ATU-nun Kadrlar şöbəsinin əsası 1930-cu ildən qoyulub. Şöbənin ilk müdiri Krol olub,ondan sonrakı illərdə Broyd,Velikoselskaya, Zovodina, Nanaznaşvili, S.M.Fyodorina, T.M.Şərapçiyev, Y.A.Mahmudov, G.A.Dəmirova şöbəyə rəhbərlik ediblər. 7 iyun 2004-cü il tarixindən şöbəyə ehtiyatda olan polkovnik Fərman Cəlil oğlu Əliyev rəhbərlik edib.03 iyun 2016-cı ildən indiyənə qədər bu vəzifəni Raifə İsmət qızı Aslanova yerinə yetirir.
Kadrlar şöbəsi universitetin kadrlarla təmin olunması işinə rəhbərlik edir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə,Azərbaycan Respublikasının Təhsil və Səhiyyə Nazirliylərinin əmrlərinə və təlimatlarına, universitetin nizamnaməsinə müvafiq olaraq işçilərin qəbulu,köçürülməsi,professor-müəllim heyətinin və elmi işçilərin müsabiqələrinin vaxtında elan olunmasına nəzarət və işdən azad edilmələrini vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsini təmin edir. Şöbəyə daxil olan ərizələrin qeydiyyata alınması,baxılması,əmrləşdirilməsi və digər müvafiq şöbəyə paylanılmasına nəzarət edir. Həmçinin əmək kitabçaların qəbulu,doldurulması və saxlanılması,işçilərin şəxsi işlərin hazırlanması,əmək fəaliyyəti ilə dəyişikliklərin edilməsi işlərini həyata keçirir. Müəyyən olunmuş müddət bitdikdən sonra sənədlərin arxivə təhvil verilməsinə nəzarət edir. İşçilərin təkmilləşdirilməsi üçün ixtisasartırma kurslarına göndərilməsini, eyni zamanda işçilərin əmək fəaliyyətlərinə dair arayışların və pensiya sığortasına dair müvafiq sənədlərin hazırlanıb verilməsini yerinə yetirir.
Sənədləşmə işləri həmçinin elektron sistemlər üzrə icra olunur:
1.Elektron hökümət portalı-əmək müqavilələrinin bağlanması,dəyişdirilməsi və xitam verilməsi haqqında əmrlərin yerləşdirilməsi,əməkdaşlar haqqında işçi məlumatlarının bildiriş(pdf) formatının əldə edilməsi;
2.Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin İnformasiya Sisteminin Elektron Səhiyyə portalına tibb kadrlarının yerləşdirilməsi və vahid registrdən məlumatların əldə edilməsi;
3. SERP -Müəssisə Resurslarının Planlaşdırılması Sistemi) kadrların sayı və keyfiyyət tərkibi,onların inkişafı və hərəkətlərini əks etdirən məlumat bazası və kütləvi əməliyyatlarının sistem üzərindən aparılması.
Hazırda şöbədə 10 nəfər fəaliyyət göstərir:
1.R.İ.Aslanova – şöbə müdiri; 2.E.A.Qəmbərova – kadrlar üzrə mütəxəssis; 3.L.V.İsgəndərova – baş müfəttiş; 4.Q.Ə.Rəhimova – baş müfəttiş, 5.A.A.Səfərova- müfəttiş; 6.X.T.Abışova – müfəttış; 7. L.F.Qarayeva – müfəttiş; 8.X.A.Abdullayeva – müfəttiş; 9. Z.H.Rəhimova -kompyuter üzrə operator; 10. Ş.M.Fətullayeva – kompyuter üzrə operator.