TƏSDİQ OLUNUB
Azərbaycan Tibb Universitetinin rektoru
prof. Gəray Gəraybəyli
“________” _____________ 2021-ci il
Azərbaycan Tibb Universitetinin
“Elmi-tibbi tədqiqatların əlaqələndirilməsi” şöbəsinin
Ə S A S N A M Ə S İ
1.1 Şöbə Azərbaycan Tibb Universitetinin struktur bölməsidir, Elmi işlər üzrə prorektorunun rəhbərliyi və tabeliyində fəaliyyət göstərir.
1.2 Şöbənin əsas məqsədi - tibb elminin inkişafı, müasir texnologiyaların və yeni tədqiqat üsullarının tətbiqi, elmi-tədqiqat işlərinin idərəetmə mexanizmlərinin təkminləşdirilməsi.
1.3 Şöbə öz fəaliyyətində “Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikası qanunlarını, Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2019-cu il tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”ni, ATU-nun Elmi Şurasının qərarlarını, Universitetin rektorunun əmrləri və bu əsasnaməni rəhbər tutur.
1.4 Şöbə universitet rektorunun əmri ilə yaradılıb.
1.5 Şöbəyə mövcud qaydada təyin olunmuş şöbə müdiri rəhbərlik edir.
1.6 Şöbənin tərkibinə “ Elmi-tibbi məlumat, patent, innovasiya və qrantlar” qrupu daxildir.
2.Şöbənin funksiyaları
Şöbə aşağıdakı funksiyaları yerinə yetirir:
2.1 Elmi-tədqiqat işlərinin planlaşdırılması, əlaqələndirilməsi, onlara nəzarət edilməsi, dövlət sifarişi üçün mövzuların müəyyən edilməsi, onların yüksək keyfiyyətli olmasını təmin edir.
2.2 Elmi-tədqiqat işlərinin illik planlarının tutulması, müxtəlif elmi idarələrlə əməkdaşlığın perspektivləri haqqında təkliflərin hazırlanması. Tibb Universitetinin əsas elmi istiqamətləri üzrə elmi seminarlar, sessiyalar, konfransların keçirilməsinin təşkili.
2.3 Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında hesabatın hazırlanması.
2.4 Hesabat ilinin yekununa həsr olunmuş “Təbabətin aktual problemləri” mövzusunda keçirilən elmi tədbirin materiallarının hazırlanması.
2.5 Yeni elmi işlərin nəticələrinin tədris prosesində, universitetin klinik bazalarında, səhiyyə praktikasında tətbiqi haqqında məlumatları cəmləşdirir, səhiyyə orqanlarına praktiki kömək işlərini kompleks halda istiqamətləndirərək ona nəzarət edir.
2.6 “ Elmi-tibbi məlumat, patent, innovasiya və qrantlar” qrupunun işini istiqamətləndirir:
2.7 Elmi kadrların hazırlanmasına nəzarət etmək, elmi potensialı müəyyən etmək, mütəxəssislərə təlabatı prognozlaşdırmaq:
3. Şöbənin fəaliyyətinin təşkili
3.1 Şöbə öz işini səhiyyə, elm və təhsil orqanlarının sərəncamına və əmrlərinə, tibb universitetinin rektorunun əmrlərinə və əsasnaməyə əsasən qurur.
3.2 Şöbənin strukturu və ştat vahidləri universitetin rektoru tərəfindən təsdiq edilib.
3.3 Şöbəyə universitetin rektorun əmri və elmi işlər üzrə prorektorunun təqdimatı ilə vəzifəyə təyin edilən və vəzifədən azad olunan şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri öz fəaliyyətini universitetin rektoru tərəfindən təsdiq olunmuş vəzifə təlimatına əsasən həyata keçirir.
3.4 Şöbədə işçilər arasında vəzifə bölgüsü şöbə müdiri tərəfindən vəzifə təlimatları əsasında aparılır.
3.5 Şöbə əməkdaşlarının vəzifə və məsuliyyətləri onların vəzifə təlimatları ilə müəyyən edilir.
4. Şöbə müdrinin vəzifə öhdəlikləri
4.1 Öz fəaliyyətində ATU-nun rəhbərliyi tərəfindən təsdiq edilmiş Elmi-tibbi tədqiqatların əlaqələndirilməsi şöbənin illik iş planına əsasən görür.
4.2 Tibb Universitetində elmi-tədqiqat işlərin planlarının tutulması və yerinə yetirilməsi məsələləri ilə əlaqədar kafedralar və elmi laboratoriyaların rəhbərlərinə müraciət edir.
4.3 Təqvim ilinin sonunda yerinə yetirilən tədqiqatlar üzrə alınan mühüm nəticələr haqqında Hesabatı Azərbaycan Respublikası Səhiyyə, Təhsil Nazirliklərinə və AR Elmlər Akademiyasına təqdim etmək.
4.4 Universitetin Rəsmi Statistika hesabatının ( 1-Elm) hazırlanması.
4.5 İnnovativ inkişafın dəstəklənməsi sahəsində görülən işlərə dair hesabatın hazırlanması.
4.6 Müəyyən edilmiş forma üzrə elmi ezamiyyət haqqında hesabat sənədlərinə nəzarət etmək
4.7 Universitetin Rəhbərliyi tərəfindən verilmiş tapşırıqları operativ yerinə yetirir.