Rektorun 1974-cü il 5 may tarixli əmri ilə ATU-nun Müalicə-profilaktika fakültəsi nəzdində iki eyni hüquqlu fakültə yaradılıb. Onlardan biri Birinci müalicə-profilaktika (I MPF), digəri isə İkinci müalicə-profilaktika (II MPF) adlandırılıb.

  1. Tibbi biologiya və genetika- kafedra müdiri professor Yeganə Şəkərəliyeva
  2. I Mamalıq və ginekologiya- kafedra müdiri ə.e.x, professor Elmira Əliyeva
  3. Oftalmologiya-kafedra müdiri professor Paşa Musayev (Qəlbinur)
  4. Dermatovenerologiya-kafera müdiri professor Fərid Mahmudov
  5. Nevrologiya-kafedra müdiri professor Aytən Məmmədbəyli
  6. Anesteziologiya və reanimatologiya-kafedra müdiri professor İsbəndiyar İsmayılov
  7. I Daxili xəstəliklər-kafedra müdiri professor Vəsadət Əzizov
  8. I Cərrahi xəstəliklər-kafedra müdiri AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov
  9. III Cərrahi xəstəliklər-kafedra müdiri professor Fariz Camalov
  10. .İnsan anatomiyası və tibbi terminalogiya-kafedra müdiri dosent Anar Abdullayev
  11. Onkologiya-kafedra müdiri AMEA-nın həqiqi üzvü, REA-nın xarici üzvü,  akademik Əhliman Əmiraslanov
  12. Kliniki farmakologiya-kafedra müdiri professor Adil Baxşəliyev
  13. Məhkəmə təbabəti-kafedra müdiri professor Mansur Bunyatov
  14. Neyrocərrahlıq-kafedra müdiri dosent Rövşən Xəlilzadə
  15. I Uşaq xəstəlikləri-kafedra müdiri professor Rauf Bəylərov
  16. Sitologiya, embriologiya və histologiya -kafedra müdiri professor Eldar Qasımov
  17. Uşaq cərrahlığı-kafedra müdiri professor Ramiz Poluxov
  18. Kliniki allerqologiya və immunologiya-kafedra müdiri professor Lalə Allahverdiyeva

   Yeni yaradılan I Müalicə profilaktika fakültəsinin (I MPF) ilk dekanı prof. S.M.Kərimov (1974) olub, sonrakı illərdə fakültəyə prof. Ş.B.Quliyev (1975-1981), prof. T.Q.Qədirova (1981-1983), prof. B.Ə.Baxşiyev (1983-1988), prof. A.M.Əfəndiyev (1988-1989), prof. H.A.Sultanov (1989-1992), prof. F.İ.Cəfərov (1993-1995), prof. E.K.Qasımov (1995-1999), prof. S.C.Əliyev (1999-2001), dos. N.Ə.Şıxəmmədov (2001-2011), prof A.Y.Qazıyev (2011-2016), dos. Q.X.Əhmədov (2016-2019) rəhbərlik ediblər. 2019-cu ildən etibarən fakültəyə dosent Elşad Mirzəli oğlu Novruzov rəhbərlik edir. Fakültə dekanlığında 3 nəfər dekan müavini və 3 nəfər akademik məsləhətçi çalışır.

Dekan müavinləri

Quliyev Mahir İsa (Sitologiya, embriologiya və histologiya kafedrasının dosenti)

Mikayılova Nigar Xizri (Bioloji kimya kafedrasının baş müəllimi)
Novruzova Gültəkin Əliabbas (I Uşaq xəstəlikləri kafedrasının assistenti)

Akademik məsləhətçilər

Rüstəmova Sədaqət Məhyəddin (İnsan anatomiyası və tibbi terminalogiya kafedrasının dosenti)
İbrahimova Ləman Vahid (Dermatovenerologiya kafedrasının baş laborantı)
Qocayeva Səma Mirzə    

Dosent E.M.Novruzov 1978-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Tibb Universitetinin I MPF-ni bitirib, elmi şuranın qərarı ilə Dermatovenerologiya kafedrasında saxlanılıb. 2008-ci ildə tibb elmləri üzrə fəlsəfə doktorluğu (namizədlik), 2013-cü ildən isə doktorluq disertasiyası üzərində çalışır.

O, 2010-2017 ci illərdə ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, 2018-2019 cu illərdə ATU-nun Tədris şöbəsinin müdir müavini vəzifəsində, 2019-cu ildən indiyə kimi I MPF-nin dekanı vəzifəsində, eyni zamanda     Dermatovenerologiya kafedrasının dosenti vəzifəsində çalışır. Dosent E.M.Novruzov 40-a yaxın elmi işin, 1 tədris proqramının və 3 dərs vəsaitinin həmmüəllifidir. Kafedranın və ATU-nun ictimai həyatında aktiv fəaliyyət göstərir.  

