Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzinin
ƏSASNAMƏSİ
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 6 noyabr tarixli 242 saylı qərarı ilə təsdiq edilmiş 6 №-li əlavəyə əsasən Azərbaycan Tibb Universitetinin nəzdində olan Elmi-Tədqiqat Mərkəzi (ETM) müstəqil balansa və hüquqi şəxs statusuna malikdir və Universitetin əsas elmi-eksperimental bazasıdır. Universitetin Elmi İşləri üzrə Prorektoruna tabedir. Onun yaradılmasında əsas məqsəd tibb elminin mühüm problemlərinin həllində Tibb Universitetinin kafedralarına və eləcə də Respublika Səhiyyə Nazirliyinin tabeliyində olan digər idarə və təşkilatlara elmi, metodik və texniki kömək göstərməkdir.
Bu məqsədi həyata keçirmək üçün ETM avadanlıq, cihazlar və reaktivlərlə ilk növbədə təchiz edilməlidir.
Elmi-Tədqiqat Mərkəzinin əsas vəzifələri aşağıdakılardır:
1) rektor və ya elmi işlər üzrə prorektor tərəfindən imzalanmış göndəriş;
2) elmi-tədqiqat işlərinin annatasiyası və onun təqvim planı;
3) doktorant və dissertantlar üçün mövzunun təsdiqi haqqında elmi şuranın protokolundan çıxarış.
Bütün bu sənədlər təqdim edildikdən sonra ETM-in elmi-metodik şurasında tədqiqat işinin planı və tədqiqat metodları müzakirə edilir və elmi-metodik şuranın qərarı əsasında həmin tədqiqatçının işləyəcəyi şöbə və elmi-metodik məsləhətçisi təyin edilir. Elmi-metodik məsləhətçi tədqiqatçı ilə birlikdə aparılan tədqiqatın düzgünlüyünə və metodik səviyyəsinə cavabdehlik daşıyır.
ETM-in direktoru tibb elmləri doktoru elmi dərəcəsi olan yüksək ixtisaslı mütəxəssis ATU-nin rektorunun təqdimatı əsasında Azərbaycan Respublikası Səhiyyə Naziri tərəfindən təyin edilir. O, tutduğu vəzifəyə görə ATU-nun elmi şurasının tərkibinə daxil edilir. Direktor aşağıdakı vəzifələri yerinə yetirir.
ATU-nun rektoru ETM-in qarşısında duran vəzifələrin yerinə yetirilməsi ilə ona əlavə hüquqlar verə bilər.
Şöbə müdürləri-elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsinə malik olub 5 ildən bir müsabiqə yolu ilə seçilirlər. Birbaşa ETM-nin direktoruna tabedir. O, rəhbərlik etdiyi şöbədə aparılan elmi işlərin yüksək metodik səviyyəsi üçün məsuliyyət daşıyır. ETM-nin planlaşdırdığı elmi-tədqiqat işlərinin rəhbərlik etdiyi şöbənin profilinə uyğun fraqmentlərini vaxtında və yüksək elmi-metodik səviyyədə yerinə yetirməlidir. Şöbənin müdiri şöbədə aparılan elmi işlərin gedişində lazım olan bütün müasir metodları tabeliyində oaln işçilərə öyrətməyə borcludur. Tabeliyində olan işçilərin ixtisaslarının daim təkmilləşdirilməsinə çalışmalıdır. Eyni zamanda şöbə müdiri olan bütün avadanlığların istismarı və saxlanılması üçün cavabdehdir və məsul şəxsdir. Şöbə müdiri seçildiyi müddət ərzində planlaşdırılmış elmi işlərə dair nüfuzlu jurnallarda 15 elmi məqalə çap etdirilməlidir.
Şöbə müdiri elmi tədqiqat işlərinin gedişində zəif iştirak edən, səhlənkarlığa yol verən və gələcək prespektivası olmayan işçilər haqqında ETM-in direktoruna yazılı şəkildə mə,lumat verir. Həmin məlumat elmi metodik şurada müzakirə olunur və lazım gəldikdə ETM-nin direktoru həmin işçi barədə tədbir görülməsi üçün rektor qarşısında vəsadət qaldırır.
