Azərbaycan Tibb Universitetinin rektoru
prof.G.Ç.Gəraybəyli
tərəfindən təsdiq edilib
29.12.2016-ci il Əmr 349/K
Stomatologiya fakültəsinin
ƏSASNAMƏSİ
1.Ümumi qaydalar
1.1. Azərbaycan Tibb Universitetin(bundan sonra-Universitet) stomatologiya fakültəsinin (bundan sonra-fakültə) əsasnaməsi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa”, Universitetin Nizamnaməsinə ve digər qanunvericilik aktlar na uyğun olaraq hazılanmişdır.
1.2. Fakültə Universitetin “stomatologiya”-070104 ixtisası üzrə tədris, elm və inzibati böl-məsidir. Fakültədə təhsil əyani formada 5 il müddətində həyata keçirilir.
1.2. Fakültə özündə ixtisasa aid və mütəxəssislərin sosial-hümanitar, ümumi elmi və ümumi təhsil hazırlığını həyata keçirən 6 kafedra birləşdirir
1.3. Fakültənin Elmi Şurasına 6 kafedra təhkim olunub-Ortopedik stomatologiya, Agız və üz-cənə cərrahiyyəsi, Uçaq stomatologiyası,Terapevtik stomatologiya, Qulaq, burun, boğaz xəstəlikləri, Xarici dillər.
1.4. Fakultə Universitetin Elmi Şurasınn qərarı ilə yaradılır.
1.5. Fakültənin fəaliyyətinə nəzarəti tədris işləri üzrə prorektor həyata keçirir
1.6. Fakultənin bütün heyəti o cumlədən tahsilalanlar va təhsilverənlər həmrəylik və ədalətlçilik prinsipləri əsasinda etik, hüquqi və heşəkar standartlara uyğun olaraq hərəkət etməlidir.
1.7. Fakülrə aşağıdakı prinsiplər əsasında fəaliyyət göstərir:
-İnsan hüquqlarının təmin edilməsi;
-şəxsiyyətə hörmət;
-ədalətçilik;
-şəffaflıq;
-təhlükəsiz mühitin təmin olunması;
- təhsilalanlar üçün bərabər imkanların və keyfiyyətli təhsilin təmin edilməsi;
- təhsilin keyfiyyətinin dövrün dəyişən tələblərinə uyğun yüksəldilməsi;
-ali təhsilin beynəlxalq standartlara uyğunlaşması;
- sağlam rəqabət mühitinin təmin edilməsi;
- maraqların toqquşmasının qarşısının alınması;
-kreativliyin dəstəklənməsi;
- elmi-tədqiqat fəaliyyətinin azadlığı;
- tədqiqatın həmrəyliyi;
- elmi-metodiki və praktiki bazanın aktuallığı;
- plüralizm mühitin təşviq edilməsi;
- peşəkar davranış qaydalarının təşviq edilməsi;
- etik standartların tədris və elmi-tədqiqat proseslərinə inteqrasiyası.
1.8. Təhsilalanların fakültəyə qəbulunu Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.
1.9.Tədris proqramlarının həyata keçirilməsi məqsədilə fakültədə Azərbaycan Respublikasının Dövlət Standartları və Ali təhsil proqramı və Universitetin Elmi Şurası tərəfindən təsdiq edilmiş nümunəvi tədris planları əsasında diplomlu mütəxəssislərin hazırlanması üçün tədris planları hazırlanır İşçi tədris planları(sillabuslar) Universitetin Elmi Şurası tərəfindən təsdiq olunur.
2.Bölmənin prosesləri
№ |
Fəaliyyətin növü |
Məhsul şəxs |
|
Əsas təhsil proqramının layihələndirilməsi və tərdib edilməsi |
Dekan, dekan müavinləri və kafeda müdirləri |
|
Təhsil proqramının həyata keçirilməsi |
Dekan, dekan müavinləri və kafeda müdirləri |
|
Təhsil alanlarla tərbiyəvi və dərsdən kənar işlər |
Dekan və dekan müavinləri |
|
Elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi |
Elmi şöbə və dekan |
|
Yüksək ixtisaslı kadrların hazırlanması |
Kafedra müdirləri |
|
Kitabxana və informasiya xidmətinin əlaqələndirilməsi |
Kitabxana və dekan |
3. Fakültənin fəaliyyətinin məqsədi
Stomatologiya”-070104 Təhsil proqramı üzrə tədrisi yüksək səviyyədə təşkil etmək.
4. Əsas vəzifələri
Fakültənin əsas vəzifələri aşağıdakılardır:
- Dövlət təhsil standartına və proqramına,tədris proqramlarına və tədris planlarına uyğun “Stomatologiya” ixtisas üzrə ali təhsilinin əsas təhsil proqramının həyata keçirilməsi;
-dərin nəzəri və zəruri praktik biliklərə malik olan yüksək ixtisaslı mütəxəssislərin hazırlanması;
-gələcək həkimin mənəvi və vətəndaş kimi formalaşması;
-tədris prosesinin müvafiq fənnlər üzrə metodik təminatının keyfiyyətini artırmaq;
-təhsilalanların tədrisi və mütəxəssislərin hazırlanması üçün yeni texnologiyaların hazırlanması;
- professor-müəllim heyətinin ixtisasının artirilması;
- səhiyyə təşkilatlarına müalicə, məsləhət və metodik yardımın göstərilməsi;
5.Funksiyalar
5.1.İdarəetmə fəaliyyəti
5.1.1. Fakültənin fəaliyyətinə seçkili orqan- fakültə Elmi Şurası rəhbərlik edir. Fakültə Elmi Şurası Universitetin Elmi Şurası tərəfindən qəbul olunmuş və rektor tərəfindən təsdiq edilmiş müvafiq əsasnamə əsasında fəaliyyət göstərir. Fakültə Elmi Şurasının sədri dekandır.
