Xroniki hematogen osteomielit. Klinika.Diaqnostika.Dif. diaqnostika. Xroniki hematogen osteomielitin cərrahi müalicəsində kafedramızın təklif etdiyi «toxumadaxili antiseptika» üsulu və onu ənənəvi müalicə üsulundan fərqləndirən cəhətlər.
Xaya hidropsu. Kriptorxizm. Klinika. Diaqnostika.Differensial diaqnostika, müalicə metodları.
Sidikliyin divertikulları, diaqnostika və müalcəsi.
Uşaqlarda SSAR müasir diaqnostikası və müalicə üsulları.
Xayanın burulmasının diaqnostika və müalicəsi. Orxektomiyaya göstərişlər.
Böyrəyin, sidik axarının və sidikliyin daşı xəstəliyi. Klinika.Diaqnostika. Diferensial diaqnostika. Müalicəsi.
Sidiklik-sidik axarı reflüksunun cərrahi korreksiya üsullarına göstəriş və əks göstəriş.
Sidiklik-sidik axarı reflüksunun endoskopik korreksiya üsulları. Onların cərrahi müalicə üsullarından üstün cəhətləri.
SSAR-də nefrektomiyaya göstərişlər və onun icra olunması üçün lazım olan müayinələr.
Yaş yarımlıq uşaq xəstəlik başlayandan 2 gün sonra xəstəxanaya gətirilib. Uşaq yeməkdən imtina edir, qarnı ağrılıdır, bir dəfə qusub, temperatur – 37,5oc. 3 gün ərzində defekasiya olmayıb.Təxmini diaqnoz, tədbirlər?
8 aylıq oğlan uşağı üç saatdır ki, narahatdır. Qasıq nahiyəsində sərt, ağrılı, az hərəkətli törəmə əllənir. Törəməni qarın boşluğuna düzəltmək olmur. Son 2 ayda uşaqda dövrü olaraq qasıq nahiyəsində yumşaq elastiki törəmə meydana çıxaraq sonra qurultu ilə qarın boşluğuna keçirmiş.Diaqnoz, taktika?
Poliklinikaya valideyin 1 aylıq oğlan uşağı ilə müraciət etmişdir. Anasının deməsinə görə 3 gündür ki, uşaq nəcis ifraz etmir. Nəcis ifrazı yalnız imalə ilə mümkündür. Baxış zamanı uşaq zəifdir, adinamikdir, solğundur, yeməkdən imtina edir. Qarın böyümüşdür. Sizin təqribi diaqnozunuz, müayinə və müalicə planınız?
4 aylıq uşaqda valideynləri xayalığın kəskin böyüməsini aşkar ediblər. Xayalığın dərisi parlaqdır, şəffafdır. Palpasiyada elastik konsistensiyalı törəmə əllənir. Xaya ayrılıqda əllənmir. Təxmini diaqnozunuz, taktika?
Kəskin pnevmoniya ilə somatik şöbədə müalicə alan 10 aylıq uşaqda qasıq yırtığının boğulması başverib. Boğulmadan 30 dəq keçib. Sizin tədbiriniz?
2 yaşında oğlan xəstələnəndən 24 saat sonra uşaq xəstəxanasının qəbul şöbəsinə kəskin appendisitə şübhə diaqnozu ilə gətirilmişdir. Xəstəlik kəskin başlamış, hərarət 38,6oc olmuş, zökəm əlamətləri və nəzərəçarpan təngənəfəslik əlamətləri qeyd edilir. Tənəffüsü sərtləşib, yaş xırıltılar eşidilir. Dili nəmlidir. Nəbz 106 vurğudur. Uşaq baxmağa müqavimət göstərir, ağlayır, qarın əzələlərini gərginləşdirir. Sizin təqribi diaqnozunuz, dif.diaqnostika, müayinə və müalicə taktikanız?
«Kəskin qarın» diaqnozu ilə daxil olmuş 9 yaşlı qız uşağında laparotomiyada soxulcanabənzər çıxıntıda makroskopik dəyişiklik aşkar edilməmişdir. «Kəskin qarın» əlamətini törədən patologiyanı müəyyən etmək üçün sizin taktikanız?
2 yaşlı uşağın valideynləri xayanın xayalıqda olmadığını bildirirlər. Baxışda, xayalığın sol hissəsi inkişafdan qalıb.Qasıq nahiyəsində dərialtında elastiki, hərəkətli, ölçüsü 1,5x1,0x0,5 sm olan törəmə əllənir. Diaqnoz, taktika.
9 aylıq uşaq xəstəxanaya xəstəlik başlayandan 18 saat sonra çatdırılıb. Xəstəlik kəskin başlayıb; qarında tutmaşəkilli ağrılar var, yeməkdən imtina edib, pis yatıb. Üç dəfə qusma, iki dəfə selik və qan qarışıqlı duru nəjis ifrazı olub. Xəstənin vəziyyəti ağırdır, sifəti arıqlayıb,dəri örtüyü solğundur, qurudur. Dil ağ ərplə örtülüdür. Temperatura 37,8oc, nəbzi dəq 120-dir. Ürək tonları karlaşıb, ağciyər üzərində vezikulyar tənəffüs eşidilir. Qarın bir qədər köpdür, bütün nahiyələrdə ağrılıdır. Təxmini diaqnoz, diaqnozun dəqiqləşdirilməsi üçün lazım olan tədbirlər?
7 yaşında uşaq qarnın sağ tərəfində olan ağrı və öyümə şikayətləri ilə stasionara qəbul olunmuşdur. Leykositoz 5,7x109/l. Anamnezindən məlum olur ki, qarında belə ağrılar əvvəllər də bir neçə dəfə qeyd olunmuşdur. Müayinə nətijəsində kəskin appendisit diaqnozu inkar edilmişdir. Bu uşağın sonrakı müayinəsində sizin planınız?