1.Doktorantura xətti ilə dissertasiya işlərinin yerinə yetirilməsi (mövzunun adı, icraçı və elmi rəhbəri, elmi şurada təsdiq olunma tarixi, qeydiyyat nömrəsi, işin yerinə yetirilmə dərəcəsi, müdafiə edənlərin avtoreferatlarının çap, dissertasiyanın isə elektron variantları).
1 Mövzu: "Pankreatobiliar zonanın cərrahi xəstəliklərində malasorbsiya sindromu və onun tənzimlənməsi” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi. Icraçı: Qasımova K.F. - doktorant. Elmi rəhbər: t.e.d., prof. Ə.M.Məmmədov, Elmi məsləhətçi: t.ü.f.d., dos. M.R.Quliyev. Mövzu 14.11.2014 - cü ildə Fakultə Elmi Şurasında təsdiq edilmişdir. Dissertasiya işi tamamlanmışdır. Əlaqələndirmə şurasında müzakirədən keçmişdir. Dissertasiya kafedralararası ilkin müzakirəyə hazırlanır.
2.Мövzu: “Əməliyyatdan sonrakı eventrasiyalarda absorbtiv adhezion baryer və monoakril propilen torun birgə tətbiqinin klinik qiymətləndirilməsi” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi. Icraçı: Zahidov Z.T - doktorant. Elmi rəhbər: t.е.d., prof. F.H.Camalov. Mövzu 23.04.2015 - ci ildə Fakultə Elmi Şurasında təsdiq edilmişdir. Rəsmi müdafiə 30.11.2018 - ci ildə M.Topçubaşov adına elmi mərkəzdə olmuşdur, sənədlər AAK göndərilmişdir.
3.Mövzu: “Nekrozlaşan fassitlərdə cərrahi müalicə üsullarının optimallaşdırılması” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi. İcraçı: dissertant Əsgərov M.Y. Elmi rəhbər: t.e.d., prof. F.H.Camalov. Mövzu 22.05.2018 - ci ildə Fakultə Elmi Şurasında təsdiq edilmişdir (5 saylı protokol). Ədəbiyyat icmalı hazırlanıb. Klinik materialın toplanması davam edir.
2.Dissertantlıq (iddiaçılıq) yolu ilə dissertasiya işlərinin yerinə yetirilməsi haqqında məlumat (tələblər eynidir).
1.Mövzu: “Reproduktiv yaşda olan qadınlarda uşaqlıq miomasının müasir müalicə aspektləri”. 3215.01 - “Mama - ginekologiya” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi. İcraçı: iddiaçı - Həsənov Y.M. Elmi rəhbər: t.e.d. O.M. Hüseynova. Elmi məsləhətçi: ə.e.x., t.e.d., prof. M.Y.Nəsirov. Mövzu 27.01.2015 - ci ildə Fakultə Elmi Şurasında təsdiq edilmişdir. Dissertasiya işi tamamlanmışdır. Dissertasiya 12.10.2021-ci ildə ATU-nun dissertasiya şurasında müzakirədən keçmişdir. Sənədlər Azərbaycan Respublikası yanında AAK-na təqdim edilməyə hazırlanır.
2.Mövzu: Qasıq yırtığının kompleks müalicəsində yeni alloplastika metodlarının effektivliyinin müqayisəli qiymətləndirilməsi” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi. İcraçı: baş lab. Məhərrəmov T.A. Elmi rəhbər: ə.e.x., t.e.d., prof. M.Y.Nəsirov. Mövzu 27.01.2015 - ci ildə Fakultə Elmi Şurasında təsdiq edilmişdir. Kliniki materialın toplanması davam edir.
3.Mövzu: Qasıq yirtığının kompleks müalicəsində Trabukko üsulu ilə yeni rekonstruktiv hernioplastika metodunun rolu” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi. İcraçı: baş lab. Mustafayeva G.T. Elmi rəhbər: t.e.d., prof. F.H.Camalov. Mövzu 23.04.2015 - ci ildə Fakultə Elmi Şurasında təsdiq edilmişdir. Dissertasiya işi tamamlanmışdır. 21.02. 2019 - cu ildə dissertasiya işinin kafedralararası müzakirəsi aparılmışdır (5 saylı protokol). Tədqiqat işinin aprobasiyası aparılıb, sənədlər dissertasiya şurasında müdafiəyə təqdim olunub.
