ATU-nun tələbə elmi cəmiyyəti 1947-ci ildə yaradılmışdır. Yaradıldığı müddətdən TEC-ə müxtəlif illərdə tanınmış alimlər rəhbərlik etmişdirlər. Bunlardan prof.Marina Kərimova, prof.Ağabəy Sultanov, dos.Aydın Məmmədov və başqaları olmuşdur. 1982-ci ildən bu günə kimi TEC-də təlbə elmi-tədqiqat işlərinin(TETİ) elmi rəhbəri t.ü.e.d.,ə.e.x.,prof.Amaliya Əyyubova, 1993-cü ildən isə TEC-in sədri vəzifəsini t.ü.e.d.,dos.Müşviq Həsənov icra edir. Hər il ATU-nun həm nəzəri, həm də klinik bazalarında bir sıra müxtəlif konfranslar, elmi seminarlar təşkil olunmuş, eyni zamanda ATU-nun tələbələri mütəmadi olaraq bir sıra Beynəlxalq konqres və seminarlarda iştirak etmişdilər. Hər il mart-aprel- may ayında fakültələr üzrə TEC-nin yekun elmi konfransı kecirilir. Konfrans təbabətin bütün sahələrini əhatə edir. Konfransda bölmələr üzrə qalib olan tələbələr universitet rektorunun təsis etdiyi diplomlarla və xüsusi mükafatlarla mükafatlandırılır. Hər il dekabr ayinda TEC-in fakültələr üzrə yekun konfransinda qalib olan tələbələr arasında “İlin Ən Yaxşı Tələbə Elmi Tədqiqatçısı” adı uğrunda musabiqə keçirilir. TEC-nin konfranslarında qalib olan tələbələr həm ölkə daxilində həmdə xarici ölkələrdə müxtəlif universitetlərin kecirdiyi Beynəlxalq konqreslərdə daima aktiv olaraq uğurla iştirak edirlər. Belə ki, 2009-cu ildə müalicə-profilaktika fakültəsinin 2 tələbəsi Əhmədov Kamran və Məmmədov Zahid Türkiyə Elazig Şhahari Firat universitetində keçirilmiş tibb tələbələrinin beynəlxalq konfransında uğurla iştirak etmişdilər. 2011-ci il 26-30 aprel tarixində Türkiyə dövlətinin Çapa Tibb fakültəsinin Endoskopik Eyitim dərnəyinin təşkilatı dəstəyi ilə Uluslar arası XI Beynəlxalq konqresdə 3 tələbəmiz iştirak etmiş, sertfikata layiq görülmüşdürlər. Rusya dövlətinin Sank-Peturburq şəhərində və Türkiyə dövləti Samsun Tibb Universiteti nəzdində tibb tələbələrinin Beynəlxalq Tibb konqresində 30-dan artıq tələbələrimiz iştirak etmiş, konqresin sertfikat və mükafatlarına layiq görülmüşdürlər. 2012-ci il may ayında Samsun şəhəri “19 Mayıs” universitetində keçirilən Tibb tələbələrini Beynəlxalq konqresində ATU-nun 40 tələbəsi iştirak etmişdir. 2012-ci ilin may ayında Türkiyə dövlətinin İstanbul Universitetində keçirilən tələbələrin Beynəlxalq konqresində ATU-nun 2 tələbəsi iştirak etmişdir. Apardıqları elmi-tədqiqat işlərinin aktuallığını nəzərə alaraq, hər iki konfransda iştirak etmiş tələbələr xüsusi mükafatlara layiq görülmüşlər.
21 may 2009-cu il tarixində 9 bölmə ilə fakültələr üzrə TEC-in yekun elmi konfransı kecirilmişdir.
25 dekabr 2009-cu ildə Dünya Azərbaycanlarının Həmrəylik gününə həsr olunmuş “İlin Ən Yaxşı Tələbə Elmi Tədqiqatçısı” adı uğrunda müsabiqə keçirilmişdir. Müsabiqəyə 10 elmi məqalə daxil edilmişdir. Universitetin 6 tələbəsi “İlin Ən Yaxşı Tələbə Elmi Tədqiqatçısı” adına layiq görülmüşdür. Münsiflər heyyətinin yekun rəyinə əsasən çıxış edən tələbələrə sertfikat təqdim edilmişdir.
21 may 2010-cu il tarixində Universitetin fakültələr üzrə yekun elmi konfransı kecirilmişdir.
