I Müalicə-Profilaktika Fakültəsinin "Rezident Həyatı Yaşa!" layihəsində iştirak edən tələbələrin bir qismi ilə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin görüşü olub. Rektor Öncə görüş iştirakçılarının bayramını təbrik edərək, onlara qarşıdakı dövrdə uğurlar arzulayıb. Tələbələrin nəzəri biliklərlə yanaşı, praktik bacarıqlarının da inkişaf etdirilməsinin vacibliyini vurğulayan G.Gəraybəyli universitetdə bu istiqamətdə ciddi işlər aparıldığını bildirib ki, tələbələrimizin praktik vərdişlərinin təkmilləşdirilməsi üçün bir çox addımlar atırıq ki, onlar rezidentura pilləsində əminliklə seçdikləri ixtisasa yiyələnə bilsinlər, Bu layihə haqqında yaxşı fikirlərin eşidilməsi və tələbələrin razı qalması ,bir daha sübut edir ki, gələcəkdə onun müddətini və sayını artırılmasında işlər görülməsini zəruridir.
I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov layihənin məqsədləri və təfərrüatları haqqında məlumatı bölüşüb. Qeyd edib ki, 3-14 fevral tarixlərində keçirilən layihə çərçivəsində 9 böyük baza iş görülüb. Tələbələr praktika müddətində müxtəlif konsultasiya, konsiliumlarda və cərrahi əməliyyatlarda bilavasitə iştirak edərək bacarıqlarını bir qədər də artırmışlar.
Qeyd edək ki, “Rezident Həyatı Yaşa” layihəsinin məqsədi tələbələrin fərdi inkişafına yardım etmək, onların sahib olmaq istədikləri ixtisasla öncədən tanış olmasına şərait yaratmaqdan ibarətdir. Layihənin həyata keçirilməsində ATU-nun Tədris Cərrahiyyə Klinikası, ATU-nun Tədris Terapevtik Klinikası, Onkologiya klinikası, Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, 2 saylı Psixiatrik kliniki xəstəxana, Respublika Dəri-Zöhrəvi dispanseri, Modern Hospital, Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxana, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutu kimi bazalar iştirak edib.
Sonda görüş iştirakçıları layihə ilə bağlı hazırlanmış videoçarxı seyr edib və tələbələrə sertifikatlar verilib.
Videoçarxı izləmək üçün: https://fb.watch/cK25MC08Ow/