Mikrobiologiya ixtisası üzrə doktoranturaya qəbul imtahanının p r o q r a mı

Mikroorqanizmlərin morfologiyası. Müasir təbabətdə mikrobiologiyanın predmeti, məqsədi və vəzifələri. Mikroorqanizmlər və onların canlılar aləmində mövqeyi.
Mikrobiologiyanın inkişaf tarixi və mərhələləri. L.Pasterin, R.Koxun və İ.İ.Meçnikovun mikrobiologiyanın inkişafında rolu. D.İvanovski tərəfindən virusların kəşfi.
Mikroorqanizmlərın təsnifatı və nomenklaturası. Mikroorqanizmlərin təsnifaının müasir prinsipləri. Prokariotlar (bakteriya, spiroxet, aktinomiset, rikketsiya, xlamidiya, mikoplazmalar), eukariotlar (ibtidailər və göbələklər) və viruslar. Taksonomik kateqoriyalar: aləm, şöbə, sinif, dəstə, fəsilə, cins, növ, yarımnöv. Yarımnövün kateqoriyaları haqqında anlayış: biovar, serovar, faqovar. Kultura, ştam, klon anlayışları. Növ əsas taksonomik kateqoriya kimi. Mikrobların nomenklaturası. Təsnifatın kriteriyaları. Mikroorqanizmlərin təkamülü və onun xüsusiyyətləri.
Mikroorqanizmlərın morfologiyası. Bakteriya, spiroxet, aktinomiset, rikketsiya, xlamidiya, mikoplazmaların morfologiyası və strukturu. Qram (+) və Qram (-)  bakteriyaların hüceyrə divarının quruluş xüsusiyyətləri. Hüceyrə divarı qüsurlu olan bakteriya formaları (protoplast, sferoplast və L forma bakteriyalar). Eukariot mikroorqanzimlərin (ibtidailərin və göbələklərin) morfologiyası və ultrastrukturu.  
Mikrobların morfologiyasının öyrənilmə üsulları. Mikroskopik üsul. Mikrobların tinktorial xassələri. Sadə və mürəkkəb boyama üsulları (Qram, Sil-Nilsen, Neysser, Ojeşko, Gins-Burri, Gimza üsulları).

Mikroorqanizmlərin fiziologiyası. Bakteriya hüceyrəsinin kimyəvi tərkibi
Bakteriyaların metabolizmi. Bakteriyaların fermentləri və onların bioloji əhəmiyyəti. Fermentlərlə bakteriya hüceyrəsinin struktur elementlərinin əlaqəsi. Maddələr mübadiləsi və patogenetik fermentləri. Ekzo- və endofermentlər. Konstitutiv və induktiv fermentlər. Bakteriyaların fermentativ aktivliyinin öyrənilməsi və onun təcrübədə tətbiqi. Mikrob fermentlərinin biotexnologiyada  rolu.
Bakteriyaların qidalanması. Qidalanma tipinə görə bakteriyaların təsnifatı: aytotrof, heterotrof. Qida maddələrinin hüceyrə membranından keçmə mexanizmi.
Mikrobların böyüməsi və çoxalması. Bakteriyaların binar bölünmə mərhələləri. Mikrobun böyümə və bölünməsinin tənzimində nukleoid və sitoplazmatik membranın rolu. Çoxalmanın fazaları. Duru və bərk qidalı mühitlərdə mikrobların kultivasiyası. Piqmentlər, aromatik maddələr. Spiroxet, aktinomiset, rikketsiya, xlamidiya, mikoplazmaların çoxalma və kultivasiya xüsusiyyətləri.

Bakterioloji (kultural) üsul. Bakterioloji müayinə üçün materialların götürülmə və laboratoriyaya  göndərilmə qaydaları.
Qidalı mühitlər: adi, xüsusi, elektiv, differensial-diaqnostik, bərk, maye, yarım-maye. Qidalı mühitlərə qoyulan əsas tələblər.
Bakteriyaların kultural xassələri. Aerob və anaerobların kultivasiyası və təmiz kulturanın alınması. Koloniya. Mikrobların identifikasiya üsulları.
Ümumi virusologiya. Vira aləmi. Virus və virion haqqında anlayış. Virusların nomenklatura və təsnifat prinsipləri. Prionlar və onların xüsusiyyətləri.Virusların morfologiyası, strukturu və kimyəvi tərkibi. Virusların reproduksiyası.
Virusla sahib hüceyrənin qarşılıqlı təsirinin tipləri. Virusların kultivasiyasının əsas prinsipləri (toxuma kulturasında, toyuq embrionlarında, laborator heyvanların orqanizmində). Virusların kultivasiya, indikasiya və identifikasiya üsulları.
Bakteriofaqlar. Bakteriofaqların morfologiyası və kimyəvi tərkibi. Virulentli və mülayim faqlar. Faqların bakteriya hüceyrəsilə qarşılıqlı təsiri. Faqların praktik əhəmiyyəti. Bakteriyaların identifikasiyasında tətbiqi. Faqotipaj. Faqoterapiya və faqoprofilaktika.
Mikroorqanizmlərin genetikası. Mikroorqanizmlərin irsi aparatının təşkili. Bakteriyalarda dəyişkənliyin növləri.
Bakteriyalarda modifikasiya, mutasiya və rekombinasiyası (transformasiya, transduksiya və konyuqasiya).