4.Mövzu: “Mexaniki sarılıq zamanı hepatositlərin zədələnməsi və apoptozunun öyrənilməsi və onların tənzimlənməsinin xəstələrin cərrahi müalicəsinin yaxşılaşdırılmasında rolu” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi. İcraşı: baş lab. Ələkbərova S.Ə. Elmi rəhbər: ə.e.x., t.e.d., prof. M.Y.Nəsirov., ETM - nin direktoru, ə.e.x. prof. Qarayev Q.Ş. Mövzu 20.11.2014 - cü ildə Fakultə Elmi Şurasında təsdiq edilmişdir. Dissertasiya işi tamamlanmışdır. Statistik işləmələr aparılmışdır. Dissertasiyanın tərtibatı aparılmışdır. İlkin materialın yoxlanılması üçün sənədlər ATU təqdim olunmuşdur.
5.Mövzu: “Xolesistektomiyadan sonra xroniki pankreatitin kəskinləşməsinin profilaktikası” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi. İcraçı: ass. Fərəcli V.F. Elmi rəhbər: t.e.d., prof. Ə.M.Məmmədov., ETM - nin direktoru, ə.e.x. prof. Qarayev Q.Ş. Mövzu 22.06.2012 - ci ildə Fakultə Elmi Şurasında təsdiq edilmişdir (protokol № 9). Eksperimental işlər tamamlanmış, nəticələr statistik işlənmişdir. Klinik materialın toplanması davam edir.
6.Mövzu: “Yayılmış irinli peritonitin patogenezində endogen antimikrob peptidlərin və bəzi sitokinlərin rolu” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi. İcraçı: baş lab. Məmmədova E.T. Elmi rəhbər: t.e.d, prof. Ə.M.Məmmədov. Elmi məsləhətçi; dos. Quliyev M.R. Mövzu 14.11.2014 - cü ildə Fakultə Elmi Şurasında təsdiq edilmişdir. Dissertasiya işi tamamlanmışdır. Əlaqələndirmə şurasında müzakirədən keçmişdir. İlkin materialın yoxlanılması üçün sənədlər ATU təqdim olunmuşdur.
7.Mövzu: “Xora mənşəli qastroduodenal qanaxmalar zamanı orqanizmdə zülal mübadiləsinin pozulmasının patogenezi və onun bərpasında antioksidant terapiyanın rolu” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi. İcraçı: ass. Rəhimli Ş.İ., Elmi rəhbər: t.e.d., prof. Ə.M.Məmmədov, elmi məsləhətçi; professor Q.Ş.Qarayev. Mövzu 24.04.2014 - cü ildə Fakultə Elmi şurasında təsdiq edilmişdir. Eksperimental işlər tamamlanmış, nəticələr statistik işlənmişdir. Klinik materialın toplanması tamamlanmışdır. Dissertasiyanın tərtibatı üzərində işlər aparılır.
8.Mövzu: “Sağlam şəxslərdə qaraciyər exinokokkozlu xəstələrdə sitokinlər, şiş-nekroz amilinin və immun markerlərin öyrənilməsi” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi. İcraçı: baş lab. Abbasəliyeva P. M. Elmi rəhbər: ə.e.x. prof. M.Y. Nəsirov. Mövzu 20.05.2016 - ci ildə Fakultə Elmi Şurasında təsdiq edilmişdir. Klinik materialın toplanması tamamlanmışdır. Statiştik analizlər aparılır.
