İnsan anatomiyası

DAYAQ-HƏRƏKƏT APARATI
1. Fəqərələr: inkişafı, quruluşu, nahiyələrdə tanınma xüsusiyyətləri. Fəqərələrin birləşməsi. Tam onurğa.
2. Qabırğalar və döş sümüyü. Onların inkişafı, quruluşu və birləşmələri. Tam döş qəfəsi: quruluşu və tipləri.
3. Ətrafların inkişafı. Onların funksiyalarından asılı olaraq quruluş xüsusiyyətləri.
4. Aşağı ətraf qurşağı sümükləri və onların birləşmələri. Tam çanaq, topoqrafiyası və ölçüləri.
5. Gicgah sümüyü: quruluşu, kanalları və onların əhəmiyyəti.
6. Kəllə sümüklərinin inkişafı, xüsusiyyətləri. Kontrosofları inkişafı və funksiyası.
7. Kəllənin üz hissəsi sümükləri. Qanadabənzər–damaq çuxuru, divarları, möhtəviyyatı və keçəcəkləri.
8. Oynağın quruluşu; forma və oynaq səthlərinə görə təsnifatı. Oynaqların qidalanma xüsusiyyətləri.
9. Hərəkətli birləşmələr. Oynaqların inkişafı, quruluşu və təsnifatı.
10. Yuxarı ətrafın inkişafı, quruluşu və xüsusiyyətləri. Dirsək oynağı, quruluşu, forması, hərəkətləri, qidalanması və innervasiyası.
11. Əzələlərin quruluşu, işi və qüvvəsi. Əzələnin qüvvəsinə təsir edən amillər.
12. Əzələlərin köməkçi aparatı. Fassiya və onun törəmələri, lifli və sinovial vətər yataqları, onların quruluşu
13. Qarın əzələləri: quruluşu, topoqrafiyası, funksiyası, qidalanması və innervasiyası.
14. Qasıq kanalı: topoqrafiyası, divarları və möhtəviyyatı.
15. Aşağı ətraf əzələlərinin quruluşu. Bud üçbucağı, yaxınlaşdırıcı kanal və dizaltı çuxurun topoqrafiyası.

DAXİLİ ORQANALR BƏHSİ
16. Ağız boşluğu orqanları. Dişlərin anatomiyası: qidalanması və innervasiyası.
17. Nazik bağırsaq: inkişafı, hissələri, quruluşu, funksiyası, peritona münasibəti, qidalanması və innervasiyası.
18. Yoğun bağırsaq: inkişafı, quruluşu, nazik bağırsaqdan fərqlənmə əlamətləri, peritona münasibəti. Yoğun bağırsağın qidalanması və innervasiyası.
19.Qaraciyər: inkişafı, quruluşu, funksiyası və topoqrafiyası. Qaraciyərin qidalanması və innervasiyası.
20. Qaraciyər: inkişafı, quruluşu, topoqrafiyası və funksiyası. Qaraciyərin qidalanması və innervasiyası.
21. Ağciyərlər: inkişafı, quruluşu, funksiyası, topoqrafiyası. Qidalanması və innervasiyası. Ağciyərlərin seqmentar quruluşunun klinik əhəmiyyəti.
22. Qırtlaq: quruluşu, birləşmələri, funksiyası və topoqrafiyası. Qırtlağın qidalanması və innervasiyası.
23. Daxili sekresiya vəzilərinin xüsusiyyətləri. Qalxanabənzər vəzi: inkişafı, quruluşu, topoqrafiyası, funksiyası, qidalanması və innervasiyası.
24. Ekdodermal vəzilər. Böyrəküstü vəzin topoqrafiyası, quruluşu və funksiyası.
25. Kişi daxili cinsiyyət orqanları. Xayalar, inkişafı, quruluşu, qidalanması və innervasiyası. Xayanın sekretor və daxili sekrotor hissələri.
26. Sidik orqanları. Böyrəklər inkişafı, quruluşu, topoqrafiyası, qidalanması və innervasiyası.
27. Böyrəklər: inkişafı, quruluşu, topoqrafiyası və funksiyası. Böyrəklərin qidalanması və innervasiyası.
28. Sidik axarları, sidik kisəsi və sidik kanalının quruluşu və topoqrafiyası.
29. Immun sistemin mərkəzi və periferik orqanları. Dalaq: quruluşu, topoqrafiyası, funksiyası, qidalanması və innervasiyası.
30. Qadın daxili cinsiyyət orqanları. Onların inkşafı. Yumurtalıq: quruluşu, topoqrafiyası və funksiyası.
 
