Azərbaycan Tibb Universiteti milli səviyyədə institusional akkreditasiyadan uğurla keçib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya Şurasının qərarına əsasən, Azərbaycan Tibb Universiteti 5 il müddətinə institusional akkreditasiyanı əldə edib.

  ATU-nun Müalicə işi, Stomatologiya və Əczaçılıq ixtisasları üzrə aparılmış beynəlxalq proqram akkreditasiya qiymətləndirməsinin nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair qərar qəbul edilib.

 

Tibb

 

Stomatologiya

 

Əczaçılıq