Fərdi elmi nailiyyətlər:
2018-ci ildə Universitetimiz bir çox nailiyyətlər əldə etmişdir. Ölkə rəhbərliyinin milli səhiyyə və təhsil sistemlərinə xüsusi diqqət və qayğısı sahəsində Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə bir qrup universitet əməkdaşları fəxri adlara layiq görülmüşdülər. ATU-nun uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının professoru Əliyeva Ruxsara Həmdulla qızı, I uşaq xəstəlikləri kafedrasının sabiq professoru Qasımova Sürayyə Məsim qızı, mikrobiologiya və immunologiya kafedrasının dosenti Zeynalova Səidə Qaraş qızı Azərbaycan Respublikasının «Əməkdar müəllim», yoluxucu xəstəliklər kafedrasının dosenti İsayev Cəlal Paşa oğlu, klinik farmakologiya kafedrasının professoru Nağıyev Yusif Qədir oğlu – Azərbaycan Respublikasının «Əməkdar həkim» fəxri adlara layiq görülmüşlər.
13 iyul 2018-ci il Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Tibb elminin inkişafında böyük xidmətlərinə görə Südeif Bəşir oğlu İmamverdiyev «Şərəf» ordeni ilə təltif edilmişdir.
2018-ci ildə Azərbaycan Respublikası anatomiya, embriologiya və histologiya sahəsində məlumat mübadiləsinin təmin edilməsi, elmi araşdırmalar, təhsil və praktik təcrübələrin inkişaf etdirilməsi və dəstəklənməsi məqsədilə «Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti» İctimai Birlik yaranmış və dövlət qeydiyyatından keçmişdir. Bu idarə heyətinin sədri insan anatomiyası və tibbi terminologiya kafedrasının müdiri prof. Vaqif Bilas oğlu Şadlinski seçilmişdir. İctimai Birliyin qəbul edilmiş Nizamnaməsinə əsasən «Azərbaycan Anatom, Histoloq və Embrioloqlar Elmi Cəmiyyəti» İctimai Birliyin nəzdində «Nəzəri, klinik və eksperimental Morfologiya» jurnalının təsis edilməsinə icazə verilmişdir. Jurnalı Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi məcmuələri siyahısına daxil edilməsi haqqında vəsatət qaldırmışdır. Bundan başqa prof.V.B.Şadlinski 2018-ci ildə Rusiyanın «Медицинский Вестник Башкортостана» jurnalının redaksiya şurasına üzv seçilmişdir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 100 illiyi münasibətilə, əməkdə xüsusi xidmət və nailiyyətləri ilə fərqləndiyinə görə ATU-nun epidemiologiya kafedrasının dosenti Vahabov Elman Fərman oğlu «Səhiyyə əlaçısı» döş nişanı ilə təltif edilmişdir.
UNESKO-nun bioetika kafedrasının Azərbaycan bürosunun rəhbəri, ATU-nun məhkəmə təbabəti kafedrasının professoru Məmmədov Vüqar Qurban oğlu Dünya Tibbi Hüquq Assosiasiyasının I vitse-prezidenti və İcraiyyə Komitəsinin dörd üzvündən biri seçilmişdir.
Ukrayna-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə görə və Ukrayna Milli Tibb Akademiyasının 100-illik yubileyi ilə əlaqədar ümumi cərrahiyyə kafedrasının professoru Mübariz Yaqub oğlu Əliyev yubiley medalı ilə təltif olunmuşdur.
Histologiya, embirologiya və sitologiya kafedrasının müdiri prof.Qasımov Eldar Köçəri oğlu Amerika Elmin İnkişafına Yardım Assosiasiyası və hal-hazırda 63 milyon üzvü olan alimlərin əməkdaşlığı «Academia.edu» sosial şəbəkəsi beynəlxalq qupumlara üzv seçilmişdir.
Azərbaycan Bariatik və Metabolik Cərrahlar Assosiasiyası (sədr – tib.ü.f.d. Ömərov T.İ.) Beynəlxalq Bariatik və Metabolik Cərrahlar Assosiasiyasına (İFSO) tamhüquqlu üzv seçilmişdir.
ATU-nun ağız və üz-çənə kafedrasının professoru, plastik və rekonstruktiv cərrahı Vaqif Qələndərin yaratdığı və bərpa əməliyyatlarında tətbiq etdiyi metodika ABŞ-ın nüfuzlu universitetinin dərsliyinə salınıb. ABŞ-ın Florida Tibb Kollecinin cərrahiyyə şöbəsinin rəhbəri Rui Fernandesin müəllifi olduğu «Baş və boyun nahiyəsi rekonstruksiyası üzrə cərrahiyyədə yerli və regional fleplər. praktik yanaşma» dərsliyində Vaqif Qələndərə məxsus xüsusi metodika ayrıca fəsil kimi salınıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə sıx əməkdaşlıq edən təhsil müəssisəsində gənclərin sosial fəaliyyətinə qayğı və dəstək göstərən ali təhsil müəssisələrinin prorektorları «İlin prorektoru» mükafatı ilə təltif edilmişdir. Sevindirici haldır ki, ATU-nun tədris və müalicə işləri üzrə prorektoru prof.Sabir Əliyev qeyd olunan nominasiya üzrə təltif olunmuşdur.
Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri prof.Məhbubə Nəbi qızı Vəliyeva 2018-ci ilin sonunda Elmdə və təhsildə əldə edilən nailiyyətlərə görə (UNCOPA – Un Council for Public Awards – İsveçrə) BMT-nin İctimai mükafatlar birliyi tərəfindən dünyada ilk qadın «Elm və sülh elçisi» diplomu və mükafatı ilə təltif olunmuşdur. O, 2018-ci ilin yekunlarına əsasən vropa ilə elm və təhsil fəaliyyətində üstün xidmətinə görə BMT-nin İctimai mükafatlar birliyi tərəfindən orden və diplom ilə mükafatlandırılıb. Bundan başqa Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı fərdi üzvü kimi «İlin Adamı» media mükafatına layiq görülmüşdür.