QAN-DAMAR SİSTEMİ
31.Ürəyin quruluşu, qişaları, qanla təchiatı və innervasiyası. Ürək tonlarının eşidilmə topoqrafiyası.
32. Ürək: topoqrafiyası, quruluşu. Ürək qapaqlarının döş boşluğunun ön divarına proyeksiyası. Ürək tonları və onların eşidilmə nahiyələri.
33. Ümumi, xarici və daxili yuxu arteriyaları. Daxili yuxu arteriyasının gedişi, şaxələri və topoqrafiyası.
34. Yuxarı boş vena, əmələ gəlməsi və topoqrafiyası. Tək və yarımtək venalar.
35. Körpücükaltı arteriya. Onurğa arteriyasının gedişi, hissələri, şaxələri, qidalandırdığı nahiyələr. Beynin dövranı.
36. Körpücükaltı arteriya, topoqrafiyası, şaxələri və qidalandırdığı nahiyələr.
37. Daxili yuxu arteriyası, gedişi, hissələri, şaxələri və qidalandırdığı nahiyələr.
38. Yuxarı ətraf arteriyalarının şaxələri və topoqrafiyası. Ovucun səthi və dərin arterial qövsləri.
39. Aşağı boş vena, əmələ gəlməsi, topoqrafiyası və anastomozları.
40. Qarın aortası, topoqrfaiyası, şaxələri və vaskulizasiya zonası.
41. Qarın aortasının tək visseral şaxələri. Onların qidalandırdığı nahiyələr.
42. Döş aortası, topoqrafiyası, şaxələri və qidalandırdığı nahiyələr.
43. Bud arteriyası, gedişi, topoqrafiyası, şaxələri və qidalandırdığı nahiyələr.
44. Ümumi və xarici qalça arteriyaları. Xarici qalça arteriyasının şaxələri və anastomozları.
45. Daxili qalça arteriyası, şaxələri, anastomozları və qidalandırdığı nahiyələr. 
46.Yuxarı ətrafın səthi və dərin venalarının topoqrafiyası.
47. Başın venaları. Sərt qişa cibləri, onların əhəmiyyəti. Ciblərin qovuşması.
48. Bazu-baş venaları, kökləri, venoz qanı yığdığı nahiyələr.
49. Yuxarı boş vena: kökləri, anastomozları və topoqrafiyası.
50. Tək və yarımtək venalar, kökləri, gedişi və anastomozları.
51. Aşağı boş vena:əmələ gəlməsi, topoqrafiyası və anastomozları.
52. Daxili qalça venasının topoqrafiyası: mənbələri və anastomozları.
53. Sağ limfa axacağı, quruluşu, venoz bucağa açılan yeri
54. Aşağı ətrafın səthi və dərin venalarının topoqrafiyası.
55. Venoz anastomozlar (kava-kava, porto-kaval və kava-porto-kaval). Onların əhəmiyyəti.
56. Beyin-onurğa beyni mayesinin cərəyanı. Onun axma yolları və funksiyası.
57. Limfa sisteminin quruluş elementləri. Limfa düyünü bir orqan kimi. Onun quruluşu, təsnifatı və funksiyası.
58. Limfa sahələri, kapilliyarları, damarları və kötükləri. Onların inkişafı, quruluş xüsusiyyətləri.
59. Sağ limfa axacağı, inkişafı, əmələ gəlməsi və topoqrafiyası.
60. Immun sisteminin mərkəzi orqanları. Onların inkişafı, quruluşu və topoqrafiyası.
61. Göz almasının quruluşu, qişaları və nüvəsi. Görmə analizatorunun aparıcı yolu.
62. Dəhliz-ilbiz orqanı, inkişafı, quruluşu. Eşitmə analizatorunun aparıcı yolu.
63. Bazu kələfi: əmələ gəlməsi və şaxələri. Bazu kələfinin uzun şaxələrinin topoqrafiyası.
64. Bazu kələfi. Uzun şaxələri və onların innervasiya zonası. Əlin dərisinin innervasiyası.
65. Bel kələfi: quruluşu, topoqrafiyası və şaxələri. Bud sinirinin gedişi, şaxələri və innervasiya zonası.
66. Oma kələfinin quruluşu, şaxələri və innervasiya zonaları.
67. Üz siniri, topoqrafiyası, şaxələri və innervasiya zonası.
68. Üçlü sinirin quruluşu və anatomiyası. Çənə sinirinin şaxələri, topoqrafiyası və innervasiya zonası.
69. Azan sinir: nüvələri, quruluşu, hissələri və innervasiya zonası.
70. Qarın boşluğunun divarlarının innervasiyası və qidalanması.
71. Baş beyinin inkişafı, quruluşu. Beyin qabığınin sitomieloarxitektonikası.
72. Oturaq siniri, quruluşu, topoqrafiyası, şaxələri və innervasiya zonası
73. Üçlü sinir. Göz sinirinin topoqrafiyası, şaxələri və innervasiya zonası.
74. Vegetativ sinir sisteminin parasimpatik hissəsi, düyünləri və şaxələri.
75.  Vegetativ sinir sisteminin parasimpatik hissəsi, düyünləri və şaxələri.