oksidləşməklə fosforlaşma. P/O əmsalı. Oksidləşməklə fosforlaşma prosesinin mexanizmini izah edən müasir nəzəriyyə (Mitçel nəzəriyyəsi). Mitoxondrilərin daxili membranında proton potensialının yaranma mexanizmi, H+-ATF-sintaza və ADF-ATF-translokaza, onların strukturu, lokalizasiyası və funksiyası.
Tənəffüs nəzarəti. Orqanizmdə istilik yaranma prosesinin tənzimedilmə mexanizmi (əzələ titrəməsi, sərbəst oksidləşmə, qonur piy toxuması). Oksidləşmə ilə fosforilləşmə arasındakı əlaqələri pozan kimyəvi birləşmələr. Hipoenergetik vəziyyətlər.
Oksigenaza reaksiyaları: mono- və dioksigenazalar. Mikrosomal oksidləşmə, mikrosomal zəncir və onun komponentləri, əhəmiyyəti. Sitoxrom P450, ekzogen və endogen substratların oksidləşməsində onun rolu.
Peroksidaza reaksiyaları, onların əhəmiyyəti. Sərbəstradikallı oksidləşmə. Oksigenin aktiv formaları (superoksid anion, sərbəst hidroksil radikal, sinqlet oksigen). Lipidlərin peroksidləşməsi. Malondialdehidinin, epoksidlərin, ketonların, lipoperoksidlərin əmələ gəlməsi. Prooksidantlar.
Antioksidantlar. Orqanizmin oksigenin toksik təsirindən mühafizə edilməsi mexanizmləri. Antioksidant təsirli fermentlər, vitaminlər və vitaminəbənzər maddələr.
Hormonlar
Hormonların ümumi biokimyəvi xarakteristikası: nomenklaturası ( kimyəvi təbiətinə, reseptorların lokalizasiyasına görə təsnifatı).
Hormonların sintezinin və sekresiyasının tənzimedilmə mexanizmləri, transhipofizar və parahipofizar, əks-əlaqə prinsipi, sinergizm, antaqonizm, permissiv təsirlər.
Hormonların təsirinin biokimyəvi mexanizmləri: reseptorların quruluşu, lokalizasiyası. Reseptorları hüceyrədaxili mühitdə olan hormonların təsir mexanizmi.
Adenilattsiklaza, quanilattsiklaza, kalsium-polifosfoinozit sistemi vasitəsilə hormonların təsir mexanizmi.
Hormonların sintezi, sekresiyası, sirkulyasiyası, metabolizmi və ekskresiyası.
Endokrin sistemin fəaliyyətinin pozulmaları, onların səbəbləri və inkişaf mexanizmi.
Hipotalamusun hormonları: somatoliberin, kortikoliberin, tiroliberin, prolaktoliberin, qonadoliberin, melanoliberin, melanostatin, somatostatin və prolaktostatin; onların kimyəvi təbiəti, təsiri və pozulmaları.
Hipofizin endokrin funksiyası. Adenohipofizin hormonları: somatotrop, prolaktin, onların kimyəvi təbiəti, təsiri. Hipofizin endokrin fəaliyyətinin pozulmaları ilə əlaqədar olan xəstəliklər: panhipopituitarizm, somatotrop hormonlarının hiper- və hiposekresiyası.
Hipofizin tirotrop, qonadotrop hormonları. POMK törəmələri: adrenokortikotrop, melanositstimulyasiyaedici, lipotrop hormonları: onların kimyəvi təbiəti, biokimyəvi təsiri, hiper- və hiposekresiyası.
Neyrohipofizin hormonları: oksitosin və vazopressin, onların kimyəvi təbiəti, bioloji təsiri. Vazopressin və oksitosin hormonlarının sekresiyasının pozulmaları.
Epifizin hormonları. Melatonin, serotonin və adrenoqlomerulotropin: onların quruluşu, bioloji təsiri və pozulmaları ilə əlaqəli xəstəliklər. Timusda sintez edilən bioloji aktiv maddələr.
Tireoid hormonları: onların quruluşu, yodun daxil olması, bioloji təsiri, metabolizmi. Tiroid hormonlarının sekresiyasının pozulmaları.
Kalsium mübadiləsində iştirak edən hormonlar; parathormon və kalsitonin: kimyəvi təbiəti, bioloji təsiri. Sekresiyasının patologiyası: fibroz osteoxondrodistrofiya, tetaniya, spazmofiliya.
