Missiyamız
Cəmiyyətin həyat keyfiyyətini milli və regional tələblərə uyğun yüksəltmək və elm dünyasına töhfə vermək mqsədilə ən yüksək səviyyədə tibbi təhsil verməklə hadisələrə tənqidi yanaşma bacarığı olan, xəstəlikləri differensasiya və müalicə edə bilən, profilaktik tibbi və cəmiyyətin sağlamlığını ön planda düşünən, kommunikasiya qurmağı bacaran, etik prinsipləri mənimsəmiş, mədəni cəhətdən püxtələşmiş, tədqiqatçı və məhsuldar həkimlər yetişdirməkdir
Gələcəyə baxışımız
Ölkə səviyyəsində tibb təhsili, tədqiqat, tibb xidməti göstərilməsində liderliyi qorumaq, beynəlxalq arenada qabaqcıl tibb fakültələri arasında yer tutmaq, həm milli, həm də beynəlxalq elm və texnologiya dünyası ilə təşkilati əlaqələri inkişaf etdirən, korporativ mədəniyyətə və güclü şəxsiyyətə malik, dünyanınkeyfiyyətli universitetlərinə bərabər təhsil və tədqiqat müəsisəsi olmaqdır
Strategiya
A.Kurikulumun təkmilləşdirilməsi:Beynəlxalq standartlara uyğunluğunun habelə,yeni tendensiyalara və texnologiyalara uyğun olmasının təmin edilməsi üçün krrikulumun müntəzəm olaraq nəzərdən keçirilməsi və yenilənməsi.Tələbə yönümlü tədris prosesinin,tənqidi düşüncənin və problemlərin həll edilməsi sahəsində bacarıqlarə təşviq edən mühitin yaradılması.
B.Professor-müəllim heyətinin inkişafı: Tədris metodologiyalarinin təkminləşdirilməsi, habelə, fasiləsiz tədris mədəniyyətinin təmin edilməsi üçün professor-müəllim heyətinə təlim və inkişaf proqramlarının yatırımların edilməsi.İşə qəbul və peşə inkişafı təşəbbüslərinin köməyi ilə beynəlxalq səviyyədə tanınmış müəllimlərin sayının artıq olması
C.Təhsilalanlara dəstək: Hərtərəfli dəstək xidmətlərinin göstərilməsi, o cümlədən, mentorluq proqramlarının həyata keçirilməsi , konsultasiya xidmətlərinin göstərilməsi, habelə , təhsilalanların uğur qazanmasının,rifahının və karirera inkişafının təşviqi məqsədi ilə fakultativ fəaliyyətin göstərilməsi.
Əlaqə tel: 012-597-36-69
012-597-17-24
Email: [email protected]