İctimai Sağlamlıq və Səhiyyənin Təşkili fənni üzrə tədris proqramı

“İCTİMAİ SAĞLAMLIQ VƏ SƏHİYYƏNİN TƏŞKİLİ” fənnİ üzrə TƏDRİS proqramI
1.      İctimai sağlamlıq bir elm və tədris fənni kimi. Onun inkişaf tarixi.
            Elmin öyrənmə obyekti, mahiyyəti, funksiyaları, vəzifələri. Müxtəlif tibb elmləri, humanitar fənnlərə onun inteqrasiyası, tibbi təhsil sistemində və praktik həkim fəalliyyətində əhəmiyyəti. İctimai sağlamlıq anlayışının sosial və bioloji aspektləri, tədqiqat metodları: tarixi, statistik, eksperimental, modelləşdirmə, iqtisadi, sosioloji və s.
            İctimai sağlamlıq elminin meydana gəlməsi. Dünyanın ilk sosial gigiyena məktəblər və onların nümayəndələrinin sosial gigiyenik konsepsiyalarıninkişafında rolu (A. Qrotyan, İ.P. Frank, A.Fişer, H. Kllis, R.Zand, N.A. Semaşko, Q.A. Batkis, A.F. Serenko, Y.P. Lisitsin və s). 
            Azərbaycanda sosial gigiyena və səhiyyənin təşkili elminin meydana gəlməsi və formalaşmasında Ö. Bayraşevskinin, Ə.Ə.Əlibəyovun, M.Ə. İbrahimovun, İ.N. Felin, Ə.Ə. Əhmədovun, Ə.T. Ağayevin, F.B. Ağayevin və başqalarının fəaliyyət istiqamətləri və müasir problemləri.
2.      Səhiyyə sisteminin nəzəri prinsipləri.
            İnsan və xarici mühitin qarşılıqlı əlaqəsi və münasibəti. Tibbdə dörd model problem: insan-cəmiyyət, insan-təbiət, cəmiyyət-təbiət ekologiya və insan ekologiyası haqqında anlayış. Ekologiyanın qanunları (B.Kommoner). Sağlamlıq və xəstəlik kateqoriyasının sosial fəlsəfi və tibbi mahiyyəti səhiyyənin nəzəri əsası kimi. Sağlamlıq, norma və patologiya anlayışları. Sanalogiya və valeologiya. Sağlamlığın formalaşması nəzəriyyəsi, onun sosial-bioloji mahiyyəti. Tibb və səhiyyə anlayışlarının təyini. Səhiyyənin vəzifələri və bu istiqamətdə səhiyyə orqanlarının, idarələrinin və tibb ictimayyətinin qarşısında duran məsələlər. Səhiyyənin prinsipləri.
3.      Dövlət və beynəlxalq sənədlərdə sağlamlığın mühafizəsi, səhiyyə məsələləri. Səhiyyə qanunvericiliyi. 
            Azərbaycan Respublikasının Konstitusiyasında sağlamlıq, səhiyyə və müxtəlif sosial-gigiyenik problemlər (əmək, istirahət, mənzil və s.). Səhiyyə qanunvericiliyinin əsasları. “Sanitar-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respubllikasının Qanunu. “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Tibbi sığorta haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında” və s. Azərbaycan Respublikasının Qanunları. Dövlət sənədlərində səhiyyə, sağlamlıq və sosial-gigiyena problemləri. Beynəlxalq və eləcə də dövlət sənədlərində ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması məsələləri. Müasir dövrün ekoloji problemləri. ÜST-nın Alma-Ata və Riqa Beynəlxalq konfransı, onun məramnaməsi, YUNİSEF və digər beynəlxalq təşkilatlar xətti ilə Azərbaycanda insan inkişafı, reproduktiv sağlamlığın əsasları, əhali fondu, sağlamlıq mərkəzlərinin yaradılması Gəncə, Quba,  Cəlilabad, Masallı, Şəmkir və s. şəhər və rayonlarda aparılan işlər, səhiyyə islahatları.
4.      Həkimlik etikası. Bioetika və tibbi estetika.
            Etika və təbabət. Deontologiya. Bioetika. Həkim etikasının və deontologiyasının nəzəri aspektləri. Təbabətdə humanizm problemləri. Həkimlik borcu və məsuliyyəti. Həkim sirri və onun hüquqi, mənəvi aspektləri. Həkim səhvinin deontoloji problemləri.
Beynəlxalq tibbi etika kodeksi. Cenevrə, Helsinki-Tokio deklarasiyası. Azərbaycan Respublikası həkiminin andı “Hippokrat andı”. Bioetika. Pasiyentin hüquqları.