Mədəaltı vəzi hormonları – insulin; kimyəvi təbiəti, sekresiyasının tənzimi, karbohidrat, zülal, lipid mübadiləsinə bioloji təsiri. Insulinin sekresiyasının pozulmaları, şəkərli diabetin səbəbləri və baş verən biokimyəvi dəyişiklikləri.
Qlukaqon, somatostatin və pankreatik peptid, kimyəvi təbiəti, bioloji təsiri.
Böyrəküstü vəzinin beyin maddəsinin hormonları – katexolaminlər: dofamin, adrenalin, noradrenalin və izopropiladrenalin, onların quruluşu. Adrenalinin sintezi, reseptorları vasitəsilə təsiri. Katexolaminlərin katabolizminin əsas yolları, sintezinin pozulmaları.
Böyrəküstü vəzinin qabıq maddəsinin hormonları: onların qrupları. Qlükokortikoidlər: nümayəndələri, quruluşu, sekresiyasının tənzimi və onların bioloji rolu. Hiper- və hiposekresiyası ilə əlaqədar xəstəlikləri (İtsenko-Kuşinq xəstəliyi, Kuşinq sindromu, steroid diabet, Addison xəstəliyi və Addison sindromu).
Mineralokortikoidlər: nümayəndələrinin quruluşu, sekresiyasının tənzimi, bioloji təsiri, katabolizmi. Funksiyasının pozulması ilə əlaqədar olan xəstəliklər: aldosteronizm (Konn sindromu). Adrenogenital sindrom.
Kişi cinsiyyət hormonları: onların quruluşu və bioloji təsiri. Endokrin funksiyasının pozulmaları.
Qadın cinsiyyət hormonları: onların quruluşu, bioloji rolu, funksiyasının pozulmaları. Ciftin endokrin funksiyası (xorioqonadotropin, xoriomammotropin).
Həzm sisteminin hormonları; onların kimyəvi təbiəti. Eykozanoidlər, onların kimyəvi təbiəti, bioloji təsiri. Sitokinlər.
Hormon preparatlarının hazırlanması. Hormonların təbabətdə tətbiqi.
dinamik və funksional biokimyadan
Maddələr mübadiləsinin ümumi qanunauyğunluqları. Karbohidratların kimyası, mübadiləsi. Katabolizmin ümumi mərhələləri
Karbohidratların bioloji rolu, təsnifatı. Mühüm monosaxaridlər, təsnifatı, fiziki-kimyəvi xassələri, stereoizomerliyi, kimyəvi törəmələri.
Oliqosaxaridlər, onların quruluşu, bioloji rolu.
Polisaxaridlər, təsnifatı. Homopolisaxaridlərin nümayəndələri, rolu.
Heteropolisaxaridlər, əsas nümayəndələri, orqanizmdə yayılması, əhəmiyyəti.
Əsas qida maddələrinin katabolizmi. Maddələr mübadiləsinin ümumi qanunauyğunluqları.
Katabolizmin I ümumi yolu və onun energetik əhəmiyyəti.
Katabolizmin II ümumi yolu. Ardıcıl reaksiyaları. Limon turşusu dövranının substratlarla təmin edilməsi.
Poli- və oliqosaxaridlərə hidrolitik təsir göstərən ağız suyu fermentləri. Ağız suyunun tərkibi və xassələri.
Karbohidratların bağırsaqlarda həzmi. Mədəaltı vəzinin və bağırsaq şirəsinin amilolitik fermentləri.
Monosaxaridlərin membranlardan nəql edilməsi və sorulmasının mexanizmi. Bağırsaqlardan sorulmuş monosaxaridlərin aqibəti, qlikogenin sintezi.
Qlikogenin parçalanması. Qlikogenogenez və qlikogenoliz proseslərinin tənzimi.
Qlikoliz prosesinin ardıcıl reaksiyaları və onun bioloji əhəmiyyəti. Qlikolitik oksidoreduksiya.
Fruktozanın və qalaktozanının qlikoliz prosesinə cəlb edilməsi. Karbohidratların aerob parçalanması, onun bioenergetik səmərəliliyi.
Karbohidratların pentozafosfat yolu ilə (apotomik) oksidləşməsinin ardıcıl reaksiyaları və onun bioloji əhəmiyyəti.