Baş elmi işçi və eləcə də böyük elmi işçi elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsinə malik olub, müsabiqə yolu ilə 5 ildən bir seçilir. İşlədiyi şöbənin rəhbərinə tabedir. Seçildiyi 5 il müddətində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attesstasiya Komitəsi tərəfindən ixtisas üzrə dosent elmi adı almalıdır və bu müddət ərzində işlədiyi şöbənin planlaşdırdığı ET işlərinə dair nüfuzlu jurnallarda ən azı 10 elmi məqaləsi çapdan çıxmalıdır. Əks təqdirdə 2-ci dəfə müsabiqəyə buraxılmır. Baş elmi işçinin vəzifə borcu aşağıdakılardan ibarətdir:
Ona tapşırılmış elmi tədqiqatların həyata keçirilməsində fəal iştirak edir, onların aparılmasının metodlarını mənimsəyir və şöbənin kiçik elmi işçisinə, baş laborantına öyrədir. Tədqiqatdan alınmış nəticələri ümumiləşdirmə bacarığına malik olmalı və onların düzgün yerinə yetirilməsinə nəzarət etməlidir. Təhlükəsizlik texnikasını dərindən bilməli və onu tabeliyində olan işçilərə öyrətməlidir.
Kiçik elmi işçi - fəlsəfə doktoru elmi dərəcəsinə malik olub və ya işlədiyi şöbənin profilinə uyğun ən azı 3 il iş ştajına malik ali təhsilli mütəxəssis müsabiqə yolu ilə 5 ildən bir seçilir. Kiçik elmi işçi işlədiyi şöbənin rəhbərinə tabe olub, onun tapşırığı ilə aparılan elmi tədqiqat işlərində yaxından iştirak etməlidir. Təcrübələrin qoyulmasında, ondan alınmış nəticələrin sənədləşdirilməsində kiçik elmi işçi bilavasitə iştirak etməlidir və onların düzgün yerinə yetirilməsinə məsuldur.
Baş laborant aparılan elmi tədqiqat işlərinin yerinə yetirilməsində texniki cəhətdən cavabdehdir. O, təcrübənin gedişi üçün lazım olan avadanlıqların toplanmasında, reaksiyaların aparılmasında bilavasitə iştirak etməlidir. Eyni zamanda müxtəlif metodların və texnoloji prosesin mənimsənilməsində xüsusi səy göstərməlidir.
Mühəndis qrupu ETM-də fəaliyyətdə olan avadanlığın texniki cəhətdən saz saxlanılmasına və həmin cihazlarla işləyən əməkdaşlara texniki təhlükəsizlik qaydalarının öyrədilməsinə cavabdehdir. Eyni zamanda ETM-nin balansında olan və yararsız hala düşmüş aparatlara və digər avadanlıqlara rəy yazmalı və onların ləğvi üçün vəsadət qaldırmalıdır.
Preparatorlar iş yerlərinin təmiz saxlanılmasına, aparat və avadanlıqlarla iş müddəti qurtardıqdan sonra onların təmizlənməsinə və eləcə də elmi-tədqiat işində ortaya çıxan texniki işlərə bilavasitə kömək göstərməlidir.
7. ETM-nin elmi əməkdaşları (şöbə müdürləri, baş və kiçik elmi işçilər) doktorluq dissertasiyası yerinə yetirərkən 6 ay, fəlsəfə doktoru dissertasiyası yerinə yetirərkən isə 3 ay əmək haqqları saxlanılması şərtilə yaradıcılıq məzuniyyətləri götürə bilər. Bu məqsədlə dissertant ETM-nin direktoruna yazılı şəkildə məlumat verir. Onun hesabatı elmi-metodik şurada dinlənilir. Lazım gəldikdə Elmi işlər üzrə prorektorun qarşısında vəsadət qaldırılır.
8. ETM-nin əməkdaşları (Elmlər doktorları) doktorantura və ya dissertantura yolu ilə elmi kadr hazırlamaq hüququna malikdirlər. Bunun üçün şöbənin rəhbəri və ya tibb elmləri doktoru elmi dərəcəsi olan baş elmi işçi ETM-nin direktoruna müraciət edir. Veriləcək mövzunun aktuallığı və dissertabelli olması haqqında elmi-metodik şura qərara gəldikdə ETM-nin direktoru Elmi işlər üzrə prorektora müvafiq ixtisaslar üzrə doktorantura və ya dissertantura açılması üçün müraciət edir. Dissertanta elmi mövzunun verilməsi isə aşağıdakı qaydada aparılır.
