Azərbaycan Respublikasının
Təhsil naziri
10 noyabr 1997-ci il
№ 794
Ali təhsil müəssisəsinin fakültə Elmi Şurası haqqında
əsasnamə
1. Ali təhsil müəssisələrinin fakültəsinə ümumi rəhbərlik seçkili orqan - dekan başçılıq etdiyi fakültə Elmi Şurası tərəfindən həyata keçirilir. Fakültə Elmi Şurası ali təhsil müəssisəsinin başçısının əmrinə əsasən 3 il müddətinə seçilir. Fakültə Elmi Şurasının sədri dekandır. Fakültə Elmi Şurasının vaxtından əvvəl yenidən seçilməsi onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə, həmçinin müstəsna hallarda ali təhsil müəssisəsinin başçısının (rektorun) təqdimatına görə həyata keçirilə bilər.
2. Fakültənin Elmi Şurasına tutduqları vəzifələrinə ğörə dekan müavinləri (onlardan biri sədr müavini), fakültənin tərkibindəki bütün kafedraların müdirləri, fakültə Tələbə Elmi Cəmiyyətinin sədri daxil olurlar. Elmi Şuranın digər üzvləri fakültənin professor-müəllim heyətinin ümumi iclasında gizli səsvermə yolu ilə seçilir. Elmi Şura üzvlərinin həmin seçilən say miqdarı ali təhsil müəssisəsinin başçısı (rektoru) tərəfindən müəyyənləşdirilir.
1. Fakültənin Elmi Şurasının tərkibi ali məktəbin rektoru tərəfindən təsdiq olunur.
2. Fakültə Elmi Şurası:
- fakültədə mütəxəssis hazırlığına, fakültənin elmi-tədqiqat fəaliyyətinə və kafedraların
maddi-texniki təchizatı ilə bağlı məsələlərə baxır;
- fakültənin dekanını seçir və müəyyən olunmuş qaydada professor-müəllim heyətinin
vəzifələrini tutmaq üçün müsabiqələr keçirir;
- tədris planlarının və proqramlarının layihələrinin, kafedraların tədris-metodiki və
elmi-tədqiqat işləri haqqında hesabatlarını dinləyib müzakirə edir;
- elmi-tədqiqat və tərbiyə işlərinin planlarını, fakültənin professor-müəllim heyətinin
ixtisaslarının artırılması planlarını müzakirə edir;
- hər il dekanın hesabatını dinləyir;
- tədris və istehsalat təcrübələrinin yekunlarını müzakirə edir;
- fakültə heyətində olan dosent, baş müəllim və assisentlərin, aparıcı və elmi işçilərin seçkilərini aparır, onlara elmi ad verilməsi üçün ali təhsil müəssisəsinin Elmi Şurası qarşısında məsələ qaldırır;
- doktorluq dissertasiyası üzərində işləyən elmlər namizədləri olan müəllimlərdən elmi
işçilər vəzifələrini tutmaq istəyən namizədləri müzakirə edir və müvafiq rəy verir;
- həmin ali təhsil müəssisəsinin məzunlarından aspiranturaya və magistraturaya qəbul
olunmaq üçün namizədlərə zəmanət verir, həmçinin aspirantların və magistrlərin fərdi planlarını və namizədlik dissertasiyalarının mövzularını təsdiq edir, hər il onların attestasiyalarının materiallarına baxır;
- tələbələrin elmi-tədqiqat işlərinin vəziyyətini və onun yaxşılaşdırılması tədbirlərini
müzakirə edir;
- fakültənin fəaliyyəti ilə bağlı olan digər məsələlərə baxır.
3. Fakültə Elmi Şuranın işi hər semestr üçün hazırlanan plan əsasında həyata keçirilir.
Fakültə Elmi Şuranın iş planı Şuranın iclasında müzakirədən sonra həyata keçirilir.
4. Elmi Şuranın qərarları fakültənin tədris və elmi işlərinin bütün məsələləri üzrə sadə
səs çoxluğu əsasıda açıq səsvermə, professor-müəllim heyətinin və dekanların seçilməsi zamanı isə mövcud qaydada gizli səsvermə yolu ilə qəbul edilir.
5. Fakültə Elmi Şuranda hər hansı bir məsələyə baxılması üçün Şura üzvlərinin ümumi
sayının 2/3-dən az olmayaraq iştirakı vacibdir.
8. Fakültə Elmi Şurasının açıq səsvermə yolu ilə qəbul olunmuş qərarları fakültənin dekanı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
9. Elmi Şuranın qərarlarını və öz vəzifə borcunu sistematik olaraq yerinə yetirmədikdə, onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə dekana etimadsızlıq məsələsi fakültə Elmi Şurasının müzakirəsinə verilə bilər.
10. Elmi Şuranın iclasları protokollaşdırılır. Protokollar sədr və elmi katib tərəfindən imzalanılar.
11. Elmi Şuranın sədri Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.
12. Fakültə Elmi Şuranın qərarı düzgün olmadıqda ali təhsil müəssisəsinin başçısı (rektoru) və ya təhsil müəssisəsinin tabe olduğu mərkəzi orqanın rəhbəri tərəfindən ləğv oluna bilər.
Azərbaycan Respublikası
Təhsil Naziri
10 noyabr 1997-ci il,
№ 792
Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında əsasnamə
1. Ali təhsil müəssisəsinə ümumi rəhbərlik mövcud qaydada təşkil olunmuş və rektorun başçılıq etdiyi Elmi Şura tərəfindən həyata keçirilir. Elmi Şuranın səlahiyyət müddəti 3 ildir. Elmi Şuranın vaxtından əvvəl yenidən yaranması onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə həyata keçirilə bilər.
