Elmi-pedaqoji kadr hazırlığı

Kafedrada tibb üzrə elmlər doktoru və tibb üzrə fəlsəfə doktoru alilmik dərəcəsi almaq üçün  doktorantura xətti ilə iki nəfər təhsilini davam etdirir.

İcrası davam edən doktorluq dissertasiyası

1. Səfiyeva A. Kolorektal poliplərdə kök hüceyrələrinin klinik əhəmiyyəti

Elmi məsləhətçi – AMEA - nın müxbir üzvü, Tibb ü.e.d., Prof. Bayramov N.Y.

I-müalicə-profilaktika fakultəsinin Elmi Şurasının  qərarı ilə təsdiq  olunmuşdur (20.05. 2016-cı il, 8 saylı protokol).

 

İcrası davam edən tibb üzrə fəlsəfə doktoru dissertasiyası

2. İbrahimova A.Ə. Piylənməsi olan xəstələrdə abdominal əməliyyatlardan sonra qaraciyər disfunksiyasının araşdırılması.

Elmi rəhbər – Tibb e.d., Prof. Bayramov N.Y.

ATU-nun “Cərrahlıq” ixtisası üzrə Problem Komissiyasının qərarı ilə təsdiq olunmuşdur (25.05.2015-ci il, 3 saylı protokol).

 

Cərrahlıq profili üzrə rezidentlərin hazırlığı: 

Bütün rezidentlər  2015 – 2016 – ci tədris ili ərzində öz kurslarına müvafiq olaraq, mühazirə, seminar məşğələləri keçmiş, təcrübi işlə fəal məşğul olmuşlar. Rezidentlər yerli və beynəlxalq konfranslarda dinləyici və çıxışcı qismində iştirak etmişlər. Belə ki, ATU Rezidentlərin III Elmi Konfransında (ATUREK) Saleh Abdullayev plaket, Sənəm Abbasova və Mehriban Hüseynova diplom, Xatirə Şirinova, Elvin İsazadə, Minayə Əliyeva və Şirin Qəhrəmanlı sertifikatlara layiq görülmüşlər. ATU Tədris – Cərrahiyyə klinikasında keçirilən “Təməl və Laparoskopik bacarıqlar” kursunda fəal iştirak etmiş rezident Saleh Abdullayev “Almaniyanın Eurogio klinikasında 1 aylıq kurs” mükafatı qazanmışdır və 2016-cı ilin fevral ayında qeyd edilmiş klinikada 1 aylıq kurs keçmişdir.   

Rezident Zülfiyyə Xanalıyeva Türkiyədə Ankara Tibb Universitetinin İbn Sina xəstəxanasında Endoskopiya və İstanbul Bakırköy Dr.Sadi xəstəxanasında ERXPQ kursları keçmişdir. Hər iki kursun sonunda aparılan nəzəri və təcrübi imtahanla Zülfiyyə Xanalıyevanın Endoskopiya və ERXPQ icra edə bilməsi nəticəsinə gəlinmişdir.

ATU Rezidentlərin IV Elmi Konfransında (ATUREK) Abbasova Sənəm və Hüseynova Mehriban diplom, Abdullayev Saleh, Bayramova Elnurə, İsazadə Elvin və Xanalıyeva Zülfiyyə sertifikatlara layiq görülmüşlər. .

V il rezidenti Xatirə Şirinova 01.03.2016 – 31.05.2016 tarixləri arasında Türkiyədə İstanbul Universitetinin İstanbul Tibb Fakültəsi xəstəxanasında “Endokrin Cərrahiyyə” üzrə rotasiya keçmiş, rotasiya müddətində xəstələrin qəbulu, diaqnostikası və müalicəsi prosesində aktiv iştirak etmişdir.

Rezident Şirin Qəhrəmanlı Türkiyə Kayseri şəhəri Erciyez Universitetinin Tibb Fakültəsində 01.04.2016 – 31.09.2016 tarixləri arasında “Ümumi cərrahiyyə” üzrə rotasiya keçir.

Rezident Elvin İsazadə  22.04.2014- 15.09.2014 tarixləri arası Türkiyə Malatya şəhəri İnönü Universiteti Turgut Özal  tıp fakultəsi bölümündə  Qaraciyər transplantasiyası, 15.09.2016-15.12.2016 tarixləri arasında Türkiyə Ankara Universiteti tıp fakultəsi İbni Sina Xəstəxanası Ümumi cərrahiyyə ixtisası üzrə rotasiya keçmişdir.

Rezident Nihad Süleymanzadə Türkiyə İstanbul şəhəri Mərmərə Universiteti Tibb Fakültəsi Ürək – damar cərrahiyyəsi ixtisası üzrə, rezident Qəlbinur Abdullayev isə Türkiyə İzmit şəhəri, Kocaeli Universiteti Tibb Fakültəsi Döş qəfəsi cərrahiyyəsi üzrə Uzmanlığa daxil olmuşdur.

Rezident Elnurə Bayramova 15.09.2016-15.12.2016 tarixləri arasında Ankara Universiteti Tibb Fakultəsi İbn-Sina vı Cebeci Xəstəxanasında Kolorektal cərrahiyyə ixtisası üzrə kurs keçmişdir. Bu müddət ərzində 14.10.2016-15.10.2016 tarixlərində Çapa Universiteti Tibb Fakultəsində “5.Anorektal Fizyoloji ve Pelvik Taban Hastalıkları kursu”,  22.10.2016 tarixində Koç Universitetində “ Rektum Kanserində Güncel Tedaviler”,  11.11.16-13.11.2016 tarixlərində  Eskişehirdə “ Sonbahar Sempozyumu” adlı konfranslarda iştirak etmişdir.

2016 – 2017 – ci tədris ilində I Cərrahi xəstəliklər kafedrasında “Ümumi cərrahiyyə” ixtisası üzrə təhsil alan  rezidentlərin siyahısı.

 

Adı, soyadı, atasının adı

Kurator

 

I kurs

 

1

Ağakişiyeva Həcər  F.

Ruslan M.A.

2

Muxtarova Rəfiqə  M.

İmanova S. S.

 

II kurs

 

3

Ağasıyev Rafiq  E.

Əliyev R.

4

Bayramova Elnurə  M.

İmanova S. S.

 

III kurs

 

5

Abdullayev Saleh  T.

Əliyev S. A.

6

Bababəyli Namiq  E.

Rüstəm Ə. M.

7

Cəfərova Adilə  M.

Əliyev E. A.

8

Əhmədov Orxan  F.

Zeynalov B. M.

9

Əliyeva Minayə  E.

Qapaqov F. M.

10

Hüseynova Mehriban  R.

Rəfiyev S. F.

11

Qəhrəmanlı Şirin  C.

Zeynalov S. M.

12

Quliyev Azər  İ.

Abbasov A. H.

13

Mirzəyev İsa  Ə.

Zeynalov B. M.

 

IV kurs

 

14

İsazadə Elvin  M.

Zeynalov S. M.

15

Mürvələdova Nərmin  F.

Bayramov N. Y.

 

V kurs

 

16

Qəhrəmanova Zülfiyyə  Z.

Əliyev E. A.

17

Quliyev Nikbin  F.

Bayramov N. Y.

18

Şirinova Xatirə  N.

Abbasov A. H.