Uşaq cərrahlığı fənni üzrə proqram ( doktorantura üçün)

  1. Uşaqlarda kəskin appendisit. Klinika. Diaqnostika. Diferensial diaqnostika. Müalicəsi.
  2. Pilorostenoz.Etiopatogenez.Klinikası.Diaqnostika. Dif. diaqnostika. Müalicəsi
  3. Uraxusun  və sarı cismin axarlarının inkişaf anomaliyaları. Klinik formaları. Diaqnostika. Müalicənin vaxtı və metodları.
  4. Göbək yırtığı. Ağ xətt yırtığı.  Klinika. Diaqnostika.
  5. Qazanılma bağırsaq kecməzliyi (invaginasia, stranqulyasiya, spastik). Klinika.Diaqnostika.Müalicə.
  6. Yoğun bağırsağın inkişaf qüsurları. Hirşprunq xəstəliyi. Klinika. Diaqnostika.Cərrahi müalicə üsulları.
  7. Qazanılma bağırsaq keçməzliyi - İnvaginasiya. Etiopatogenez. Klinika. Diaqnostika.  Müalicə üsulları.
  8. Mekkel divertikulunun  fəsadları (divertikulit, perforasiya, qanaxma, invaginasiya, strangulyasiyon bağırsaq keçməzliyi) kilinika, diaqnostikası və müalcəsi.
  9. Dolixosiqma. Təsnifatı. Klinika. Diaqnostika. Dif.diaqnostika Müalicə.
  10. Qarın boşluğunun sistoz törəmələri (qaraciyər exinokokkozu, mədəaltı vəzin sistləri, müsariqə sistləri və s.)
  11. Abdominal formalı kriptorxizmin diaqnostika və müalicəsi.
  12. Uşaqlarda hidronefrozun klinikası,  diaqnostika və müalicə üsulları.
  13. Qasıq dəbəlikləri. Formaları. Klinika. Diaqnostika. Dif. diaqnostika. Operativ müalicənin müddəti.
  14. Uşaqlarda  boğulmuş qasıq dəbəliyinin klinikası, diaqnostika və müalicəsi.
  15. Hemangioma. Klinik formaları. Lokalizasiyası. Fəsadı. Müalicə.
  16. Hipospadiya. Növləri. Diaqnostika  və müalicə üsulları.
  17. Osteomielitin atipik formaları. Klinika. Diaqnostika. Differensial diaqnostika. Müalicə.
  18. Xroniki  hematogen osteomielit. Klinika.Diaqnostika.Dif. diaqnostika. Xroniki hematogen osteomielitin cərrahi müalicəsində kafedramızın təklif etdiyi «toxumadaxili antiseptika» üsulu və onu ənənəvi müalicə üsulundan fərqləndirən cəhətlər.
  19. Xaya hidropsu. Kriptorxizm. Klinika. Diaqnostika.Differensial diaqnostika, müalicə metodları.
  20. Sidikliyin divertikulları, diaqnostika  və müalcəsi.  
  21. Uşaqlarda SSAR müasir diaqnostikası və müalicə üsulları.
  22. Xayanın burulmasının diaqnostika və müalicəsi. Orxektomiyaya göstərişlər.
  23. Böyrəyin,  sidik axarının və sidikliyin daşı xəstəliyi. Klinika.Diaqnostika. Diferensial diaqnostika. Müalicəsi.
  24. Sidiklik-sidik axarı reflüksunun cərrahi korreksiya üsullarına göstəriş və əks göstəriş.
  25. Sidiklik-sidik axarı reflüksunun  endoskopik korreksiya üsulları. Onların cərrahi  müalicə üsullarından üstün cəhətləri.
  26. SSAR-də nefrektomiyaya göstərişlər və onun icra olunması üçün lazım olan müayinələr.
  27. Yaş yarımlıq uşaq xəstəlik  başlayandan 2 gün sonra xəstəxanaya gətirilib. Uşaq yeməkdən imtina edir, qarnı  ağrılıdır, bir dəfə qusub, temperatur – 37,5oc. 3 gün ərzində defekasiya olmayıb.Təxmini diaqnoz, tədbirlər?
