Azərbaycan Respublikasının
Təhsil naziri
10 noyabr 1997-ci il
№ 794
Ali təhsil müəssisəsinin fakültə Elmi Şurası haqqında əsasnamə
1. Ali təhsil müəssisələrinin fakültəsinə ümumi rəhbərlik seçkili orqan - dekan başçılıq etdiyi fakültə Elmi Şurası tərəfindən həyata keçirilir. Fakültə Elmi Şurası ali təhsil müəssisəsinin başçısının əmrinə əsasən 3 il müddətinə seçilir. Fakültə Elmi Şurasının sədri dekandır. Fakültə Elmi Şurasının vaxtından əvvəl yenidən seçilməsi onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə, həmçinin müstəsna hallarda ali təhsil müəssisəsinin başçısının (rektorun) təqdimatına görə həyata keçirilə bilər.
2. Fakültənin Elmi Şurasına tutduqları vəzifələrinə ğörə dekan müavinləri (onlardan biri sədr müavini), fakültənin tərkibindəki bütün kafedraların müdirləri, fakültə Tələbə Elmi Cəmiyyətinin sədri daxil olurlar. Elmi Şuranın digər üzvləri fakültənin professor-müəllim heyətinin ümumi iclasında gizli səsvermə yolu ilə seçilir. Elmi Şura üzvlərinin həmin seçilən say miqdarı ali təhsil müəssisəsinin başçısı (rektoru) tərəfindən müəyyənləşdirilir.
3. Fakültənin Elmi Şurasının tərkibi ali məktəbin rektoru tərəfindən təsdiq olunur.
4. Fakültə Elmi Şurası:
5. Fakültə Elmi Şuranın işi hər semestr üçün hazırlanan plan əsasında həyata keçirilir. Fakültə Elmi Şuranın iş planı Şuranın iclasında müzakirədən sonra həyata keçirilir.
6. Elmi Şuranın qərarları fakültənin tədris və elmi işlərinin bütün məsələləri üzrə sadə səs çoxluğu əsasıda açıq səsvermə, professor-müəllim heyətinin və dekanların seçilməsi zamanı isə mövcud qaydada gizli səsvermə yolu ilə qəbul edilir.
7. Fakültə Elmi Şuranda hər hansı bir məsələyə baxılması üçün Şura üzvlərinin ümumi sayının 2/3-dən az olmayaraq iştirakı vacibdir.
8. Fakültə Elmi Şurasının açıq səsvermə yolu ilə qəbul olunmuş qərarları fakültənin dekanı tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.
9. Elmi Şuranın qərarlarını və öz vəzifə borcunu sistematik olaraq yerinə yetirmədikdə, onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə dekana etimadsızlıq məsələsi fakültə Elmi Şurasının müzakirəsinə verilə bilər.
10. Elmi Şuranın iclasları protokollaşdırılır. Protokollar sədr və elmi katib tərəfindən imzalanılar.
11. Elmi Şuranın sədri Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.
12. Fakültə Elmi Şuranın qərarı düzgün olmadıqda ali təhsil müəssisəsinin başçısı (rektoru) və ya təhsil müəssisəsinin tabe olduğu mərkəzi orqanın rəhbəri tərəfindən ləğv oluna bilər.