Qlikoneogenez. Prosesdə iştirak edən substratlar. Kori dövranı.
Orqanizmdə laktozanın biosintezinin mexanizmi
Karbohidrat mübadiləsinin tənzimedilmə mexanizmi.
Karbohidratların həzminin və sorulmasının pozulmaları.
Karbohidratların aralıq mübadiləsinin pozulmaları.
Qanda qlükozanın qlikozoksidaza üsulu ilə təyini, «şəkər yükü» sınağının və qlikozilləşmiş hemoqlobinin təyininin diaqnostik əhəmiyyəti (praktikum).
Hiperqlikemiya, qlükozuriya: hipoqlikemiya, başvermə səbəbləri.
Şəkərli diabetin başvermə səbəbi. Insulinin təsiretmə mexanizmi.
Zülal və aminturşu mübadiləsi
Zülalların qidada əhəmiyyəti. Azot balansı.
Həzm sisteminin proteolitik fermentləri.
Mədədə zülalların həzmi. Xlorid turşusu, pepsin, qastriksin.
Normal və patoloji mədə şirəsinin analizi (lab. işi).
Nazik bağırsaqda zülalların həzmi. Tripsin, ximotripsin, elastaza.
Bağırsaq şirəsinin proteinazaları.
Zülalların həzm məhsullarının bağırsaqlardan sorulması.
Bağırsaqlarda zülalların çürüməsi və çürümə məhsullarının zərərsizləşdirilməsi. FAFS və UDFQT.
Zülalların həzminin və aminturşuların bağırsaqlardan sorulmasının pozulmaları.
Toxuma zülallarının hidrolizi. Katepsinlər.
Bağırsaqlardan sorulan aminturşuların aqibəti. Qlikogen və ketogen aminturşuları.
Aminturşuların aminsizləşməsi. Oksidləşməklə aminsizləşmənin biokimyəvi mexanizmi.
Aminturşuların transaminləşməsi. Prosesdə iştirak edən transaminazaların diaqnostik əhəmiyyəti.
Aminturşuların dekarboksilləşməsi və alınan məhsulların zərərsizləşdirilməsi.
Ammonyakın əmələ gəlmə yolları, onun zəhərləyici təsirinin mexanizmi.
Ammonyakın zərərsizləşməsi. Karbamidin sintezi. Ornitin dövranı. Azot atomlarının mənbəyi.
Ammonyakın zərərsizləşdirilməsinin başqa yolları.
Aminturşuların azotsuz karbohidrogen qalıqlarınnaqibəti. Əvəzedilən aminturşuların biosintezi.
Qlisin, alanin, serin və treonin aminturşularının mübadiləsinin spesifik yolları.
Arginin və lizin aminturşularının mübadiləsinin spesifik yolları.
Qlutamin və asparagin turşularının və onların amidlərinin mübadiləsinin spesifik yolları.
Kükürdlü aminturşularının mübadiləsinin spesifik yolları.
Leysin, izoleysin və valin aminturşularının mübadiləsinin spesifik yolları.
Triptofan aminturşusunun mübadiləsinin spesifik yolları.
Fenilalanin və tirozin aminturşularının mübadiləsinin spesifik yolları.
Histidin, prolin, hidroksoprolin aminturşularının mübadiləsinin spesifik yolları.
Qan serumunda transaminazaların (AsT və AlT) fəallığının təyini və diaqnostik əhəmiyyəti (lab. işi).
Aminturşu mübadiləsinin pozulmaları (qazanılmış).
Aminturşu mübadiləsinin irsi pozulmaları.
Mürəkkəb zülalların mübadiləsi
Hemproteinlərin mübadiləsi: hemproteinlərin həzmi və sorulması.
Hemoqlobinin sintezi. Porfirin sintezinin irsi pozulmaları.
Hemoqlobinin miqdari təyini və onun diaqnostik əhəmiyyəti (lab. işi).
Hemoqlobinin parçalanması və öd piqmentlərinin əmələ gəlməsi.
Öd piqmentlərinin zərərsizləşdirilməsi və orqanizmdən xaric edilməsi.
Öd piqmentlərinin zərərsizləşdirilməsinin pozulmaları. Sarılıq.
Qan serumunda bilirubinin təyini və onun diaqnostiki əhəmiyyəti (lab. işi).