Terapevtik stomatologiya kafedrasının dosenti Ramiz Mürsəl oğlu Əhmədbəyli Rusiyanın «Клиническая стоматология» beynəlxalq jurnalın redaksiya heyətinə üzv seçilmişdir
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə sıx əməkdaşlıq edən təhsil müəssisəsində gənclərin sosial fəaliyyətinə qayğı və dəstək göstərən ali təhsil müəssisələrinin prorektorları «İlin prorektoru» mükafatı ilə təltif edilmişdir. Sevindirici haldır ki, ATU-nun tədris və müalicə işləri üzrə prorektoru prof.Sabir Əliyev qeyd olunan nominasiya üzrə təltif olunmuşdur.
Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri prof.Məhbubə Nəbi qızı Vəliyeva «Sadiq Heydərçi» qəzetinin fəxri diplomu ilə təltif olunmuş və Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı fərdi üzvü kimi «İlin Adamı» media mükafatına layiq görülmüşdür.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş «İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi» mövzusunda 26 aprel 2018-ci ildə – «Beynəlxalq Əqli Mülkiyyət Günü» münasibəti ilə keçirilən tədbirdə yaradıcılıq və innovasiya sahəsində nailiyyətlərinə görə uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri Balayeva Şəhla Murad qızı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin fəxri fərmanı ilə təltif edilmişdir.
2018-ci ildə ATU-i «Web of Science Azerbaijan-2018» mükafatına layiq görülmüşdür. Analiz «Clarivate Analytics» (əvvəlki adı «Thomson Reuters») və AR Prezidenti yanında Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən ekspertlər tərəfindən aparılmışdır. Universitetimiz «Web of Science» bazasında elmi işlərin dərc olunması aktivliyinə görə «Ən proqressiv universitet» nominasiya üzrə 2-ci yerə layiq görülmüşdür. Bundan əlavə ATU-nun terapevtik və pediatrik propedevtika kafedrasının əməkdaşı Əlizamin Sadıqov «Web of Science» bazasında pulmonologiya üzrə ən çox elmi məqaləsi çap olunan müəllif kimi mükafata layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, Ə.Sadıqov Amerika Emfizema Fondunun «Kloud Lambert» adına və Amerika Torakal Cəmiyyətinin Beynəlxalq Tədris mükafatlarına layiq görülmüşdür. «Web of Science» bazasına daxil olan məqalələrin artım dinamikasına görə Azərbaycan son üç ildə Cənubi Qafqaz ölkələri arasında davamlı olaraq I yerdə qərarlaşıb.
2 fevral – Gənclər Günü münasibətilə Nəsimi rayonunun ictimai-siyasi həyatında və təşkilatçılıqda, həmçinin beynəlxalq konfranslarda iştirakına görə ATU-nun Tələbə Gənclər Təşkilatının sədri VI kurs tələbəsi Tural Əzizov, intellektual oyunlarda və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə V kurs tələbəsi Həyat Quliyeva Fəxri Fərmanla təltif ediliblər.
3-6 iyul 2018-ci il tarixlərində Rusiyanın Soçi şəhərində keçirilən «Yaxşıların seçimi. İrəli getmək zamanıdır» adlı 2-ci Beynəlxalq ali məktəblər arası GxP-sammitində ATU-nun əczaçılıq fakültəsinin tələbələri və doktarantları iştirak etmişlər. Bu sammitin əsas hədəfi əczaçılıq sənayesini öz ixtisas yolu kimi seçmiş istedadlı cavanların kadr rezervinin aşkarlanması, müxtəlif ölkələr arvsında bu sahədə əməkdaşlığının möhkəmləndirilməsinə zəmin yaradılması idi. İşgüzar oyunda iştirak edən qızlarımız 3-cü yer tutdular, aldıqları nəticələrə əsasən «R-FARM» şirkəti tərəfindən diplomlarla və xüsusi hədiyyə ilə təltif olundular. Həmçinin, tələbələrimiz Beynəlxalq Əczaçı Tələbələr Federasiyasına üzv olmaq, doktorantlarımız isə müxtəlif beynəlxalq konfranslarda iştirak etmək üçün dəvət aldılar.
Azərbaycan Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və «Ekspo 2025 Bakı» Əməliyyat Katibliyi tərəfindən 2025-ci ildə Bakı şəhərinin namizədliyi çərçivəsində esse müsabiqəsi keçirilmişdir. Müsabiqə «İnsan kapitalını inkişaf etdirərək, daha yaxşı gələcək quraq» mövzusu üzrə keçirilmişdir. Müsabiqədə ATU-nun ümumi gigiyena və ekologiya kafedrasının doktorantı Vüsalə Kazııııova «Tələbələrin qidalanma rejiminin xüsusiyyətləri və gigiyenik qiymətləndirilməsi» adlı elmi məqalə ilə iştirak etmiş və müsabiqədə 3-cü yer tutmuş, Təşkilat Komitəsinin xüsusi sertifikatı, üzərində «Ekspo-2025 Bakı» loqotipi olan stolüstü hədiyyə və pul mükafatına layiq görülmüşdür.