Gen mühəndisliyi, məqsəd və vəzifələri.  Genetik metodların diaqnostikada tətbiqi.
Mikroorqanizmlər ekologiyası. Mikroorqanizmlər və ətraf mühit.Sanitar mikrobiologiyanın əsasları. Su, torpaq, hava, qida mıhsulları, dərman xammalının və hazır dərmanların  mikroflorası. Maddələr mübadiləsində mikrobların iştirakı. İnsan orqanizminin normal mikroflorası, fizioloji proseslərdə və patologiyada onun rolu. Disbakterioz. Normal floranın bərpası üçün tətbiq edilən preparatlar (bifidumbakterin, kolibakterin, bifikol, laktobakterin).

Qnotobiologiya və təbabətdə onun rolu. Ətraf mühit amillərinin  mikroorqanizmlərə təsiri.
Fiziki amillərin mikroorqanizmlərə təsiri. Optimal temperatura. Psixrofil, rermofil, mezofil bakteriyalar. Termostat. Temperaturun mikroblara təsiri. Sporların davamlılığı. Mühitin pH-nın, qurudulmanın mikroblara təsiri. Sterilizasiya, onun məqsədi və növləri. Soyuq sterilizasiya: qaz, radiasion, kimyəvi. Kimyəvi maddələrin mikroblara təsiri. Dezinfeksiya, aseptika, antiseptika haqda anlayış. Sterilizasiyaya mikrobioloji nəzarət.
Bioloji amillərin təsiri. Mikroblar arasında qarşılıqlı münasibətin növləri: simbioz, mutualizm, kommensalizm, antaqonizm. 
 İnfeksion xəstəliklərin kimyəvi terapiyası və kimyəvi profilaktikası. Kimyəvi terapiya və profilaktika haqqında anlayış. Antibiotiklər haqqında təlim. Kimyəvi terapevtik preparatların əsas qruplarının xarakteristikası, antimikrob təsir mexanizmləri. Kimyəvi terapevtik preparatlara verilən əsas tələblər. Kimyəvi terapevtik indeks. Antibiotiklərin kəşfi, alınma mənbələrinə, kimyəvi quruluşuna, təsir spektrinə, təsir mexanizminə görə təsnifatı.Bakterisid və bakteriostatik təsir. Antibiotikoterapiyanın fəsadları. Mikroorqanizmlərin dərmanlara qarşı davamlılığı.

İnfeksiya haqqında təlim. İnfeksiya, infeksion proses, infeksion xəstəlik anlayışları.
İnfeksion prosesdə mikroorqanizmin rolu. Patogen, şərti pathogen və saprofit mikroblar. Patogenlik və virulentlik anlayışları. Virulentliyin təyini (Dlm, LD50). Virulentliyə təsir edən amillər.

 Bakteriyaların patogenlik amilləri. Ekzo- və endotoksinlər, onların təbiəti, xüsusiyyətləri və alınması.
Patogen mikrobun orqanizmə daxil olma yolları. İnfeksiyanın giriş qapısı. Mikrob və toksinin orqanizmdə yayılması: bakteremiya, toksinemiya, virusemiya, sepsis. İnfeksion xəstəliyin inkişaf dinamikası və dövrləri: gizli, prodromal, aşkar, sönmə (sağalma, ölüm, xronikləşmə). Mikrobgəzdiricilik və onun formaları.  

İnfeksion prosesin baş verməsində sahib orqanizmin rolu. Cinsin, yaşın, immunobioloji vəziyyətin və s. rolu.
Ətraf mühit və ictimai amillərin rolu: isti, soyuq, yorğunluq, qidalanma, radiasiya, əmək və məişət şəraiti, istirahət. İnfeksiyanın formaları: gedişinə görə -kəskin, xroniki; təzahürünə görə - ocaqlı, generalizasiyalı; ekzogen, endogen, qarışıq, ikincili, təkrari, superinfeksiya, residiv.

