2018-ci ildə Azərbaycan Tibb Universitetinin onkologiya, I cərrahi xəstəlikləri, ümumi cərrahiyyə, I mama-ginekologiya, I daxili xəstəliklər, şüa diaqnostika və terapiyası, ağciyər xəstəlikləri, patoloji anatomiya, histologiya, embriologiya və sitologiya, biokimya, normal fiziologiya, Elmi-Tədqiqat Mərkəzi, mikrobiologiya və immunologiya kafedralarının əməkdaşları Azərbaycan Respublikası Prezidenti yayında Elmin İnkişafı Fondu, AMEA-nın elmi-tədqiqat proqramlarının və beynəlxalq layihələr üzrə işlər aparmışdılar.  Bu layihələrin on ikisi müştərəkdir.   

2018-ci ildə udulan qrant layihələrinin siyahısı ATU-da Elmin İnkişafı Fondunun «Elm – Təhsil İnteqrasiyası» məqsədli qrant müsabiqəsi üzrə qalib layihələrinin siyahısı

 Layihənin adı

Rəhbərin S.A.A.

Kafedra

Layihənin məbləği, AZN

İcra  müd-dəti

1Qeyri-alkoqol mənşəli yağlı qaraciyər xəstəliklərində sir­ro­zun inkişafında rol oynayan gen polimorfizmlərinin proq­nostik rolunun tədqiqi

Bayramov Nuru Yusif oğlu

I cərrahi xəstəliklər kafedrası

70 000

12 ay

2Qaraciyər transplantasiyasın­dan sonra biliar fəsadlarının profilaktikasının və erkən diaqnostikasında mikro-RNT-lərin rolu

Məmmədov Ruslan Aydın oğlu

I cərrahi xəstəliklər kafedrası

65 000

12 ay

3Azərbaycanda klinik mate­rial­lar­dan və ətraf mühitdən izolə edilən Aspergillus fumi­ga­tus ştamlarının genotipik xüsusiyyətlərinin öyrənilməsi

Cavadov Samir Sabir oğlu

Mikrobiologiya və immunologiya kafedrası

55 000

12 ay

4Oynaq xəstəlikləri zamanı sinovial mayedə və qan plaz­masında sərbəst amintur­şuların və zülal fraksiyala­rının dəyişmə dinamikasının öyrənilməsi və diaqnostik terapevtik məqsədilə tətqiqi

Əzizova Gülnarə İbrahim qızı

Biokimya kafedrası

80 000

12 ay

5Texnogen amillərin canlı orqanizmə toksiki təsirinin azaldılması məqsədilə Azər­bay­can florası əsasında hazır­lanmış “Şit” fitokompleksinin adaptiv və qeyri-spesifik im­mu­nitetə təsiri

Həmrəhbər –

Cəfərova Rəna Ənvər qızı

ETM

65 000

12 ay

 

Beynəlxalq qrantlar

AMEA-nın elmi-tədqiqat proqramlarının respublika müsabiqəsi üzrə qalib layihə

6. Bədxassəli şişlər zamanı xərçəng kök hüceyrələrinin İNF- vasitəsilə aktivləşdirilməsinin müalicəvi və proqnostik əhə­miyyəti

 

Əmiraslanov Əhliman Tapdıq oğlu

ATU-dan icraçı –

İsayev Orxan Rasim oğlu

Onkologiya, histologiya, embriologiya və sitologiya kafedraları

600000

36 ay

 Elmin İnkişafı Fondunun 1-ci Azərbaycan-Rusiya birgə Beynəlxalq qrant müsabiqəsi üzrə qalib layihələrin siyahısı

7. Azərbaycanın dərman flora­sının bəzi endem və nadir növlərinin antimikrob fəallığı­nın, fitokimyəvi tərkibinin təd­qiqi və onlardan dərman xam­malının alınması üçün biotex­noloji yanaşmaların işlənməsi

Mehdiyeva Naibə Pirverdi qızı – AMEA-nın Botanika İnstitutu

 

ATU-dan icraçılar:

Kamilova Nigar Mir Nağı qızı

(I mama-ginekologiya kafedrası)

Muradova Sevda Ağarəhim qızı (mikrobiologiya və immunologiya kafedrası)

125 000

24 ay

8. Bukkal epitelidə siqnal mole­kulların ekspressiyası: homeo­stazın stabilliyinin qiymətləndi­ril­məsi və sosial-əhəmiyyətli insan xəstəliklərinin diaqnosti­kası və proqnozunun optimal­laş­dı­rıl­ması üçün markerlər pa­ne­linin işlənməsinə yeni yanaş­malar

Hacıyev Əhməd  AMEA-nın Fiziologiya İnstitutu

 

ATU-dan icraçılar: Məmmədov Arif Məmməd oğlu (Normal fiziologiya), Muradova Samirə Rafiq qızı

(I daxili xəstəliklər kafedrası) Cəfərova İnara Uğur qızı (onkologiya kafedrası),

115 000

24 ay

Cəmi:

 

 

335 000

 

Elmin İnkişafı Fondunun 2-ci Azərbaycan-Belarus birgə Beynəlxalq qrant müsabiqəsi üzrə qalib layihəsi

9.Metillevorinin təsiri altında klonogen şiş hüceyrələrinin apoptoz mexanizminin in vitro öyrənilməsi

Sultanova Gülnar Hacıbəy qızı (AMEA-nın Botanika İnstitutu)

 

ATU-dan icraçı: Rəhimov Nurməmməd Rəhim  (Şüa diaqnostikası və şüa terapiyası kafedrası)

80 000

24ay

Cəmi:

 

 

1 255 000

 

2018-ci ildə davam edilən qrant layihələrinin siyahısı

Layihənin adı

Rəhbərin S.A.A.

Kafedra

Layihənin məbləği,

AZN

Layihənin

 növü

İcra

müddəti

1.Qarın boşluğu üzvlərinin bədxas-səli şişləri zamanı gözətçi limfa dü-yününün aşkar edilməsi və onların me­tastatik zədələnib zədələnməmə-sinin təcili patohistoloji müayinə ilə müəyyənləşdirilməsi.

