I-cərrahi xəstəliklər kafedrasının elmi istiqamətləri əsasında azinvaziv texnologiyalar tətbiq etməklə son mərhələ orqan xəstəliklərinin, orqan və kök hüceyrələri transplantasiyasinin aktual məsələlərinin öyrənilməsi durur. Elmi istiqamətlər 5 tərkib hissədən ibarətdir:
1. Orqan və kök hüceyrələrinin transplantasiyası
2. Qarın boşluğunun son mərhələ təcrid olunmuş və müştərək cərrahi xəstəliklərinin endo-, laparoskopik diaqnostikası və müalicəsi
3. Qalxanabənzər vəzin cərrahlığı
4. Metabolik və bariatrik cərrahlıq
5. Çanaq dibinin çatmazlığı sindromunun cərrahlığı
2016 ilin fevral ayında kafedramız Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yanında Elmin İnkişafı Fondunun qrant layihəsinin qalibi olmuş və Fond tərəfindən Supersonic Aixplorer Shear Wave cihazı alınmışdır. Bu cihaz qaraciyər və digər parenximatoz orqanlarda fibroz dəyişiklikləri öyrənməyə böyük imkanlar verir. Həmçinin, I-cərrahi xəstəliklər kafedrası və histologiya, embriologiya və sitologiya kafedraları müxtəlif qaraciyər patologiyalarında morfoloji dəyişikliklərinin elektron mikroskopik səviyyədə araşdırılması üçün müştərək elmi tədqiqatlara başlamışdır.