Mikrobların persistensiyası. Xroniki və xəstəxanadaxili infeksiyalar.
Virus infeksiyalarının xüsusiyyətləri.  Virus nuklein turşularının və zülallarının infeksion prosesdə rolu.
Bioloji müayinə üsulu, infeksion prosesin modelləşməsində və diaqnostikada onun rolu. İnfeksion xəstəliklərin yayılma xüsusiyyətləri.
İmmunologiyanın əsasları. Nəzəri və tətbiqi immunologiya. İmmunologiya və onun inkişaf tarixi. Müasir immunologiyanın əsas sahələri.
İmmunitet haqqında anlayış. Orqanizmin immun sistemi. İmmunitetin növləri və formaları. Təbii immunitet və onu müəyyənləşdirən amillər. Təbii immunitetin hüceyrələri (monosit, makrofaq, dentrid hüceyrələr, neytrofillər, tosqun hüceyrələr, eozinofillər, bazofillər, trombositlər, NK hüceyrələr, Tγδ və B1 limfositlər. Dəri, selikli qişa, limfa düyünlərinin qoruyucu funksiyası. İnsan orqanizminin normal mikroflorasının antaqonist xüsusiyyətləri. Təbii immunitetin humoral amilləri. Komplement sistemi, fraksiyaları. Komplementin klassik və alternativ aktivləşmə yolları. İnterferon, lizosim, beta-lizin və s. Təbii immunitetin  hüceyrə amilləri, faqositoz. Faqositar hüceyrələr. Faqositozun mexanizmi və fazaları, xemotaksis. Opsonizasiya, yapışma, udulma. Tam və natamam faqositoz. Faqositozda lizosom və bakterisid amillərin rolu. Oksigendən asılı və asılı olmayan mexanizmlər. Opsonik indeksin hesablama üsulları. Təbii və qazanılmış immunitetdə faqositozun rolu, mikroorqanizmlərin lokalizasiya yerində iltihabın rolu. Təbii killerlər.
Qazanılmış immunitet və formaları. Antigenlər. Antigenin xüsusiyyətləri. Tam və natamam (hapten) antigenlər. Adyuvantlar. Antigenin spesifikliyi. Antigenin molekulyar quruluşu, determinantları.
Mikrob antigenləri. Bakteriya hüceyrəsinin antigen quruluşu: O-, K-, Vi-, H-, ekstrasellülar antigenlər. Bakteriyanın tip, növ, qrup antigenləri. Toksinlər, anatoksin, bakteriya fermentləri antigen kimi. Protektiv antigen. Antigenin immunogenliyi. Heterogen antigenlər. Antigen mimikriyası. İzoantigen, autoantigen, hüceyrə antigeni. Toxuma uyğunluği antigenləri. Toxuma uygunluğunun əsas kompleksi.
Orqanizmin immun cavabı. İmmunkompitent hüceyrələr, onların funksiyaları. İmmunogenezdə hüceyrə kooperasiyası anlayışı. Timus vəzinin, T- və B- limfositlərin rolu. T- və B- limfositlərin reseptorları. İmmun cavabda makrofaqların iştirakı. İmmun cavabın spesifik humoral tənzimlənməsi. İmmunçatışmazlıq (birincili və ikincili) anlayışı. Orqanizmin immun vəziyyətinin qiymətləndirilməsi.

Humoral immun cavab. Onun etapları. Klonal seleksiya və proliferasiyası. B- hüceyrələrin differensasiyası. Spesifik anticisimlərin sintezi.
Anticisimlər. İmmunoqlobulinlərin quruluşu. Yüngül və ağır zəncirlər. Fab- və Fc- fraqmentlər. Polipeptid zəncirdə sabit və dəyişkən sahələr. İmmunoqlobulinin aktiv mərkəzləri. Sitofil (Fc) reseptorlar. İmmunoqlobulinlərin heterogenliyi.  

İmmunoqlobulinlərin sinifləri və onların xüsusiyyətləri. Anticisim və antigenin qarşılıqlı təsir mexanizmi. Immun komplekslərin əmələ gəlməsi. Anticismin valentliyi haqda anlayış. Tam və natamam anticisimlər. Anticisimlərin qoruyucu rolu. Birincili və ikincili immun cavab. İmmunoloji yaddaş. Anticisim sintezinin müasir nəzəriyyələri.