  28. 8 aylıq oğlan uşağı üç saatdır ki,  narahatdır. Qasıq nahiyəsində sərt, ağrılı, az hərəkətli törəmə əllənir. Törəməni qarın boşluğuna düzəltmək olmur. Son 2 ayda uşaqda dövrü olaraq qasıq nahiyəsində yumşaq elastiki törəmə meydana çıxaraq sonra qurultu ilə qarın boşluğuna keçirmiş.Diaqnoz, taktika?
  29. Poliklinikaya valideyin  1 aylıq oğlan uşağı  ilə müraciət etmişdir. Anasının deməsinə görə 3 gündür ki, uşaq nəcis  ifraz etmir. Nəcis  ifrazı yalnız imalə ilə mümkündür. Baxış  zamanı  uşaq  zəifdir, adinamikdir, solğundur, yeməkdən imtina  edir. Qarın böyümüşdür. Sizin  təqribi diaqnozunuz, müayinə və müalicə planınız?
  30.  4 aylıq uşaqda valideynləri xayalığın kəskin böyüməsini aşkar ediblər. Xayalığın dərisi parlaqdır, şəffafdır. Palpasiyada  elastik konsistensiyalı törəmə əllənir. Xaya ayrılıqda əllənmir. Təxmini diaqnozunuz, taktika?
  31. Kəskin pnevmoniya ilə somatik şöbədə müalicə alan 10 aylıq uşaqda qasıq yırtığının boğulması başverib. Boğulmadan 30 dəq keçib. Sizin tədbiriniz?
  32.  2 yaşında  oğlan xəstələnəndən 24 saat sonra  uşaq xəstəxanasının qəbul şöbəsinə kəskin appendisitə şübhə diaqnozu ilə gətirilmişdir. Xəstəlik kəskin başlamış, hərarət 38,6oc olmuş, zökəm əlamətləri və nəzərəçarpan təngənəfəslik əlamətləri qeyd edilir. Tənəffüsü sərtləşib, yaş xırıltılar eşidilir. Dili nəmlidir. Nəbz 106 vurğudur. Uşaq baxmağa müqavimət göstərir, ağlayır, qarın  əzələlərini gərginləşdirir. Sizin  təqribi diaqnozunuz, dif.diaqnostika, müayinə  və müalicə taktikanız?
  33.  «Kəskin  qarın» diaqnozu ilə daxil olmuş 9 yaşlı qız uşağında laparotomiyada soxulcanabənzər çıxıntıda makroskopik dəyişiklik aşkar edilməmişdir. «Kəskin qarın» əlamətini   törədən patologiyanı müəyyən etmək  üçün  sizin taktikanız?
  34. 2 yaşlı uşağın valideynləri  xayanın xayalıqda olmadığını bildirirlər. Baxışda, xayalığın sol hissəsi inkişafdan qalıb.Qasıq nahiyəsində dərialtında elastiki, hərəkətli, ölçüsü 1,5x1,0x0,5 sm olan törəmə əllənir. Diaqnoz, taktika.
  35. 9 aylıq uşaq xəstəxanaya xəstəlik başlayandan 18 saat sonra  çatdırılıb. Xəstəlik kəskin  başlayıb; qarında tutmaşəkilli ağrılar  var, yeməkdən imtina edib, pis yatıb. Üç dəfə qusma, iki dəfə selik və qan qarışıqlı duru nəjis ifrazı olub. Xəstənin vəziyyəti ağırdır, sifəti arıqlayıb,dəri örtüyü solğundur, qurudur. Dil ağ ərplə örtülüdür. Temperatura 37,8oc, nəbzi dəq 120-dir. Ürək tonları  karlaşıb, ağciyər üzərində vezikulyar tənəffüs eşidilir. Qarın bir qədər köpdür, bütün nahiyələrdə ağrılıdır. Təxmini diaqnoz, diaqnozun dəqiqləşdirilməsi  üçün lazım olan tədbirlər?
  36. 7 yaşında uşaq qarnın sağ tərəfində  olan ağrı və öyümə şikayətləri ilə stasionara qəbul olunmuşdur. Leykositoz 5,7x109/l. Anamnezindən məlum olur ki, qarında belə ağrılar əvvəllər də bir neçə  dəfə qeyd olunmuşdur. Müayinə nətijəsində kəskin appendisit diaqnozu  inkar edilmişdir. Bu uşağın sonrakı müayinəsində sizin  planınız?