Muradov Habil Kamil

Onkologiya kafedrası

200 000

KETPL

24 ay

2. Azərbaycan Tibb Universite­tində aparılan eksperimental-klinik yönüm­lü elmi-tədqiqat işləri zamanı patoloji dəyişik­lilərin molekulyar-genetik ­də­yərləndirilməsinin təmini

Həsənov Ədalət

Bəybala

Patoloji anatomiya

120 000

KETPL

24 ay

3. Böyük verilənlər («Big Data») mühitində informasiya təhlükəsizliyi­nin təmin olun­ması metodları və alqoritmləri­nin işlənilməsi və onların bəzi tətbiqləri

Alıquliyev Ramiz Məhəmməd (AMEA-nın İnformasiya Texnologiya­ları İnstitutu)

Həmrəhbər: Rüstəmov Rauf Məmməd oğlu (ABŞ)

ATU-dan iştirakçı – İsayev Orxan Rasim (Histolo­giya, embrio­logiya və sitologiya kafedrası)

25000

KETPL

24 ay

4. Azərbaycan Respublikasında ağci­yər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştam­ları­nın molekul­yar-genetik mutasiyalarının tədqiqi

Axundova İradə 

Mirsahab (ET Ağciyər xəstəlikləri institute

ATU-dan iştirakçı: Bayramov Rafiq İdris oğlu

(ağ ciyər xəstəlikləri kafedrası)

100 000

KETPL

12 ay

5. Dərman preparatlarının im­mu­­bilizə olunması üçün tər­kibində azot və oksigen sax­layan yeni hidrofob və biosid polimerlərin sintezi və tədqiqi

Zeynalov Nizami Allahverdi

(AMEA-nin Kataliz və Qeyri-üzvü Kimya İnstitutu)

ATU-dan iştirakçı: Qasımov Elnur Mübariz oğlu  (ümumi cərrahiyyə kafedrası)

150 000

KETPL

24 ay

Cəmi:   

595 000

 

