Bayramova Dünya Məsləhət qızı 2014-cü ildə Lənkəran şəhər Humanitar Təmayüllü məktəb-lisey № 4 bitirib həmin ildə Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsinə qəbul olmuşdur.
2020-ci ildə həmin fakültənin məzunu olmuş və MediClub MMC-də həkim-koordinator vəzifəsində işə başlamışdır.
2022-ci ilin Mart ayından Azərbaycan Tibb Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsində Mübadilə proqramlar üzrə koordinator vəzifəsində çalışır.
2012-ci ildə ABŞ Dövlət Departamentinin Gənc Liderlik Programı (Youth Leadership Program) çərçivəsində ABŞ-ın Arizona ştatında mübadilə tələbəsi olmuşdur. Arizona Ştat Universitetində İnsan hüquqları və multikulturalism mövzulu mühazirələr dinləmişdir.
Sosial aktiv gəncdir. Azərbaycan,rus, ingilis dillərini akademik; türk, ispan, fransız və İtalyan dillərini danışıq səviyyəsində bilir.
E-mail: [email protected]