Orhun mübadilə proqramı Orhun mübadilə proqramı Türk Dövlətlər Təşkilatı Türk Universitetlər Birliyinin (www.turkunib.org) üzvü olan universitetlər arasında tələbə və müəllim mübadiləsini asanlaşdırmaq məqsədi daşıyan bir proqramdır. Bu proqramın məqsədi ortaq türk mədəniyyəti və tarixini öyrənmək, təhsil keyfiyyətini artırmaq və universitetlər arasında əlaqələri gücləndirməkdir.

 

Tələbə mübadiləsi: Orhun mübadilə proqramı tələbələrə üzv universitetlərdə bir və ya iki semestr təhsil almaq imkanı yaradır. Bu, tələbələrə ortaq mədəniyyət və tarixi öyrənmək, tibbi bilik və bacarıqlarını inkişaf etdirmək və beynəlxalq təhsil təcrübəsi qazanmaq imkanı verir.

 

Müəllimlərin mübadiləsi: Proqram müəllimlərə dərs vermək və peşəkar inkişaf təlimlərində iştirak etmək üçün digər türk dünyası universitetlərinə iki həftəlik səfər etmə imkanı yaradır. Bu mübadilələr müəllimlər arasında bilik və təcrübə mübadiləsini təşviq edir və tədrisin keyfiyyətini artırılmasında bilavasitə rol oynayır.

 

Əlavə məlumat

Orhun mübadilə proqramı haqqında daha ətraflı məlumat üçün Orhun proqramının rəsmi saytına müraciət edə bilərsiniz:

http://turkunib.org/tr/orhun