FT – fundamental-tətbiqi xarakterli; KETPL  – kompleks elmi-tədqiqat proqramları layihələri
Azərbaycan Respublikası Prezidenti yanındı Elmi İnkişaf Fondunun elan etdiyi «Elm-Təhsil İnteqrasiyası» məqsədli qrant müsabiqəsinin qalibləri 
I. Layihənin adı: Qeyri-alkoqol mənşəli yağlı qaraciyər (QAYQ) xəstəliklərində sirrozun inkişafında rol oynayan gen polimorfizmlərinin proqnostik rolunun tədqiqi.
Layihənin rəhbəri: ATU-nun I cərrahi xəstəliklər kafedrasının müdiri AMEA-nın müxbir üzvü, prof.N.Y.Bayramov, həmicraçı - AMEA-nın Genetik Ehtiyatlar İnstitutu.
Layihənin icra müddəti: 2018-ci il oktyabr – 2019-cu il oktyabr
Layihənin məqsədi: Azərbaycan populyasiyasındaQAYQ xəstəliyinin sirroza keçidinin erkən diaqnostikasında və proqnozlaşdırılmasında xəstəliyin yaranmasında iştirak edən gen polimorfizmlərinin rolunu ortaya çıxarmaq.
Qeyri-alkoqol mənşəli yağlı qaraciyər (QAYQ) xəstəliyinin etiologiyasında ətraf mühit və genetik amillər mühüm rol oynayır və bu sahədə fəal tədqiqatlar getdikcə artmaqdadır. QAYQ xəstəliklərinin sirroza keçidinin erkən diaqnostikasında və proqnozlaşdırılmasında xəstəliyin yaranmasında iştirak edən gen polimorfizmlərinin rolunu ortaya çıxarmaq vacibdir.
QAYQ xəstəliyi kompleks və multifaktorial xəstəlikdir. Ətraf mühit faktorları, oturaq həyat tərzi, dieta, şəkərli diabet, hipertenziya, hipertriqliserinemiya və bu kimi digər  amillər piylənməyə və nəticədə QAYQ xəstəliyinin inkişafına səbəb olur. Xəstəliyin inkişafında bu amillərlə yanaşı genetik faktorlar da tənzimləyici  rola sahibdir. QAYQ xəstəliyində genetik müxtəlifliyin tək nukleotid polimorfizmi səviyyəsində tədqiqi cari tədqiqatın əsasını təşkil edir. QAYQ xəstəliyinin serroza keçidinin proqnozlaşdırılması və xəstəliyin erkən diaqnostikası mümkün olacaqdır.
Gözlənilən nəticələr: Cari layihədə ilk dəfə olaraq Azərbaycanda qaraciyər xəstəliklərində molekulyar genetik səviyyədə tədqiqat aparılacaq və populyasiyada geniş rast gəlinən, qaraciyər xəstəliklərinin yaranması üçün risk təşkil edən gen allelleri aşkara çıxarılacaqdır.
Azərbaycan populyasiyasındaQAYQ xəstəliyində və sirrozda rast gəlinən gen polimorfizmləri müəyyən ediləcəkdir.
Bunun əsasında piylənmə xəstəliyi olan insanlarda qaraciyər sirrozunu proqnozlaşdırmaq üçün praktik təbabətə yeni müayinə üsulu tövsiyə ediləcəkdir.
Sirrozun proqnozlaşdırılması erkən müalicələrin aparılmasına, sirrozlu xəstələrin ciddi azalmasına və transplantasiya kimi çətin və bahalı müalicələrin azalmasına şərait yaradacaqdır.
II. Layihənin adı: Qaraciyər  transplantasiyasından sonra biliar fəsadlarının profilaktikasının və erkən diaqnostikasında mikro-RNT-lərin rolu.
Layihənin rəhbəri: I cərrahi xəstəliklər kafedrasının assistenti Məmmədov Ruslan  Aydın oğlu, həmicraçı -  AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu .
Layihənin icra müddəti:noyabr 2017 –2018-ci illər
Layihənin məqsədi: Ortopedik qaraciyər transplantasiyasından sonra öd yollarında baş verən fəsadların profilaktikasında və erkən diaqnostikasında orqan spesifik mikro-RNT-lərin rolunu aşkarlamaq təqdim edilən tədqiqat işinin əsas məqsədidir.
 Müstəqil Azərbaycanda orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılmasına 1999-cu ildə başlanılmışdır. “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunmuş, 2000-ci ildə isə Nazirlər Kabinetin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulmuşdur.
Qaraciyər transplantasiyasından sonra ən çox rast gəlinən fəsad öd yollarında baş verən sızma və daralma xarakterli ağırlaşmalardır. Təəssüf ki, bu günədək biliar fəsadların erkən diaqnostikası üçün spesifik biomarker mövcud deyildir. Son illər hüceyrələrdə enzimatik proseslərin tənzimində mühüm rol oynayan və genetik məlumat daşımayan mikro-RNT-lərin çoxsaylı nümayəndələri müəyyən edilmişdir.
Gözlənilən nəticə: canlı donordan qaraciyər köçürülən 120 xəstədə əməliyyatdan əvvəl və sonra qanın plazmasında və öddə öd epitelinə məxsus olan mikro-RNT-lərin səviyyəsi (mikro-RNA 517A, mikro-RNA 106A və mikro-RNA 892A) Real-time PZR üsulu ilə yoxlanacaqdır. Bilial ağırlaşmaları olmayan (60 xəstə), anastomoz darlığı, anastomoz sızması, qeyri-anastomik sızma və darlıq baş verən xəstələrdə (60 xəstə) mikro-RNT səviyyələri müqayisə ediləcəkdir. Alınan nəticələrə görə mikro-RNT-lərin biliar fəsadların erkən diaqnostikasında əhəmiyyəti barədə məlumat əldə ediləcəkdir. Tədqiqatın nəticələrinə görə qaraciyər transplantasiyasında biliar fəsadların erkən diaqnostikası və profilaktikası üçün mikro-RNT-lərin istifadəsi barədə klinik tövsiyələr veriləcəkdir.
III. Layihənin adı: Azərbaycanda klinik materiallardan və ətraf mühitdən izolə edilən Aspergillus fumigatus ştamlarının genotipik xüsusiyyətlərinin öyrənilməsi.
Layihənin rəhbəri: ATU-nun mikrobiologiya və immunologiya kafedrasının dosenti,  Cavadov Samir Sabir oğlu, həmrəhbər Əliyev Ramiz Tağı oğlu – AMEA-nın Genetik Ehtiyatlar İnstitutu  .
Layihənin icra müddəti: noyabr 2018 – noyabr 2019-cu illər
Layihənin məqsədi: Azərbaycanın müxtəlif bölgələrində ətraf mühitdə yayılmış Aspergillus flavus ştamlarında rezistentliyə səbəb olan mutasiyaların öyrənilməsindən ibarətdir. Həmin ştamlar üzərində genotipik tədqiqatlar aparılacaqdır. Bu zaman rezistentliyə səbəb olan mutasiya növləri və cavabdeh gen bölgələri müəyyənləşdiriləcəkdir.
Bu tədqiqatın aparılması üçün müxtəlif bölgələrdən Aspergillus ştamlarının toplanması ilə yanaşı, müxtəlif klinikalardan da müxtəlif kliniki materialdan izolə edilən ştamlar istifadə olunacağı üçün bir neçə müəssisənin birlikdə çalışması lazımdır. Tədqiqat Azərbaycan Tibb Universiteti, Tibbi Mikrobiologiya və İmmunologiya kafedrasının Klinik Mikrobioloji laboratoriyası, Azərbaycan Tibb Universiteti Tədris Terapevtik və Tədris Cərrahiyyə Klinikaları və AMEA-nın  Genetik Ehtiyatlar İnstitutunun birgə layihəsi şəklində, multidisiplinar formada həyata keçiriləcəkdir.
Aspergillus spp. insan və heyvanlarda allergiya, xronik və kəskin invaziv xəs­təliklərə səbəb olan miselial göbədəkdir. Insan orqanizminə hər gün hava vasitəsilə As­per­gillus sporları daxil olsa da bu xəstəliyə səbəb olmur. Lakin immun sistemi zəifləmiş və ya ağciyər xəstəliyi olan şəxslər xəstəliyin yaranmasında risk qrupunu təşkil edir.
Məqsədimiz ölkəmizdə kliniki materiallardan və ətraf mühitdən izolə olunmuş Aspergillus ştamları arasında azol davamlılığı təyin etmək, davamlı ştamlar arasında epidemioloji əlaqəni öyrənməkdir.
Ilk dəfə olaraq Azərbaycan Respublikasında Aspergillus spp. ştamları ilə bağlı araşdırma aparılacaq. Ştamlar identifikasiya olunaraq antifinqal həssaslıqları həssaslıqları müəyyən ediləcək, antifunqal davamlılıq mexanizmləri molekulyar-genetik üsullarla araşdırılacaqdır. Ilk dəfə olaraq molekulyar-epidemioloji üsullar tətbiq olunmaqla  Aspergillus spp. ştamları arasında epidemioloji klonlar müəyyən olunacaq və ətraf mühitdə rast gəlinən davamlı ştamların rolu araşdırılacaq. Epidemik ştamların rastgəlmə tezliyinə əsasən profilaktik və nəzarət planı işlənib hazırlanacaq.
