Azərbaycan Tibb Univeristetinin
Tələbə Elmi Cəmiyyətinin
Konfransında təsdiq olunmuş
(protokol 22.09.2014-ci il)
ƏSASNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Tələbə Elmi Cəmiyyəti (bundan sonra - TEC) elmi tədqiqat və tədris tədqiqat işləri yerinə yetirən təhsil alan tələbələrin könüllü ictimai təşkilatıdır.
1.2. TEC -ATU nun rəhbərliyinə tabedir və Univeristetin Elmi Şurası qarşısında hesabat verir.
1.3. TEC öz fəaliyyətində elm və təhsil sahəsində müvafiq normativ hüquqi aktları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Ali təhsil müəssisəsində təhsil alanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”ni, rəhbər tutur və bu əsasnamə Azərbaycan Respublikası Təhsil Nazirliyi 27.06.2014-752 №-li əmri ilə təsdiq olunmuş TEC-in haqqında nümunəsinə əsasən hazırlandı.
2. TEC-in məqsəd və vəzifələri
2.1. TEC-in əsas məqsədi istedadlı və ixtisaslaşmış tibb kadrlarının hazırlanması keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-konfransların həyata keçirilməsi, TEC -uzvulərinin elmi tədqiqat fəaliyyətinin muasir inovativ metodlara uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə kömək etməkdən ibarətdir.
2.2. TEC-in vəzifələri aşağıdakılardır:
2.2.1. 1-kursdan başlamaqla tələbələrin elmi tədqiqat fəaliyyətinə cəlb edilməsi və bu fəaliyyətin təşkil olunması;
2.2.2. Elm, təhsil və təcrübənin vəhdəti prinsipinə əsaslanaraq tələbələr arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, həmin formalara və fundamental tədqiqatların aparılmasına gənclərin marağının artırılmasına köməklik göstərilməsi;
2.2.3. Tələbələrdə elmi tədqiqat tədris və elmi metodların öyrənilməsinə motivasiyanın yaradılması, tədris materiallarının dərindən və yaradıcı şəkildə mənimsənilməsinə köməklik göstərilməsi;
2.2.4. Elmi-tədqiqatçılıq fəaliyyətinin köməyi ilə tələbələrdə gələcəkdə seçəcəyi peşəyə yaradıcı münasibətin formalaşdırılması;
2.2.5. İstedadlı tələbələrin elmi tədqiqat və elmi-təşkilati işinə, cəlb edilməsi;
2.2.6. İstər ölkə daxili istərsə də ölkə xarici digər ali təhsil müəssisələrinin TEC-ləri ilə əməkdaşlığın həyata keçirilməsi,
2.2.7. Beynəlxalq konfrans və musabiqələr - elmi seminar və konfranslar, fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi;
2.2. 8. Konfranslarda yüksək nəticə göstərən tələbələrin elmi tədqiqat işlərinin nəşrə hazırlanması;
2.2.9. Tələbələrin elmi mərkəzlər, qrand lahiyələrinə , ideya müəllifi olaraq inkubatoru və s. müəssisələrdə aparılan işlərə (o cümlədən ödənişli) cəlb edilməsi;
2.2.10. Universitet daxili və universitetdən kənar elmi tədbirlər haqqında məlumatların toplanılması, yayılması və universitetin internet səhifəsində yerləşdirilməsinin təşkil edilməsi.
3. TEC-in strukturu
3.1. TEC-in strukturu, üzvlük qaydaları və ayrı-ayrı struktur vahidlərinin formalaşdırılması prinsipi, fəaliyyətinin konkret şərtləri “Universitetdə təhsil alanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”yə, habelə ali təhsil müəssisəsinin Nizamnaməsinə uyğun olaraq müəyyən edilir.
3.2. TEC-in strukturuna aşağıdakılar daxildir:
- kafedra nəzdində fəaliyyət göstərən tələbə elmi dərnəkləri;
- elmi dərnəkləri ixtisas üzrə birləşdirən tələbə elmi tədqiqatçılar birliyi;
- hər kursda təhsil alanların elmi işinə cavabdeh olan TEC-in kurs bölmələri;
- TEC-in fakültə bölmələri.