Hüceyrəvi immun cavab. T- limfositlərin subpopulyasiyaları və hüceyrə immunitetində onun rolu. Hüceyrəvi immunitetin mediatorları (limfokinlər). İmmunoloji tolerantlıq. Onun mexanizmi və təzahür formaları.

Hiperhəssaslıq. Hiperhəssaslığın təyini, allergenlər. Sensibilizasiya, həlledici doza, desensibilizasiya. Ani  tipli (B- asılı) hiperhəssaslıq, inkişaf mexanizmi. Anafilaksiya. Aktiv və passiv anafilaksiya. Anafilaktik şok. Atopiya: məxmərək, bronxial astma. Ləng tipli (T- asılı) hiperhəssaslıq, inkişaf mexanizmi. Vərəm, cüzam, brusellyoz və s. infeksiyalarda allergiya. Təmas allergiyası. Dərman allergiyası. Sensibilizasiya mexanizmi. İnfeksion xəstəliklərin allerqodiaqnostikasında in vivo və in vitro testlər. Autoimmun xəstəliklər haqda anlayış. Allergik xəstəlik.

Tətbiqi immunologiya. İmmunodiaqnostika. Seroloji üsul, infeksion xəstəliklərin diaqnostikasında, törədicilərin identifikasiyasında tətbiqi. İmmun diaqnostik zərdablar (aqqlütinasiyaedici, presipitəedici, antitoksik, hemolitik), alınması  və titrlənməsi. Lümminessent zərdablar.

Aqqlütinasiya reaksiyası. Dolayı (passiv) hemaqqlütinasiya. Ko - aqqlütinasiya. Natamam anticisimlərin aşkar edilməsi (Kumbs reaksiyası). Presipitasiya reaksiyaları. Presipitinogenlərin xüsusiyyətləri. Reaksiyaların qoyulması (həlqə presipitasiyası və geldə immun diffuziya), nəticənin qeydi. İmmunoelektroforez. Presipitasiyanın tibbdə tətbiqi. Toksinin antitoksinlə neytrallaşma reaksiyası. Flokulyasiya fenomeni. Antitoksik zərdabların aktivliyinin ölçülməsi. Dəri-allergik sınaq (Şik və Dik reaksiyası). İmmun lizis reaksiyası. Antigenin xarakteristikası. Lizis reaksiyasında komplementin iştirakı. Hemoliz və bakterioliz reaksiyaları. Komplementin birləşmə reaksiyası (KBR), inqredientlər, qoyulma qaydası, nəticənin qeydi. Opsonizasiya reaksiyası. İmmunoflüoressensiya reaksiyası (İFR), düz və dolayı üsullar. İmmunoferment analiz, radioimmun metod, immunoblotinq, zəncirvari polimeraza reaksiyası, onların üstünlükləri, infeksion xəstəliklərin diaqnostikasında tətbiqi.

Virusların neytrallaşma reaksiyası. Virus infeksiyalarının diaqnostikasında hemaqqlütinasiyanın ləngimə reaksiyasının tətbiqi və əhəmiyyəti.

İmmunoprofilaktika və immunoterapiya. Vaksinlər, virulentliyi zəifləşdirilmiş, diri vaksinlər, öldürülmüş, korpuskulyar, kimyəvi vaksinlər, anatoksinlər; assosiasiyalaşmış vaksinlər. Vaksinlərə verilən tələblər. Vaksinasiyanın mümkün fəsadları.

Seroprofilaktika və seroterapiya. Immun zərdablar: antitoksik, antibakterial, antivirus zərdablar, homoloji və heteroloji zərdablar, immunoqlobulinlər, insanın normal   immunqlobulinləri. Bioloji və tibbi preparatların istehsalına dövlət nəzarəti.  

