AZƏRBAYCAN TİBB UNİVERSİTETİ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN AKKREDİTASİYASI İLƏ BAĞLI NÖVBƏTİ NAİLİYYƏTİ ƏLDƏ EDİB

ATU 28 mart 2024-cü il tarixində milli səviyyədə instutisional akkreditasiyadan uğurla keçib.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya Şurasının qərarına əsasən, Azərbaycan Tibb Universiteti 5 il müddətinə institusional akkreditasiyanı əldə edib. Bundan əlavə,  ATU-nun Müalicə işi, Stomatologiya və Əczaçılıq ixtisasları üzrə aparılmış beynəlxalq proqram akkreditasiya qiymətləndirməsinin nəticələrinin dövlət akkreditasiyası tərəfindən nəzərə alınmasına dair qərar qəbul edilib.