2020 /2021-ci tədris ilində :

 Covid-19 pandemiyası ilə əlaqədar Fakültə Elmi Cəmiyyətinin konfransları keçirilməmişdir. Fakültə daxilində müvafiq il üzrə görülən işlərlə Hesabatın “Elmi işlərin siyahısı “ bölməsində verilmişdir

2020/2021 ci ildə I Müalicə profilaktika Fakültəsinin rəhbərliyi ilə Fakültə üzrə “Klinika Təməl Fənlərdə” və “Radioloji görüntülər necə oxunmlı ?” adlı silsilə vebinarlar keçirilmişdir. Vebinarlara ATU-nu I MPF, IMPF , Stomatologiya, Əczaçılıq, Hərbi tibb fakültələrindən 1000-ə yaxın tələbə qoşulmuşdur .

Vebinarların siyahısı və video-ünvanları aşağıdakı kimidir:

  1. I MPF Tələbə Elmi Cəmiyyətinin "Klinika - Təməl fənlərdə" adlı təşkil etdiyi vebinarlar silsiləsindən birincisi 22 Yanvar 2021 -ci il tarixində histologiya fənninə aid keçirilmişdir.

  I MPF dekanı, t.ü.f.d., dos. Elşad Novruzov əvvəlcə fakültə elmi cəmiyyətinin işinə, tələbələr tərəfindən bu qədər maraq yaranmış vebinarın təşkili üçün təşkilatı heyətə gələcək işlərində müvəffəqiyyətlər və uğurlar arzulamışdır. Daha sonra Histologiya, embriologiya və sitologiya kafedrasının əməkdaşları - t.ü.f.d., dos., Sultanova.Tamilla., və t.ü.f.d., b/m Quliyeva Nigar ilə birlikdə müxtəlif situasiya məsələlərinin müzakirəli izahı olmuşdur.

         Vebinarda Kartegener sindromu , etiologiyası və klinikası, Vit C şatışmazlığı-kollagen sintezi, İmmun sistem , Cinsiyyət üzvlərinin histologiyası , Həzm sisteminin histologiyası barədə müxtəlif situasion suallar üzərində müzakirə aparılmışdır.

Konfransa 280-ə yaxın ATU tələbələri qoşulmuşdur.

Konfransın linki : https://youtu.be/pLz2rlOVFG0.

 

  1.  I Müalicə Profilaktika Fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi "Klinika -Təməl Fənlərdə" silsilə vebinarlarından növbətisi 6  Fevral 2021-ci ildə Tibbi Genetikaya aid olmuşdur. Vebinara  I MPF, II MPF,  Stomatologiya, İSF, HTF, Əczaçılıq fakültələrindən 200-ə yaxın ATU tələbəsi qoşulmuşdur. Vebinarın girişində I MPF Tələbə Elmi Cəmiyyətinin Rəhbəri  , t.ü.f.d., dos. Rəna Rzayeva çıxış edərək TEC-in gələcək fəaliyyətlərində uğurlar arzu edib. Daha sonra isə I Uşaq Xəstəlikləri kafedrasının dosenti, t.e.d. Səbinə Qarayeva,  Tibbi Biologiya və Genetika kafedrasının əməkdaşları b.e.n., dos. Süleymanova Leyla, b.e.n., dos.Əflatun Əzizov , b.ü.f.d., baş müəllim  Ramin Həşimov tərəfindən birlikdə tibbi genetikaya  aid  müxtəlif mövzularda situassiya tipli məsələlərin  genetik izahı ,   klinik izahı eyni zamanda diaqnostikası, müalicəsi və.s haqqında ətraflı və geniş izah verilmişdir.

Konfransın linki : https://youtu.be/Vtbsn2MKxVM  

 

  1. Fiziologiyaya həsr olunan "Klinika - Təməl Fənlərdə" vebinarı 13 Fevraı 2021-ci ildə  keçirilmişdir. ATU I Müalicə Profilaktika Fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi silsilə vebinarlardan daha biri baş tutmuşdur. Müxtəlif fakültələrdən 200-dən çox tələbənin qeydiyyatdan keçdiyi vebinarda üstünlük daha çox yuxarı kurslarda olmuşdur. Vebinarın girişində I MPF dekan müavini Natiq Bayramov vebinarların təşkilinə görə müəllim və tələbələrə xüsusi təşəkkürlərini bildirmişdir. Daha sonra Normal Fiziologiya kafedrasının dosenti t.e.n. Aqil Əliyev, Patoloji Fiziologiya kafedrasının dosenti  t.ü.f.d. Sərdar Əliyev, I Daxili Xəstəliklər kafedrasının dosenti t.ü.f.d Könül Məmmədyarova vebinarın gedişinə uğurlar arzulamış və müxtəlif klinik- situasiya suallarının izahı verilmişdir.