5.      Əhali, tibb və səhiyyə haqqında nəzəri sistemlər. Nəzəri sistemlərin beynəlxalq təsnifatı. 
I. Sağlamlığın mahiyyəti, əsasları – sanalogiya nəzəriyyələri: Xəstəlik və sağlamlıq kateqoriyasının mahiyyətini izah edən nəzəriyyələr. Humoralizm, solidarizm, sellülar patologiya nevrizm təlimi və s., Sağlamlıq və patologiyanın ümumi tiplərini formalaşdıran nəzəriyyələr. “Faktorlar”, “Yoxsulluq və xəstəliklərin tilsimlənmiş dairəsi” nəzəriyyəsi. “Sivilizasiya xəstəlikləri” və “Sosial dezadaptasiya” nəzəriyyəsi.
II. Natural tibbi-bioloji nəzəriyyə: Freydizm, neofreydizm. Psixoanalitik psixosomatika. Stres və ümumadaptasiya sindromu nəzəriyyəsi., Neohipokratizm və s. sosial-fəlsəfi və tibbi mahiyyəti.
III. Funksional patologiya və təbabət nəzəriyyələri: Nervizm. Kortiko-visseral patologiya.
IV. Əhali və səhiyyə haqda natural nəzəriyyələr: Maltusçuluq, neomaltusçuluq, optimum əhali qanunu. Sosial Darvinizm.
V. Sintetik, universal nəzəriyyələr: Konvergensiya, İnsan kapitalı, Determinasion tibb nəzəriyyəsi.
6.      Həyat səviyyəsinin sağlamlıq üçün sosial gigiyenik əhəmiyyəti, onun komponentləri. Sağlam qidalanma problemi. 
            Əmək, sosial-gigiyenik problem kimi. Əmək, sağlamlığın hormonik fiziki inkişafın və şəxsin mənəvi qabiliyyətinin kamilləşməsinin faktoru kimi. İstehsalat estetikası haqqında anlayış. İstirahət sosial-gigiyenik problem kimi. Tibb işçilərinin ictimai təşkilatlarının əhalinin boş vaxtlarından rasional istifadə etmədə rolu.
            Mənzil sosial-gigiyenik problem kimi. Urbanizasiya sosial gigiyenik problem kimi. Şəhərlərin və şəhər əhalisinin artması problemi, onun əhalinin sağlamlığına və tibbi xidmətin təşkilinə təsiri.
            Qidalanma sosial-gigiyenik problem kimi. Səhiyyə orqanlarının və idarələrinin əhalinin rasional elmi gigiyenik əsaslarla qidalanmasında, tənzimində, təşkilində və nəzarətində rolu.
7. Tibbi statistikanın əsasları.
Tibb və səhiyyədə statistikanın əhəmiyyəti. Statistika elminin məzmunu
və inkişaf tarixi. Tibb və səhiyyə ilə əlaqədar olan məsələlərin öyrənilməsində tətbiqi. Tibbi statistikanın 3 bölməsi: tibbi statistikanın nəzəri və metodiki əsasları, əhali sağlamlığı statistikası və səhiyyə statistikası. Tibbi statistikanın əsas vəzifələri. Ehtimal nəzəriyyəsi. Böyük ədədlər qanunu (Bernuliana modası). Laplas və Fermat prinsipləri, onların tibbdə və səhiyyədə tətbiqi. Statistik məcmu. Ümumi və hissəvi statistik məcmu anlayışları. Hissəvi statistik məcmunun reprezentativliyi.
Tibbi-bioloji (klinik, gigiyenik eksperimental, laborator) tədqiqatlarda statistikanın tətbiqi. 
Statistik tədqiqatın təşkili və mərhələləri. Statistik tədqiqatın məqsədi və vəzifəsinin müəyyən edilməsi. Statistik tədqiqatın plan və proqramı. Müşahidənin obyekti və müşahidə vahidi. Müşahidə vahidinin nişanələri: kəmiyyət və keyfiyyət, faktorial və nəticəvi nişanələr. Obyektin əhatə edilmə həcmi və öyrənilmə vaxtından asılı olaraq statistik tədqiqatın növləri.
            Materialın toplanması. Statistik qruplaşdırma və məlumatların alınması. Statistik materialların işlənməsi üsulları: əl ilə, mexaniki və avtomatlaşdırılmış üsullar. Statistik cədvəllərin növləri. Cədvəllərin yoxlanılması və müqayisəli qiymətləndirilməsi. Məlumatların analiz və nəticənin çıxarılması.