XÜSUSİ MİKROBİOLOGİYA 
Patogen və şərti patogen koklar.Ümumi xüsusiyyətləri. Təsnifatı, xarakteristikası. Koklar normal mikrofloranın nümayəndələri kimi. Yayılması, ətraf mühitdə yaşama müddəti.
Stafilokoklar.  Təsnifatı, növləri. Stafilokokların patogenlik amilləri. Toksin və fermentləri. Törətdikləri xəstəliklər, patogenezi. Sepsis. Piodermiya peşə xəstəliyi kimi. Stafilokok mənşəli qida zəhərlənməsi. Xəstəxanadaxili stafilokok infeksiyaları. Stafilokoklarda antibiotiklərə qarşı davamlılıq. Stafilokok infeksiyalarının laborator diaqnostikası. Mikrobgəzdiricilik. Stafilokokların faqotipləri və antibiotiklərə həssaslığı.  Spesifik müalicə və profilaktika preparatları.
Streptokoklar. Ümumi xüsusiyyətləri. Yayılması. Təsnifatı, kultural və biokimyəvi xüsusiyyətləri. Seroloji qrupları. Toksinləri, aqressivlik fermentləri. Qızıl yel, angina, revmatizm, irinli-iltihabi proseslər, qlomerulonefrit, sepsis, xroniki tonzillitin etiologiyasında hemolitik streptokokların rolu. Skarlatinada streptokok toksinin rolu. İmmunitet. Dik reaksiyası.    

Pnevmokoklar, antigen quruluşu, xüsusiyyətləri, Laborator diaqnostika.
Enterokoklar. Laborator diaqnostika. Spesifik müalicə preparatları.
Meninqokoklar. Təsnifatı. Xüsusiyyətləri. Meninqokok infeksiyaların laborator diaqnostikası: meningit, meninqokoksemiya, kəskin nazofaringit. Spesifik müalicə və profilaktika preparatları.
Qonokoklar. morfo-bioloji xüsusiyyətləri. Laborator diaqnostikası. Müalicə və profilaktika preparatları. Qonovaksin və onun tətbiqi.

Moraksella cinsi, patologiyada rolu.
Patogen və şərti patogen enterobakteriyalar. Ümumi xüsusiyyətləri. Təsnifatı. Morfoloji, kultural, biokimyəvi, antigen xassələri.
Eşerixiyalar. Xüsusiyyətləri, ekologiyası, seroqrupları, patogenlik amilləri. Törətdiyi xəstəliklər.
Salmonellalar, xüsusiyyətləri. Antigen quruluşu. Kaufman-Uayta görə təsnifatı. Qarın yatalağı və paratif salmonellaları. Spesifik profilaktika və müalicə preparatları.
Salmonellalar xəstəxanadaxili infeksiya törədiciləri kimi.
Şigellalar – dizenteriyanın törədiciləri. Ümumi xüsusiyyətləri. Təsnifatı, biokimyəvi və antigen xüsusiyyətləri. Patogenlik amilləri.Yayılması. Patogenez. İmmunitet. Laborator diaqnoz. Spesifik profilaktika və müalicə preparatları.

Klebsiellalar – pathogen klebsiellaların  xarakteristikası, törətdiyi xəstləiklər, (özena, rinoskleroma, pnevmoniya çöpləri). Patogenez, immunitet. Laborator diaqnoz.

Proteylər, xarakteristikası, insan patologiyasında rolu
İersiniyalar.  Taun çöpləri. Morfoloji və cultural xüsusiyyətləri, patogenlik amilləri. Diaqnostika. Spesifik müalicə və profilaktika preparatları.
Bağırsaq iersiniozu və psevdotuberkulyozun  törədiciləri, xüsusiyyətləri, laborator diaqnostikası.
Patogen və şərti patogen vibrionlar. Qıvrım bakteriyalar. Ümumi xüsusiyyətləri. Təsnifatı. Vəba vibrionu. Morfoloji, kultural, biokimyəvi xassələri, antigen quruluşu. Ekspres diaqnostika. Laborator diaqnostika. Spesifik profilaktika preparatları, müalicə prinsipləri.

Kampilobakteriyalar, Helikobakteriyalar, morfo-bioloji xüsusiyyətləri, patogenlik amilləri, törətdiyi xəstəliklər, laborator diaqnostikası.
Fermentləşdirməyən qram mənfi aerob çöplər və kokobasillər. Hemoqlobinofil və oxşar bakteriyalar. Psevdomonadlar. Göy-yaşıl irin çöpləri, morfo-bioloji xüsusiyyətləri. Patogenlik amilləri. Yayılması. İnsan patologiyasında rolu. Xəstəxanadaxili infeksiyalar.
Hemoqlobinofil bakteriyalar. H.influenzae, morfoloji və kultural xassələri, serotipləri və biovarları. Yumşaq şankrın mikrobioloji diaqnostikası. Kox - Uiks çöpləri.
Qram mənfi aerob çöpvari bakteriyalar.Brusellalar. Təsnifatı, morfoloji və kultural xassələri, patogenlik amilləri. İnfeksiya mənbəyi, insana yoluxma yolları. Patogenez. Bakterioloji, seroloji, allergik müayinə üsulları. Spesifik müalicə və profilaktika preparatları.
Bordetellalar. Ümimi xüsusiyyətləri, təsnifatı, morfoloji, kultural xassələri, antigen quruluşu. Göy öskürək törədiciləri. Laborator diaqnozu. Spesifik profilaktika və müalicə preparatları.

