I Müalicə Profilaktika Fakültəsinin dəstəyi ilə Fakültə Tələbə Elmi Cəmiyyətinin həyata keçirdiyi növbəti vebinar 17 Aprel 2021-ci ildə " Radioloji Görüntülər Necə Oxunmalı?" baş tutmuşdur. Vebinara ATU-nun 100-ə yaxın bütün kurs və fakültələr üzrə tələbələr qoşulmuşlar
Vebinar zamanı ATU-nun Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, t.e.d., professor Məlahət Sultanova ilk növbədə Radiologiya elminin nə qədər vacib olması və inkişafı barəsində danışmışdır. Daha sonra radioloji görüntülərin alınması, rentgen və kompüter tomoqrafiya görüntülərində istifadə olunan terminlər, döş qəfəsinin normal radioloji anatomiyası, müxtəlif patologiyalar haqqında ətraflı məlumat verilmişdir. Vebinarda həmçinin Covid-19 pnevmoniyasının, radioloji görüntüləri və müxtəlif xəstə nümunələri üzərində müzakirə aparılmışdır. Vebinarın sonunda Məlahət Sultanova suallara ilk və düzgün cavab verən tələbələrə : I MPF, 3.kurs, 118A8b qrup tələbəsi Gülsüm İmanova ; I MPF , 3.kurs 118A7a tələbəsi Şəbnəm Abdullazadə və II MPF , 3 kurs, 218A6a qrup tələbəsi Ləman Qasımovaya Radiologiya haqqında xüsusi hədiyyə verəcəyini bildirdi.
Konfransın linki : https://youtu.be/9JxDxMKP41o