1) Əgər dissertant ETM-də işləyirsə onda onun elmi rəhbəri dissertanta təqdim etdiyi mövzu barədə ETM-nin direktoruna məlumat verir. Sonra mövzunun aktuallığı elmi-metodik şurada müzakirə edilir. Müsbət qərara gəlindiyi halda ETM-nin direktoru Universitet rektorluğu qarşısında dissertasiya planının müzakirə edilməsinə icazə verilməsi barədə vəsadət qaldırılır. Dissertasiya mövzusu problem komissiyada müzakirə olunub, fakültə elmi şurasında təsdiq olunduqdan sonra icrasına başlanır.
2) Dissertant digər müəssisədə işlədikdə müəssisə rəhbəri Universitetin Rektoruna məktubla müraciət edərək onun tabeliyində olan işçinin dissertant olmasının məqsədəuyğunluğunu əsaslandırmalıdır. Sonra dissertasiya mövzusu 1-ci bəndə müvafiq olaraq təsdiq edilməlidir.
Qeyd: Bütün hallarda dissertasiya mövzuları ETM-nin apardığı əsas mövzularla əlaqəli olmalıdır.
9. ETM-nin əməkdaşları (Baş elmi işçilər, kiçik elmi işçilər və baş laborantlar) dissertasiya mövzusu yerinə yetirərkən lazım gəldikdə əmək haqqı saxlanılması şərtilə respublikanın daxilindəki elmi tədqiqat institutlarına ezam oluna bilər. Ezamiyyətin müddəti müqavilə əsasında müəyyən edilməlidir.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyiııin 07.02.2001 -ci il tarixli 1,25 №-li əmrinə əsasən Elmi-Tədqiqat Mərkəzinin baş laborant, laborant və preparatorları 3 ildən bir Tibb Universitetinin rektorluğu tərəfindən təşkil edilmiş attestasiya komissiyası tərəfindən attestasiyadan keçməlidir. ETM-nin direktoru növbəti attestasiyadan ən azı 1 il sonra özünü müsbət yönümdən göstərməyən işçilər üçüıı təkrari attestasiya keçirilməsi üçün elmi işlər üzrə prorektor qarşısında vəsadət qaldıra bilər. Təkrari attestasiyadan keçən işçi həmin təşkilatda növbəti attestasiyadan azad olunmur. Aşağıdakı işçilər attestasiyadan keçirilmir.
4) Hamilə qadınlar.
5) Uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar.
6) Yaşı 18-dən az olan işçilər.
7) Bir vəzifədə faktiki olaraq bir ildən az müddətdə çalışan işçilər.
8) Eyni vəzifədə ən azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər.
Attestasiyadan keçən işçiləri üçün ETM-in direktor və həmkarlar təşkilatı tərəfindən attestasiya komissiyasına onun vəzifə borcunu xarakterizə edən, konkret şərt və tələblərə cavab verən fəaliyyəti haqqında xasiyyətnamə təqdim edir. Və bu xasiyyətnamə ilə attestasiya olunan attestasiyaya ən azı 2 həftə qalmış tanış edilir. Xasiyyətnamədə işlədiyi vəzifədə üzərinə düşən vəzifələri yerinə yetirmək bacarığı, ixtisas səviyyəsi, işinin səmərəliliyi və keyfiyyəti, elmin inkişafına şəxsi töhvəsi, aparılan tədqiqatların mürəkkəbliyi və vaxtında yerinə yetirilməsi, həmin sahə üzrə elmin həm daxili, həm də xarici nailiyyətlərindən xəbərdar olması, zəruri hallarda isə kollektivə rəhbərlik edə bilmək bacarığı əks etdirilir. ETM-nin direktoru attestasiyanın nəticələrinə əsaslanaraq işçilərin vəzifələrini və əmək haqqlarını artırıb və ya azaltmaq hüququna malikdir. Əmək haqqının artırılıb-azaldılması müvafiq vəzifə üçün nəzərdə tutulan maksimal və minimal hüdudları daxilində olmalıdır. Lazımi hallarda ETM-in direktoru attestasiyanın nəticələrinə əsasən vəzifəsinə uyğun sayılmayan işçinin attestasiya keçirilən gündən 2 aydan gec olmayaraq vəzifədən azad etmək və ya aşağı salınmaq haqqında rektora təqdimat hazırlamalıdır. Xəstəlik, yaxud məzuniyyət dövrü həmin 2 aya daxil edilmir.