Nukleoproteinlərin həzmi və sorulması.
Toxumalarda nuklein turşularının parçalanması.
Qanda və sidikdə sidik turşusunun miqdarı təyini və onun diaqnostik əhəmiyyəti (lab. işi).
Purin nukleotidlərinin toxumalarda parçalanması.
Pirimidin nukleotidlərinin parçalanması.
Purin nukleotidlərinin biosintezi.
Pirimidin nukleotidlərinin biosintezi.
Dezoksiribonukleotidlərin biosintezi.
Purin və pirimidin mübadiləsinin pozulmaları (podaqra, ksantinuriya, Leş-Nihan sindromu, orotasiduriya).
Dezoksiribonuklein turşusunun biosintezi. DNT-nin replikasiya mexanizmi.
RNT-nin biosintezi: mexanizmi, posttranskripsion dəyişiklikləri.
Hüceyrələrin genetik aparatının zədələnmələri və onların bərpa edilməsinin biokimyəvi mexanizmləri.
Zülalların biosintezi, biosintezinin mərhələləri.
Aminturşuların aktivləşməsi.
Yeni sintez edilən zülalların hüceyrə membranlarından nəql edilməsi. Zülalların posttranslyasion modifikasiyası.
Zülal biosintezinin tənzimi.
Zülal biosintezinin induktor və inhibitorları.
Lipid kimyası, mübadiləsi
Lipidlərin ümumi xarakteristikası, təsnifatı. Lipid monomerləri; təkkomponentli lipidlər. Sterinlər.
Sadə lipidlər. Yağlar və mumlar. Yağların kəmiyyət göstəriciləri.
Mürəkkəb lipidlər, təsnifatı. Fosfolipidlər. Qliserofosfolipidlər, əsas tipləri, quruluşları, yayılması, bioloji rolu.
Sfinqofosfolipidlər. Qlikosfinqolipidlər, qruplara bölünməsi.
Lipidlərin həzmi. Öd turşuları, onların quruluşu, əhəmiyyəti.
Lipidlərin və fosfolipidlərin həzm sistemində parçalanması. Lipaza və fosfolipazalar.
Lipidlərin hidroliz məhsullarının sorulması və toxumalara nəql edilməsi.
Lipidlərin bağırsaq divarında resintezi. Fosfolipidlərin bağırsaq divarında resintezi.
Hüceyrədaxili lipoliz və lipidlərin piy toxumalarından səfərbərliyi.
Piy turşularının katabolizmi: piy turşularının oksidləşməsi və energetik əhəmiyyəti.
Karbon atomlarının sayı tək olan piy turşularının katabolizmi. Piy turşularının katabolizminin b-oksidləşmə prosesindən fərqlənən yolları. Qliserinin metabolizmi.
Piy turşularının biosintezi. Prosesin tənzimedilmə mexanizmləri və enerji mənbələri. Doymamış üzvi turşuların metabolizminin əsas xüsusiyyətləri, onların biosintezi.
Keton cisimciklərinin sintezi (ketogenez). Keton cisimciklərinin parçalanması (ketoliz).
Triasilqliserinlərin və fosfolipidlərin biosintezi. Sfinqomielinlərin biosintezi.
Xolesterinin sintezi. Qanda ümumi lipidlərin və xolesterinin miqdarı təyininin prinsipi və diaqnostik əhəmiyyəti (lab. işi).
Lipid mübadiləsinin neyro-endokrin tənzimi.
Lipidlərin həzminin və bağırsaqlardan sorulmasının, toxumalara nəql edilməsinin pozulmaları.
Ketonemiya və ketonuriya, yaranma səbəbləri.
Qaraciyərin piy infiltrasiyası və piy distrofiyası. Lipotrop amillər.
Piy depolarının patologiyası.
Xolesterin mübadiləsinin patologiyası. Öd daşı xəstəliyi.
Irsi lipidozlar.
Qanın funksional biokimyası
Qan plazmasının kimyəvi tərkibi. Plazma və serum zülalları.
Qan serumunun fermentləri.
Qalıq azot. Azotemiya.
Qan plazmasının azotsuz üzvi və qeyri-üzvi birləşmələri.
Qanın turşu-qələvi müvazinəti. Bufer sistemləri.
Qanın tənəffüs fəaliyyəti, xarici və daxili mühit amillərinin təsiri.