            Variasion statistika. Orta kəmiyyətlər və onların öyrənilən hadisələrin qiymətləndirilməsində əhəmiyyəti. Variasion sıra, onun qurulma qaydası. Variasion sıranın növləri. Hesabi orta kəmiyyət və onun növləri. Moda, mediana və hesabi orta kəmiyyət anlayışları. Limit və amplituda. Orta kvadratik fərqlənmə və variasiya əmsalı. Dispersiyalar haqqında anlayış. Variasion sıranın qrafik təsviri. Normal paylanma əyrisi (Qaus əyrisi).
            Assimmetrik sıra, onun qiymətləndirilməsi qaydası. Assimmetriya əmsalı,
nisbi kəmiyyətlər və onların öyrənilən nişanələrin qiymətləndirilməsində əhəmiyyəti.
Ekstensivlik göstəriciləri, onların tərifi, hesablanması qaydası, əhəmiyyəti və tətbiqi. İntensivlik və münasibət göstəricilərinin tərifi, oxşarlığı və fərqləri. Qrafik təsvirlər, onların qurulmasında rəhbər tutulan prinsiplər. Xətti, sütunlu, sektorlu və radial diaqramlar, onların tətbiqi, əhəmiyyəti və qurulması qaydaları. Kartoqram və kartodiaqramlar, onların tətbiqi, əhəmiyyəti və qurulması qaydaları.
            Standartlaşdırma üsulları (vasitəli, vasitəsiz və tərsinə - Kerric metodu). Standartlaşdırma üsulunun mahiyyəti, tətbiqi və əhəmiyyəti. Standartlaşdırılmış göstəricilərin hesablanması qaydaları.
            Dinamik sıraların təhlil edilməsi üsulları, onları xarakterizə edən göstəricilər: əyanilik, artım və artım sürəti göstəriciləri, onların tətbiqi, əhəmiyyəti və hesablanması qaydaları. Dinamik sıraların hamarlanması və düzəldilməsi metodikası. Proqnozlşadırma metodları, onların tibbdə və səhiyyədə tətbiqi.
            Statistik tədqiqatın nəticələrinin qiymətləndirilməsində parametrik üsullar. Reprezentativlik xətası. Orta kəmiyyətlər və intensivlik göstəricilərinin orta xətası, onların əhəmiyyəti və hesablanması qaydası. Kiçik həcmli hissəvi məcmular üçün orta kvadratik fərqlənmə və orta xətanın hesablanması metodikası.
            Orta kəmiyyətlər və intensivlik göstəricilərinin etibarlıq hüdudu və onun müəyyən edilmə qaydası. Müqayisə olunan kəmiyyətlər arasındakı fərqin etibarlığı (Styudentin əmsalı), onun əhəmiyyəti və hesablanması üsulu.
            Alternativ əlamətlər arasındakı əlaqənin təyini. Şarle və Yula əmsallarının hesablanması metodikası.
            K. Pirsonun müvafiqlik əmsalı (X2), əhəmiyyəti, tətbiqi və hesablanma qaydası. “Sıfır” hipotezi haqqında anlayış. Müvafiqlik əmsalının qiymətləndirilməsi qaydası və şərh edilməsi. Cədvəlsiz qiymətləndirmə:
            V.İ. Romanovski üsulu. Qeyri-parametrik statistik metodlar haqqında anlayış. Onun tətbiq edilmə xüsusiyyətləri və əhəmiyyəti. İterasiya metodu.
            Korrelyasion əlaqələrin ölçülməsi. Funksional və korrelyasion əlaqələr. Cərgəvi (Spirmen üsulu) və xətti korrelyasiya (K.Pirson) əmsalı, onun əhəmiyyəti, tətbiqi, hesablanma qaydaları. Əlaqələrin istiqaməti və gücünün qiymətləndirilməsi. Korrelyasiya əmsallarının xətası və etibarlığının müəyyən edilməsi.
            Reqression analiz, əhəmiyyəti və tətbiqi. Reqressiya əmsalının hesablanması. Dispersion analiz. Bir və iki faktorlu dispersion analiz.
8.      Əhalinin sağlamlıq vəziyyəti və onun öyrənilməsi üsulları.  Demoqrafiya, onun tibbi-sosial aspektləri.
Fərdi, qrup əhali və ictimai sağlamlıq anlayışı. Əhali sağlamlığının komponentləri. Sağlamlığın risk qruplarının Y.P. Lisitsin bölgüsü. 
            Sağlamlığa təsir edən mühit kompleksinin səciyyəsi. Risk faktorlarının növləri və ÜST-nın tövsiyyəsi üzrə onların təsir gücündən asılı olaraq reytinq ardıcıllığı.
            Əhali sğlamlığının öyrənilməsi metodları. Sağlamlıq indeksi və ictimai sağlamlıq potensialı. Əhali sağlamlığının qorunmasının əsas prinsipləri və bu sahədə dövlətimizin vəzifələri.
