AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
FƏNN SİLLABUSU
Təsdiq edirəm: R.İ. Bayramov
kafedra müdiri
İmza: _________________________
Tarix: “_____” _____202 -ci il
Kafedra: Ağciyər xəstəlikləri
Fakültə: İctimai Səhiyyə
Fənn haqqında məlumat
Fənnin adı: Ağciyər xəstəlikləri
Tədris yükü (saat) cəmi:......
Tədris ili ........ Semestr ........ Bölmə .............
Kredit sayı: 6 (90 saat: mühazirə -14 saat, praktik məşğələ - 76 saat)
Müəllim haqqında məlumat:
(Soyadı, adı, atasının adı, elmi adı və dərəcəsi)
Məsləhət günləri və saatları: I-VI günlər saat 0900-1600
E-mail ünvanı:
İş telefonu:(012) 4220717
Tələb olunan dərsliklər və dərs vəsaitləri:
“Tənəffüs sistemi xəstəlikləri” S.N.Alimetov, Ş.S.İbrahimova, 2010-409 səh.
“Ağciyərlərin qeyri-spesifik xəstəlikəri” S.Həmidli, M.Həmidli, Bakı-2011, 328 səh.
“Vərəm” Ə.B. İnsanov (2004)
“Ftiziatriyadan testlər” N.Ə.Abbasov, R.İ.Bayramov, C.M.İsmayılzadə, A.M.Məmmədova, Ş.M.Vəliyeva (2015)
«Болезни органов дыхания» под.ред. Н.Р.Паллева-М.: Медицина,2000 г.- 728 с.
Handbook of Tuberculosis, 2017, 281p., Prof.Dr.Stefan H.E.Kaufmann
Croftons Clinical Tuberculosis Third edition, 2009, 200p., John Crofthon
Fənnin təsviri və məqsədi:
KURSUN TƏSVİRİ:
Ağciyər xəstəlikləri əsas ixtisas fənni olaraq praktik təbabət sahəsində çalışan mütəxəssislərin nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnməsində və onların peşəkar mütəxəssis kimi formalaşmasında böyük əhəmiyyət kəsb edir. Tibb Universitetinin tələbələri üçün nəzərdə tutulmuş bu proqramda müasir pulmonologiyanın bütün bölmələri əhatə olunmuşdur. Sistematik olaraq pulmonologiya elminin nailiyyətləri, ölkəmizdə və xaricdə ağciyər xəstəliklərinin yayılması, patogenezi, patomorfologiyası, onların diaqnostikasının üsul və prinsipləri, fəsadları, differensial diaqnostikası, müalicə və profilaktika metodlarının proqram üzrə tədrisi nəzərdə tutulmuşdur.
KURSUN MƏQSƏDİ:
Ağciyər xəstəlikləri fənninin tədrisinin əsas məqsədi gələcək mütəxəssislərə ağciyər patologiyalarının xüsusiyyətləri, onların etiopatogenezi, yayılması, diaqnostika, differensial diaqnostikası, müalicə və profilaktika üsullarının öyrənilməsindən ibarətdir.
Fənnin təqvim planı
Müalicə profilaktika (Hərbi-tibb) fakültəsi
PRAKTİK MƏŞĞƏLƏLƏRİN MÖVZULARI:
Tənəffüs orqanlarının anatomik-fizioloji xüsusiyyətləri
Bronx-ağciyər patologiyası olan xəstələrin müayinə üsulları
Bronxit və bronxiolitlər: epidemiologiyası, etiologiyası, təsnifatı, diaqnostika və müalicəsi
Pnevmoniyalar: epidemiologiyası, etiologiyası, təsnifatı, diaqnostika və müalicəsi
Tənəffüs orqanlarının irinli iltihabi xəstəlikləri: abses, qanqrena. Bronxoekatziya, diaqnostika və müalicə prinsipləri
Vərəmin yayılması, etiologiyası və patogenezi
Tuberkulin sınaqları, Diaskintest, Quantiferon TB GOLD plus. Vərəm çöplərinin təyini üsulları
Vərəmin klinik təsnifatı. Birincili vərəmin klinik formalarının patogenezi, klinik xüsusiyyətləri, diaqnostikası və ağırlaşmaları.
Ikincili vərəmin klinik formalarının patogenezi, klinik xüsusiyyətləri, diaqnostikası və ağırlaşmaları.
Ağciyər vərəminin destruktiv formaları, klinik xüsusiyyətləri, diaqnostikası və ağırlaşmaları. Tənəffüs yollarının vərəmi.
Ağciyər vərəminin müalicə və profilaktika üsulları
Bronxial astma: yayılması, təsnifatı, risk faktorları. Diaqnostika və müalicə prinsipləri ( beynəlxalq tövsiyyələr)
AXOX: yayılması, təsnifatı, risk faktorları. Diaqnostika və müalicə prinsipləri ( beynəlxalq tövsiyyələr)
Ağciyərlərin parazitar və peşə-toz xəstəlikləri. Kistik fibroz
Ağciyərlərin interstisial xəstəlikləri: hipersensitiv pnevmonit, idiopatik interstisial pnevmoniyalar, idiopatik ağciyər fibrozu, sarkoidoz və s.
