(+99412) 597-38-98

Doktorantura səviyyəsi üzrə 060940- “epidemiologiya” ixtisasının təhsil proqramı

1.       Ümumİ müddəalar
1.1.         Doktorantura səviyyəsinin 060940 - «Epidemiologiya» ixtisası üzrə Təhsil Proqramı «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı» tələblərinə uyğun hazırlanmışdır.
1.2.         0609140- «Epidemiologiya» ixtisası üzrə Təhsil Proqramı tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə doktorantura proqramını həyata keçirən bütün təhsil, elm və tibb müəssisələri üçün məcburidir.
2.       Doktorantın ixtisas xarakteristikası və səriştəliliyi (kompetensiyası)
2.1.         Doktorantın ixtisas xarakteristikası
Epidemiologiya tibb elminin insan cəmiyyətində yoluxucu və qeyri-yoluxucu xəstəliklərin baş verməsi və yayılması səbəblərini öyrənməklə məşğul olan və alınan məlumatlar əsasında mübarizə və profilaktika tədbirləri işləyib hazırlayan sərbəst bir sahəsidir. Doktorant dərin fundamental və peşə hazırlığı tələb edən fəaliyyətə, o cümlədən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalıdır.
2.2.         Proqramın mənimsənilməsi nəticəsində doktorantın  öyrənəcəyi bölmələr:

ÜMUMİ EPİDEMİOLOGİYA
         Əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılmasının ümumi qanunauyğunluqları. Ayrı-ayrı yoluxucu xəstəliklərdə epidemik prosesin səbəb və şərtləri,inkişaf mexanizmi və təzahürləri. Epidemik prosesin baş verməsində təbii və sosial amillərin tənzimedici rolu. Epidemik proses haqqında təlim, bölmələri: epidemik prosesin daxili strukturu, inkişaf mexanizmi, təzahürləri. Epidemik ocaq anlayışı, xarakteristikası. Epidemik prosesin hərəkətverici qüvvələri. Profilaktik və əksepidemik tədbirlərin sistem və məzmunu. Yoluxucu xəstəliklərin profilaktikası məqsədilə işlədilən preparatlar,texniki vasitələr və onların işlədilməsi qaydaları. Eksepidemik sistemin təşkilati quruluşu,onun məlumat təminatının və idarə edilməsinin, əksepidemik işin təşkilinin və planlaşdırılmasının metodik əsasları. Profilaktik və əksepidemik tədbirlərin keyfiyyət və effektivliyinin qiymətləndirilməsinin metodik əsasları. Epidemiologiyanın metodları.

                             DEZİNFEKtologiya
     Müxtəlif infeksiyalar zamanı əksepidemik tədbirlər sistemində dezinfeksiyanın, sterilizasiyanın yeri və əhəmiyyəti. Dezinfeksiyanın növləri və əhəmiyyəti. Əsas dezinfeksiyaedici maddələr və onların xüsusiyyətləri. Dezinfeksiyaedici maddələrin insanlara, heyvanlara toksiki və işlənilən obyektlərə  zədələyici təsiri. Cari, yekunlaşdırıcı və profilaktik dezinfeksiyanın təşkili və aparılması. Kamera dezinfeksiyasının növləri. Dezinfeksiyanın keyfiyyəttinə nəzarət. Dezinseksiyanın növləri və üsulları. Əsas desinfeksiyada işlədilən maddələr və onların xüsusiyyətləri. Deratizasiya, növləri və üsulları.  Zoonoz infeksiyalarla mübarizədə əksepidemik tədbirlər sistemində deratizasiyanın yeri və   əhəmiyyəti. Deratizasiya  tədbirlərinin (profilaktik və qırıcı) həyata keçirilməsində tibb, baytarlıq, kommunal xidmətinin fəaliyyəti. Gəmiricilərin qırılma üsulları.

                               İMMUNPROFİLAKTİKA
         İmmunoprofilaktikanın elmi əsasları. Müxtəlif qrup infeksiyalar zamanı profilaktik,əksepidemik tədbirlərin immunoprofilaktikada yeri və rolu. İmmunoprofilaktikanın üsulları ilə idarə olunan yoluxucu xəstəliklər. Bioloji preparatların növü və onların müqayisəli xarakteristikası ( vaksinlər, zərdablar, immunoqlobulinlər, bakteriofaqlar, interferonlar). Profilaktik peyvəndlər kabinetinin avadanlığı və təhcizatı. Əhalinin immunlaşdırılmasının aparılmasına yanaşma və peyvənd təqvimi. Peyvəndlərin aparılmasına göstəriş və əksgöstəriş. Peyvənd olunası əhalinin seçilməsi və qeydiyyatı, peyvənd kartalarının quruluşu və doldurulması.  Aktiv immunlaşdırma, mahiyyəti, istifadə olunan preparatlar. Passiv immunlaşdırma, mahiyyəti, istifadə olunan preparatlar. Epidemik göstərişlərə əsasən yoluxucu xəstəliklərin spesifik profilaktikasının prinsipləri (quduzluq, gənə ensefaliti,tetanus).             