Artıq bir neçə ildir ki, orta məktəb şagirdlərində elmi-tədqiqat işlərinə həvəs yaratmaq məqsədilə Bakı şəhərində yerləşən Gənc istedadlar liseyini, 177 və 60 saylı tam orta məktəblərini ATU-nun Elmi Tədqiqat Mərkəzi hamiliyə götürmüşdür. Dərsdən sonrakı vaxtlarda onlar ETM-də yaradılmış dərnəklərə gəlir, mühazirələr dinləyir və təcrübəli elmi işçilərin köməyi ilə tədqiqatlar aparır. Həmin tədqiqatlardan alınmış nəticələr əsasında hazırlanmış işlər Azərbaycan Respublikasi Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Milli Elimlər Akademiyasının, Heydər Əliyev Mərkəzinin, Bilik Fondunun təşkilatcılığı ilə kecirilən müsabiqələrdə təqdim edilir. Ardıcıl olaraq tədqim edilən işlər qızıl, gümüş və bürünc medallara layiq görülmüşdür. 2018- ci ildə kecirilən “Sabahın Alimləri” Respublika müsabiqədə Gənc istedadlar liseyinin şagirdlərinin “ Azərbaycan florasında hepatoprotektor təsirə malik yeni fitokompleksin tətbiqi” mövzusunda (Elmi rəhbər- ETM-nin Farmakologiya şöbəsinin müdiri, prof. Ramiz Axundov) elmi iş bürünc medala, 177 saylı orta məktəbin şagirdləri hazırladığı “Bioloji sistemlərdə gedən proseslərdə metalların rolu”(elmi rəhbər – ETM-in əməkdaşı Ə. Əzizova) mövzusunda iş isə gümüş medala layiq görülmüşdür. Göstərilən diqqət və qayğıya görə liseyin kollektivi adından Universitetimizə təşəkkür məktubu daxil olunmuşdur.
Universitetin beynəlxalq əlaqələri: Ali məktəblərin əsas məqsədi keyfiyyətli təhsil vermək, beynəlxalq təhsil sisteminə inteqrasiya olunmaq və dünya universitetləri reytinqində mümkün qədər yüksək ranqa nail olmaqdır. Bu nöqteyi-nəzərdən ATU-nun Beynəlxalq Universitetlər Reyestrinə daxil edilməsi, Qara Dəniz hövzəsi ölkələri universitetləri şəbəkəsi çərçivəsində özünəməxsus yer tutması, Avropa universitetləri sırasında tam hüquqlu üzv seçilməsi, beynəlxalq proqramlarda iştirak etməsi universitemizin getdikcə artan nüfuzuna dəlalət edir.
ATU-nun beynəlxalq əlaqələri də günün tələbləri səviyyəsində qurulur. Hazırda bu təhsil və elm ocağı dünyanın 85 nüfuzlu ali təhsil müəssisəsi ilə sıx əməkdaşlıq edir, bir sıra universitetlərlə fəal tələbə və mütəxəssis mübadiləsi aparır.
Avropa İttifaqının elmi tədqiqatların və texnologiyaların inkişafı üzrə «Horizon 2020» proqramı Avropa İttifaqı tarixində ən böyük qrant proqramıdır. 2014-2020-ci illəri əhatə edən proqramın büdcəsi 80 milyard avro təşkil edir. Bu proqram üzrə Azərbaycan Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) yaradılmışdır. Azərbaycanın müxtəlif elm və təhsil ocaqlarının nümayəndələrinin iştirak etdiyi müsahibənin nəticələrinə əsasən Azərbaycan Tibb Universitetinin xarici tələbələrlə iş üzrə dekanı Orxan İsayev «Səhiyyə, demoqrafik dəyişiklik və rifah» sahəsi üzrə Milli əlaqələndirici şəxs (MƏŞ) seçilmişdir. ATU-nun terapevtik və pediatrik propedevtika kafedrasının dosenti Rəhimə Qabulova beynəlxalq layihələrdə iştirak təcrübəsi və fəallığına görə yuxarıda qeyd olunan sahə üzrə MƏŞ seçilmişdir. Bu proqramda iştirak fəaliyyətinin yüksəlməsində MƏŞŞ-nin üzvlərinin əhəmiyyətli rolunu nəzərə alınmalıdır.
ATU-nun Tədris Cərrahiyyə Klinikasında 6 iyul 2018-ci ildə «Horizon 2020» proqramı üzrə informasiya günü və seminar keçirilmişdir. Seminarda ilk növbədə sağlamlıq, yaşlanma və xəstəlik anlayışları, sağlam həyat tərzinin effektiv təbliği, xəstəliklərin profilaktikası, diaqnostikanın təkmilləşdirilməsi məsələləri diqqət mərkəzində idi. Eyni zamanda innovativ müalicələr, texnologiyalar, aktiv və sağlam uzun ömürlülüyün təmin olunması, vətəndaşlar üçün davamlı tibbi yardım məsələləri öz əksini tapmışdır. Dos. R. Qabulova 2018-ci ilin dekabrında Avropa Komissiyasının təşkilatçılığı ilə Belçikanın Brüssel şəhərində keçirilən Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqı üzv Dövlətləri nümayəndələri üçün keçirilən VI Tədqiqat və İnnovasiya üzrə iclasında iştirak etmişdir.
Amerika Birləşmiş Ştatlarının dövlət departamentinin Fulbright dəvətli təqaüd proqramının elmi tədqiqat nominasiyası üzrə 2018-ci ildə elan etdiyi müsabiqənin qalibi patoloji anatomiya kafedrasının baş müəllimi Orucov Müşfiq Teyyub oğlu seçilmişdir. Proqram çərçivəsində ABŞ-ın Ohayo ştatı Klivlend klinikasının patologiya və Laboratoriya Təbabəti İnstitutunun Anatomik Patologiya Departamenti tərəfindən 6 aylıq elmi tədqiqat və təcrübə üçün rəsmi dəvət almışdır və hal-hazırda 2019-cü ilin mart ayınadək orada çalışacaq.
BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyi və Azərbaycan hökuməti arasında 2016-2020-ci illər üçün əməkdaşlıq proqramı çərçivəsində Səhiyyə Nazirliyi ilə birgə uşaqlar arasında əlilliyin və inkişaf ləngiməsinin erkən aşkarlanması, izlənməsi və erkən müdaxilə istiqamətində bir sıra fəaliyyətlər həyata keçirmişdir. Bu sahədə beynəlxalq təcrubənin öyrənilməsi, tibbi xidmətin təşkili və tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə 2018-2019-cü illər üçün dövrü iş planı təltif edilmiş və universitetin I uşaq xəstəlikləri kafedrasının əməkdaşı Sədiyeva Nigar Belarusiyanın Minsk şəhərində keçirilən «Erkən uşaqlıq dövründə müdaxilə» mövzusunda konfransda iştirak etmişdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı ofisinin rəhbəri xanım Hande Harmancının rəhbərlik etdiyi nümuyəndə heyəti ATU-nun qonağı olmuşdur. Qeyd edək ki, hələ 10 il əvvəl Azərbaycanda Psixi sağlamlıq üzrə milli koordinator qismində ÜST ilə birlikdə işlər görülmüşdür. İxtisasca tibb təhsili alan və Mərmərə Universitetində professor kimi çalışan Hande xanım Tibb Universitetilə əlaqələrin gücləndirilməsinin tərəfdarıdır.
ATU-da Avropa İttifaqının maliyyələşdirdiyi «Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək» Tvinninq layihəsi üzrə müzakirə olunmuşdur. Layihənin daimi müşaviri Qediminas Çerniauskas layihə çərçivəsində görüşlər keçirmişdir. Müzakirələr zamanı ATU-nun yuxarı kurs tələbələri və rezidentlər üçün yeni ixtisas seçiminə yardım, elmi tədqiqatla məşğul olan gənc həkimlər üçün yaxşı imkanlar yaranmışdır.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən yeni vaksinlərin immunlaşdırma proqramının tətbiqi prosesinin təkmilləşdirmə məqsədilə SN əmri ilə İmmunlaşdırma üzrə Milli Texniki Məsləhətçi Qrupunun nümayəndəsi kimi klinik farmakologiya kafedrasının dosenti Quliyeva Sevda Kopenhagen şəhərində keçirilən regional seminarında iştirak etmişdir.
2012-ci ildən etibarən MEVLANA mübadilə proqrammı üzrə Türkiyənin 17 universiteti ilə müqavilə imzalanmışdır. Mübadilə proqramına dair aparılan sorğu nəticəsində həm qəbul edən universitet, həm də qonaq gələn alimlər bu təcrübəni yüksək qiymətləndirmiş, hər 2 tərəf üçün faydalı olduğunu bildirmişlər. Gələcəkdə bu təcrübənin davam etdirilməsi və həm də tələbə mübadiləsi istiqamətində aparılması nəzərdə tutulmuşdur.
Hesabat ilində Türkdilli dövlətlərin əməkdaşlıq şurasının nümayəndə heyəti ATU-da qonaq olub Mövlana Mübadilə proqramları, onların icrası ilə bağlı mövcud durum haqqında müzakirə aparmışlar.
2018-ci ildə Azərbaycan Tibb Universiteti aşağıdakı ölkələrin tibb müəssisələri ilə müqavilə bağlamışdır.
- Türkiyənin Eski Şehir Osmanqazi Universiteti;
- Türkiyə Malatya İnönü Universiteti (protokol);
- Türkiyə Hacettepe Universiteti (protokol)
- -Türkiyə, Ankara-Koru Hospital) (memoranum);
- Ukrayna – Xarkov Tibb Akademiyası (postgraduate education);
- Ukrayna –Poltava Tibb Stomatologiya Akademiyası;
- Rusiya-Dağıstan Dövlət Tibb Universiteti;
- Qazaxıstan, Aktau – Qərbi Qazaxıstan Tibb Universiteti (memorandum);
- BƏƏ – RAK Tibb və Sağlamlıq Elmləri Universiteti;
- Azərbaycan-Hüquq və İnsan Haqları İnstitutu (anlşma memorandumu);
- Tibbi Servis şirkəti «Medi Club» (əməkdaşlıq müqaviləsi)
Bu məqavilələr əsasında xarici ölkələrin ali təhsil müəssisələririlə tələbə və mütəxəssis mübadiləsi aparılacaq, müqavilələr tədris, elm və mütəxəssis hazırlığı istiqamətinə yönəldiləcək.
Universitetin rəhbərliyi tərəfindən tibbin inkişafında böyük xidmətləri olan tanınmış alimlərlə, təhsil və səhiyyə sahəsinə rəhbərlik edən şəxslərlə vaxtaşırı görüşlər keçirilir
Tibb Universitetində kadr hazırlığı bir neçə istiqamətdə həyata keçirilir. Belə ki, tələbə və mütəxəssislər qısa və uzunmüddətli təcrübə keçmək üçün dünyanın tanınmış klinikalarıa göndərilirlər. Digər bir yolu tanınmış mütəxəssislərin ölkəmizə dəvət olunmasıdır. Bunun səmərəliliyi xarici ölkələrdən Azərbaycana gələn mütəxəssislərin həm çoxlu insan auditoriyasını buna cəlb etmək, həm də gələn mütəxəssislərin təcrübəsini onlarla bölüşdürməkdən ibarətdir.