Gözlənilən nəticələr: Antibiotiklərə davamlı ştamların ayırd edilməsi nəticəsində müalicə və profilaktika proqramları təkmilləşdiriləcəkdir. Alınan nəticələr Aspergillus spp. ştamları tərəfindən törədilən infeksiyalar zamanı letallıq göstəricisinin azalmasına, mübarizə tədbirlərinin inkişafına səbəb olacaqdır. Bütün bunlar xəstəxanalarda maddi xərclərin azaldılması ilə nəticələnəcəkdir. Ətraf  mühitdən izolə edilən ştamlarda aşkar edilən mutasiya formaları ilə klinik materiallardan izolə edilən ştamlarda rast gəlinən mutasiya formaları müqayisə edilərək mümkün yoluxma yolları ilə yanaşı rezistentliyə səbəb olan amillər təsbit ediləcəkdir. Ətraf mühitdən izolə edilən ştamlarda rast gəlinən mutasiyalara səbəb olan müxtəlif mutagen dərman preparatlarının istifadəsi üçün yeni tədbirlər hazırlanacaqdır.
Təqvim planına uyğun olaraq ATU-nun Klinik Mikrobiologiya Laboratoriyasına, Tədris Terapevtik, Tədris Cərrahiyyə klinikalarına, Elmi Tədqiqat Ağ  Ciyər Xəstəlikləri İnstitutuna, B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna müraciət etmiş pasientlərdən 124 Aspergillus spp. ştammı toplanmışdır.
Bundan əlavə Azərbaycanın müxtəlif rayonlarından toplanmış torpaq nümunələrindən 11, Bakı şəhəri xəstəxanalarının havasından 8 Aspergillus spp. ştammı izolə edilmişdir. Toplanmış torpaq nümunələrindən suspenziya hazırlanaraq Sabouraud Dextrose mühitinə əkilmişdir və 7-10 gün ərzində kultivasiya edilmişdir. Inkişaf edən kif göbələyi koloniyalarının identifikasiyası mikroskopik və kultural xüsusiyyətlərə (rəngi) əsasən aparılmışdır. Mikroskopik müayinə üçün laktofenol mavisi istifadə edilmişdir.
Izolə edilən ştamlardan 65-i Aspergillus niger, 16-sı Aspergillus flavus, 11-i Aspergillus fumigatus, 3-ü Aspergillus terreus və 29-u Aspergillus spp. kimi identifikasiya edilmişdir. Ümumilikdə 34 bəlğəm, 1 plevral maye, 1 yara materialı, 69 qulaqdan sıyrıntı, 8 hava və 11 torpaq nümunəsindən Aspergillus spp. göbələkləri izolə edilmişdir. Toplanmış materiallar əsasında 1 icmal məqalə  və 2 tezis (“Sağlamlıq” Elmi-praktik jurnalında “Эпидемиология и механизмы азоловой резистентности штаммов Aspergillus fumigatus” adlı icmal məqalə, “Təbabətin aktual problemləri” elmi-praktik konfrans materialları toplusunda “Заболевания, вызываемые грибами рoда Аспергиллус” adlı tezis, Rafiq Əşrəf oğlu Əsgərovun 85 illik yubileyinə həsr olunmuş Beynəlxalq Elmi Konfrans materiallarının toplusunda “Морфобиологические особенности штаммов Aspergillus, изолированных при отомикозах” adlı tezis) dərc olunmuşdur. 
IV. Layihənin adı: Oynaq xəstəlikləri zamanı sinovial mayedə və qan plazmasında sərbəst aminturşuların və zülal fraksiyalarının dəyişmə dinamikasının öyrənilməsi və diaqnostik terapevtik məqsədlə tətbiqi.
  Layihənin rəhbəri:  Əzizova Gülnarə İbrahim qızı – biokimya kafedrası, həmrəhbəri  Topçiyeva Şəfiqə Ənvərovna – AMEA-nın Zoologiya İnstitutu.
Layihənin icra müddəti: 2018-2019-cu illər.
Layihənin məqsədi: Oynaq xəstəlikləri zamanı sinovial mayedə və qan plazmasında sərbəst aminturşuların spektrində və albumin və qlobulin kimi zülal fraksiyalarında baş verən miqdari dəyişikliklərin tədqiqi və alınan nəticələrin müalicə strategiyasının müəyyən edilməsində tətbiq olunmasıdır. Dayaq-hərəkət sisteminin müalicəsində geniş istifadə olunan və ilan zəhəri əsasında hazırlanan preparatların təsir mexanizminin daha dəqiq tədqiqi üçün ilan zəhərinin aminturşu və zülal tərkibinin aydınlaşdırılması da layihənin məqsədinə daxildir.
Layihənin məqsədinə, həmçinin, oynaq patologiyaları zamanı orqanizmdə baş verən biokimyəvi dəyişiklikləri aşkarlamaq daxildir.
Artroz və artritlər kimi oynaq xəstəlikləri müasir dövrün ən geniş yayılmış patologiyası olub, az hərəkətli həyat tərzi, qidalanmada yol verilən qüsurlarla və irsi meylliliklə əlaqədardır. Birləşdirici toxuma xəstəliklərinin yayılmasına görə Azərbaycan ilk ölkələr sırasındadır.
Gözlənilən nəticələr:  Tez bir zamanda diaqnoz qoyulması üçün bioloji mayelərdə sərbəst aminturşuların və qan plazması zülallarının miqdarında baş verən dəyişiklikləri aşkarlamaq üçün proteinoqrammalardan istifadə ediləcəkdir. Alınan proteinoqrammalardan kliniki-diaqnostik bioimyanın və həmçinin, təbabətin bir çox ixtisas istiqamətlərində istifadə oluna bilər. Məsələn, hepatologiya, urologiya, immunologiya, onkologiya, genetika, hematologiya kimi sahələrdə.
Layihədə xüsusi müasir avadanlığın köməyi ilə sinovial mayedə və qan plazmasında sərbəst aminturşuların tam keyfiyyət və kəmiyyət analizi və zülal fraksiyalarının proteinoqrammalarının alınması nəzərdə tutulur
V. Layihənin adı:  Texnogen amillərin canlı orqanizmə toksiki təsirinin azaldılması məqsədi ilə Azərbaycan florası əsasında hazırlanmış “Şit” fitokompleksinin adaptiv və qeyri-spesifik immunitetə təsiri
Layihənin rəhbəri: Səftər Yusif oğlu Süleymanov – AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutu, həmrəhbər Rəna Ənvər qızı Cəfərova – ATU-nun Elmi-Tədqiqat Mərkəzinin şöbə müdiri 
Layihənin icra müddəti: 01 oktyabr 2018-ci il – 31 dekabr 2018-ci il.
Layihənin məqsədi: Azərbaycan florası əsasında hazırlanmış “Şit”fitokompleksinin texnogen mənşəli toksiki maddələrlə çirklənmiş ətraf mühitin modeli üzərində orqanizmin adaptiv və qeyri-spesifik immun sistemi göstəriclərinə təsirinin öyrənilməsidir.
Məlumdur ki, orqanizmdə xarici və daxili toksiki amillərin təsiri nəticəsində orqan və sistemlərin funksiyası pozulur, sərbəst radikallı proseslər həddindən artıq fəallaşır, hüceyrə membran lipidlərinin peroksidləşməsi güclənir,oksidativ stress inkişaf edir. Bunların nəticəsində əlavə olaraq külli miqdarda toksiki təsirə malik sərbəst radikallar əmələ gəlir, hansılar ki hüceyrə səviyyəsində orqanların zədələnməsinə səbəb olur.
Bu zaman dərman bitkilərinin istifadəsi xüsusi maraq doğurur. Dərman bitkilərinin tərkibində olan təbii antioksidantlar orqanizmin tükənmiş antioksidant sistemini gücləndirməklə yanaşı eyni vaxtda birbaşa sərbəst radikallarla birləşərək onları neytrallaşdırır, oksidativ stress və lipid peroksidləşməsini zəiflədir. Bütün bu göstərilən təsirlər nəticəsində orqanizmin ətraf mühitin toksiki amillərinə qarşı adaptiv funksiyası güclənir.
Bunu nəzərə alaraq,  layihə üzrə orqanizmin ətraf mühitin toksiki amillərinə qarşı adaptiv funksiyası və qeyri-spesifik immun sistemini gücləndirən, müxtəlif infeksion və qeyri-infeksion xəstəliklərinin profilaktikası üçün istifadə oluna biləcək orijinal tərkibli fitokompleks təklif olunur.
Yenilik: “Şit” Fitokompleksinin tərkib hissəsi olan bitkilərin toplanması, fitokompleksin və onun qalen preparatının hazırlanması;
Texnogen mənşəli toksiki maddələrlə zənginləşmiş ətraf mühitin modelinin yaradılması;
Eksperimentin dürüstlüyünü təmin etmək məksədi ilə eksperimental heyvanların (ağ siçovul) seçilməsi, onların çəkisinin, fiziki fəallıq səviyyəsinin qiymətləndirilməsi və müvafiq eyni şəraitdə saxlanılmasının təmin edilməsi;
Eksperiment zamanı heyvanların fiziki və emosional vəziyyəti, nəsil artırma və letallıq dərəcəsi izləniləcək.
Orqanizmin ətraf mühitin toksiki amillərinə qarşı adaptiv funksiyasını və qeyri-spesifik immun sistemini gücləndirən, eyni zamanda müxtəlif infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikasında istifadə oluna biləcək Azərbaycan florası əsasında  orijinal tərkibli fitokompleksin hazırlanması layihənin yeniliyini təşkil edir.
Gözlənilən nəticə: Texnogen amillərin canlı orqanizmlərə zərərli təsirinin qarşısını almaq və müxtəlif infeksion və qeyri-infeksion xəstəliklərin profilaktika və müalicəsi üçün orqanizmin adaptiv funksiyasını və qeyri-spesifik immun sistemini Azərbaycan florası əsasında hazırlanmış fitokompleks vasitəsi ilə tənzimlənmə imkanlarının əsaslandırılması layihənin elmi əhəmiyyətini göstərir.   

