2018-2019-cu tədris ilində kafedra əməkdaşları tələbələrə elmi mövzuların verilməsinə sentyabr-oktyabr aylarından başlamışlar. Elmi işlərin mövzuları propedevtikafənninə uyğun şəkildə planlaşdırılaraq qruplaşdırılmış, işlərin icra planı tərtib olunmuşdur. Mövzu götürmüş tələbələr işin gedişində özlərini aktiv göstərmişlər. Mövzular müalicə işi, stomatologiya, hərbi tibb və tibbi profilaktika fakültəsi tələbələri arasında bölüşdürülmüşdür. Mütəmadi olaraq kafedranın toplantılarında rəhbərlər görülən işlərin vəziyyəti barədə qısa məlumatlarla çıxış etmişlər. 23-24.IV.2019-cu il tarixdə keçirilən fakültə üzrə konfransda elmi-tədqiqat işinə cəlb edilən 55 tələbədən 32 nəfər məruzələrlə çıxış etmişdir. Müəllim və tələbələrin qiymətləndirilməsinə əsasən 12 tələbənin elmi-tədqiqat işi Fakultə TECnin konfransına tövsiyə edilmişdir. 8.V.2019-cu il tarixdə keçirilən Universitetin Fakultə elmi konfransında 2 tələbə (Məruzəçi: Ağayev Emil Natiq oğlu- qrup 166a, mövzu: ‘‘Miokard infarktının diaqnostikasında troponinlərin rolu’’, elmi rəhbər: ass. Abbasəliyeva Könül və Məruzəçi: Quliyev Mehdi Elmar oğlu- qrup 164b, mövzu: ‘‘Kartegener sindromu’’, elmi rəhbər: ass. Musayeva Təranə) 3 yerə layiq görülmüşdür. Hər iki tələbə diplomla mükafatlandırıldı. Bütün iştirakçılar sertifikatla təltif olundu.

AZƏRBAYCAN TİBB UNİVERSİTETI TEC-nin 2021-2022-ci il üçün iş planı