Hesabat ilində ATU-ya gələn qonaqlar:
Türkiyənin universitetləri: Malatyanın İnönü Universitetinin rektoru prof.Ahmet Kızılay, Hacettepe Universitetinin rektoru Haluk Özen; Adnan Menderes Universitetinin tibb fakültəsinin dekanı Serpil Demirağ; Harran Universitetinin rektoru Ramazan Taşaltın və beynəlxalq əlaqələr üzrə prorektoru Ali Sarışık; Uludağ Universitetinin rektoru Yusif Ulçay; Türk Endoskopik Laparoskopik Cərrahiyyə dərnəyinin rəhbəri Cavit Avci; Başkent Universitetinin professoru Siren Sezer; İstanbul Medipol Meqa Universitet Xəstəxanasının neyrocərrahiyyə şöbəsinin müdiri Nejat Akalan; Şüa Onkologiyası şöbəsinin müdiri Ömər Uzel; urologiya sahəsi üzrə professorlar Ateş Kadıoğlu, İhsan Karaman, Kamal Sarıca, Selan Albayrak; Bursa şəhəri Medicabil xəstəxanasının aparıcı həkimi Hayati Aygün; Qazi Universiteti Tibb Fakültəsinin Uşaq Yoluxucu Xəstəliklər Bölümünün rəhbəri Hasan Tezer; Türk Qaraciyər Vəqfinin rəhbəri prof. Dr. Yılmaz Çakaloğlu; İstanbul Bilim Universitetinin professorları Başar Cander, Kadriye Yaşar.
Amerikanın Çikaqo Dövlət Universitetinin professoru, tanınmış mikrobioloq Nadim Fazal, Viskonsin ştatının La Crosse Universitetinin professoru Robert A. Jecklin, Xarvard Tibb Məktəbinin mərkəz direktoru Kerim Munir; professor uroloq Ervin Kocjancic; ABŞ-ın Tennessi Ştatında fəaliyyət göstərən Venderblit Universitetinin Uşaq Xəstəxanasının neonatologiya şöbəsinin müdiri, prof. Scott O.Guthrie.
Fransanın Azərbaycandakı səfirliyinin I müşaviri Dominik Janti və mədəniyyət üzrə müşavir Yohan Şitterer.
İran, Ərdəbil Tibb Elmləri Universitetinin rektoru Ghodrat Axavan-Akbari, prorektor Masood Entezariasl, İan Səfirliyinin birinci müşaviri M.Riza Bagheripur, Təbriz Tibb Elmləri Universitetinin tədris işləri üzrə prorektoru Dr.Ali Taghizadieh.
İsrailin Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Dan Stav, Ben Gurion Universitetinin və Soroka Tibb Mərkəzinin doktoru Aleks Geftler, İsrael Melamed
Macarıstanın İ.Zemmelveys adına Tibb Universitetinin beynəlxalq əlaqələr direktorluğunun müdiri professor Marsel Pop.
Yunanıstanın professor-androloq Nikolas Sofikitis
Rusiya Elmlər Akademiyası V.A.Nasonova adına Elm Tədqiqat Revmatologiya İnstitutunun professorları Sergey Solovyov və Boris Belov; Həştərxan Vilayət Dumasının üzvü Aleksandr Başkin və Rusiya Federasiya Şurasının üzvü Sergey Laptev; urologiya sahəsində çalışan professorlar Svetlana Kaliniçenko, Səfər Həmidov, Bəhman Quliyev.
Belarusiya Respublika Revmatologiya Mərkəzinin rəhbəri Nikolay Soroka
Ukrayna Androloqlar cəmiyyətinin sədri Nikolay Bulko
Gürcüstan Tbilisi Dövlət Universitetinin Xarici təlbələrlə iş üzrə dekanı Davit Tophuria və elmi işlər üzrə prorektor XatunaTodadze.
Qazaxıstan Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetinin Onkologiya və Vizual diaqnostika şöbəsinin rəhbəri Yerolat İztleuov.
Bu ölkələrin təşkilatları arasında elm, təhsil sahəsində əməkdaşlığın yaradılması, o cümlədən həkim, tələbə, rezident mübadiləsi, müəllimlərin tcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağla birgə fəaliyyətin icra olunması haqqında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Tibb Universitetində kadr hazırlığı məqsədilə tələbə, rezident və mütəxəssisləri qısa və uzunmüddətli təcrübə keçmək üçün dünyanın tanınmış universitetlərə, səhiyyə təşkilatlarına və klinikalara göndərilirlər. Bunlardan Türkiyənin İstanbul Universitetiin Türk Laparoskopik Kolorektal Cərrahlar Dərnəyində, Memorial Xəstəxanasında, Qazi Osmanpaşa xəstəxanası, Genomed Sağlık Hizmətlər AS, Koç Universiteti, Medipol Universiteti; Ankara şəhəri Qazi Universiteti Plastik və Rekonstruktiv Cərrahiyyə Bölməsi; Hacettepe Universiteti, İnönü Universitetinin Qaraciyər Transplantasiya Mərkəzində; İzmir şəhəri Egey Universiteti, Bursa şəhəri Yuksək İxtisas Elmi və Araşdırma Xəstəxanası; Almaniya Düssuldorf şəhəri «Süd vəzi mərkəzində», Yena şəhərinin Yena Universitetində, AMEOS Klinikasında; Münhen Universitet Klinikası, Berlin «Charite» Universiteti, Lübek şəhərində yerləşən Şlezviq-Holcteyn Universitet Klinikasına; Fransa Klermon-Ferran şəhəri Esadument Universiteti; İsrail Neqev şəhəri Ben Gurion Universiteti, Şeva şəhəri Soroka Universitetinin Tibb Mərkəzi; İsveçrə Sürix Universiteti nəzdində Ürək Mərkəzi; Avstriya Cərrahiyyə üzrə, patoloji anatomiya, «Səhiyyənin keyfiyyət və təhlükəsizlik» mövzusunda Zalsburq seminarları; İtaliya Milan şəhəri Kardioloji Mərkəz»; ABŞ-ın Kaliforniya Universiteti San-Fransisko Uşaq Xəstəxanası; Belçika Brüssel şəhəri Avropa Rinoplastika üzrə; Finlandiya Mikkele şəhəri Tampere Universiteti; Səudiyyə Ərəbistan Krallığı Ər-Riyad rayon Səhiyyə işləri idarəsi; Hindistan Erod şəhəri Arasan Göz Klinikası.