2018-ci ildə udulan Beynəlxalq qrantlar
AMEA-nın elmi-tədqiqat proqramlarının respublika müsabiqəsi üzrə
I. Layihənin adı: Bədxassəli şişlər zamanı xərçəng kök hüceyrələrinin İNF-α vasitəsilə aktivləşdirilməsinin müalicəvi və proqnostik əhəmiyyəti.
Layihənin rəhbəri: Onkologiya kafedrasının müdiri akad.Əhliman Tapdıq oğlu Əmiraslanov.  Yerli təşkilatlar: AMEA Biologiya və Tibb Elmləri Bölməsi. AMEA Genetik Ehtiyatlar İnstitutu, Azərbaycan Tibb Universiteti (Histologiya, embriologiya və sitologiya kafedrası).
Xarici tərəfdaşlar: Ludviq Maksimilian Universiteti (Almaniya).
Heidelberq Universiteti (Almaniya). Şimali Karolina Universiteti (ABŞ). Genom İnstitutu (ABŞ).
Layihənin icra müddəti: 2018-2020-ci illər.
Layihənin məqsədi: Bədxassəli şişlərin eksperimental modelində kontrol, yalnız kimyəvi terapiya, yalnız  İNF-α və İNF-α ilə kimyəvi terapiyanın kombinə olunmuş qruplarda müalicədən əvvəl və sonra müalicənin effektivliyi arasındakı fərqlərin müəyyən olunmasıdır.
Gözlənilən nəticələr: Layihədə ilk dəfə olaraq İNF-α və Gemsitabin preparatı kombinə olunmuş müalicə şəklində tətbiq olunacaqdır. Layihənin sonunda təklif olunan müalicənin artıq kliniki tətbiqinə başlanılması ilə bağlı təklif veriləcəkdir. Planlaşdırılan layihədə analoji  işlərdən fərqli olaraq ilk dəfə in vivo model yoxlanılacaqdır və bunun nəticəsində baha və vaxt aparan siçan və ya siçovul modelinin əvəzinə bu modelin tətbiqi təklif olunacaqdır. Son illər xərçəng xəstəliyinin müalicəsində xərçəng kök hüceyrələrin əhəmiyyətini nəzərə alıb, pre-kliniki və kliniki tədqiqatlar üçün əhəmiyyətli elmi və  praktik nəticələrin dərc olunması planlaşdırılmışdır. Qeyd edilən müalicə rejiminin gələcəkdə xərçəng xəstəliyinin profilaktikasında tətbiqi mümkün olacaqdır.
Azərbaycanda, ilk dəfə olaraq, onkoloji xəstəliklər genom səviyyəsində analiz edilərək genetika və onkologiyanın kəsişməsi olan molekulyar onkologiya sahəsinin inkişafına şərait yaradacaqdır
Ayrı-ayrı onkoloji xəstəliklər üzrə beynəlxalq standartlar əsasında qan və yüksək keyfiyyətli DNT bankları yaradılacaq
Onkoloji xəstəliklər üzrə genetik məlumat bazası yaradılacaq ki, bu da ölkədə yeni dərman preparatlarının istehsalı shəsində ciddi uğurların əldə edilməsinə təkan verəcək. 
2018-ci ilin iyul-avqust aylarında qrantın iştirakçısı Ludviq Maksimilian adına Münhen Universitet Klinikasının Ümumi, visseral və transplantologiya şöbəsində olmuşdur. Qed etmək lazımdır ki, həmin şöbənin müdiri prof.Aleksandr Bajin 2018-ci ilin avqust ayında universitetdə olmuş, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi haqqında razılıq əldə olunmuşdur.
Azərbaycan Respublikası Prezidenti yanında  Elmin İnkişafı Fondunun
I  Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi üzrə ATU-nu əməkdaşlarının qalib olmuş layihələri haqqınd
I. Layihənin adı: Azərbaycanın dərman florasının bəzi endem və nadir növlərinin antimikrob fəallığının, fitokimyəvi tərkibinin tədqiqi və onlardan dərman xammalının alınması üçün biotexnoloji yanaşmaların işlənməsi.
  Layihənin rəhbəri: Mehdiyeva Naibə Pirverdi qızı (AMEA-nın Botanika İnsitutu),  həmiştirakçılar - Kamilova Nigar Mir Nağı qızı (ATU-nun I mamalıq və ginekologiya kafedrasının professoru); Muradova Sevda Ağarəhim ızı (Mikrobiologiya və immunologiya  kafedrasının baş müəllimi).
 Layihənin icra müddəti: 01 avqust 2018 – 01 avqust 2020-ci illə
Layihənin məqsədi: İnsan patogenlərinə qarşı təsirə malik yeni antimikrob birləşmələrin kəşf edilməsi.
Antimikrob preparatlar təkcə infeksiyaların müalicəsində deyil, eyni zamanda yüksək riskli pasiyentlər, hamiləliyi çətin keçirən və doğuşqabağı xüsusi hazırlığa ehtiyacı olan qadındar barədə profilaktik tədbirlərin görülməsi işində olduqca vacibdir. Buna baxmayaraq insan həyatına olan təhlükə yenə də artmaqdadır, çünki bir çox mikroblarda mövcud antimikrob preparatlara qarşı müqavimət formalaşmışdır. Antimikrob preparatlara qarşı müqavimət fövqəladə bir vəziyyətdir və hazırki layihə insan patogenlərinə qarşı təsirli yeni antimikrob birləşmələrin kəşf edilməsinə yönəlmişdir. Yeni antimikrob birləşmələrin kəşf edilməsi məqsədi ilə bitkilərin tədqiqi müxtəlif sahələrdən olan mütəxəssislərin əməkdaşlığını tələb edir.
Vəzifələr: 1. Azərbaycan dərman florasının bəzi endem və nadir növlərinin mövcud areal və populyasiyalarının cari vəziyyətinin öyrənilməsi.
2. Bitki  ekstraktları və ayrılmış bioloji fəal maddələrin bəzi dərmana müqaviməti bakteriya və göbələklərə qarşı antimikrob xassələrinin öyrənilməsi üçün geniş in vitro və in vivo sınaqların aparılması.
3. İnfeksiya yoluxmuş xəstə qadınlardan alınan mikrob nümunələrin və standart mikrob ştammlarının müqayisəli analizinin aparılması. Xəstələrdən əldə edilmiş mikroblara qarşı ən yüksək antimikrob təsirə malik bitki ekstraktların və ayrılmış fərdi maddələrin təsirinin öyrənilməsi.
4. Antimikrob təsirə malik bəzi endem və nadir bitkilərin xammalının biotexnoloji üsullarla əldə edilməsi.
5. Əldə ediləcək bitki xammalının bioloji təsirinin öyrənilməsi.
