Respublikanın beynəlxalq miqyasda artan nüfuzun və marağın nəticəsidir ki, universitetdə bir çox Beynəlxalq konqress və konfranslar, müxtəlif görüşlər keçirilir. 

2020-ci ildə universitetdə keçirilən beynəlxalq tədbirlər:

  • Xroniki yaraların menecmenti üzrə təlim kursu
  • Revmatoloji xəstəliklərin menecmenti üzrə təlim kursu
  • Pediatrik revmatologiya və ümumi pediatriya üzrə intensiv təlim kursu
  • İnsult menecmenti üzrə intensiv təlim kursu (1,2 modullar)
  • İnsult menecmenti üzrə intensiv təlim kursu (3,4,5 modullar)
  • Nevrologiyanın aktual məsələləri mövzusunda regional konfrans
  • “İnsan genetikası və genetik xəstəliklər” mövzusunda 1-ci beynəlxalq elmi konfrans
  • “Covid-19 Pandemiyası zamanı uşaq sağlamlığı” adlı beynəlxalq elmi konfrans
  • Azərbaycan Tibb Universitetinin 90 illik yubileyinə həsr olunmuş beynəlxalq konqress
  • ATU-nun Rezidentlərinin 8-ci Elmi təcrübi konfransı (ATUREK-8)
  • Tibb Tələbələrinin və Gənc alimlərin Beynəlxalq konfransı
  • “ COVİD-19 və qaraciyər xəstəlikləri” mövzusunda beynəlxalq elmi konfrans

Azərbaycan Tibb elmində müstəsna xidmətləri olan görkəmli alimlərin, həkim və pedaqoqların yubileylərinin keçirilməsi artıq universitetdə bir ənənəyə çevrilib.

2020-ci ildə aşağıda göstərilən yubiley elmi konfranslar keçirilmişdir.

  • Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Mina Müzəffər qızı Davatdarovanın anadan olmasının 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans
  • Əməkdar elm xadimi, tibb elmləri doktoru, RF TEA-nın akademiki, professor Vaqif Bilas oğlu Şadlinskinin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi-Praktik konfrans

2020-ci il Azərbaycan Tibb Universiteti üçün əlamətdar olmuşdur. 2020-ci il mayın 14-də ölkə Prezidenti İlham Əliyev ATU-nun 90 illiyinin dövlət səviyyəsində keçirilməsi üçün sərəncam imzalamışdır.Sərəncamı rəhbər tutaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 01.09.2020-ci il tarixli 64 saylı əmri ilə təsdiq edilmiş tədbirlər planı hazırlamışdır. Yubiley çərçivəsində silsilə tədbirlərin keçirilməsi planlaşdırılmışdır:

  • Azərbaycan Tibb Universitetinin 90 illik yubileyi ilə bağlı təntənəli beynəlxalq mərasimin keçirilməsi
  • ATU-nun tarixi haqqında kitabın hazırlanması və çap olunması,buklet çapının təşkili (azərbaycan və rus dillərində)
  • “Azərbaycan Tibb Jurnalı”nın, “Sağlamlıq” Jurnalının, “Təbib” qazetinin yubileyə həsr olunmuş nömrələrin dərc edilməsi
  • “Azərbaycan Tibb Universitetinin tarixi fotolarda” adlı xüsusi fotoalbomun hazırlanması və nəşr edilməsi
  • Universitetin 90 illik yubileyi ilə əlaqədar yubiley medalının hazırlanması

Konqresdə 185 yerli və beynəlxalq tibb mütəxəssisləri məruzəçi qismində 18 simpoziumda iştirak etmişlər. Keçirilən simpoziumlar tibb sahəsinin aktual problemlərini əhatə etmişdir (COVİD-19 pandemiyası, Ürək-damar xəstəlikləri, Uşaq xəstəlikləri və.s).Eyni zamanda Türkiyə, ABŞ, Rusiya, Almaniya, İsrail, İran, Qazaxıstan, İspaniya, Belçika və Fransa kimi 42 xarici ölkələrdən tanınmış tibb alimlərinin çıxışları baş tutmuşdur.

Universitetimiz 90 il ərzində şərəfli inkişaf yolu keçmiş, xalqımızın sağlamlığı keşiyində dayanan ali təhsilli həkimlər yetirmişlər. Yubiley konqresi çərçivəsində ATUREK-8 və Tibb Tələbələrin və Gənc alimlərin beynəlxalq konfransı keçirilmişdir.

Universitetin rezidentlərinin ATUREK-8 adlı konfransında 27 ixtisas üzrə 128 elmi iş təqdim edilmişdir. Seçilən işləri məqalə şəklində dərc edilmişdir.

Tibb Tələbələrin və Gənc alimlərin beynəlxalq konfransında isə 17 çıxış (Türkiyə Cümhuriyyəti-1, Rusiya-3, Almaniya-2,  Özbəkistan-2, Tacikistan-1, Qazaxıstan-1, Azərbaycan-7) keçirilmişdir.