Konfransın linki : https://youtube.com/channel/UCkS1EhntTu0gKAeL2GBdauA

 

  1. "Klinika Təməl Fənlərdə - Biokimya" adlı növbəti vebinar 27 fevral  baş tutmuşdur. Vebinarın əvvəlində I Müalicə-Profilaktika Fakültəsinin dekan müavini Nigar Mikayılova vebinarın gedişinə uğurlar arzulamışdır. Daha sonra "II Daxili Xəstəliklər" kafedrasının assintenti Axundbəyli Gülarə, "Bioloji Kimya" kafedrasından  dosent, b.e.n. Aqil Orucov; assintent, b.e.n. Quliyeva Səbinə və kafedradının digər əməkdaşlarının iştirakı ilə həkimlik fəaliyyəti zamanı biokimya ilə qarşılaşacağımız məqamlar, biokimyəvi analizlərin düzgün interpretasiyası və digər məsələlər barədə müxtəlif məsələlərin izahı və müzakirəsi oldu. Vebinara ATU-nun müxtəlif fakültələrindən bütün kurslar üzrə 150-ə yaxın tələbə qeydiyyatdan keçmişdir. Tələbələrin həm "Zoom", həm də "Youtube" platformasından canlı izləmək imkanları olmuşdur.

Konfransın linki : https://youtu.be/7NFh8fcqYkY

 

  1. Embriologiya fənninə aid   "Klinika Təməl Fənlərdə" adlı vebinar 10 Aprel 2021-ci ildə keçirilmişdir. Vebinarda Histologiya, Sitologiya və Embriologiya kafedrasının müdiri , t.e.d , professor Eldar Qasımov və Uşaq Cərrahlığı kafedrasının assistenti, t.ü.f.d. Axundov Samir tərəfindən sinir sistemi, sidik - cinsiyyət və həzm sisteminə aid olan müxtəlif inkişaf anomaliyalarının həm embrioloji xüsusiyyətləri , həm də klinika, müalicəsi ətrafında geniş müzakirələr aparılmışdır. Sonda tələbələrə Embriologiya fənninin nə qədər vacib olduğunu, onların həkimlik fəaliyyətində əsas rol oynadığı qeyd olunmuşdur.

 Konfransın linki : https://youtu.be/0wf7ZE-45PA

 

  1. "Klinika-Təməl Fənlərdə" adlı vebinar silsiləsinin növbətisi 18 Aprel 2021-ci idlə  Mikrobiologiya fənninə həsr olunmuşdur.

Vebinarın girişi zamanı I MPF TEC-in rəhbəri dos. Rəna Rzayeva günümüzdə yoluxucu xəstəliklərin nə qədər vacib olduğunu və tələbələrin bu elmi öyrənməyinin həkimlik fəaliyyətlərini artımaqda böyük faydası olacağını bildirdi.

Daha sonra Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının profesoru, b.e.d. əməkdar müəllim Emma Ağayeva, kafedranın dosenti b.ü.f.d Sara Qurbanova, Yoluxucu xəstəliklər kafedrasının dosenti, t.ü.f.d. Sulduz Əhmədova müxtəlif klinik situasion sualların izahını vermişlər

Konfransın linki : https://youtu.be/Cw9m1GUfb1Y

 

  1. Klinika Təməl Fənlərdə silsilə vebinarım sonuncusu 24 Aprel 2021-ci ildə Anatomiya fənninə həsr edildi. Vebinarın giriş hissəsində fakültə TEC-in rəhbəri dos. Rəna Rzayeva müəllim və tələbələri salamladı,  fakültə dekanı Elşad Novruzovun salamları onlara  çatdırıldı. Vebinara ATU-nun 100- ə yaxın tələbəsi  qoşulmuşdular. Daha sonra İnsan Anatomiyası və tibbi terminologiya kafedrasının   TEC rəhbəri dos. Ziyafət Seyidova tərəfindən anatomiya fənninin vacibliyi vurğulandı və konfransın işinə uğurlar arzu etdi. Vebinar öz işini I Cərrahi xəstəliklər kafedrasının əməkdaşı t.ü.f.d. , Teyyub Əliyev, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının əməkdaşları t.ü.f.d., baş müəllim Bayramova İnarə və t.ü.f.d., baş müəllim Qafarova Rəna tərəfindən müxtəlif klinik situasion sualların izahı edilməsi ilə davam etdirdi.

Konfransın linki : https://youtu.be/JW2z8qvPbks