Gözlənilən nəticə: Azərbaycan dərman florasının bəzi endem və nadir növlərinin mövcud areal və populasiyaların vəziyyətinin və biokimyəvi xassələrin öyrənilməsi və müasir ədəbiyyatda yer alması. Azərbaycanda dərman bitkilərin biokimyəvi tədqiqat metodikasını müasir standartlara uyğun şəkildə əsasının qoyulması. Bitki xammalı əsasında biotexnoloji üsulların tətbiqi. Rusiya alimləri ilə əməkdaşlıq əsasında elmi bacarıq və biliyin qarşılıqlı mübadiləsi.
II. Layihənin adı: Bukkal epitelidə siqnal molekulların ekspressiyası: homeo­stazın stabilliyinin qiymətləndirilməsi və sosial-əhəmiyyətli insan xəstəliklərinin diaqnostikası və proqnozunun optimallaşdırılması üçün markerlər panelinin işlənməsinə yeni yanaşmalar.
Layihənin rəhbəri:  professor Hacıyev Ənvər (AMEA-nın Fiziologiya İnstitutu), ATU-dan icraçılar – AMEA-nın müxbir üzvü Məmmədov Arif Məmməd oğlu, biol.ü.f.d., Muradova Samirə Rafiq qızı, tibb ü.f.d. Cəfərova İnarə Uğur qızı.
Layihənin icra müddəti: noyabr 2018 – noyabr 2020-ci illər.
Layihənin məqsədi: Qeyri-invaziv yolla alınması mümkün olan diaqnostik markerlər panelinin işlənib hazırlanmasıdır. Bu markerlərin təyin edilməsi, orqanizmin həyat resurslarının qiymətləndirilməsinin optimizasiyası, sosial-əhəmiyyətli xəstəliklərin diaqnostikasının, müalicəsinin və profilaktikasının effektivliyinin monitorinqi bukkal epiteli hüceyrələrindən istifadə etməklə aparılacaqdır.
Diaqnostik və proqnostik cəhətdən yüksək əhəmiyyətə malik olan markerlərin geniş spektrinin ekspressiyasının tədqiqi nəzərdə tutulur.
Layihədə aşağıdakı göstəricilər tədqiq ediləcək: 
    Proliferasiya və apoptoz markerləri.
    Birləşdirici toxumanın tamlığını göstərən markerlər.
    Neyrodegenerativ proseslərin markeri.
    Metabolizmin və hüceyrə müdafiəsinin markerləri.
Ağız böşluğunun selikli qişasının (bukkal epiteli) morfo-funksional durumu bütövlükdə orqanizmin ümumi homeostazını xarakterizə edir.
Bukkal epiteli hüceyrələrində müvafiq siqnal molekullarının təyin edilməsinə əsaslanan markerlər panelinin işlənib hazırlanması insanlarda bioloji yaşın və yaşla bağlı xəstəliklərin, fizioloji qocalmanın tədqiqi baxımından da böyük əhəmiyyət kəsb edir.
Gözlənilən nəticələr: Layihənin icrasının nəticəsində texniki cəhətdən sadə, lakin son dərəcə yüksək informativ potensiala malik bir sıra sosial-əhəmiyyətli, o cümlədən yaşla bağlı xəstəliklərin erkən diaqnostikasını və aparılan müalicənin effektivliyini, qocalma prosesinin tempini izləməyə imkan verən qeyri-invaziv diaqnostika  üsullarının işlənib hazırlanacaqdır. 
Azərbaycan Respublikası Prezidenti yanında  Elmin İnkişafı Fondunun
II  Azərbaycan-Belarus birgə qrant müsabiqəsi üzrə qalib olmuş layihə haqqında 
Layihənin adı:Metillevorinin təsiri altında klonogen şiş hüceyrələrinin apoptoz mexanizminin in vitro öyrənilməsi.
Layihənin rəhbəri: Sultanova Gülnar Hacıbəy qızı (AMEA Botanika İnstitutu), ATU-dan iştirakçı: Şüa diaqnostikası və şüa terapiyası kafedrasının assistenti Rəhimov Nurməmməd Rəhim oğlu.
 Layihənin icra müddəti: iyul 2018 – iyul 2020-ci illər.
Layihənin məqsədi: Poliyen antibiotiklərin arasında ən böyük marağa səbəb olan levorin və onun alkil törəmələridir. Adı çəkilən preparatların müxtəlif eksperimental şəraitdə bioloji aktivliyini təyin etməkdir və onların klonogen şiş hüceyrələrin proliferasiyasına və metabolizminə seçilən antibiotiklərinin təsirini öyrənməkdən ibarətdir.
Bioloji membranlara həssas olan birləşmələrin təsiri altında klonogen şiş hüceyrələrinin proliferasiya və apoptoz proseslərinin mexanizmini molekulyar səviyyəsində in vitro tədqiqi ən aktual məsələlərdən biridir. Istifadə olunan antibiotiklər patogen hüceyrələrinə qarşı məhvedici qabiliyyətə malikdir. Bununla bağlı bir sıra antibiotiklərin eksperimental şiş hüceyrələrinə qarşı yoxlanılması öyrənilməlidir.
Antibiotiklərin müsbət təsiri ondadır ki, onlar hüceyrə membranların tərkibinə daxil olaraq, ionların keçiriciliyini kəskin artırır. AMEA-nın Botanika İnstitututunun laboratoriyasında alınan müsbət nəticələr  Belarusiya MEA Fiziologiya İnstitutunda böyük maraq oyadıb və metillevorinin bədxassəli hüceyrələrinə in vitro təsir etmək üçün birgə tədqiq aparmaq üçün təklif alınmışdır. Nəzərdə tutulan birgə tədqiqat işləri şiş hüceyrələrinə qarşı yeni metodlar və preparatların yaradılmasına imkan açır.
Poliyen antibiotik xolesterin ilə zəngin olan şiş hüceyrələrin bioloji membranlara yüksək həssaslıq qabiliyyətinə malikdir. Bunu nəzərə alaraq, cərrahi əməliyyatdan sonra bədxassəli toxumaların müxtəlif formalarından alınan hüceyrələrinin proliferasiya və metabolizminə metillevorin antibiotikin təsiri böyük marağa səbəb olmuşdur.
Gözlənən nəticələr:
-Aparılan tədqiqatlar həm fundamental, həm də praktik əhəmiyyət daşıyır. Levorin və onun törəmələrinin fiziki-xassələrinin tədqiq edilməsi yeni effektiv preparatların yaradılmasına gətirib çıxara bilər
-Adı çəkilən preparatlar cərrahi əməliyyatdan sonra bədxassəli toxumaların müxtəlif formalarından alınan klonogen şiş hüceyrələri proliferasiyasına təsir edə bilər və onlara qarşı yeni müalicəvi preparatların yaradılmasına gətirib çıxara bilər.  
 