2. Tutduqları vəzifələrinə ğörə Elmi Şuranın tərkibinə ali təhsil müəssisəsinin rektoru (sədr), tədris işləri üzrə prorektoru (sədr müavini), prorektorlar, elmi katib, dekanlar, ali təhsil müəssisəsinin tərkibində fəaliyyət ğöstərən elmi-tədqiqat institutlarının direktorları, həmkarlar təşkilatının sədrləri (əməkdaşların və tələbələrin), şöbə müdirləri və Tələbə-Elmi Cəmiyyətinin sədri daxil olur. Elmi Şuranın diğər üzvləri ali təhsil müəssisəsinin professor-müəllim və elmi işçilərinin ümumi sayının 3-10%-ni təşkil edir. Bu miqdar rektor tərəfindən professor-müəllim və elmi işçilərinin sayından asılı olaraq müəyyənləşdirilir. Elmi Şuraya namizədlər hər bir fakültənin professor-müəllim və elmi işçilərinin ümumi içlasında gizli səsvermə yolu ilə seçilir. Bundan əlavə Elmi Şuranın tərkibinin 10 %-ə qədəri ali təhsil müəssisəsinin başçısı – rektoru tərəfindən ümumi saya əlavə olaraq təyin edilə bilər (ali təhsil müəssisəsinin daxilində). Professor-müəllim elmi işçilərinin ümumi sayının 2/3 hissəsi iştirak etdikdə iclas səlahiyyətli sayılır. Fakültəyə ayrılan yerlərə iştirakçılardan 50 %-dən daha artıq çox səs toplayanlar Elmi Şuraya üzv seçilmiş hesab edilirlər. Hər bir əməkdaş şura üzvlüyündən çıxdığı halda boşalan yeri həmin fakültənin (bölmənin) nümayəndəsi mövcud qaydada vaxtından əvvəl seçki keçirməklə tuta bilər.
3. Elmi Şura təhsil müəssisəsinin tabe olduğu orqanın ğöstərişinə əsasən yaradılır və tərkibi onun tərəfindən təsdiq edilir.
4. Ali Təhsil müəssisəsinin Elmi Şurası;
- Ali Təhsil Müəssisəsinin Nizamnaməsini qəbul edir, onda əlavələr və dəyişikliklər aparır, tələbələrin, müəllimlər, əməkdakların, aspirant, doktorant və dinləyicilərin daxili intizam qaydalarını təsdiq edir;
- Ali təhsil müəssisənin inkişaf proqramını təsdiq edir;
- Hər il ali məktəbin fəaliyyəti barəsində rektorun hesabatını dinləyir;
- Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların ixtisaslarının artırılması və yenidən hazırlanması məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələləri həll edir;
- Elmi Şuranın üzvləri içərisindən Şuranın katibini seçir, təhsil və elm, sosial-iqtisadi və təsərrüfat fəaliyyətləri üzrə komissiyalar yaradır. Onların hesabatlarını dinləyir və müvafiq qərar qəbul edir;
- Şuranın işini təşkil etmək, iclasları hazırlamaq və qərarların həyata keçirilməsinə nəzarət etmək məqsədilə Şura üzvləri içərisindən elmi katib seçir;
- Fakültələrin, kafedraların və ali təhsil müəssisələrinin digər struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili barəsində məsələləri həlli edir;
- Vaxtaşırı fakültələrin tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını dinləyir;
- Professor və dosent elmi adlarının, eləcə də respublikanın fəxri ad və mükafatlarının,
orden və medallarının verilməsinə təqdim edir;
- kafedra müdirlərini, professorları, baş elmi işçiləri seçir və onların vaxtında əvvəl tutduqları vəzifələrdən olunmaları məsələlərinə baxır;
- müstəsna hallarda – fakültə Elmi Şuraları olmadıqda və münaqişələr yarandıqda rektorun qərarı ilə fakültə dekanları, dosent, baş müəllim və assistentləri, elmi işçiləri seçir və onların vaxtından əvvəl azad olunmaları barəsində məsələlərə baxır.
5. Elmi Şura tədris ili və hər semestr üçün nəzərdə tutulmuş iş palnı üzrə işləyir. Elmi Şuranın iş planı iclasda müzakirə olunub qəul edilir və rektor tərəfindən təsdiq edilir.
6. Tədris, elmi və tərbiyə işlərinin bütün məsələləri üzrə Elmi Şuranın qərarları açıq səsvermədə sadə səs çoxluğu ilə, professor-müəllim heyətinin, kafedra müdirlərinin, fakültə dekanlarının seçilməsi və geri çağrılması, professor, dosent və fəxri adların verilməsinə təqdimat zamanı isə müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir.
7. Elmi Şuranın qərar çıxarması üçün onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının 50 %-dən çoxu müzakirə olunan məsələnin leyhinə səs verərsə qərar olunmuş hesab edilir.
8. Elmi Şuranın qərarları yalnız ali məktəbin rektoru tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.
9. Elmi Şuranın iclasları protokollaşdırılır, Elmi Şuranın sədri və katibi tərəfindən imzalanır və elmi katibdə saxlanırlır.
10. Elmi Şuranın sədri Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.
11. Əsaslı səbəblər olduqda – Elmi Şuranın qəbul etdiyi qərarın obyektiv olmadığı, qanunvericiliyə zidd olduğu müəyyənləşdirildikdə ali məktəbin Elmi Surasının qərarı həmin ali məktəbin tabe olduğu mərkəzi idarəetmə orqanı tərəfindən ləğv oluna bilər.