Rusiya Moskva şəhəri Uşaq Sağlamlığı Milli Tədqiqat Mərkəzi; Rusiya Herontoloji Mərkəz, V.Kulakov adına Mamalıq, Ginekologiya və Perinatologiya Elmi Mərkəz, Ekaterinburq şəhəri «Nutritiv dəstəyin əsas prinsipləri» mövzusunda təlim. Ukrayna Xarkov Tibb Akademiyası, Belarusiya Diplomdansonrakı Tibb Akademiyası; Azərbaycan Respublikası SN Milli Onkologiya Mərkəzi, Mərkəzi Kliniki Xəstəxanası.
2018-ci ildə elmi-tədqiqat işlərinin nəticələri 25 metodik tövsiyədə öz əksini tapmışdır.
Başa çatmış elmi-tədqiqat işləri üzrə 6 doktorluq və 36 fəlsəfə doktorluq dissertasiyaları müdafiə olunmuşdur.
SƏHİYYƏ TƏŞKİLATLARINA ELMİ-PRAKTİK KÖMƏK
Səhiyyə sisteminin əsas xüsusiyyətlərindən biri əhalinin bütün kateqoriyalarınа keyfiyyətli tibb yardımın göstərilməsidir.
Böyük elmi potensialı olan Tibb Universitetinin əməkdaşlarının fəaliyyəti çoxsahəli olaraq respublikada səhiyyənin bir çox aktual sahələrini əhatə etmişdir. Universitetin əməkdaşları şəhər klinik xəstəxanalarının və sanitar-aviasiyası xətti ilə rayon xəstəxanalarına elmi-təcrübi kömək göstərirlər.
II cərrahiyyə xəstəlikləri kafedrasının əməkdaşları ATU-nun Tədris Cərrahiyyə Klinikası, akad.M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və 5 saylı Bakı şəhər Klinik Xəstəxanasının gündəlik fəaliyyətində iştirak edərək müalicə olunan xəstələrin diaqnostikasında və cərrahi müalicə proseslərində təcrübi səhiyyəyə kömək göstərmişlər.
III cərrahiyyə xəstəlikləri kafedrasının əməkdaşları Respublika Klinik Xəstəxanası, Naxçıvan Muxtar Respublikasının şəhər və eləcə də rayon əhalisinə cərrahiyyə üzrə ixtisaslaşdırılmış tibbi yardım göstərmişlər. Sabirabad, Şirvan, Hacıqabul, Saatlı, İmişli, Səlyan rayonlarının klinikalarında cərrah kimi məsləhətlər vermişlər
Uşaq cərrahiyyəsi kafedrasının əməkdaşları H.Əliyev adına Fondundan və Səhiyyə Nazirliyi tərəfindən göndərilən müxtəlif cərrahi xəstəlikləri olan çoxsaylı xəstələrə cərrahi müdaxilə etmişlər
Rusiyanın Moskva şəhərində akad.V.Kulakov adına Mamalıq, Ginekologiya və Perinatologiya Milli Elmi Tədqiqat Mərkəzində 9-21 sentyabr tarixində «Ana və uşaq ölümünün azaldılması yolları» mövusunda keçirilən elmi-praktik tədris seminarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə ATU-nun mama-ginekologiya, neonatologiya, anesteziologiya və reanimatologiya üzrə 4 əməkdaşı iştirak etmişdir (Xatirə Mirzəyeva, Aynur Poluxova, İlhamə Mirzəyeva, Aybəniz Bayramova). Seminarda müasir dövrdə mamalıq-ginekologiyanın problemləri və bu problemlərin aradan qaldırıl2 ması yolları, eyni zamanda mamalıq və neonatologiyada tibbi yardımın təşkili sisteminin yaradılması, ana və uşağa yardımın keyfiyyətinin yaxşılaşdırılması, ana və perinatal ölüm problemlərinə qlobal nəzər yetirilmə məsələləri müzakirə olunmuşdur.
12-24 mart tarixində RF Moskva şəhərində Uşaq Sağlamlığı Milli Tədqiqat Tibb Mərkəzində «Uşaqlara təxirəsalınmaz tibbi yardımın göstərilməsi» üzrə təlimdə uşaq xəstəlikləri kafedrasının əməkdaşları (Aytəkin Adilova, Səidə Quliyeva, Nüşabə Pənahova) iştirak etmişlər. Bu seminardan əldə etdikləri bilikləri və tibbi bacarıqları kafedramızın əməkdaşlarına, universitetimizin tələbə və rezidentlərinə çatdıracaq, gündəlik fəaliyyətlərində səmərəli istifadə edəcəklər
I daxili xəstəliklər kafedrasının əməkdaşları ATU-nun Tədris Terapevtik Klinikasında xəstələrə konsultativ yardım göstərmişlər
Ailə Təbabəti kafedrasının əməkdaşları mütəmadi olaraq Bakı şəhər poliklinikaları (1, 3, 4, 5, 8, 10, 16, 18, 19, 28, 33, 37,39), ATU-nun tələbə poliklinikası, 4 saylı köməkçi Təcili Yardım Stansiyasına müraciət edən xəstələrinə köməklik göstərmişlər.