            Demoqrafiya bir elm və tədris fənni kimi, onun məzmunu. Əhali sosial gigiyenik tədqiqat obyekti kimi. Demoqrafik vakuum, partlayış, böhran, inqilab, deformasiya, determinizm və s. anlayışlarının mahiyyəti. Əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi, təsviri və səhiyyə praktikası üçün demoqrafik məlumatların əhəmiyyəti. Əhalinin statistikası və dinamikası. Əhalinin miqdarı, məskunlaşması, tərkibi, sıxlığı, mexaniki və təbii hərəkəti. Mexaniki hərəkətin növləri. Onun səhiyyə üçün əhəmiyyəti. Miqrasiya əmsalı və saldo miqrasiyası haqqında anlayış. Ekstrapolyasiya və intrapolyasiya metodlarından demoqrafiyada istifadə.
            Ailə əhalinin sanitar-statistik və sosial-gigiyenik təsvir vahidi kimi və onun əhalinin təkrar istehsalında əhəmiyyəti. Əhalinin ümumi siyahıya alınması, onun səhiyyə üçün əhəmiyyəti və keçirilməsi qaydaları. 1999-2009-cu il siyahıya alınmasının nəticələri və əvvəlki siyahıya alınmalarla müqayisədə əhalinin miqdarı, cins və yaş tərkibində baş verən dəyişikliklər. Əhali tipləri haqqında anlayış. Yaş piramidi, onun formaları.
            Əhalinin qocalaşması. Uzun ömürlülük sosial-gigiyenik problem kimi. ÜST-nın və P.S. Bojye-Harnenin səviyyələr şkalası. Onun iqtisadi-sosial və psixoloji aspektləri. Herontologiya və herogigiyena. Müxtəlif ölkələrdə uzun ömürlülüyün səviyyəsi.
            Əhalinin təbii hərəkətinin öyrənilməsi üsulları. Vətəndaşlıq vəziyyəti aktlarının qeydi qaydaları. Doğum və ölüm proseslərinin qeyd olunmasında həkimlərin və tibb idarələrinin iştirakı. Ölüm səbəblərinin qeydiyyatı formaları.
            Doğum sosial gigiyenik problem kimi, onun göstəriciləri, hesablanması, təhlili və qiymətləndirilməsi qaydaları. Doğumun səbəbləri və onu müəyyən edən faktorlar. Ümumi, kəbinli, eləcə də ayrı-ayrı yaş qrupları üzrə nəsil törətmə göstəriciləri. Brutto və Netto (Byok-Kuçinski əmsalı) göstəricisi haqqında anlayış. Ailənin planlaşdırılması və insanın reproduktiv funksiyalarının tənzimlənməsi, BMT-nin əhali fondunun (UNFPA) reproduktiv sağlamlıq haqqında layihələri və proqramı.
            Ümumi və ayrı-ayrı yaşlar üzrə ölüm (Benjamin Homperç qanunu), onun səbəbləri, tərkibi, göstəriciləri və hesablanması. Ölümün yaşdan, cinsdən, məskunlaşmadan asılı xüsusiyyətləri. Körpə ölümü, onun xüsusiyyətləri və səbəbləri. Y.Rats və Albitski, A.Vahidov üsulu ilə hesablama metodikası. Erkən uşaq ölümü (yeni doğulanların ölümü) və perinatal ölüm, onların sosial-gigiyenik əhəmiyyəti və səbəbləri. Körpə ölümünün azaldılması uğrunda mübarizə və əsas vəzifələrin ölkəmizdə istiqamətləri. Vaxtından əvvəl ölüm.
            Orta ömür uzunluğu anlayışı. Onun təyini metodikası. Sosial-iqtisadi inkişafın müxtəlif səviyyələrinə malik olan ölkələrdə onun vəziyyəti.
            Müharibələrin demoqrafik proseslərə təsiri. Demoqrafik siyasət və müasir dövrdə onun əsas istiqamətləri. Demoqrafik davranış, onun formaları.
            Xəstələnmə. Dövlət statistikasının xəstələnmənin öyrənilməsində əhəmiyyəti. Xəstəliklər, zədələnmələr və ölüm səbəblərinin X beynəlxalq nomenklaturası və təsnifatı. Onun məzmunu və təşkil edilməsi prinsipləri.