3.3. Tələbələrin elmi fəaliyyətini birləşdirmək və əlaqələndirmək məqsədi ilə universitetdə yaradıcılıq birlikləri təşkil oluna bilər.
4. TEC-in işinin təşkili
4.1. TEC-in konfransı və musabiqesi ildə bir dəfə TEC-in iş planına uyğun olaraq kecirilir. TEC-in konfransı TEC-in üzvlərinin yarıdan çoxunun konfransın işində iştirak etdiyi halda səlahiyyətli hesab edilir. TEC-in Şurasının və ya TEC-in üzvlərinin 50 faizinin qərarı əsasında konfransı növbədənkənar çağrıla bilər.
4.2. TEC-in konfransının qərarları gizli və ya açıq səsvermə yolu ilə iştirakçıların səs çoxluğu ilə qəbul edilir.
4.3. Universitetdə TEC-nin Əsasnaməsinin qəbul edilməsi, Əsasnaməyə dəyişikliklər və əlavələrin daxil edilməsi, TEC-in Şura üzvlərinin seçilməsi, TEC-in fəaliyyət planı və proqramlarının təsdiq edilməsi TEC-in konfransının müstəsna hüquqlarına aiddir.
4.4. TEC-in Şurası TEC-in idarə olunmasını həyata keçirən və daimi fəaliyyət göstərən kollegial orqandır. TEC-in Şurası, tərkibinə 11-21 nəfər daxil olmaqla fəaliyyət gostərə bilər. TEC sədri bes il müddətə seçilir və tələbələrin elmi tədqiqat işinin təşkili ilə əlaqədar universitetin qarşısında duran məsələlərin yerinə yetirilməsini təşkil edir, səlahiyyətləri çərçivəsində bütün işlərin gedişinə nəzarəti həyata keçirir, TEC-in işini planlaşdırır və TEC -nin elmi rəhbərini məlumatlandirir.
4.5. TEC-in Şurasına təhsil, elmi tədqiqat və elmi-təşkilati işlərdə aktiv fəaliyyəti ilə fərqlənən tələbələr və müəllimlər seçilir.
4.6. TEC-in Şurasının sədri universitet Elmi Şurasının tərkibinə daxil edilir.
4.7. TEC-in Şurasının sədri TEC-in Şurasının qərarlarının yerinə yetirilməsini təşkil edir və onlara nəzarəti həyata keçirir, universitet Elmi Şurasının qarşısında cari tədris ilində TEC-in fəaliyyəti haqqında hesabatla çıxış edir.
4.8. TEC-in Şurası elmi tədqiqat işində yüksək nəticələr əldə etmiş tələbələrin mukafatlandirılmasi barədə rektor qarşısında vəsatət qaldıra bilər.
4.9. TEC-in fəaliyyəti ali təhsil müəssisəsinin illik təsdiq olunmuş tədbirlər planı və özünün iş planı əsasında həyata keçirilir.
4.10. Tədris proqramlarına və elmi tədqiqat işlərinə qoyulan tələblərə cavab verən TEC-in iş planına uyğun olaraq dərsdən kənar vaxtlarda yerinə yetirilir.
4.11. Universitetin Elm şöbəsinin tapşırığına əsasən TEC-in və onun struktur bölmələrinin elmi fəaliyyətini professor-müəllim heyəti sırasından seçilmiş və elmi işlər üzrə rektorun əmri ilə təyin edilmiş TEC-in elmi rəhbəri əlaqələndirir.
4.12. TEC-in fəaliyyətinə tələbələrin elmi rəhbəri və professor, dosent, müəllim heyəti olan elmi işçilər cəlb edilir.
4.13. TEC-in üzvlərinin fəaliyyəti fakültə TEC -nin sədrləri ilə kafedra və fakültələrdə yaradılan TEC-in struktur bölmələrində professor-müəllim heyətinin tərkibindən seçilmiş elmi rəhbərin rəhbərliyi ilə həyata keçirilir.