28 dekabr 2010-cu ildə “İlin Ən Yaxşı Tələbə Elmi Tədqiqatçısı”adı uğrunda müsabiqəyə 8 elmi məqalə daxil edilmişdir. Universitetin 4 tələbəsi “İlin Ən Yaxşı Tələbə Elmi Tədqiqatçısı”adına layiq görülmüşdür. Münsiflər heyyətinin yekun rəyinə əsasən çıxış edən tələbələrə sertfikat təqdim edilmişdir.
2011-ci ilin may ayinda fakültələr üzrə TEC-in elmi konfransı keçirildi.
29 dekabr 2011-ci ildə “İlin Ən Yaxşı Tələbə Elmi Tədqiqatçısı”adı uğrunda müsabiqəyə 7 elmi məqalə daxil edilmişdir və 5 tələbə “İlin Ən Yaxşı Tələbə Elmi Tədqiqatçısı”adına layiq görülmüşdür. Münsiflər heyyətinin yekun rəyinə əsasən çıxış edən tələbələrə sertfikat təqdim edilmişdir.
2012-ci il mart ayında Universitetin nəzdində olan fakültələrdə fakültə TEC-in konfransları keçirilmişdir. Qalib tələbələr universitetin yekun elmi konfransında iştirak etmək hüququ qazanmışdılar.
2012-ci il 24 may tarixdə Tibb Universitetinin TEC-in yekun elmi konfransı keçirilmişdir.
2013-cü il mart ayında universitetin fakültələr üzrə TEC-nin konfransları keçirilmişdir. Qalib tələbələr universitetin yekun elmi konfransında iştirak etmək hüququ qazanmışdılar.
2013-cü il 26 dekabr tarixdə Tibb Universitetinin TEC-nin “İlin Ən Yaxşı Tələbə Elmi Tədqiqatçısı”adı uğrunda müsabiqəsi keçirilmişdir. Müsabiqəyə 6 elmi məqalə daxil edilmişdir. Qalib tələbələr “İlin Ən Yaxşı Tələbə Elmi Tədqiqatçısı” adına layiq görülmüşdür. Münsiflər heyyətinin yekun rəyinə əsasən çıxış edən tələbələrə sertfikat təqdim edilmişdir.
2014-cü il mart-aprel ayında Tibb Universitetinin TEC-in fakültələr üzrə yekun elmi konfransı keçirilmişdir.
2-3 may 2014-cü il tarixində ilk dəfə olaraq ATU-nun təşkilatçılığı ilə tələbə,
rezident və gənc həkimlər üçün” I Beynəlxalq Tİbb Konqresi “keçirildi. Konqres iş planına uyğun olaraq cərrahiyyə, pediatriya, stomatologiya, onkologiya, psixiatriya, ginekologiya, oftolmologiya, endokrinologiya, nevrologiya, epidemiologiya, hematologiya, kardiologiya, mikrobiologiya, histologiya, biokimya, əczaçılıq, genetika, tibbi statistika və poster bölməsi üzrə işini davam etdimişdir.
Konqresdə iştirak etmək üçün dünyanın 20-dən çox universitetlərinə rəsmi dəvətlər göndərilmişdir. Türkiyə Dövləti Çapa Universitetindən prof. Cavit Avçı, prof. Ləvənt Avtan, prof. Farik Erzenğin, İzmir Dokkuz Eyul Universitetindən dos. Yasemin Baskin və 7 tələbəsi, Rusiya Federasiyasının Tümen şəhərinin Tibb Universitetindən prof. Vitali Bıçkov və 4 tələbəsi, Dağıstan Tibb Akademiyasından prof. Seypulla Ahmedxanov və 2 tələbəsi, İsrailin Təl-Əviv Tibb Universitetindən prof. Eduard Fridman, İran İslan Respublikasının Tibb Universitetindən bir gənc həkim iştirak etmişdilər.
Konqres işi ərəfəsində prof. Cavit Avçı “Telemedicine”-ya , prof. Ləvənt Avtan “Yırtıqların loporoskopik cərrahi müalicə üsulları”-na, prof. Eduard Fridman “Prostat vəzi şişlərinin qeyri-invaziv müalicəsi və dərəcəsinin dəyərləndirilməsində yeni metodlarin tətbiqinə” aid elmi-məruzələri ilə çıxış etmişdilər. Konqresdə həmçinin Azərbaycan Tibb Unuversitetinin 23 rezident və tələbəsi, xarici universitetlərdən isə 6 tələbə öz elmi işləri ilə çıxış etmışdirlər. Poster bölməsi üzrə isə 33 elmi məqalə ilə tələbələr iştirak etmişdirlər. Münsiflər heyyətinin yekun rəyinə əsasən çıxış edən tələbələrə sertfikat təqdim edilmişdir.