            Ümumi və ayrı-ayrı xəstəliklər üzrə xəstələnməni öyrənmənin xüsusiyyətləri: xəstələnmə, xəstəlik, patoloji hal anlayışı, onların ÜST-nın tövsiyəsi üzrə adlandırılması qaydası. Əhalinin tibb idarələrinə müraciətinə əsasən xəstələnmənin öyrənilməsi, onun səviyyəsi və tərkibi. Xəstələnmənin müxtəlif növlərinin (kəskin yoluxucu xəstəliklər, qeyri-epidemik xəstəliklər, hospitalizə edilən xəstəliklər və əmək qabiliyyətini müvəqqəti itirməyə səbəb olan xəstəliklər) qeydiyyatı. İstifadə edilən dövlət sənədləri.
            Xəstələnmənin öyrənilməsində ekspert-qiymətləndirmə qaydasının tətbiqi. Əmək qabiliyyətini müvəqqəti və daimi itirməklə xəstələnmə göstəriciləri və onun öyrənilməsinin sosial-iqtisadi əhəmiyyəti. Əmək qabiliyyətini müvəqqəti itirməklə xəstələnmə vərəqəsi, əlillik sosial-gigiyenik problem kimi, onun səbəbləri, növləri, reabilitasiya göstəriciləri.
            Profilaktik müayinə məlumatlarına əsasən xəstələnmənin öyrənilməsi, onun səviyyəsi və tərkibi. Xəstələnmə “aysberqi”. Ölüm səbəblərinə görə xəstələnmənin öyrənilməsi, onun səviyyəsi və quruluşu. Hospitallaşdırılmış xəstələnmənin öyrənilməsi səviyyəsi və səbəblər üzrə tərkibi. Hospitallizm-mieologeniya, eqogeniya, yatrogeniya, erqogeniya, farmakogeniya, erqotogeniya anlayışlarının təyini. Xəstələnmənin öyrənilməsində ucdantutma və hissəvi tədqiqat üsullarının tətbiqi. Əhali xəstələnməsinin səbəblərini öyrənilməsində həkimlərin vəzifələri. Əhali xəstələnməsinin kompleks qiymətləndirilməsi. Müasir əhali patologiyasının tipləri və xüsusiyyətləri.
            Əhalinin fiziki inkişafı. Fiziki inkişaf əhalinin sağlamlığını müəyyən edən meyar kimi və onun səhiyyə praktikasında əhəmiyyəti. Fiziki inkişafın müntəzəm müşahidə edilməsi sistemi. Fiziki inkişafın əsas nişanələri. Antropometrik məlumatların statistik işlənməsi qaydaları. Fiziki inkişaf göstəricilərinin regional standartları. Akselerasiya problemi, onu izah edən nəzəriyyələr.
9.      Mühüm geniş yayılan xəstəliklər və onların sosial gigiyenik mahiyyəti.
            Ürək-damar sistemi xəstəlikləri sosial-gigiyenik problem kimi. Xəstələnmə, əlillik və ölüm səviyyələri. Ürək-damar xəstəliklərinin risk faktorları. Ürək-damar xəstəlikləri üzrə əmək qabiliyyətinin müvəqqəti və uzun müddətli itirilməsi. Kardioloji və revmatoloji xidmətin təşkili.
            Ürək-damar xəstəliyi olan və risk faktorlarına malik şəxslərin dispanserləşdirilməsi. Ürək-damar xəstəliklərinin azaldılması perspektivləri.
            Bəd xasiyyətli şişlər sosial-gigiyenik problem kimi. Bəd xasiyyətli şişlərə xəstələnmə, əlillik və ölüm. Xərçəngin epidemiologiyası, coğrafiyası və cins-yaş xüsusiyyətləri. Etnik peşə, qidalanma və s. faktorların xərçənglə xəstələnməyə təsiri. Onkoloji xəstəliklərlə mübarizə tədbirləri sistemi. Onkoloji dispanserlər. Epidemioloji tədqiqatların xərçənglə mübarizənin təkmilləşdirilməsində əhəmiyyəti. Onkoloji xəstələr və risk faktorları olan kontigentlərin dispanserləşdirilməsi. Bəd xasiyyətli şişlərin profilaktikasında sağlam həyat tərzinin əhəmiyyəti.
            Zədələnmə sosial-gigiyenik problem kimi. Zədələnmənin növləri. Bədbəxt hadisələrlə əlaqədar olan əmək qabiliyyətini müvəqqəti və uzun müddətli itirməklə xəstələnmə və ölüm. Zədələnmələrin səbəbləri. Travmatoloji xidmətin təşkili və profilaktikası.
            Vərəm sosial-gigiyenik problem kimi. Vərəmlə xəstələnmə, vərəm xəstəliyinin yayılma səviyyəsi və vərəmdən ölüm. Sosial faktorların (əmək şəraiti, məişət və qidalanma faktorları) vərəmlə xəstələnməyə təsiri. Vərəm xəstəliyi ilə mübarizə tədbirləri sistemi. Vərəm dispanseri və onun əhəmiyyəti.