2018-ci ildə davam edilən qrant layihələri haqqında 
1. Layihənin adı: Qarın boşluğu üzvlərinin bədxassəli şişləri zamanı gözətçi limfa düyününün aşkar edilməsi və onların metastatik zədələnib zədələnməməsinin təcili patohistoloji müayinə ilə müəyyənləşdirilməsi.
Layihənin rəhbəri: ATU-nun Histologiya, embriologiya və sitologiya kafedra­sının professoru Muradov Habil Kamil oğlu.
Layihənin icra müddəti: noyabr 2016 – noyabr 2018-ci illər.
Layihənin məqsədi:  Mədə xərçəngləri zamanı gözətçi limfa düyününün aşkar edilməsi və onların metastatik zədələnib-zədələnməməsinin təcili patohistoloji müayinə ilə müəyyənləşdirilməsindən ibarətdir.
Aşkar edilmişdir ki, mədə xərçəngləri zamanı gözətçi limfa düyünləri 12 xəstədə təyin edilmişdir. Xəstələrin yaşı 40-65 arasında olub, 6 xəstədə (50%) şiş prosesi cisimdə, 4 xəstədə (34%) proksimal hissədə, 2 xəstədə (16%) total zədələnmə aşkar edilib. 9 xəstədə (75%) müxtəlif differensiasiyalı adenokarsinoma, 3 xəstədə (25%) üzüyəbənzər hüceyrəli karsinoma qeydə alınıb. Selikli qişaya invaziya (T1) qeydə alınmayıb, əzələ qişaya invaziya (T2) 1 xəstədə (9%), seroz invaziya (T3) 11 xəstədə (91%) qeydə alınıb. Limfa düyünlərinə disseminasiya 3 xəstədə (25%) müəyyən edilib, 9 xəstədə (75%) metastazlar aşkar edilməyib. 10 xəstədə (84%) mədənin subtotal distal rezeksiyası, 2 xəstədə (16%) qastroektomiya aparılıb. Kontrast maddə-metilen göyü paratumoral sahəyə. Subseroz olaraq inyeksiya edilmişdir. Aşkarlanan   gözətçi limfa düyünlərinin ölçüsü – 0,5-0,8 sm civarında olmuşdur.
Aşkar edilmiş gözətçi limfa düyünləri ilə şiş prosesinin diametri, invaziya dərəcəsi və differensiasiya dərəcəsi arasında korrelyasion əlaqəni müəyyən edilmişdir. Tədqiqatın nəticəsində müəyyən olunub ki, şiş diametri və şişin invaziyası ilə aşkar edilmiş gözətçi limfa düyünlərindəki metastatik zədələnmə arasında düz mütənasiblik vardır, belə ki, şişin diametri və şiş invaziyası artdıqca gözətçi limfa düyünlərində metastatik zədələnmələrin miqdarı artır. Diametri 3 sm olan şişlərdə metastatik zədələnmə qeydə alınmadığı halda, diametri 3-5 sm olan şişlərdə 1(9%), diametri 5 sm-dən artıq şişlərdə isə 2 müşahidədə (16%) metastazlar qeydə alınmışdır. Həmçinin differensiasiya dərəcəsi yüksəldikcə gözətçi limfa düyünlərindəki metastatik zədələnmənin miqdarı artır
II. Layihənin adı: Azərbaycan Tibb Universitetində aparılan eksperimental-klinik yönümlü elmi-tədqiqat işləri zamanı patoloji dəyişikliklərin molekulyar-genetik dəyərləndirilməsinin təmini.
Layihənin rəhbəri: ATU-nun Patoloji anatomiya kafedrasının müdiri Həsənov Ədalət Bəybala oğlu.
Layihənin icra müddəti:noyabr 2016 – may 2019-cu illər
Layihənin məqsədi: Son onilliklərdə yüksək əlillik vəölüm faizi verən xəstəliklərin etiologiya, patogenezi, klinik-morfoloji xüsusiyyətləri aə bu patologiyaların patomorfozunun öyrənilməsinə yönəlmişdir.
Cinsi yolla yoluxan infeksiyalar, qadının həyat tərzi və zərərli vərdişləri, sosial- iqtisadi durum, piylənmə, yumurtalıqların polikistoz sindromunun, eləcə də yumurtalıqların hormonal aktiv şişlərinin olması, yaxın qohumlarında aşkar edilməsi və s. bu xəstəliyin rastgəlmə tezliyini də artırır.
Tədqiqatda klassik patohistoloji müayinə metodları – işıq mikroskopiyası (hematoksilin və eozin, Van-Gizon üsulları) ilə yanaşı müasir histokimyəvi, immun-histokimyəvi, sitoloji və elektron –mikroskopik metodlardan istifadə olunmuşdur. Ağız suyu vəzilərinə tətbiq edilən incə iynə aspirasvion biopsiyası məhdud informativ olmasına baxmayaraq, hər zaman istiqamətləndirici mövqe tutur. Ucuz və asan tətbiq olunan bir üsul olduğu üçün diaqnostika prosesində geniş yer almışdır.
Müxtəlif intoksikasiyalar, xüsusilə də xronik narkomaniyanın müxtəlif növlərinin diaqnostikasında tədqiqat işlərinin nəticələrinin patoloji anatomiya və məhkəmə təbabətində həm meyitlərin müayinəsində, həm də narkomaniyaya şübhə olan xəstələrin orqanlarından götürülmüş materialların mikroskopik müayinəsində differensial diaqnostika məqsədilə istifadə olunur. Bu isə öz növbəsində psixiatriyada və narkologiyada xronik narkomaniya ilə alkoqolizmin klinik simptomokomplekslərinin diferensiasiyasında, həmçinin morfoloji müayinənin nəticələrinə təsir edir. Həkim-narkoloqlar isə bu xəstələrin müalicəsində hazırkı tədqiqatın nəticələrini əsas götürə bilərlər.
III. Layihənin adı: Böyük verilənlər («Big Data») mühitində informasiya təhlükə­sizliyinin təmin olunması metodları və alqoritmlərinin işlənilməsi və onların bəzi tətbiq­ləri (müştərək beynəlxalq layihə).
 Layihənin rəhbərləri: Aliquliyev Ramiz Məhəmməd oğlu (AMEA İnforma­siya Texnologiyaları İnstitutu), həmrəhbər – Rüstəmov Rauf Məmməd oğlu (ABŞ AT and T Labs Research), layihənin iştirakçısı İsayev Orxan Rasim oğlu (Azərbaycan Tibb Universitetinin Histologiya, embriologiya və sitologiya kafedrasının dosenti).
Layihənin icra müddəti:noyabr 2016 – noyabr 2018-ci illər.
Layihənin məqsədi:  Tibbi verilənlərin intellektual analizi (Medical Data Mining) mətnlərin intellektual analizi (Text Mining), məxfiliyi təmin etməklə tibbi verilənlərin intellektual analizi (Privacy-preserving medical data mining), tibbi verilənlərdə anomaliyaların aşkarlanması (Anomaly detection in medical data).
Məlumdur ki, Big Data mənbələri arasında tibb mühüm yerlərdən birini tutur və tibbi verilənlər təbiətinə görə müxtəlif xarakterlidir. Tibbi verilənlər ədədi, mətn, şəkil və video tipində olurlar ki, onların da analizi data mining sahəsində ən çətin problemlərdən sayılır. Digər tərəfdən fərdi məlumatların təhlükəsizliyi hal-hazırda mühüm əhəmiyyət kəsb edir. Fərdi məlumatlar içərisində isə tibbi verilənlərin payı daha böyük üstünlük təşkil edir.
