Ftiziatriya kafedrasında hal-hazırda 3 elmlər doktorluğu və 5 fəlsəfə doktorluğu üzrə elmi-tədqiqat işi aparılır.
- Bayramov R.İ. “Azərbaycanda ağciyər vərəmi olan xəstələ rarasında dərmanlara rezistentliyin rast gəlmə tezliyi və bu xəstələrin müalicəsinin optimallaşdırılması yolları” (elmi məsləhətçilər: prof. N.Ə.Abbasov və prof. E.Məmmədbəyov) mövzusunda doktorluq işi üzərində çalışır.
- Qədimova Z.Ş.“Latent mikrobizmin immunoloji kəşfiyyatı”(elmi məsləhətçi: prof. E.Məmmədbəyov) mövzusunda doktorluq işi üzərində çalışır.
- İsmayılzadə C.M. “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi və xroniki destruktiv ağciyər vərəmi: müştərək gedişi, xüsusiyyətləri və müalicəsinin optimallaşdırılması” (elmi məsləhətçilər: prof. C.T.Məmmədov və prof. E.Məmmədbəyov) mövzusunda doktorluq işi üzərində çalışır.
- Vəliyeva Ş.M. “Xroniki destruktiv ağ ciyər vərəmi zamanı ürəyin ritm pozğunluqların diaqnostikası və müalicəsi”(elmi rəhbərlər: prof. N.Ə.Abbasovvə prof. A.B. Baxşəliyev) mövzusunda fəlsəfə doktorluğu dissertasiya işi üzərində çalışır.
- Qurbanova Z.T. “Ağciyər vərəmi ilə yanaşı gedən şəkərli diabetli xəstələrdə ürəyin funksional vəziyyəti və ürək ritminin pozğunluqları”(elmi rəhbərlər: prof. N.Ə.Abbasovvə prof. A.B.Baxşəliyev) mövzusunda fəlsəfə doktorluğu dissertasiya işi üzərində çalışır.
- Nağıyeva Ü.B. “Ağciyərlərin xronik obstruktiv xəstəliyi ilə yanaşı gedən multirezistent ağciyər vərəminin xüsusiyyətləri” (elmi rəhbər: dosent R.İ.Bayramov, elmi məsləhətçi: dosent C.M.İsmayılzadə) mövzusunda fəlsəfə doktorluğu dissertasiya işi üzərində çalışır.
- Həmzəyeva R.İ. “Genişləndirilmiş dərmanlara davamlı ağciyər vərəminin klinik-rentgenoloji və epidemioloji xüsusiyyətləri” (elmi rəhbər: dosent R.İ.Bayramov) mövzusunda fəlsəfə doktorluğu dissertasiya işi üzərində çalışır.