II uşaq xəstəlikləri kafedrasının əməkdaşları (A.Namazova, T.Tağızadə, L.Hidayətova, F.Məmmədova və başqaları) ümumilli lider Heydər Əliyevin anadan olmasının 95-illiyinə həsr olunmuş «Pediatriyanın aktual problemləri» mövzusunda regionlarda silsilə lmi-praktik konfranslar keçirmişlər. Şirvan, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Astara, Lerik, Mingəçevir və başqa şəhərlərdə rayon pediatrları üçün növbəti regional akkreditasiyalı konfranslar keçirilmişdir. Tədbirin əsas məqsədi uşaqların sağlamlığının qorunması, müasir dövrdə elmi sübutlu təbabət əsasında beynəlxalq standartlara uyğun klinik protokolların həkimin gündəlik işində inteqrasiyasının zəruriliyi və bu sahədə çalışanların peşə biliklərinin artırılması idi. Həmin kafedranın baş laborantı Ceyran Əsgərova Sabirabad Perinatal Mərkəzində «Neonatal reanimasiya» üzrə regional seminar aparmışdır. Belə tədbirlərin respublikamızın başqa şəhər və rayonlarında təşkil olunması vacibdir. Davamlı təhsil proqramına uyğun belə konfransların iş yerlərindən ayrılmadan təşkil olunması zəruri, əlverişli və məqsədəuyğundur.
Psixiatriya kafedrasının əməkdaşları narkotiklərə qarşı Milli Təbliğat Ofisinin və universitetin gənclər ictimai birliyinin təşəbbüsü ilə keçirilmiş cəmiyyətin zərərli vərdişlərdən uzaq olması məqsədilə «Sağlam cəmiyyətə doğru» devizi altında (31 may Ümumdünya Tütünlə Mubarizə günü, 26 iyun Narkotiklərlə Mübarizə gününə, eyni zamanda 01 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş) «Sağlam nəsil yetişdirmək üçün onları dinləmək lazımdır» adlı tədbirdə iştirak etmişlər
Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının əməkdaşları AR Təhsil Nazirliyiynin «Sağlam Təhsil – Sağlam Millət» layihəsində tibbi gigiyenik ekspertiza üzrə ekspertlər kimi iştirak etmiş və təhsil alanların sağlamlığının qorunmasına dair bir sıra tövsiyə sənədləri hazırlamışlar; «Məcburi əmək və insan alveri» Dövlət Əmək Müfəttişliyi xidmətində təqdimatla çıxış etmişlər («Yeniyetməlik dövründə zorakılıq və nəticələri» mövzusunda)
İctimai-sağlamlıq və səhiyyənin təşkili kafedrasının əməkdaşları «Azərbaycan Respublikasının qeyri-infeksion xəstəlikləri ilə mübarizəyə dair 2015-2020-ci illər üçün qəbul olunmuş «Strategiya»nın həyata keçirilməsi istiqamətində aktiv iştirak etmişlər. 20-22 iyun 2018-ci il tarixində kafedranın bir qrup əməkdaşı Quba rayonuna ezam olunmuş və tibb müəssisələrində, eyni zamanda təhsil ocaqlarında və digər təşkilatlarda maarifləndirmə məqsədilə mühairələr oxumuş, əyani vəsaitlər, posterlər nümayiş etdirilmiş və bu xəstəliklərin qarşısının alınmasına dair bukletlər paylanmışdır.
Qidalanma və kommunal gigiyena kafedrasının əməkdaşları Səhiyyə Nazirliyinin qurumu olan İctimai Səhiyyə və İnnovasiya Mərkəzi (İSİM) «Azərbaycan Respublikasında qeyri-infeksion xəstəlikləri ilə mübarizəyə dair» Səhiyyə Nazirliyinin fəaliyyət planına əsasən təşkil olunmuş komissiyanın üzvü kimi komissiyanın işində iştirak etmişlər, mütəmadi olaraq problemə dair təkliflər vermişlər. Səhiyyə Nazirliyi Sanitariya-Epidemioloji Nəzarət Sektoru ilə mütəmadi olaraq birgə fəaliyyət göstərmiş, uşaq və müalicə müəssisələrində qidalanma normalarının təhlili və korreksiyasını həyata keirmişlər.