Tulyaremiyanın törədicisi. Morfoloji və kultural xassələri, patogenlik amilləri. Diaqnostika üsulları. Spesifik profilaktika və müalicə preparatları.

Legionellalar. Morfo-bioloji xüsusiyyətləri. Patogenlik amilləri. Laborator diaqnostika. Müalicə preparatları.
Aerob və fakultativ-anaerob qram müsbət çöpvari bakteriyalar.Qara yara törədicisi. Morfo-bioloji xüsusiyyətləri, patogenlik amilləri. Heyvanlarda və insanlarda qara yara. Patogenez. Laborator diaqnostika. Spesifik profilaktika və müalicə preparatları.
Listeriozun törədicisi. Listeriyalar, morfo-bioloji xüsusiyyətləri, patogenlik amilləri, ətraf mühitdə yayılması. Törətdiyi xəstəlik,  Laborator diaqnostikası.
Patogen korinebakteriyalar. Ümumi xüsusiyyətləri. Difteriya törədicisi. Morfoloji və kultural xüsusiyyətləri. Patogenlik amilləri. Difteriya toksinin təsir mexanizmi. Difteriyanın laborator diaqnozu. Spesifik profilaktika və müalicə preparatları.
Patogen və şərti patogen anaeroblar.Klostridilərin ümumi xüsusiyyətləri. Təsnifatı, təbiətdə yayılması. Klostridilərin növləri – qazlı anaerob infeksiya, tetanus, botulizmin törədiciləri Qazlı qanqrena törədiciləri, morfoloji  və bioloji xüsusiyyətləri. Laborator diaqnostika üsulları.

Tetanusun törədicisi (Clostridium tetani). Morfoloji və kultural əlamətləri. Toksin əmələ gətirməsi. İnsan və heyvanda xəstəliyin patogenezi. Spesifik profilaktika və müalicə preparatları. 
Botulizmin törədiciləri (Clostridium botulinum). Morfoloji  və kultural əlamətləri. Toksinin xüsusiyyətləri və təsir mexanizmi. Botulizmin patogenezi. Laborator diaqnostika. Spesifik profilaktika və müalicə preparatları. 

 Clostridium difficile, xüsusiyyətləri. İnsan patologiyasında rolu.
Spora əmələ gətirməyən anaeroblar. Bakteroidlər insan başırsağının normal mikroflorası kimi. Morfoloji və kultural xassələri. Patologiyada rolu. Laborator diaqnostikası.
Patogen və şərti patogen mikobakteriyalar. Aktinomisetlər. Ümumi xüsusiyyətləri, təsnifatı. Vərəmin törədiciləri. Morfoloji, tinktorial və kultural xassələri. Patogenlik amilləri. Xəstəliyin patogenezi. İmmunitet, allergiya. Xəstəliyin laborator diaqnozu. Kimyəvi terapiya və antibiotikoterapiya. BCG vaksini və onun əhəmiyyəti.
Cüzamın törədicisi. Morfoloji və kultural xüsusiyyətləri. Cüzamın klinik formaları. Laborator diaqnostika. Kimyəvi terapevtik preparatlar.

Mikobakteriozların törədiciləri.
Aktinomisetlər. Təsnifatı. Morfoloji, kultural xüsusiyyətləri, davamlılığı, patogenlik amilləri. Aktinomikozların diaqnostikası və müalicə prinsipləri.  Aktinomisetlər – antibiotik produsentləri kimi.
Patogen spiroxetlər, rikketsiyalar, xlamidiyalar və mikoplazmalar. Patogen spiroxetlər. Ümumi xüsusiyyətləri, təsnifatı. Treponemalar. Sifilisin törədicisi. Morfoloji və kultural xassələri. Antigen quruluşu. Patogenlik amilləri. Xəstəliyin patogenezi. İmmunitetin xarakteri. Laborator diaqnostika. Sifilisin müalicə preparatları.
Borreliyalar. Qayıdan yatalağın törədiciləri. Morfoloji və bioloji xüsusiyyətləri. Patogenlik amilləri. Ekoloji variantlar, patogenez. İmmunitet. Laborator diaqnoz.
Laymoborelliozun törədicisi, xəstəliyin patogenezi. Laborator diaqnoz.
Leptospirozun törədicisi. Ümumi xüsusiyyətləri. Təsnifatı. İnfeksiya mənbəyi və yoluxma yolları. Patogenez və immunitet. Laborator diaqnostika. Spesifik müalicə və profilaktika preparatları.