            Əsəb-ruhi xəstəliklər sosial-gigiyenik problem kimi. Onların yayılma səviyyəsi və öyrənmə üsulları. Əmək, məişət şəraiti və endogen faktorların əsəb-ruhi xəstəliklərin əmələ gəlməsinə təsiri. Bu xəstəliklər zamanı sosial reabilitasiya problemi. Psixo-nevroloji tibbi yardımın təşkili. Psixo-nevroloji dispanserlər. Psixo-nevroloji xəstəliklərin dispanserləşdirilməsinin xüsusiyyətləri.
            Yoluxucu xəstəliklər sosial-gigiyenik problem kimi. Yoluxucu xəstəliklərin yayılma səviyyəsi. Karantin xəstəlikləri. Yoluxucu xəstəliklərin yayılmasına sosial, bioloji və təbii faktorların təsiri. Yoluxucu xəstəliklərin profilaktikası prinsipləri, onların azaldılması və bəzilərinin ləğv edilməsi. Bu işdə sanitar-epidemioloji xidmətin aparıcı rolu. Yoluxucu xəstəlik keçirənlərin dispanserləşdirilməsi və müasir dövrdə bu xəstəliklərlə mübarizənin nailiyyətləri.
            Dəri-zöhrəvi xəstəliklər sosial-gigiyenik problem kimi. Dəri-zöhrəvi xəstəliklər dispanseri, quruluşu, işinin məzmunu.
            Maddələr mübadiləsi xəstəlikləri sosial-gigiyenik problem kimi. Onların epidemiologiyası. Endikrinoloji dispanserlər, quruluşu, vəzifələri.
            Alkoqolizm, narkomaniya və toksikomaniya sosial gigiyenik problem kimi. Sosial və tibbi aspektdə alkoqolizm və narkomaniyanın tərifi. Alkoqolizm, sərxoşluq və narkomanlığın əmək məhsuldarlığına və cinayətkarlığa təsiri. Alkoqolizm, sərxoşluq və narkomaniya ilə mübarizədə ictimai və dövləti tədbirlər sisteminin əhəmiyyəti.
            Narkomaniya ilə mübarizədə beynəlxalq əlaqələr. Azərbaycan Respubllikasında aparılan dövləti tədbirlər sistemi. Alkoqolizm və narkomaniya ilə mübarizədə səhiyyə orqanları və idarələrinin iştirakı. Psixonevroloji dispanser, onun alkoqolizm və narkomaniya ilə mübarizədə iştirakı. Narkoliji kabinələr.
10.  Sosial sığorta və sosial təminat sistemi. İnsanların sosial müdafiəsi problemləri. Xəstələrin və əlillərin tibbi-sosial ekspertizasının təşkili.
            Sosial sığorta və sosial təminatın cəmiyyət üçün əhəmiyyəti və əsas prinsipləri. Sosial sığortanın və sosial təminatın əhali sağlamlığının qorunması işində iştirakı. Sosial sığorta və sosial təminat orqanlarının quruluşu və vəzifələri. Sosial sığorta və sosial təminat xətti üzrə təqaüdlərin, yardımların və digər ödənişlərin növləri. Sosial sığorta və sosial təminat xətti üzrə qanunvericilik. Səhiyyə orqanları və həkimlərin sosial sığorta təmminatında rolu.
            Əmək qabiliyyətinin həkim ekspertizası. Zəhmətkeşlərin əmək və maddi təminat üzrə təmin olunma hüququnda həkim əmək ekspertizasının vəzifələri və prinsipləri. Əmək qabiliyyətinin ekspertizası və əmək rekomendasiyası işinin həllində əmək və məişət şəraitinin nəzərə alınması. Müvəqqəti əmək qabiliyyəti itirilməsi zamanı əmək tövsiyəsi məsələləri. Əlilliyin profilaktikası. Əmək ekspertizasının nəzəri və təcrübi cəhətdən təkmilləşdirilməsində tibb elminin rolu.
            Əmək qabiliyyətini müvəqqəti itirmənin ekspertizası. Əmək qabiliyyətini müvəqqəti itirmənin növləri. Əmək qabiliyyətini müvəqqəti itirmə vərəqəsi, hüquqi, tibbi və malliyyə sənədi kimi. Əmək qabiliyyətini müvəqqəti itirmənin müxtəlif formalarında əmək qabiliyyətini itirmə vərəqəsinin verilmə qaydası və ona nəzarət. Müalicə həkiminin, şöbə müdirinin və baş həkimin əmək qabiliyyətinin ekspertizası üzrə müavinin vəzifəsi. Əmək qabiliyyətinin bərpası və rassional əmək tövsiyəsi məqsədilə tibbi yardım. Həkim əmək ekspertkomissiyası, onun növləri və quruluşu, vəzifələri və əlilliyin müəyyən etmə metodları. Əlillik qrupları və onları müəyyən etmə prinsipləri. Əmək tövsiyəsi, hərbi əlillərin əmək ekspertizası qaydası və onun xüsusiyyətləri. Reabilitasiya, onun növləri. Tibbi-sosial və hərbi-həkim ekspertizası.