Epidemiologiya kafedrasının əməkdaşları elmi-tədqiqat işlərinin nəticələrini xalq təsərrufatı və səhiyyə təcrübəsinə tətbiq etmiş, səhiyyə orqanlarına elmi-təcrübi kömək göstərmişlər. Bundan başqa bir sıra infeksion və parazitar xəstəliklərin həmçinin planlı peyvənd təqvimində aparılan dəyişikliklərlə əlaqədar olaraq B hepatiti, epidemik parotit, məxmərək xəstəliklərinin spesifik profilaktikasına dair respublikanın praktik səhiyyə orqanlarına əməli köməklik göstərmişlər
Mikrobiologiya və immunologiya kafedrasının nəzdində «Klinik mikrobioloji laboratoriya» fəaliyyət göstərir. Laboratoriyanın əməkdaşları xəstələrin müxtəlif klinik materiallarının biokimyəvi müayinəsi aparmış və bu barədə müalicə həkimlərinə müvafiq məsləhətlər vermişlər. Mikrobiologiya və immunologiya kafedrasının əməkdaşları Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu ilə birlikdə yeni sintez olunmuş 18 kimyəvi maddələrin antimikrob təsirini öyrənmişlər
2018-ci ilin mart ayında Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetinin 10 nəfər II kurs magistrantlarına ATU-da elmi işlərin qurulması, aparılması ilə əlaqədar təcrübə mübadiləsi keçirilmişdir
Elmi-Tədqiqat Mərkəzində 3 günlük seminar keçirilmişdir. Seminarda professor İbrahimli F.İ. “Modelirovaniə patoqenetiçeskix proüessov i gksperimentalğnaə terapiə”, Quluyeva S.V. “Sovremennıe metodı bioximiçeski issledovaniy”, tibb üzrə fəlsəfə doktoru, Müseyibov F.M. “Çto takoe patoloqiə”, professor R.A.Axundov “Farmakoadaptoqennıe svoystva, fitokompoziüii adaptofitorozina”, professor Q.Ş.Qarayev “Orqanizaüiə nauçnıx issledovaniy v Azerbaydcane ot problemnoy do Vısşey Attestaüionoy Komissii (gtapı, pravila, tipiçnıe ohibki)”, kimya üzrə fəlsəfə doktoru, dosent Ə.Əzizova “Vzaimosvəzğ mecdu sostavam, stroeniem bioloqiçeskoy aktivnostğö koordinaüionnıx soedineniy”, biologiya elmləri doktoru R.Ə.Cəfərova “Naukometriçeskie bazı, indeksaüiə curnalov i avtorov, nauçnıe publikaüiy” mövzularında mühazirə oxunmuşdur
Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzi və Biologiya kafedrası ilə ATU-nun Elektron Mikroskopiya Laboratoriyası arasında əməkdaşlıq aparılır. Müxtəlif bakteriya ştammlarına qarşı sıfır valentli gümüş nanohissəcikləri sərbəst və üzvi birləşmə ilə konyuqat hallarının antibakterial effekti öyrənilmişdir. Bundan başqa yovşan ekstraktından sintez olunmuş Ag nanohissəciklərinin noxud toxumlarında sovrulması və diffuziyası transmission Elektron Mikroskop vasitəsilə tədqiq edilmiş və qeyd olunan nanohissəciklərin bitki toxumalarına nüfuz etdiyi müəyyənləşdirilmişdir.
Əczaçılıq kimya kafedrası əməkdaşları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Dərman vasitələrinin Ekspertizası Mərkəzi» MMC və «Azərfarm LTD» müəssisənin nəzarət analitik laboratoriyası ilə müntəzəm olaraq əlaqə saxlayıb, müraciət olduqda məsləhətlərlə və təcrübi işlərlə kömək göstərmişlə
Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri prof.M.N.Vəliyeva Azərbaycanda yeni yaradılan «Biyan Product» MMC sənayesinin elmi məsləhətçisidir. Onun rəhbərliyi ilə həmin müəssisədə biyanın kökü, biyanın qatı ekstraktı, biyanın əsasında 8 müalicəvi şərbət istehsal olunur, ölkədə ə xarici ölkələrə marketinq təşkil edilib. «Biyan Product» əczaçılıq şirkəti olaraq, məqsədi Azərbaycan xalqı üçün yüksək keyfiyyətdə, tam standartlara cavab verən təbii bitkilərdən hazırlanmış məhsullar istehsal etməkdir. Bu şirkət Azərbaycanın gözəl guşələrindən olan Ağdaş rayonunda müalicəvi dərman bitkilərin tədarük olunması üçün 1000 hektar ərazidə yerləşir. Ekoloji təmizlik nəzərə alınaraq, plantasiya şəhər və qəsəbələrdən maksimum uzaq məsafədə salınmışdır. Dərman bitkiləri Azərbaycanın müxtəlif rayonlarından (İsmayıllı, Şamaxı, Qəbələ, Gədəbəy, Tovuz, Quba, Naxçıvan MR və s.) analizlər götürülərək toplanılır.
Hərbi fakültənin cərrahiyyə kafedrasının zabit-müəllim heyəti ixtisas üzrə kursant və tələbələrin diplomaqədərki hazırlığı ilə yanaşı Silahlı Qüvvələrdə xidmət edən həkim-mütəxəssislərin ixtisaslaşdırılması və təkmilləşdirilməsi həvalə edilmişdir
II uşaq xəstəlikləri kafedrasının müdiri akad.Adilə Namazova buraxılış kurslarında yekun dövlət attestasiya komissiyasının sədri kimi və normal fiziologiya kafedrasının professoru Əhməd Kazımov tibb sahəsində köməklik göstərmək məqsədilə Naxçıvn Dövlət Universitetinə ezam olunmuşdular.
Əczaçılıq kimya kafedrasının müdiri prof.Tahir Süleymanov «əczaçılıq» ixtisası üzrə buraxılış yekun dövlət attestasiya komissiyasının sədri kimi Azərbaycan Dövlət Aqrar Universitetinə ezam olunmuşdur
ATU-nun əməkdaşları tərəfindən xaricdə keçirilən beynəlxalq elmi-tədbirlər çərçivəsində ustad-dərslər (Master-class) aparılmışdır. II uşaq xəstəlikləri kafedrasının əməkdaşı Gündüz Əhmədov Misirin Qhirə şəhərində keçirilən Avropa Pediatrik Endokrinoloqlar Cəmiyyətinin XXIII beynəlxalq seminarında təlimçi qismində, Ağız, üz-çənə kafedrasının müdiri Çingiz Rəhimov Türkiyənin Ağız, üz-çənə Cərrahları Cəmiyyətinin XII Beynəlxalq konqresdə və ümumi cərrahiyyə kafedrasının professoru Mübariz Əliyev Almaniya Lübek şəhərində miniinvaziv cərrahiyyə üzrə konfransda master-class aparmışdılar.
«Təbib» İdman Klubunun məşqçi-müəllimi Qələndər Aslanov Kyokun karate üzrə Ümumdünya Beynəlxalq seminarında, Varna Kuboku turnirində və. Avropa Çempionatında iştirak etmişdir.