Patogen rikketsiyalar. Ümumi xüsusiyyətləri. Morfologiyası. Təsnifatı.
Səpgili yatalağın törədiciləri. Laborator diaqnostika. Spesifik müalicə və profilaktika. Endemik - siçovul səpgili yatalağın törədicisi.
Qu- qızdırmasının törədicisi. Yoluxma yolları. Patogenez. Laborator diaqnostika. Spesifik müalicə və profilaktika.
Patogen xlamidiyalar. Təsnifatı, ümumi xüsusiyyətləri. Morfoloji və kultural əlamətləri. Patogenlik faktorları.

Ornitozun törədicisinin xüsusiyyətləri. Laboartor diaqnostika. Müalicə preparatları.
Chlamydia trachomatis. Patogenez. Laborator diaqnostika. Müalicə prepatları. Profilaktikası.
Patogen mikoplazmalar. Morfoloji və kultural xüsusiyyətləri. Təsnifatı. İnsanda törətdikləri xəstəliklər. Orqanizmdə persistensiyası. Patogenlik amilləri. Laborator diaqnoz. Spesifik müalicə.

Ureaplasmalar, xüsusiyyətləri.
Patogen  göbələklər. Ümumi xüsusiyyətləri. Təsnifatı, morfo-bioloji xüsusiyyətləri. Patogenlik amilləri. Mikozların təsnifatı,

Keratomikozların törədiciləri. Çilli dəmrov və onun patogenezi.
Dermatomikozların  (epidermofitiya, mikroskopiya, trixofitiya, keçəllik) törədiciləri. Morfoloji və kultural xüsusiyyətləri. Dəri, tük və dırnaqda törətdikləri xəstəliklər. Laborator diaqnoz, antimikotik preparatlar.
Sistem xarakterli mikozların (blastomikoz, kriptokokkoz, histoplazmoz, koksidioidoz, parakoksidioidoz) törədiciləri. Morfo-bioloji xüsusiyyətləri. Laborator diaqnozu.
Şərti-patogen göbələklər. Candida cinsli göbələklər, morfo-bioloji xüsusiyyətləri. Laborator diaqnoz.
Kif göbələkləri (Aspergillus və s.), insan patologiyasında onların rolu. Laborator diaqnoz. 
Pnevmosistozun törədicisi. Morfo-bioloji xüsusiyyətləri. Laborator diaqnoz.  Müalicə preparatları.

Patogen ibtidailər. Ümumi xassələri. Təsnifatı.
Amöbiazın törədicisi, xüsusiyyətləri. Laborator diaqnostika. Müalicə preparatları.
Malyariya plazmodiləri. Morfologiyası. İnkişaf tsikli, xəstəliyin patogenezi.  Laborator diaqnostika. Müalicə prepatları. Profilaktika.
Toksoplazmozun törədicisi. Morfologiyası, inkişaf tsikli. Laborator diaqnoz. Profilaktika. 
Leyşmaniyalar, morfologiyası, təsnifatı, xəstəliyin patogenezi. Laborator diaqnoz. Müalicəsi.

Trixomoniazın törədicisi, xüsusiyyətləri. Laborator diaqnoz, müalicə və profilaktikası.
Giardiozun törədicisi, morfologiyası. Xəstəliyin patogenezi. Laboartor diaqnostika. Müalicə və profilaktika. 
 Balantidiazın törədicisi, morfologiyası. Xəstəliyin patogenezi.  Laborator diaqnostika. Müalicə və profilaktika.  