XÜSUSİ EPİDEMİOLOGİYA
Antroponozlarin epidemiologiyasi
Xəstə insan və törədicigəzdirənlər – infeksiya mənbəyi kimi. Antroponozlarda törədicinin ətraf mühitə ifraz olunmasının müxtəlif yolları. Sosial, təbii və bioloji amillərin antroponozlara təsiri. Virusların və bakteriyaların insan orqanizmində persistensiyası. Aerozol yoluxma mexanizmi ilə birləşmiş antroponozlar qrupu infeksiyalarının ümumi epidemioloji xüsusiyyətləri. Fekal-oral yoluxma mexanizmi ilə birləşmiş antroponozlar qrupu infeksiyalarının ümumi epidemioloji   xüsusiyyətləri. Transmissiv yoluxma mexanizmi ilə birləşmiş antroponozlar qrupu infeksiyalarının ümumi epidemioloji   xüsusiyyətləri.Təmas yoluxma mexanizmi ilə birləşmiş antroponozlar qrupu infeksiyalarının ümumi epidemioloji   xüsusiyyətləri. Vertikal yoluxma mexanizmi ilə birləşmiş antroponozlar qrupu infeksiyalarının ümumi epidemioloji   xüsusiyyətləri.

 Zoonozlarin epidemiologiyasi
Vəhşi sinantrop heyvanlar və quşlar infeksiya mənbəyi kimi. Zoonozların epidemioloji əhəmiyyəti. Sosial, təbii və bioloji əmillərin zoonozlara təsiri. Təbii-ocaqlılıq nəzəriyyəsinin mahiyyəti. Yoluxma mexanizminin zoonozlara təsiri. Zoonoz infeksiyalar qrupunun ümumi epidemioloji xüsusiyyətləri. Zoonozlarda epizootik prosesin xarakteristikası. Ayrı-ayrı zoonoz xəstəliklərin (taun, tulyaremiya, qara yara, bruselyoz, quduzluq və s.) epidemiologiyası.

Sapronozlarin epidemiologiyasi 
Sapronozların ətraf mühit infeksiya mənbəyi kimi. Sapronozların ümumi epidemioloji xüsusiyyətləri. Müxtəlif  nozoformaların epidemioloji xarakteristikası.  Sosial, təbii və bioloji amillərin sapronozlara təsiri. Həqiqi və qeyri-həqiqi sapronozların epidemiologiyası.

TİBBİ PARAZİTOLOGİYA
Parazitar xəstəliklərin ümumi epidemioloji xüsusiyyətləri. Parazitar xəstəliklərin etioloji strukturu. Patogen ibtidailər tərəfindən törədilən xəstəliklər və onların epidemioloji xarakteristikası (malyariya, toksoplazmoz, amöbiaz, lyamblioz, leyşmaniozlar və s.) . Ölkə patologiyasında mühüm rol oynayan parazitar xəstəliklər və onların ləğvi perspektivləri. Helmintozlar, onların təsnifatı. Müxtəlif qrup (geohelmintozlar, biohelmintozlar, təmas) helmintozların epidemiologiyası. Müxtəlif qrup helmintozlarla mübarizə və profilaktikanın xüsusiyyətləri. Əhalinin parazitar xəstəliklərlə xəstələnməsinin çoxillik və illik dinamikası. Parazitar xəstəliklərin laborator diaqnostika metodları

Epidemioloji nəzarət
Əhalinin əksepidemik təminatı üzrə əsas qanunvericilik, təlimati-normativ və hüquqi sənədlər. Xəstəliklər üzərində sanitar-epidemioloji nəzarətin əsasları. Yoluxucu və qeyri-yoluxucu xəstəliklərin profilaktikasının əsasları.  Əksepidemik xidmətin strukturu, əksepidemik  xidmət sisteminin müxtəlif  bölmələrinin funksiyaları. Yoluxucu xəstəliklərin müxtəlif  nozoloji formaları və qrupları üzərində epidemioloji nəzarətin metodik və təşkilatı əsasları. Epidemioloji nəzarətin metodiki əsasları: retrospektiv və operativ epidemioloji nəzarət. Epidemioloji təhlil, mahiyyəti, növləri. Operativ və retrospektiv təhlilin məqsəd və vəzifələri.  Xəstələnmənin çoxillik dinamikasının təhlili. Xəstələnmənin aylıq dinamikasının təhlili. Epidemioloji əlamətlərə (risk amillərinə, qruplara) görə xəstələnmənin təhlili. Operativ epidemioloji təhlil. Tək-tək və çoxsaylı xəstələnmə ocaqlarnın epidemioloji müaynəsi.

Ədəbiyyat:
İ.Ə.Ağayev, E.F.Vahabov, X.N.Xələfli, F.Ş.Tağıyeva. «İmmunprofilaktika» dərs vəsaiti, 2016, 72 s.
Аьайев И.Я., Хяляфли Х.Н., Таьыйева Ф.Ш. Епидемиолоэийа. Дярслик. Бакы, 2012, 722 сящ.
Аьайев И.Я вя башг. Дезинфексийа иши. Дярс вясаити. Бакы: 2008, 208с.
Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология (учебник). М.: Медицина, 1989, 416 с.
Покровский В.И., Пак С.Г., Брико Н.И. Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Учебник. 2-е изд. М.: ГОЭТАР – Мед, 2004, 816 с.
Паразитарные болезни человека (протозоозы и гельминтозы) /Под ред. В.П.Сергиева, Ю.В.Лобзина. СПб:Фолиант, 2006, 592 с.
Зуева Л.П., Яфаев  Р.Х.. Эпидемиология. СПб.: Фолиант, 2006.
Шкарин В.В.. Дезинфекция, Дезинсекция. Дератизация. НГМА, Нижний Новгород: 2006.
Трансмиссивные инфекции и инвазии: Учебное пособие /Под ред. Н.В.Чебышева и др. М.: Мед.информ.агенство, 2005, 440 с.
www.infectology.spb.ru.
www.medlit.ru