            Əlil kimsəsizlərin, qocaların saxlanılması və əmək qabiliyyətinin bərpası üçün dövlət müəssisələri şəbəkəsi.
            “Tibbi-sosial ekspertiza” anlayışının tərifi, onun vəzifələri, növləri. Tibbi-sosial ekspertiza və reabilitasiya sisteminin idarə edilməsi. Əmək qabiliyyətinin əhəmiyyətinin müvəqqəti itirilməsinin qiymətləndirilməsində istifadə olunan meyarlar. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin növləri.
            MPM-də əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının təşkili. Əmək qabiliyyətinin müvəqqəti itirilməsini təsdiq edən sənədlər. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında vərəqələrin və arayışların verilməsi qaydası. Əmək qabiliyyətinin itirilməsi vərəqəsi. saxlanma və əmək qabiliyyətinin müvəqqəti itirilməsinin müxtəlif növləri zamanı xəstələrə verilmə qaydası.
            Tibbi reabilitasiya və ekspertizaya dair müalicə həkiminin, şöbə müdirinin, baş həkimin müavininin vəzifələri. Tibbi reabilitasiya və ekspertiza məsələləri üzrə həkim-məsləhət komissiyasının işinin təşkili, tərkibi və fuksyaları. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə dair qeyd-hesabat sənədləri. “Əlillik” anlayışının tərifi, əlillik qrupunun təyin edilməsinin meyarları. TREK,onların növləri, tərkibi, vəzifələri. HMK və TREK-nın işinin əlaqələdirilməsi. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin və əlilliyin ekspertizasının qanunverici əsasları.
11.  Xarici ölkələrdə səhiyyə. Səhiyyənin beynəlxalq əhəmiyyəti. 
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
            Müxtəlif ictimai-iqtsadi inkişaf səviyyəli ölkələrdə (RF, ABŞ, İngiltərə, Almaniya, Fransa və s.) mövcud olan səhiyyə sistemləri: fərdi sahibkar təbabəti, sığorta təbabəti, dövləti təbabət, onların hazırkı vəziyyəti və nailiyyətləri.
            İnkişaf etməkdə olan ölkələrdə səhiyyə sistemi.
            Səhiyyə Nazirliyinin xarici ölkələrdə əlaqə şöbəsinin vəzifələri. Elm, təhsil, praktik səhiyyə sahəsində əməkdaşlıq problemləri.
            Vətən səhiyyəsinin beynəlxalq nailiyyətləri və onların əhəmiyyəti.
            ÜST, onun meydana gəlməsi tarixi. Nizamnaməsi, quruluşu, maliyyə vəsaiti və vəzifələri. Müxtəlif dövlətlərin ÜST-nın işində iştirak etmə formaları.
            ÜST-nın Beynəlxalq Alma-Ata konfransı. Birincili tibbi-sanitar yardım konsepsiyası, onun mahiyyəti. İkincili və üçüncülü tibbi-sanitar yardım anlayışı. ÜST-nın Avropa Regional bürosunun “Bu günün reallığı və gələcəyin birliyi naminə” şüarı istiqamətində səhiyyə sistemində olan vəzifələr. Səhiyyənin beynəlxalq problemləri, onların həll olunma yolları.
12. Əhalinin xəstələnməsi, risk amilləri. Təcili və təxirəsalınmaz tibbi yardımın təşkili.
“Xəstəliklərin beynəlxalq nomenklaturası”nın yaranması zərurəti.
            Əhalinin xəstələnməsi ən mühüm sosial-gigiyenik problem kimi. Xəstələnmə haqqında informasiya mənbələri. Xəstələnmənin öyrənilməsində və məlumatların keyfiyyətinin  dürüstlüyünün artırılmasında həkimlərin rolu.
            Xəstəliklərin, travmaların və ölümün səbəblərinin beynəlxalq təsnifatı, onun quruluşunun əsas prinsipləri və istifadə edilmə qaydasının, əhalinin xəstələnməsinin və ölümünün öyrənilməsində əhəmiyyəti. ÜST tərkibinə daxil olan ölkələrdə əhalinin sağlamlıq vəziyyətini öyrənmək üçün “Xəstəliklərin beynəlxalq nomenklaturası”nın əsas və normativ bir sənəd olması.