26 dekabr 2014-cü ildə 6 elmi məqalə ilə “İlin Ən Yaxşı Tələbə Elmi Tədqiqatçısı”adı uğrunda müsabiqə keçirilmişdir.
2015-ci il mart-aprel ayında Tibb Universitetinin TEC-in fakültələr üzrə yekun elmi konfransı keçirilmişdir.
6-7 noyabr 2015-ci il tarixində tələbə, rezident və gənc həkimlər üçün “II Beynəlxalq Tİbb Konqresi” keçirildi.
II Beynəlxalq Tİbb Konqresində Türkiyə Dövlət İstanbul Universiteti Tibb fakültəsi, Samsun 19 Mayıs Universiteti, İzmir Ondokuz Eylül, İzmir Ege Universitetlərindən 9, Rusiyadan Sankt- Peterburq Tibb Universiteti, Tümen Tibb Aakademiyasından 18, Gürcüstandan 4, İtaliyadan 1, İran Ərdəbil və Təbriz Tibb Universitetlərindən 2, Almaniyada 3, İngiltərədən isə 3 elmi məqalə ilə professor, gənc həkim və tibb tələbəsi qatılmışdır. Ümumilikdə 9 professor 24 gənc həkim və tibb tələbəsi Konqresdə çıxış etmişdir. 22 tələbə isə poster çixışları ilə öz elmi işlərini təqdim etmişdirlər. Münsiflər heyyətinin yekun rəyinə əsasən çıxış edən tələbələrə sertfikat təqdim edilmişdir.
2016-cı il aprel-may ayında Tibb Universitetinin TEC-in fakültələr üzrə yekun elmi konfransı keçirilmişdir.
1-2 noyabr 2016-ci il tarixində tələbə, rezident və gənc həkimlər üçün “III Beynəlxalq Tİbb Konqresi” keçirildi. Konqresə 450-dən cox elmi məqalə və tezislər daxil olmuşdur. Bunlardan 55 nəfəri xarici ölkə universitetlərində təhsil alan tələbələr, gənc həkimlər, professorlar idi. Konqresdə Türkiyə, Rusiya, Almaniya, ABŞ, İran, İrak, Özbəkistandan tələbələr qatılmışdır.
III Beynəlxalq Tİbb Konqresində Türkiyə Dövlət İstanbul Universiteti Tibb fakültəsi, Samsun 19 Mayıs Universiteti, İzmir Dokuz Eylül, Hacıtəpə Universitetlərindən 4 elmi məqalə ilə, Rusiyadan Tula Dövlət universiteti, Dağıstan Tibb Universiteti, Tümen Tibb Aakademiyasından 8 elmi məqalə ilə, İraq Təcili Tibbi Yardım Cəmiyyətindən 1 elmi məqalə ilə, Şahid Behişti adına Tibb Elimləri Universiteti, Şiraz Tibb Elimləri Universiteti, İran Ərdəbil və Təbriz Tibb Universitetlərindən 6 məqalə ilə, Almaniyadan 1 elmi məqalə ilə, Özbəkistandan Daşkənd Tibb Akademiyası, Daşkənd Pediatrik Tibb İnistitutu, Andijan Dövlət Tibb Universitetindən 7 elmi məqalə ilə professor, gənc həkim və tibb tələbələri qatılmışdır. Ümumilikdə, 55 gənc həkim və tibb tələbəsi, 5 professor təbabət aktual problemlərinə həsr olunmuş məruzələri ilə, 39 tələbə isə Konqresdə çıxış etmişdir. Münsiflər heyyətinin yekun rəyinə əsasən çıxış edən tələbələrə sertfikat təqdim edilmişdir.
2017-ci il mart-aprel ayında Tibb Universitetinin TEC-in fakültələr üzrə yekun elmi konfransı keçirilmişdir.