Plevritlər, etiologiyası, patogenezi, təsnifatı, klinik gedişi, diaqnozu və differensial diaqnostikası
Pnevmotoraks: səbəbləri, təsnifatı, diaqnostikası, müalicəsi. Qanhayxırma və ağciyər qanaxması
Ağciyər arteriyasının trombozu və emboliyası. Ağciyər hipertenziyası. Ağciyər ürəyi, diaqnostikası.
KRDS: risk amilləri, diaqnostikası. Ağciyər ödemi. Yuxu apnoe sindromu, diaqnostikası, fəsadları, müalicəsi.
Müalicə profilaktika (Hərbi-tibb) fakültəsi
MÜHAZİRƏLƏRİN MÖVZULARI:
Tənəffüs orqanlarının anatomik-fizioloji xüsusiyyətləri. Bronx-ağciyər patologiyası olan xəstələrin müayinə üsulları
Tənəffüs orqanlarının iltihabi xəstəlikləri. Bronxit və bronxiolitlər. Pnevmoniyalar: epidemiologiyası, etiologiyası, təsnifatı, diaqnostika və müalicəsi
Birincili vərəmin klinik formaları: klinik xüsusiyyətləri, diaqnostikası və ağırlaşmaları. Diaskintest, Quantiferon TB GOLD plus.
Ikincili vərəmin klinik formaları: klinik xüsusiyyətləri, diaqnostikası və ağırlaşmaları. Ağciyər vərəminin destruktiv formaları
AXOX. Bronxial astma. Diaqnostika və müalicə prinsipləri ( beynəlxalq tövsiyyələr)
Ağciyərlərin peşə-toz və parazitar xəstəlikləri. Ağciyərlərin interstisial xəstəlikləri.
Plevritlər. Pnevmotoraks. Qanhayxırma və ağciyər qanaxması
QİYMƏTLƏNDİRMƏ:
İmtahanın keçirilməsi forması- test
Semestr ərzində qiymətləndirmə və bal bölgüsü:
Balların maksimum miqdarı – 100 bal.
A) Semestr ərzində toplanan maksimum bal – 50 bal.
O cümlədən:
Dərsə davamiyyətə görə - 10 bal
Sərbəst işlərə (tibbi bacarıq) görə - 10 bal
Aralıq qiymətləndirmənin nəticələrinə görə - 30 bal.
Semestr ərzində tələbənin nəzəri biliyi İmtahan Mərkəzində keçirilən test sorğusu əsasında 30 ballı şkala üzrə (maksimum 30 balla) qiymətləndirilir.
SƏRBƏST İŞ (TİBBİ BACARIQ):
Ağciyər xəstəlikləri fənninin klinik fənn olduğunu nəzərə alaraq tələbələrin lazımi bilik və bacarıq əldə etmələri üçün sərbəst iş, klinik bacarığın qiymətləndirilməsi sorğusuna əsasən aparılır. Hər bölmə (sual) üzrə qiymətləndirmə 2,5 bal olmaqla maksimum 10 balla qiymətləndirilir. Mənimsənilməmiş (qiymətləndirilmiş) klinik bacarıqların (sərbəst iş) qeydiyyatını aparmaq üçün dərs aparan müəllim və qrupun jurnalında xüsusi səhifə ayırmaqla bacarıqlar və onlara verilən bal qeyd edilməlidir. Klinik bacarıqlara görə maksimum bal 10-dur. Həm müəllimin jurnalında, həm də qrup jurnalında ayrı-ayrı fənlər üçün ayrılmış müvafiq səhifələrdə hər dərs günü dərsdə iştirak etməyən tələbələrə həmin saata “q/b”, dərsdə iştirak edənlərə isə “i/e” (iştirak etdi) yazılmalıdır. Beləliklə, tələbələrin adlarının qarşısında boş xana saxlanılmamalıdır. Bunların əsasında isə sonda tələbənin konkret fənn üzrə semestr ərzində topladığı balın yekun miqdarı göstərilməlidir. Tələbənin semestr ərzində topladığı yekun bal tələbənin biliyini obyektiv əks etdirməlidir. Bunun üçün məsuliyyət məşğələ müəlliminin üzərinə düşür.
DƏRSƏ DAVAMİYYƏTƏ GÖRƏ BALLARIN HESABLANMASI:
Dərsə davamiyyətə görə balların hesablanması fənnə ayrılan saatların miqdarı nəzərə alınmaqla aparılır. Ağciyər xəstəlikləri fənninin tədrisinə 6 kredit (90 saat) ayrıldığını nəzərə alaraq 18 saat dərsdə iştirak etməyən tələbələr imtahana buraxılmır. Mühazirələrin 40%-dən çoxunda iştirak etməyən tələbə (təcrübi, yaxud seminar məşğələlərə davamiyyətdən asılı olmayaraq) imtahana buraxılmır.
B) Semestr imtahanı nəticəsinə görə - maksimum 50 bal
C) Semestr nəticəsinə görə qiymətləndirmə (imtahan və imtahana qədər toplanan ballar əsasında):
91 – 100 bal |
əla |
A |
81 – 90 bal |
çox yaxşı |
B |
71 – 80 bal |
yaxşı |
C |
61 – 70 bal |
kafi |
D |
51 – 60 bal |
qənaətbəxş |
E |
51 baldan aşağı |
qeyri-kafi |
F |