Qanın laxtalanması. Laxtalanma amilləri. Laxtalanmanın mexanizmi.
Qanın əks-laxtalanma sistemi. Fibrinoliz.
Qan serumunda biuret üsulu ilə ümumi zülalın və albuminin miqdarı təyini və onların diaqnostik əhəmiyyəti.
Qaraciyərin funksional biokimyası
Qaraciyərin karbohidrat və lipid mübadiləsində iştirakı.
Zülal və aminturşu mübadiləsində qaraciyərin rolu.
Qaraciyərin antitoksik və ekskretor funksiyası.
Böyrəyin funksional biokimyası
Böyrəyin sidikyaradıcı fəaliyyətinin mexanizmi. Qlükozanın, zülalların reabsorbsiyası.
Orqanizmin turşu-qələvi müvazinətinin tənzimlənməsində böyrəklərin rolu.
Sidiyin ümumi xassələri. Normal sidiyin tərkibi. Kreatinin sidikdə təyini və diaqnostik əhəmiyyəti (lab. işi).
Patologiya zamanı sidiyin tərkibinə daxil olan maddələr. Böyrəkdaşı xəstəliyi.
Sinir sisteminin funksional biokimyası
Sinir toxumasının kimyəvi tərkibi (lipidlər, karbohidratlar, nukleotidlər, mineral maddələr).
Sinir toxumasında karbohidrat, lipid, zülal və aminturşu mübadiləsi.
Sinir impulslarının yaranma və nəqledilməsinin biokimyəvi mexanizmləri.
Sinir impulslarının nəql edilməsində mediatorların rolu. Xolinergik sinapslar.
Adrenergik reseptorlar. Neyropeptidlər.
Yaddaşın biokimyəvi mexanizmləri.
Əzələ toxumasının funksional biokimyası
Əzələ toxumasının kimyəvi tərkibi: əzələ zülalları.
Əzələ strukturuna daxil olan azotlu ekstraktiv maddələr, onların quruluşu və bioloji əhəmiyyəti. Azotsuz üzvi birləşmələr.
Ürək əzələsinin və saya əzələlərin kimyəvi tərkibinin əsas xüsusiyyətləri.
Əzələ toxumasının enerji ilə təchiz edilməsinin xüsusiyyətləri.
Əzələ yığılmasının biokimyəvi mexanizmi.
Xəstəlik və zədələnmə şəraitində əzələlərdə törənən biokimyəvi dəyişikliklər.
Birləşdirici toxumanın biokimyası
Birləşdirici toxuma haqqında ümumi məlumat.
Birləşdirici toxumanın funksiyaları.
Birləşdirici toxumanın əsas hüceyrləri.
Birləşdirici toxumanın hüceyrəarası matriksinin əsas zülalları.
Birləşdirici toxumanın qeyri-kollagen tipli zülalları. Adheziv zülallar və antiadheziv zülallar.
Qlükozaminqlikanlar və proteoqikanlar.
Ağız suyunun, sümük və diş toxumalarının biokimyası
Ağız suyu, sümük və diş toxumasının biokimyası.
Ağız suyunun kimyəvi tərkibi. Dişin kariesi, paradontoz, gingivit, pulpit.
Sümük və diş toxumasının tərkibi və metabolizm xüsusiyyətləri.
Diş toxumasında zülalın, kalsiumun, fosforun, sulfatların təyini (praktikumda laboratoriya işləri).
Dərman preparatlarının metabolizmi
Dərman maddələrinin metabolizm xüsusiyyətləri (prktikum).
Ksenobiotiklərin metabolizm mərhələlərinin biokimyəvi mexanizmləri. Oksid-reduktazalar və hidrolazaların iştirakı ilə kataliz olunan reaksiyalar (praktikum).
Alkilləşmə, asetilləşmə reaksiyaları. Tiosulfat, qlükuronsulfat turşuları ilə gedən reaksiyalar (praktikum).
Dezaktivasiya, aktivasiya, dezintoksikasiya, toksifikasiya reaksiyaları (praktikum).
Salisil turşusunun, morfinin təyini (praktikum).
Dərman preparatlarının metabolizminə təsir göstərən amillər (praktikum).
Dərman preparatlarının sorulması və orqanizmdən xaricedilmə yolları.
Dərman maddələri üçün qanın spesifik və qeyri-spesifik nəqletmə sistemləri