11. ETM-in direktoru və onun ayrı-ayrı şöbələrinin rəhbərləri və habelə ETM-in bazasında elmi-tədqiqat işləri aparan aspirant və dissertantların elmi rəhbərləri elmi-tədqiqat işlərinin keyfiyyəti və səviyyəsi üçün birbaşa məsuliyyət daşıyırlar. Ona görə də ETM-nin rəhbərlik etdiyi elmı-metodik şurada dissertant və doktorantların bir il ərzində gördükləri cari iş haqqında hesabatı dinlənilməlidir. Tədqiqat başa çatdıqda isə yekun hesabat verir və bu hesabata uyğun olaraq elmi metodik şura çıxardığı qərar dissertanta və doktoranta təqdim edilir. Elmi-metodik şura aparılan tədqiqatın aşağı səviyyədə olması haqqında qərar qəbul etdiyi halda onun bir nüsxəsi elmi işlər üzrə prorektora və ya dissertantın işlədiyi idarə və təşkilatın rəhbərinə göndərilir.
Protokol kitabında aşağıdakılar qeyd olunur.
Protokol kitabında təcrübə heyvanları üçün verilmiş sifariş vərəqinin nömrəsi və onların öldürülmə aktının №-si göstərilməlidir.
Protokol kitabını müvafiq şöbənin rəhbəri iş həftəsinin sonunda imzalayır və onunla da rəhbərlik etdiyi şöbədə tədqiqatatın aparılmasının doğruluğunu təsdiqləyir.
14. Elmi-Tədqiqat Mərkəzi böyük müalicəvi və ya diaqnostik əhəmiyyət kəsb edən fundamental və ya eləcə də tətbiqi elmi-tədqiqat işləri apararkən, bu tədqiqat işlərini sona çatdırmaq məqsədilə Tibb Universitetinin əmrinə əsasən ETM-də müvafiq kliııiki qruplar yaradıla bilər və onlar aldıqları nəticələri müvafıq klinik kafedrada tətbiq edə bilərlər. Bu məqsədlə aparılan elmi-tədqiqat işi haqqında elmi-tədqiqat işinin rəhbərinin hesabatı Tibb Universitetinin elmi- şurasında dinlənilir və onun gəldiyi qərar əsasında Universitetin rektoru müvafiq əmr verir.
15. ETM-nə elmi-tədqiqat işləri aparmaq üçün ezam olunmuş doktorantlar, dissertantlar bu əsasnaməyə müvafiq olaraq ETM-in daxili nizam-intizam qaydalarına tabe olmalı. Apardıqları tədqiqat işləri müvafiq protokol kitabında qeyd edilməlidir. Kliniki kafedralardan tədqiqat materialları gətirdikdə ETM-in 1 №-li kitabında qeydiyyatdan keçirməlidir. Bu kitabda tədqiqatçının S.A.A.-ı, kafedranın adı tədqiqat materialının adı, sayı, götürdüyü xəstənin S.A.A., xəstəlik tarixinin №-si, diaqnozu, hansı müayinələr aparılacağı və hansı şöbələrə təqdim edəcəyi göstərilməlidir. Bu materialları qəbul edən şöbənin əməkdaşı mütləq həmin kitaba soyadını göstərməklə imza etməlidir.
ETM-in direktoru iş gününün sonunda həmin protokol kitabını imzalayır və bununla da ETM-nə daxil olan tədqiqat materialları hesaba alınır.
16. ETM-ə ezam olunmuş tədqiqatçılar apardıqları tədqiqatlar haqqında ildə bir dəfə elmi-metodik şurada hesabat verməyə borсludur. Hesabat verən tədqiqatçıya elmi-metodik şuranın protokolundan çıxarış verilir. Bu çıxarışın təqdimindən sonra aspirantın və ya dissertantın attestasiyası müvafiq dekanlıqlar tərəfindən keçirilə bilər.
17.ETM-ə ezam olunmuş tədqiqatçılar aldıqları nəticələr haqqında məqalələr yazdıqda onları elmi-metodik şurada müzakirə etməlidir. Bu tədqiqatın aparılmasında məsul olan ETM-in əməkdaşı həmin məqalədə həmmüəllif olmalıdır.
18. ETM-də görülmüş elmi-tədqiqat işlərinin nəticələri təqvim ilinin sonunda keçirilən elmi konfransda müzakirə edilir və konfransın materialları toplu şəklində çap edilir.
19. ETM-in fəaliyyəti Azərbaycan Tibb Universitetinin elmi fəaliyyəti ilə sıx bağlı olub, onun və eləcə də respublikada Səhiyyə Nazirliyinin əmr və sərəncamları ilə tənzimlənir.