4.14. Fakultə TEC-in fəaliyyətinin nəticələri hər il TEC-in konfransında təhlil olunur və fakultə Elmi Şurasının iclasında müzakirə edilir.
4.15. TEC-in qarşısında duran məsələlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsinə TEC-in Şurasının elmi rəhbəri və sədri məsuliyyət daşıyırlar.
5. TEC-ə üzvlük qaydaları, TEC-in üzvlərinin hüquq və vəzifələri
5.1. Tədris planını müvəffəqiyyətlə yerinə yetirən eyni zamanda elmə yuksək marağı olan və fəal elmi tədqiqat işi ilə məşğul olan tələbələr TEC-in üzvü ola bilərlər.
5.2. TEC-ə yeni üzvlərin qəbul edilməsi tələbələrin elmi işinə rəhbərlik edən bir müəllimin rəyi əsasında TEC-in Şurası tərəfindən həyata keçirilir.
5.3. Tələbələrə elmi-tədqiqat işlərinin həyata kecirilmə yollarının üsul və vasitələrinin öyrədilməsi; hər tələbə elmi isinin mövzusuna uygun olaraq eyni zamanda iki kafedrada tədqiqat isi yerinə yetirə bilər.
5.4. TEC-in üzvlərinin hüquqları aşağıdakılardır:
-TEC tərəfindən keçirilən bütün tədbirlərdə iştirak etmək;
-TEC-in orqanlarının formalaşmasında, konfranslarının işində iştirak etmək;
-TEC-in və onun struktur bölmələrinin fəaliyyətinə dair rəy və təkliflərini bildirmək;
- TEC-in fəaliyyətinə dair informasiya əldə etmək; - TEC-in Şurasına seçmək və seçilmək;
- Univeristet daxili olkə daxili və xarici olkələrdə beynəlxalq konfrans və konqresslərdə iştirak etmək;
- TEC-ə üzvlüyünü öz xahişi ilə dayandırmaq.
5.5. TEC-in üzvlərinin vəzifələri aşağıdakılardır:
- təhsil aldığı universitet Nizamnaməsinin və “Ali təhsil müəssisəsində
təhsil alanların elmi tədqiqat işinin təşkili haqqında Əsasnamə”nin tələblərinə riayət
etmək;
- elmi tədqiqat işinin aparılmasında və tədqiqat metodlarının öyrənilməsində fəallıq
göstərmək;
-TEC-in fəaliyyətində və keçirdiyi tədbirlərdə iştirak etmək;
- TEC-in rəhbər orqanları tərəfindən qəbul olunan qərarları yerinə yetirmək; - təhsil aldığı universitet nüfuzunu qorumaq və yüksəltmək.
6. TEC-in ali təhsil müəssisəsinin digər struktur bölmələri ilə qarşılıqlı əlaqələri
6.1.Universitetin TEC-i:
6.1.1. Elmi Şuranın elmi katibindən Elmi Şuranın iclaslarında müzakirəyə çıxarılacaq sənədlərin təqdim olunma tarixi haqqında məlumat alır;
6.1.2. elmi hissədən digər təşkilatlarda keçiriləcək elmi tədbirlər haqqında məlumat, elmi tədbirlərin keçirilməsi və kargüzarlığın aparılmasına dair metodiki göstəriş və təlimatlar alır; elmi hissəyə - TEC-in elmi işləri və tədbirlərinin illik tematik planını, habelə keçirilmiş tədbirlərin nəticələri haqqında hesabatı təqdim edir;
6.1.3. Maliyyə xərcləri tələb olunan TEC-in illik tematik tədbirlər planını və ona uyğun xərclər smetasını mühasibatlığa təqdim edir;
6.1.4. İnformasiya-analitik şöbədən elmi-informasiya proqramları haqqında məlumatlar alır; digər təşkilatlar tərəfindən keçirilən elmi tədbirlərdə və müsabiqələrdə TEC-in iştirakı haqqında məlumat təqdim edir;
6.1.5. TEC-in iş planı barədə TEC-in Şurasını və fakültə dekanlıqları məlumatlandırır; elm və təhsil məsələlərinə dair birgə ictimai aksiyalarda iştirak edir;
6.1.6. Fakültə dekanlıqlarının rəhbərliyi ilə fakültə TEC konfranslarının təşkil olunması, elmi tədbirlər planı və TEC-in fəaliyyətinə dair qərarların əldə edilməsi; həmin strukturlara TEC-in tədbirlər planını, mükafatlandırmaya təqdim olunan tələbələrin siyahısını, fakültə TEC üzvlərinin elmi işi haqqında hesabatı təqdim edir;
6.1.7. Kafedra və elmi tədqiqat laboratoriyalarından TEC-in elmi tədqiqat proqramlarında, elmi tədqiqat işlərinin planının formalaşdırılmasında iştirakına dair təkliflər alır; həmin strukturlara tələbə elmi dərnəklərinin iş planını təqdim edir;
6.1.8. Universitetdən kənar təşkilat və müəssisələrdən informasiya və metodiki materiallar əldə edir; öz fəaliyyəti haqqında ATU nin mətbuat xidmətində informasiya və reklam xarakterli materialları təqdim edir.