5.1.2. Dekan bir qayda olaraq müsabiqə yolu ilə 5 il müddətinə seşilir. Dekan vəzifəsinin tutulması proseduru Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş”Ali təhsil müəssisələrində kafedra müdiri,dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları” ilə müəyyən edilir.
5.1.3. Dekan fakültənin fəaliyyəti ilə bağlı Universitetin Elmi Şurasında və rektora hesabat verir.
5.1.4.Dekan Dövlət Attestasiya Komissiyasının,Universitetin Elmi Şurasının üzvüdür. Dekan universitetin digər rəhbər və idarəetmə strukturlarının tərkibinə daxildir
5.1.5. Dekana kömək məqsədilə fakültədə dekan müavini vəzifəsi təsdiq onur. Dekan müavini fakültənin profilinə uyğun baza təhsilli, ən azı 3 il elmi-pedaqoji təcrübəsi olan mütəxəssisləe arasından fakültə dekanının təqdimatı əsasında universitetin rektoru tərəfindən təyin edilir.
5.1.6. Dekanlığın ştat sayı, əməkdaşlarının əməyinin ödənilməsi və şərtləri ştat cədvəli ilə müəyyən edilir. Dekanlığın ştat cədvəli rektor tərəfindən təsdiq edilir.
5.2. Tədris fəaliyyəti
5.2.1. Dekanı fakültə üzrə dərs cədvəllərinin təsdiq olunmuş tədris planına uyğun tərtib edilməsinə nəzarət edir.
5.2.2. Dekan buraxılış kafedraları ilə birgə fakültə elmi şurasında tədris proqramı üzrə yekun dövlət attestasiyasının, dövlət imtahanlarının keçirilməsi proqramını təsdiq edilir.
5.2.3. Dekanlıq təhsil alanların aralıq qiymətləndirilməsinin keçirilməsi təşkil edir. edir.
5.2.4. Dekan təhsil alanların təcrübə keçməsini təşkilinə edir.
5.2.5.Dekan kefedralarla birlikdə tədris prosesinin təkmilləşdirilməsi üçün tədbirləri həyata keçirir.
5.2.6. Bolonya prosesinin təşviqi, kredit sistemi ilə tədrisin təşkili, AKTS sisteminin tətbiq edilməsi və tələbələrə kömək göstərilməsi məqsədi ilə fakültədə akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil edilir ..
5.2.7. Dekan fakültənin illik iş planının yerinə yetirilməsini təmin edirr.
5.3. Metodiki iş
5.3.1.Yeni tədris ili üçün fakültənin metodik iş planı fakültə elmi şurasında müzakirə olunur və təsdiq edilir.
5.3.2.Dekan Univeristetin Elmi Şurasında keçmiş tədris ilində fakültənin işi ilə bağlı hesabat verir.
5.3.4.Dekan fakültədə tədris- metodiki işlərinin təkmilləşdirilməsi ilə bağlı fakültə və Universitet elmi şualarında baxılması üçün təkliflər verir.
5.4. Elmi-tədqiqat işi
5.4.1.Dekan fakültənin elmi fəaliyyətini təşkil edir və yerinə yetirilməsinə nəzarət edir.
5.4.2. Dekanlıq təhsialanların kafedralarda, laboratoriyalarda, tələbə elm cəmiyyətində apardıqları elmi-tədqiqat işlərini əlaqələndirir və ümumi rəhbərliyi həyata keçirir.
5.4.3.Dekanlıq təhsilalanların konfranslarda elmi qrantların alınması üçün iştirak etmələrinə şərait yaradır.
6. Əlaqələr
Dekanlıq öz fəaliyyətini digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə həyata keçirir.
7.Hüquqlar
Dekanlığın əməkdaşları aşağıdakı hüquqlara malikdirlər:
7.1. Kafedralardan zəruri sənəd və məlumatları almaq və səlahiyyətləri çərçivəsində göstərişlər vermək.
7.2. Təhsilalanların şəxsi işləri ilə tanış olmaq.
7.3. Təhsilalanlara və fakültənin tərkibində olan kafedraların əməkdaşlarına tənbeh edilməsi və yaxud mükafatlandırılması ilə bağlı universitetin rektoruna müraciət etmək.
8.Məsuliyyət
Fakültənin dekanı birbaşa məsuliyyət daşıyır:
8.1. proqram(ixtisas) üzrə tədrisin keyfiyyətinin təmin edilməsinə, tədris prosesinin və elmi-tədqiqat işlərinin aparılmasına, tədris-tərbiyyə mühitinin yaradılmasına görə;.
8.2. Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilmiş vəzifə borclarını yerinə yetirmədiyinə, yaxud lazımi qaydada yerinə yetirilməməsinə görə;
8.3. Öz səlahiyyətlərini həyata keçirən zaman hüquq pozuntularını törətdiyinə görə.