2-3 noyabr 2017-ci il tarixində tələbə, rezident və gənc həkimlərin “ IV Beynəlxalq Tİbb Konqresi” keçirildi. Konqresə 450-dən cox elmi məqalə və tezislər daxil olmuşdur. Bunlardan 54 nəfəri xarici ölkə universitetlərində təhsil alan tələbələr, həkimlər və professorlar idi. Konqres işində həm aktiv, həm passiv olaraq Türkiyə, Rusiya, İran, Almaniya, Özbəkistan, Meksika, Pakistandan professorlar, həkimlər ve tələbələr öz iştiraklarını təsdiq etmişlər. Eyni zamanda ölkəmizin müxtəlif mərkəzi xəstəxanalarında çalışan həkimlərdə konqresə qatılmışdırlar. IV Beynəlxalq Tİbb Konqresində qardaş respublika olan Türkiyə Dövlət İstanbul Universiteti Tibb fakültəsi, Qazi Universiteti, İzmir Dokuz Eylül Universitetlərindən 2 elmi məqalə ilə, Rusiyadan Dağıstan Dövlət Tibb Universiteti, Kirov Dövlət Tiib Universiteti, Tümen Dövlət Tibb Universitetindən 14 elmi məqalə ilə, İrandan Məşhəd Tibb Elimləri Universiteti, İslam Azad Universiteti, Tehran Tibb Elimləri Universitetlərindən 2 məqalə ilə, Almaniya Xərcəng Konsorsiumu, Erlangen-Nürnbergin Fridrix-Aleksander Universiteti 1 məqalə ilə, Pakistan Karaçı Universitetindən 1 elmi məqalə ilə, Özbəkistandan Daşkənd Pediatrik Tibb İnistitutundan 3 elmi məqalə ilə, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialından 3 məqalə ilə professor, həkim və tibb tələbələri qatılmışdırlar. Ümumilikdə 59 həkim və tibb tələbəsi təbabət aktual problemlərinə həsr olunmuş məruzələri ilə konqresdə çıxış etmişdir. 45 tələbə isə öz poster çıxışlarını nümayiş etdirmişdilər. Konqresdə prof. Dr. Cavit Avcı, T.e.d.Müşviq Həsənov, Prof. Dr.Rasim Gençosmanoğlu, Prof. Dr. Aydın Alper, Prof. Dr. Levent Avtanın rəhbərliyi ilə Laparoskopik xolesistektomiya üçün ehtiyatlı prinsiplər, öd yolu zədələnmələrində və ağırlaşmalarda strategiyalara aid kurs kecirildi. Kursda 43 nəfər həkim, rezident və tələbə iştirak etmişdilər. Münsiflər heyyətinin yekun rəyinə əsasən çıxış edən tələbələrə sertfikat təqdim edilmişdir.
1-2 noyabr 2018-ci il tarixində Azərbaycan Tibb Universitetində gənc alimlərin, rezidentlərin və tibb tələbələrinin “V Beynəlxalq Tİbb Konqresi” keçirildi.
Beşinci dəfədir keçirilən konqresdə Türkiyə, Rusiya, Almaniya, İran, Özbəkistan, Pakistandan olan həkimlər, gənc alim və tələblər iştirak etmişdirlər. Konqresə 200-ə qədər elmi məqalə və tezislər daxil olmuşdur. Ümumilikdə, 749 iştirakçı “V Beynəlxalq Tibb Konqresi” üçün rəsmi qeydiyyatdan keçmişdir. Konqresdə 602 nəfər iştirak etmiş, bunlardan 295 nəfər həkim və rezident, 270 nəfər tələbə, 37 nəfəri xarici ölkə universitetlərində təhsil alan professorlar, tələbələr və həkimlər idi. Eyni zamanda ölkəmizin müxtəlif mərkəzi xəstəxanalarında çalışan həkimlər də konqresə qatılmışdırlar.
V Beynəlxalq Tİbb Konqresində qardaş respublika olan Türkiyə İstanbul Universiteti Tibb fakültəsi, Qazi Universiteti 2 elmi məqalə ilə, Rusiyadan Dağıstan Dövlət Tibb Universiteti, Tümen Dövlət Tibb Universiteti 29 elmi məqalə ilə, İrandan Məşhəd Tibb Elimləri Universiteti, İslam Azad Universiteti, Tehran Tibb Elimləri Universitetləri 7 məqalə ilə, Erlangen-Nürnbergin Fridrix-Aleksander Universiteti 1 məqalə ilə, Pakistan Karaçı Universiteti 1, Özbəkistandan Daşkənd Pediatrik Tibb İnstitutundan 5, Daşkənd Tıbb Akedemiyası 7, Buxara Tibb Universiteti 1 elmi məqalə ilə, İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialından 19 məqalə ilə professor, həkim və tibb tələbəsi qatılmışdır. Ümumilikdə 44 həkim və tibb tələbəsi təbabətin aktual problemlərinə həsr olunmuş məruzələri ilə, 59 tələbə isə posterlə konqresdə çıxış etmişdir. İlk dəfədir ki, Beynəlxalq konqres Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olundu. Aktiv iştirakçılara 21, passiv iştirakçılara 16 bal verildi.