 Hazırda I MPF-də 373 nəfər professor-müəllim heyəti çalışır. Fakültə əməkdaşlarından 1 nəfəri AMEA-nın həqiqi üzvü, 1 nəfəri REA-nın xarici üzvü, 1 nəfəri Rusiya Elmlər Akademiyasının akademiki, 1 nəfər AMEA-nın müxbir üzvü, 65 nəfəri tibb elmləri doktoru, 252 nəfəri tibb elmləri üzrə fəlsəfə doktoru, o cümlədən 56 nəfəri professor, 133 nəfəri dosent, 22 nəfəri baş müəllim (onlardan 20 nəfəri elmi dərəcəli)  və 162 nəfəri assistentdir (onlardan 113 nəfəri elmi dərəcəli). Müəllim heyətinin 317 nəfəri elmi dərəcəlidir. Təlim-tərbiyə prosesinin uğurla həyata keçirilməsi işində professor-müəllim heyətinə 143 nəfər yardımçı personal kömək edir. 2024-cü ilin əvvəllərinə olan məlumata görə, fakültədə 2278 tələbə təhsil alır. Onlardan 1703 nəfəri yerli tələbələr, 575 nəfəri isə xarici ölkə (Türkiyə, İran, İraq, Rusiya, Gürcüstan, ABŞ, İngiltərə, Əfqanıstan, Pakistan, Hindistan və s.) vətəndaşıdır. 2278 tələbədən  1774 nəfəri azərbaycan, 376 nəfəri ingilis və 128 nəfəri isə rus bölməsində təhsil alır.

Fakültə Elmi Şurasının əsas fəaliyyəti universitet rəhbərliyinin nəzarəti altında elmi-pedaqoji işçiləri, inzibati və idarə heyətinin birgə fəaliyyəti ilə yüksək ixtisaslı mütəxəssislər yetişdirmək, universitetin tədris, metodik, tədqiqat, innovativ və təlim tərbiyə fəaliyyətlərini əlaqələndirmək üçün səylərini birləşdirməyə yönəltməkdir. Fakültə Elmi şurasının sədri fakultə dekanı Elşad Mirzəli oğlu Novruzov, elmi katibi dos. Samir Fuad oğlu Axundovdur. Şuranın tərkibində 69 üzv var. Onlardan fakültə daxilində olan 18 kafedranın müdirləri, professor-müəllim heyəti və Elmi şuranın tərkibinin 15%-i tələbə olmaqla (universitetimizin ictimai həyatında aktiv iştirak edən Tələbə dekanı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin fakültə üzrə sədri, Tələbə Elmi Cəmiyyətinin və Tələbə Gənclər Təşkilatının fakültə üzrə sədrləri) özündə birləşdirir. Fakültə Şurasının tədris ili boyunca ayda 1 dəfə olmaqla iclası keçirilir.  

I MPF-də 6 illik ali baza tibb təhsilini bitirdikdən sonra “Həkim” ali peşə dərəcəsinə yiyələnirlər. Bundan sonra isə dar sahədə 46 ixtisasa yiyələnmək istəyənlər müvafiq ixtisasa uyğun olaraq 2-5 illik rezidentura səviyyəsi üzrə təhsil alma hüququna malikdirlər. 
Bu fakültədə təhsil alan tələbələr universitetin ictimai və idman həyatında, Tələbə Elmi Cəmiyyətinin işində fəal iştirak edirlər. Tələbələr o cümlədən beynəlxalq tələbə elmi konfranslarında çıxışlar edərək, diplomlara layiq görülüblər. Son 10 ildə Fakültə üzrə TEC-də iştirak edən tələbə sayı 544 nəfər olmuşdur. Onlardan 90 nəfəri I yerə, 122 nəfəri II yerə və 85 nəfəri III yerə layiq görülmüşlər. Fakültə üzrə TEC-nə məsul şəxs dos.Şadlinskaya Səbinə Vaqif qızıdır.
Respublika Prezidenti insan kapitalının inkişafına dövlət dəstəyinin davam etdirilməsini, ümumən ölkədə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını müstəsna dərəcədə əhəmiyyətliyini nəzərə alaraq 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı haqda sərəncam imzalamışdır.
Proqram çərçivəsində ümumilikdə 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanmış, yüzlərlə gənc Harvard Universiteti, Yel Universiteti, Oksford Universiteti, Bristol Universiteti və s. Nüfuzlu ali təhsil müəssisələrində ölkəmiz üçün əhəmiyyət daşıyan sahələrdə təhsil alıb və ya almaqdadırlar.
Son 10 ildə fakültə əməkdaşları tərəfindən 6697 elmi iş dərc edilmişdir. Bunlardan 33 monoqrafiya (Respublikada), 63 dərslik (Respublikada), 99 dərs vəsaiti (Respublikada), 98 metodik işləmə (Respublikada), 3197 jurnal məqaləsi (Respublikada 2012, Xarici ölkələrdə 1185),  3207 tezis olmuş (Respublikada 1962, Xarici ölkələrdə 1245), dərc olunan işlərin 2430-u müxtəlif xarici ölkələrin elmi məcmuələrində konfrans materiallarında çap edilmişdir.
ATU-nun tərkibində fəaliyyət göstərən I Müalicə-profilaktika fakültəsi özündə 18 kafedranı birləşdirir. Son 10 ildə kafedralar üzrə yerli və xarici olmaqla 8 Patent və 19 Qrant alınmışdır.

I MPF-nin nəzəri kafedraları onlara məxsus tədris binalarında, onkologiya kafedrası ATU-nun onkoloji klinikası bazasında, terapiya yönümlü kafedralar Tədris Terapevtik klinikada, cərrahi yönümlü kafedralar isə Tədris Cərrahiyyə klinikasında fəaliyyət göstərirlər.

Fakültənin sosial şəbəkələrdə səhifələri:

Facebook:    https://www.facebook.com/atumpf1/

İnstagram:   https://instagram.com/atumpf_1?utm_medium=copy_link