Elmi Tədqiqat Mərkəzi Nazirlər Kabinetinin 1995-ci ildə 6 noyabr tarixli 242 saylı qərarı ilə Mərkəzi Elmi Tədqiqat labaratoriyası əsasında yaradılmış müstəqil maliyyə balansına və hüquqi şəxs statusuna malikdir. Səhiyyə Nazirliyi tabeliyində olan elmi idarələrin əsas elmi-eksperimental bazasıdır. Onun yaradılmasında əsas məqsəd tibb elminin mühüm problemlərinin həllində Tibb Universitetinin kafedralarına və Səhiyyə Nazirliyi tabeliyində olan digər idarə və təşkilatlara elmi, metodik və texniki kömək göstərməkdir. Azərbaycan Tibb Universitetinin Rektorunun razılığı əsasında ETM-i Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Tədqiqat İnstitutları ilə müqavilə əsasında elmi tədqiqat işləri apara bilər. Bu zaman müqavilənin şərtləri Universitetin rektoru tərəfindən təsdiqlənməlidir.

108 ştat vahidindən ibarət olub

ETM-in əməkdaşları aşağıdakı katoqoriyalar üzrə bölünürlər:

  1. ETM-in direktoru
  2. Şöbə müdirləri
  3. Baş elmi işçilər
  4. Kiçik elmi işçilər
  5. Baş laborantlar
  6. Mühasibat
  7. Mühəndislər
  8. Vivarium müdiri
  9. Texniki işçilər

 

Elmi Tədqiqat Mərkəzi strukturu

  1. Direktorluq.
  2. Vivarium.
  3. Bioloji fəal maddələrin sintezi şöbəsi.
  4. Patoloji prosseslərin modelləşdirilməsi və eksperimental terapiya şöbəsi.
  5. Eksperimental cərrahiyyə şöbəsi.
  6. Eksperimental endokrinologiya şöbəsi.
  7. Biokimya şöbəsi.
  8. Morfologiya şöbəsi.
  9. İmmunologiya şöbəsi.
  10. Farmakologiya şöbəsi.
  11. Toksikologiya şöbəsi.

Elmi Tədqiqat Mərkəzində 5 nəfər elmlər doktoru, 17 nəfər elmlər namizədi çalışır. Hazırda 3 nəfər əməkdaş elmlər doktoru proqramı üzrə, 1 nəfər isə fəlsəfə doktoru proqramı üzərə dissertasiya işi üzərində işləyir.

Elmi Tədqiqat Mərkəzinin əməkdaşlarının rəhbərliyi altında 3 nəfər elmlər doktoru, 3 nəfər isə fəlsəfə doktoru dissertasiyaı yerinə yetirir.

Elmi Tədqiqat Mərkəzinə 15 nəfər tədqiqatçı ezam olunmuşdur. Onlardan 7 nəfəri elmlər doktoru 8 nəfəri isə fəlsəfə doktoru dissertasiyası üzrə tədqiqat aparırlar.

Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri də ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi üçün tədbirlərin görülməsidir. Mərkəzin əməkdaşları bu sahədə müxtəlif araşdırmalar aparır.