Elmi istiqamət

«Ftiziatriya » kafedrasında “Ağciyər vərəmi olan xəstələr arasında dərmanlara rezistentliyin rastgəlmə tezliyi və vərəmin yanaşı xəstəliklərlə gedişinin xüsusiyyətləri, bu xəstələrin müalicəsinin optimallaşdırılması” mövzusunda elmi iş aparılır

 

Elmi rəhbər: Tibb ü.f.d., dosent   R.İ.Bayramov

İcraçılar: dos.,tibb.ü.f.d.C.M.İsmayılzadə, ass.,t.e.n.Z.Ş.Qədimova, ass.t.e.n.A.Ə.Ələkbərova, ass.t.e.n.S.Ə.Fərəcova, ass.R.İ.Həmzəyeva, ass. Ş.M.Vəliyeva, ass. A.E.İrzayeva, ass. Z.T.Qurbanova, ass.Ü.B.Nağıyeva

Dərmanlara davamlı  ağciyər vərəmi yüksək epidemioloji təhlükəliliyi və letallığın çox olması ilə müşayiət olunan ağır və xüsusi yoluxucu xəstəlikdir.  Həm AXOX, həm də vərəm bronx ağciyər zədələnməsinin və bu səbəbdən ölümün əsas səbəblərindən sayılır.Bu iki patologiyanın birgə müşahidə olunduğu xəstələrdə xəstəliyin gedişinin kliniki patogenetik əlamətlərinin düzgün qiymətləndirilməsi, onaların daha effektli müalicə taktikasının tapılmasının kliniki təbabətdə rolunu nəzərə alaraq ağciyər vərəmi olan xəstələrdə AXOX-un kliniki gedişinin qiymətləndirilməsi əhəmiyyətlidir.

Tədqiqatın məqsədi  Azərbaycanda aşkar olunmuş ağciyər vərəmi olan xəstələr arasında dərmanlara rezistentliyin rast gəlmə tezliyinin öyrənilməsi və bu xəstələrin müalicəsinin təkmilləşdirilməsi, AXOX- la XDAV-ın birgə gedişinin xüsusiyyətlərinin öyrənilməsi və bu xəstələrin  müalicəsinin optimallaşdırılmasıdır.        

 İlk dəfə olaraq Azərbaycanda müxtəlif qrup (ilkin aşkar olunmuş, residiv və xroniki forma) ağciyər vərəmi olan xəstələrdə vərəm əleyhinə  dərmanlara qarşı birincili və ikincili davamlılığın spektri və rast gəlmə tezliyi öyrəniləcəkdir və dərmanlara davamlılığın formasından asılı olaraq ağ ciyər vərəminin kliniki təzahürünün  xüsusiyyətləri təyin ediləcəkdir. Xəstələrin kompleks  müalicəsində tuberkulinoterapiyanın  vəkollapsoterapiyanın əhəmiyyəti öyrəniləcəkdir.

AXOX –la vərəm prosesinin aktivliyi arasında əlaqənin olması araşdırılacaq.

Aparılan  klinik, laborator və instrumental müayinələr nəticəsində alınmış məlumatlar Azərbaycanda müxtəlif qrup (ilkin aşkar olunmuş, residiv və xroniki forma) ağciyər vərəmi olan xəstələrdə vərəm əleyhinə  dərmanlara qarşı birincili və ikincili davamlılığın spektri və rast gəlmə tezliyini təyin etməyə imkan yaradacaqdır , bu xəstələrin optimal müalicə sxemi işlənib hazırlanacaqdır.

AXOX və XDAV-ın müştərək müşahidə olunduğu xəstələrdə erkən müalicə və profilaktikası nəticəsində müştərək patologiyanun rast gəlmə tezliyinin azalmasına səbəb  olacaq. Bu iki patologiyanın birgə müşahidə olunduğu  xəstələrdə müayinə materialı kimi indusirə olunmuş bəlğəmin götürülməsi həm atravmatik olacaq, həm də informativliyin yüksək olacağına zəmin yaradır. AXOX və XDAV-ın müştərək müşahidə olunduğu  xəstələrin adekvat müalicə sxemi seçiləcək.