IV. Layihənin adı: Azərbaycan Respublikasında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştamlarının molekulyar – genetik mutasiyalarının tədqiqi.
Layihənin icra müddəti:31 mart 2017 – 31 mart 2018-ci illər.
Layihənin rəhbəri: Axundova İradə Mirsahab qızı (AR SN-nin ET Ağciyər Xəstə­likləri İnstitutu), layihənin iştirakçısı Bayramov Rafiq İdris oğlu (ATU-nun Ağciyər xəstə­likləri kafedrasının müdiri).
Layihənin məqsədi:  Azərbaycan Respublikasının müxtəlif regionlarında ağciyər vərəmi olan xəstələrdə vərəm mikobakteriyası ştamlarının molekulyar-genetik spesifik­liyinin tədqiqi vasitəsilə erkən diaqnostika və epidemioloji nəzarət tədbirlərinin təkmil­ləşdirilməsi.
Yekun nəticələr: Tədqiqata daxil olmuş 300 nəfər DD vərəm xəstələr əsasən 18-55 yaşında (75%) olan kişilərdir (73%). Bu nəticə Azərbaycanda olan vərəmin epidemioloji vəziyyət ilə uyğundur. Hətta, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji göstəriciləri ilə də eynidir.
Təhlil zamanı məlum oldu ki, əsasən davamlılıq Flüorxinolonlarda (Fln) təyin olunur. Inyeksion preparatların arasında isə əsasən davamlılıq Amikasinə (Ami) təyin olunmuşdur. Flüorxinolonlara (Fln) davamlı, ikinci sıra inyeksion preparatlara (İP) həssas (59 xəstə - 20%) və Fln – həssas, İP – davamlı (33 xəstə - 12%) olan xəstələrin arasında araşdırma aparılıb.
Bunun səbəbi bu preparatların apteklərdə, açıq satışda olmasıdır, xəstələrin qeydiyyatsız, düzgün olmayan müalicə sxemlərindən istifadə etmələri, müalicəni sona çatdırmamış yarımçıq kəsmələridir. Xüsusilə qeyd etmək istərdik ki, Kapreomisinə (Cm) davamlılıq nadir halda qeyd olunur, bu da preparatın əl çatmamasından irəli gəlir. Bu tip xəstələr təkrar, çoxsaylı dərmanlara davamlı müalicəsini yarımçıq kəsən, müalicələri uğursuz nəticələnən vərəm xəstələridir.
Ilkin araşdırma xəstələrin əsasən böyük, miqrasiya olunan şəhərlərdə yayılması üstünlük daşıyır (Bakı, Abşeron (Xırdalan), Yevvlax, Sumqayıt, Cəlilabad)
Təhlil zamanı ştammların davamlılıq xüsusiyyətlərini müəyyən edən və ən çox rast gəlinən mutasiya spektrləri təqdim olunmuşdur:
-     RİFAMPİSİNə davamlılıq – rpoB genində WT8(79%), MUT3(77%)mutasiya;  
-     İZONİAZİDə davamlılıq – katG genində - WT8(87%), MUT1 (92%), inhA genində WT1(20%), WT2(10%), MUT1(21%) mutasiyalar;
-     FLÜORXİNOLONLARa (Oflo., Levo.) davamlılıq – girA genində - WT2(30%), 3(53%), MUT3C (36%), girB genində WT(9%) mutasiyalar;
-     İNYEKSİON PREPARATLARa (Kan., Ami., Kap.) davamlılıq – rrs genində - WT1(85%), MUT1(85%), eis genində -  WT2(80%), MUT1(34%) mutasiyalar daha çox rast gəlinir və üstünlük təşkil edir.
Əsas vərəm əleyhinə dərmanlara davamlılığı təyin edən fenotipik (BactecMGİT sulu mühitdə və Levenşteyn – Yensen bərk mühitdə əkmə) və genotipik müayinə üsulları (GenoType MTBDRpl və GenoType MTBDRsl) müqayisə olmuşdur. Müqayisədə, 98%-99% eyni nəticələr alınmışdır. Alınmış nəticə eyni molekulyar-genetik metodların vərəm xəstələrinin müayinəsi üçün və əsas vərəm əleyhinə preparatlara Dərman Həssaslıq Testi əldə edərək, xəstəni erkən düzgün müalicəyə cəlb etməsi üçün vacib sayılır və tövsiyə olunur.
Elmi işin nəticələri Azərbaycan respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi şurasında müzakirə olaraq, 2017-ci ildə aparılan elmi işlərin arasında ən yaxşı elmi nəticə seçilmişdir. Nazirliyin Kollegiyası tərəfindən Azərbaycan Respublikası Elmlər Akademiyasına təqdim olunmuşdur. AMEA tərəfindən alınmış nəticə mühüm elmi nəticələr siyahısına daxil olmuşdur. 
V. Layihənin adı: Dərman preparatlarının immobilizə olunması üçün tərki­bində azot və oksigen saxlayan yeni hidrofob və biosid polimerlərin sintezi və tədq­i­qi.
Layihənin rəhbəri: Zeynalov Nizami Allahverdi oğlu (AMEA-nınKataliz və Qeyri-üzvi Kimya İnstitutu), Qasımov Elnur Mübariz oğlu (ATU-nun ümumi cərrahiyyə kafedrasının assistenti).
Layihənin icra müddəti: 01 aprel 2017 – 01 aprel 2019-cu illər.
Layihənin məqsədi: Təbii və sintetik polimerlər əsasında yeni hidrofob və anti­bakterial polimerlərin alınması, yüksək keyfiyyətli nanomaterialların yaradılması, onların müasir fiziki üsullarla xarakterizə edilməsi, gələcəkdə biotəbabətdə, biotexnologiyada, biofizikada, molekulyar və hüceyrə biologiyası və elektronikada istifadə olunması üçün təkliflərin verilməsi.
Son illər nanogellərin sintezi və onların iştirakı ilə dərman preparatlarının uzun müddətli təsirə malik olmaları tədqiqatçıların diqqət mərkəzindədir. Polimerlərdən istifadə olunması müasir üsullar arasında dərman preparatlarının lazımı orqanlara çatdırılmasında da mühüm yer tutur. Polimerlər bu halda matrisa olub, dərman preparatlarını özündə uzun müddət saxlayı və orqanizmdə onların tədricən ayrılmasını təmin edirlər, belə ki, polimer makromolekullar lazım olan hüceyrəyə  daxil olana qədər dərman preparatları polimerdən ayrılmırlar. Bununla əlaqədar təbii və sintetik əsaslı, toksikliyi aşağı olan polimer nanogellərdən daşıyıcı kimi istifadə edilməsi vacib əhəmiyyət kəsb edən polimerlərdən biridir.
Alınan nəticələr: Cari ildə layihənin tədqiqat strukturuna uyğun N-vinilpir­rolidon və 4-vinilpiridinin xitozan ilə alınmış calaq sopolimeri iştirakında gümüş nano­hissəciklərinin sintez edilməsi və antibakterial aktivliyə malik gümüş nanohissəcikləri saxlayan xitozan calaq sopolimer nümunəsinə levofloksasin preparatının immobilizə olun­ması, antibakterial aktivliklərinin yoxlanılması istiqamətində tədqiqat işləri yerinə yetirilmişdir.