(+99412) 597-38-98

2018-ci ildə beynəlxalq əlaqələr

Beynəlxalq Təqaüd Proqramı üzrə udulan qrantlar haqqında 
1)     İslam İnkişaf Bankı 2017-2018-ci illər üçün təqaüd proqramı ayırmışdır. Bu proqram tibb sahəsində doktorluq tədqiqatları aparan şəxslərə verilir. ATU-nun I cərrahi xəstəliklər kafedrasının assistenti Məmmədov Ruslan Aydın oğlu  İqtisadi İnkişaf Nazirliyi və İslam İnkişaf Bank tərəfindən maliyyələşdirilən “Qaraciyər transplantasiyasından sonrakı öd yolların ağırlaşmasının müalicəsinin optimallaşdırılması” adlı qrant müsabiqəsinin qalibi olmuşdur. ETİ-i aparmaq üçün 2018-ci ilin may ayından 2019-cu ilin may ayınadək (12 ay ərzində) Hollandiyanın Rotterdam Universitetininn Tibb Mərkəzində post-doktorluq tədqiqatı aparır.
2)     ATU-nun TTK-sı terapevtik və pediatrik propedevtika kafedrasının dissertantı, Efferent Terapiya Mərkəzinin həkim nefroloqu Həziyev Elgün  İlham oğlu Beynəlxalq Nefroloqlar Cəmiyyətinin keçirdiyi müsabiqədə iştirak etmişdir. Gənc alimin təklif etdiyi “Reanimasiya və İntensiv Terapiya şöbəsində müalicə alan xəstələrdə Kəskin Böyrək zədələnməsinin müalicəsində Davamedici Veno-Venor Hemofiltrasiya adlı araşdırma işi yüksək məbləğdə (26000$) qranta layiq görülmüşdür. Elmi araşdırmanı davam etdirmək üçün TC Bezmialem Vakif Universitetdən dəvət almışdır. Universitetin gənc alimə 12 ay müddətində 7 müxtəlif profilli reanimasiyada işləmək və araşdırma bazası toplamaq hüququ verilmişdir.