9.Mövzu: “Mədə və onikibarmaq bağırsağın müştərək patalogiyaları zamanı aparılan cərrahi müdaxılələrin nəticələri” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi. İcraçı: b/lab. Qırxlarova A.S. Elmi rəhbər: t.e.d., dos. D.M. Pənahov. Mövzu 23.09.2015 - ci ildə Fakultə Elmi Şurasında təsdiq edilmişdir. Dissertasiya işi tamamlanmışdır. Əlaqələndirmə şurası və ilkin kafedralararası müzakirədən keçib. Dissertasiya işinin seminarda müzakirəsinə hazırlaşılır.
10.Mövzu: “Bitişmə mənşəli bağırsaq keçməməzliyinin diaqnozunda və cərrahi müalicəsində sitokinlərin rolu” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi. İcraçı: baş lab. Qasımov R.Q. Elmi rəhbər: t.e.d., prof. M.Y.Nəsirov. Mövzu 24.04.2017 - ci ildə Fakultə Elmi Şurasında təsdiq edilmişdir (8 saylı protokol). Klinik materialın toplanması davam edir.
11.Mövzu: “Destruktiv xolesistitlərin diaqnozunda və cərrahi müalicəsində sitokinlərin rolu” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi. İcraçı: baş lab. Abbasəliyev R.B. Elmi rəhbər: t.e.d., prof. M.Y.Nəsirov. Mövzu 07.11.2016 - ci ildə Fakultə Elmi Şurasında təsdiq edilmişdir (4 saylı protokol). Klinik materialın toplanması başa çatmışmışdır. Nəticələrin elmi-statistik işlənməsi aparılır.
12.Mövzu: “Yüksək riskli kəskin xolesistitli xəstələrdə qanın venadaxili lazer şüalanması ilə laennek preparatının birgə tətbiqi ” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi. İcraçı: ass. Abdullayev A.C. Elmi rəhbər: t.e.d., prof. F.H.Camalov. Mövzu 29.09.2017 - ci ildə Fakultə Elmi Şurasında təsdiq edilmişdir (5 saylı protokol). Klinik materialın toplanması davam edir.
13.Mövzu: “Abdominal sepsislərdə intraabdominal təzyiqin korreksiyasının optimalllaşdırılması ” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi. İcraçı: baş lab. Həsənova D.N. Elmi rəhbər: t.e.d., dos. N.Ə.Vəliyev. Mövzu 29.09.2017 - ci ildə Fakultə Elmi Şurasında təsdiq edilmişdir ( 8 saylı protokol ). Klinik materialın toplanması davam edir.
14.Mövzu: “Pilonidol sistin cərrahi müalicəsində kollagen süngərin və dəri plastikasının birgə tətbiqi” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi. İcraçı: ass. Kosayeva G.A. Elmi rəhbər: t.e.d., prof. F.H.Camalov. Mövzu 21.05.2017 - ci ildə Fakultə Elmi Şurasında təsdiq edilmişdir (6 saylı protokol). Ədəbiyyat icmalı hazırlanıb. Klinik materialın toplanması davam edir.
15.Mövzu: “Nekrozlaşan fassitli xəstələrin kompleks müalicəsində immunokorreksiya və antibiotik terapiya” mövzusunda tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə iddia olunan dissertasiya işi. İcraçı: dissertant Piriyeva S.E. Elmi rəhbər: t.e.d., prof. F.H.Camalov. Mövzu 10.02.2020 - ci ildə Fakultə Elmi Şurasında təsdiq edilmişdir (5 saylı protokol). Ədəbiyyat icmalı hazırlanıb. Klinik materialın toplanması davam edir.
Elmlər doktorluğu dissertasiyaları
Mövzu: “Hipotermik peritono-enteral sanasiyanın kəskin peritonitin gedişinə təsiri”. İddiaçı: Həmzəyev S. Elmi məsləhətçilər: t.e.d., prof. Məmmədov Ə.M., t.e.d., prof. Qarayev Q.S. ATU-nun I-müalicə-profilaktika fakultəsinin Elmi Şurasının qərarı ilə (23.06.2011-ci il, 9 saylı protokol) təsdiq olunmuşdur. Hazırda tamamlanma və Universitetin elmi hissəsinə təqdim etmə mərhələsindədir.