7. TEC-in fəaliyyətinin maliyyələşdirilməsi və elmi tədqiqat işinin maddi-texniki bazası
7.1. TEC-in fəaliyyəti ali təhsil müəssisəsinin Nizamnaməsinə uyğun olaraq müəyyən edilən müxtəlif büdcə və büdcədən kənar maliyyə mənbələrindən maliyyələşdirilir.
7.2. Elmi tədqiqat işlərində iştirak edən tələbələr universitet kafedralarının, elmi tədqiqat mərkəz və laboratoriyalarının avadanlıqlarından istifadə edirlər. Tələbə elmi tədqiqat işləri üçün tələb olunan lazımi maliyyə xərcləri (avadanlıq, enerji, kimyəvi maddələr, materiallar və s.) ali təhsil müəssisəsinin büdcə və büdcədənkənar vəsaitləri hesabına ödənilir.
7.3. Tələbələrin elmi tədqiqat işlərinə ayrılmış vəsaitlərə nəzarət rektorluq tərəfindən həyata keçirilir.
7.4. Universitet tələbələrin elmi fəaliyyətini stimullaşdırmaq məqsədi ilə ən yaxşı tələbə elmi tədqiqat işlərini ilin ən yaxşi tələbə elmi tədqiqatcisi adi ugrunda beyalxalq müsabiqədə iştirakını təşkil edir. Müsabiqənin keçirilməsi və maliyyələşdiriliməsi müvafiq əsasnamə ilə (ali təhsil müəssisəsinin daxili imkanları, nazirlik tərəfindən ayrılmış vəsait və büdcədənkənar vəsait hesabına) tənzimlənir.
8. TEC-in kargüzarlığı
8.1. TEC-in kargüzarlıq fəaliyyətinə onun işinin məzmununa uyğun olan sənədləşmələrin aparılması daxildir. Bu sənədlər aşağıdakılar ola bilər: müvafiq normativ hüquqi aktlar, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və ali təhsil müəssisəsinin rektorunun tələbə elmi işinə dair əmr və sərəncamları, ali təhsil müəssisəsinin TEC-nin Əsasnaməsi, TEC-in illik iş planı və hesabatı, TEC-in iclaslarının protokolları, tələbə elmi konfranslarının proqramlari və materialları (hazırlıq planı, məruzələrin tezisləri, iclas protokolları, konfransın nəşr olunmuş materialları və s.) ən yaxşı tələbə elmi tədqiqat işi, qrant və s. müsabiqələrin keçirilməsi haqqında sənədlər və fotoşəkillər (işlərin siyahısı, annotasiyalar, rəylər, qərar, mükafatlandırma və s.), TEC-in üzvləri haqqında məlumat bazası, respublika təşkilatları və digər ali təhsil müəssisələri ilə yazışmalar və s.
8.2. TEC-in kargüzarlıq sənədləri 10 il müddətində saxlanılır.