            “Əhalinin xəstələnməsi” anlayışının tərifi. Xəstələnmənin öyrənilmə metodları, onların xarakteristikası. Xəstələnmənin növləri. Ümumi xəstələnmə, yayılma göstəriciləri, xəstələnmənin üst-üstə toplanması, yaşa, cinsə görə xəstələnmə əmsalları.
            Tibb müəssisələrinə müraciət etmənin məlumatlarına görə xəstələnmənin öyrənilməsi. Birincili və ümumi xəstələnmə. Xəstələnmənin ayrı-ayrı növlərinin (kəskin infeksion xəstəliklər, ən mühüm qeyri-epidemik xəstəliklər, əmək qabiliyyəti hospitalaşdırılmış xəstələrin xəstələnməsi) xüsusi qeydi. Adbaad qeydən istifadə edilməsi.
            Profilaktik tibbi müayinələrin məlumatlarına görə xəstələnmənin öyrənilməsi. Əhalinin sağlamlıq qruplarına görə bölünməsi. Patoloji zədələnmə barədə anlayış
            Ölümün səbəblərinə görə xəstələnmənin öyrənilməsi. Əsas qeyd və hesabat sənədləri. Tibbi yardıma müraciət etməyə görə əhalinin xəstələnməsi: öyrənilmə metoikası, qeyd sənədləri, xəstələnmənin səviyyəsi, sayı, strukturu.
            Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə müşayiət olunan xəstələnmə: öyrənilmə metodikası, qeyd sənədləri, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə müşayiət olunan xəstələnmənin göstəriciləri, xəstələnmənin öyrənilməsində adbaad qeydin tətbiqi. Uzun müddət və tez-tez xəstələnənlər qruplarının seçilib ayrılmasının meyarları və tibbi-sosial əhəmiyyəti. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə müşayiət olunan xəstələnmənin iqtisadi əhəmiyyəti.
            Hospitallaşdırılmış xəstələnmə: öyrənilmə metodları, qeyd sənədləri, hospitallaşdırılmış xəstələnmənin səviyyəsi, sayı, strukturu.
            Kəskin infeksion xəstəliklərlə xəstələnmə: öyrənilmə metodikası, qeyd sənədləri, göstəriciləri. Müxtəlif ölkələrdə infeksion xəstəliklərin yayılma dərəcəsi. Karantin xəstəliklər: İnfeksion xəstəliklərin yayılmasında tibbi-sosial, bioloji və təbii amillərin əhəmiyyəti. İnfeksion xəstəliklərin yayılma dinamikası və regional xüsusiyyətləri.
            QİÇS ən mühüm müasir tibbi-sosial problem kimi. Öyrənilmə metodları, qeyd sənədləri, birincili xəstələnmə, yayılma göstəriciləri.
            Tibbi müayinələrin məlumatlarına görə əhalinin xəstələnməsi: öyrənilmə metodikası, qeyd sənədləri, göstəriciləri. Əhalinin xəstələnməsinin azaldılması üçün dispanserizasiyanın əhəmiyyəti.
            Ölümün səbəbləri haqqında məlumatlara görə əhalinin xəstələnməsi: öyrənilmə metodikası, qeyd sənədləri. Ölümün səbəblərinin qeydiyyatı zamanı həkimlərin vəzifələri.
            Xəstələnmənin regional xüsusiyyətləri: göstəricilərin səviyyəsi, strukturu, dinamikası. ÇAES-də fəlakətdən ziyan çəkən əhalinin xəstələnməsinin xüsusiyyətləri.
“Təcili və təxirəsalınmaz tibbi yardım” anlayışının tərifi. Tibb xidmətinin təcili (təxirəsalınmaz) tibbi yardım qaydasında təmin olunduğu vəziyyət. Təcili tibbi yardım stansiyaları (yarımstansiyaları), onların təşkilinə, komplektləşdirilməsinə normativ tələblər. Müalicə-profilaktika müəssisələri ilə əlaqə. Təcili tibbi yardım briqadaları, növləri, tərkibi, təchizatı, yığmaların komplektləşdirilməsi və tamamlanması qaydaları. Təcili yardım həkimi, vəzifələri, onun hazırlığına tələblər, işin xüsusiyyətləri. Təcili tibbi yardım xəstəxanası, vəzifələri. Kənd rayonunda təcili və təxirəsalınmaz yardım xidməti. Əhaliyə təcili tibbi yardım göstəricilərinin növləri. Sanitariya aviasiyası.
13. Sağlam həyat tərziniin təbliği. Əhalinin sosial-gigiyenik əsaslar üzrə tərbiyəsi problemi.