Kriptosporidilər, insan patologiyasında rolu.
XÜSUSİ VİRUSOLOGİYA 
DNT tərkibli viruslar. Herpesviruslar. Təsnifatı. Virionun quruluşu, kultivasiyası. Rezistentliyi, antigenləri. Persistensiya.
Sadə herpes virusları. Xəstəliyin patogenetik xüsusiyyətləri. Persistensiya, immunitet. Herpesvirusların onkogenliyi.
Su çiçəyi - qurşaqlı uçuq virusu. Xəstəliyin patogenetik xüsusiyyətləri. Herpesvirus infeksiyalarının laborator diaqnozu.
Sitomeqalovirus. Epşteyn-Bar virusu. Morfoloji xüsusiyyətləri, törətdiyi xəstəliklər. Laborator diaqnostika
Adenoviruslar. Təsnifatı, quruluşu, kultivasiyası. Serotipləri, patogenlik xüsusiyyətləri. Onkogen tipləri. Adenovirus infeksiyalarının laborator diaqnozu. 
RNT tərkibli  viruslar. Reoviruslar, Rotaviruslar. Ümumi xüsusiyyətləri və təsnifatı. İnsan patologiyasında rolu.  
Arboviruslar. Toqaviruslar. Ümumi xüsusiyyətləri. Təsnifatı. Alfa - virus cinsinin insan patologiyasında rolu.
Flaviviruslar. Gənə ensefaliti, Yapon ensefaliti, hemorragik qızdırma, sarı qızdırma virusları, Virionun ümumi xüsusiyyətləri.
Rubivirus cinsi. Məxmərək virusu. Laborator diaqnoz. Spesifik profilaktika və müalicə tədbirləri.
Rabdoviruslar. Quduzluq virusu. Ümumi xüsusiyyətləri. Quduzluğun laborator diaqnozu, spesifik profilaktikası. Vezikulyar stomatit virusu.
Paramiksoviruslar. Ümumi xüsusiyyətləri, təsnifatı. Virionun quruluşu və kimyəvi tərkibi, kultivasiyası.
Paraqrip virusları.
Epidemik parotit virusu.   
 Respirator-sinsitial viruslar.
Morbillivirus cinsi. Qızılça virusu. Spesifik profilaktika.Laborator diaqnoz.
Ortomiksoviruslar. Ümumi xüsusiyyətləri, təsnifatı.
Qrip virusları. Ümumi xüsusiyyətləri. Qrip virusunun antigenləri. Laborator diaqnoz. Spesifik profilaktika və müalicə.
Pikornaviruslar.  Ümumi xüsusiyyətləri, təsnifatı.
 Enteroviruslar. Poliomielit, ECHO, Koksaki  və A hepatiti virusları. Virionların quruluşu, kultivasiyası, sitopatogen təsiri. Rezistentliyi. Antigenliyi. Serotipləri. İmmunitet. Spesifik profilaktika və müalicə.
Retroviruslar. İnsanın immun çatışmazlıq virusları, təsnifatı. Virionun quruluşu. QİÇS-in laborator diaqnozu. Profilaktika və müalicə preparatları.
Onkogen viruslar. Bəd xassəli şişlərin etiologiyasında virusların rolunun tarixi. DNT tərkibli viruslarda (poks-, adeno-, herpesviruslar) onkogenlik.    

Papillomaviruslar. Ümumi xüsusiyyətləri.
Onkornoviruslar. Təsnifatı. Onkogen qrupları (A,B,C,D). Virusların quruluş xüsusiyyətləri. Xəstəliyin klinik formaları.
Hepatit virusları. A hepatit virusu, xüsusiyyətləri. Rezistentliyi. A hepatitinin patogenezi. Laborator diaqnostika. Spesifik profilaktika
B hepatit virusu və C hepatit virusların xüsusiyyətləri, genotipləri, yoluxma yolları, patogenez, laborator diaqnostika.

D hepatit virusu. Virionun xüsusiyyətləri.
Klinik mikrobiologiya. Tənəffüs yolları infeksiyalarının mikrobiologiyası və diaqnostika prinsipləri.
Yuxarı tənəffüs yolları,normal mikroflora, burun böşluğunun iltihabi xəstəlikləri – rinitlər və nazofaringitlər, törədici mikroorqanizmlər.

Aşağı tənəffüs yolları infeksiyaları.
Mədə-bağırsaq traktı infeksiyalarının mikrobiologiyası və diaqnostika prinsipləri.
Qida toksiko-infeksiyaların  mikrobiologiyası və diaqnostika prinsipləri.
Sidik-cinsiyyət yolları infeksiyalarının mikrobiologiyası və diaqnostika prinsipləri.
Dəri örtükləri, dayaq-hərəkət sistemi və mərkəzi sinir sistemi infeksiyalarının mikrobiologiyası və diaqnostika prinsipləri. Dəri örtükləri infeksiyaları.

Dayaq hərəkət sistemi infeksiyaları.
Mərkəzi sinir sistemi infeksiyalarının mikrobiologiyası və diaqnostika prinsipləri.
Septik və xəstəxanadaxili infeksiyaların mikrobiologiyası və diaqnostika prinsipləri.