Konqresdə prof. Dr.Cavit Avcı, t.e.d., dos. Müşviq Həsənov, prof. Dr.Rasim Gençosmanoğlu, prof. Dr.Aydın Alper, prof. Dr.Levent Avtanın rəhbərliyi ilə laparoskopik kolorektal cərrahiyəyə aid kurs keçirildi. Kursda 30 nəfər həkim, rezident və tələbə iştirak etmişdir. İştirakçılara sertfikat təqdim edilmişdir.
2019-cu il aprel-may tarixində fakültələr üzre TEC-in konfransı keçirildi.
30 aprel, 1-3 may tarixində I Müalicə-profilaktika fakültəsinin TEC-nin konfransı keçirildi. Konfransda 19 kafedra üzrə 78 tələbə çıxış etmişdir.
7-8 may tarixində I Müalicə-profilaktika fakültəsinin TEC-nin konfransı keçirildi. Konfransda 14 kafedra üzrə 44 tələbə çıxış etmişdir.
3-10 may tarixində Stomatologiya fakültəsinin TEC-nin konfransı keçirildi. Konfransda 5 kafedra üzrə 32 tələbə çıxış etmişdir.
6-7 may tarixində Əczaçılıq fakültəsinin TEC-nin konfransı keçirildi. Konfransda 7 kafedra üzrə 31 tələbə posterlə, 14 tələbə isə elmi işlə çıxış etmişdir.
1-3-6 may tarixində İctimai Səhiyyə fakültəsinin TEC-nin konfransı keçirildi. Konfransda 6 kafedra üzrə 32 tələbə çıxış etmişdir.
18-19 aprel tarixində Hərbi tibb fakültəsinin TEC-nin konfransı keçirildi. Konfransda18 tələbə çıxış etmişdir. Çıxış edən bütün tələbələrə diplom və sertfikat təqdim edilmişdir.
19 dekabr 2019- cu il tarixində ATU-nin Tədris-Terapevtik Klinikasının Akt zalında “ İlin Ən Yaxşı Tələdə Elmi Tədqiqatçısı” adı uğrunda Beynəlxalq müsabiqə kerçirildi. Müsabiqədə 29 tələbə öz elmi işləri ilə çıxış etdilər. Onlardan 19-u ATU-nin tələbələri , 10 nəfər isə xarici ölkə univrsitetlərində təhsil alan tələbələr idi. Fakültə konfransında qalib olan tələbələr bu müsabiqəyə qatıldılar. Beləliklə, I Müalicə-profilaktika fakültəsindən 7, II Müalicə-profilaktika fakültəsindən 3, Stomatalogiya fakültəsindən 2, İctimai Səhiyyə fakültəsindən 2, Əczaçılıq fakültəsindən 2, Hərbi Tibb fakültəsindən 3, Rusiya dövlətinin Tümen Tibb Universitetindən 1, Özbəkistan respublikasınin Daşkənd Pediatrik Tibb İnistutundan 7, Daşkənd Tibb Akademiyasından isə 2 nəfər öz elmi işləri ilə çıxış etmişdilər. Ümumilikdə 13 tələbə elmi işlə, 16 tələbə isə posterlə çıxış etdi. Qalib tələbələr münsiflər heyyəti tərəfindən qiymətləndirildi. Məruzə və poster üzrə yüksək bal toplayan 5 tələbəyə plaket və sertfikat, qalan tələbələrə isə sertfikat təqdim edildi. TEC-in işlərində fəal iştirak edən müəllimlərədə diplomla təltif olunmuşdur.
Hal hazirda TEC universitetin təsdiq olunmuş iş planına müvafiq olaraq növbəti VI Beynəlxalq tibb konqresinə hazırlıq işlərini davam etdirir.